07.12.2014

MÜASIR MÜƏLLIM  NECƏ OLMALIDIR?

Müstəqil Azərbaycan təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu sahədə çoxlu
dəyiĢikliklər, islahatlar gedir. ĠnkiĢaf etmiĢ ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların
inkiĢafı üçün yaradıcı, müstəqil düĢünən və inkiĢaf edən Ģəxsiyyət formalaĢmalı, yetiĢdirilməlidir.
Ġndi hər birimiz bilirik ki, Azərbaycan təhsilinin qarĢısında duran ən əsas məsələlərdən biri yüksək
mədəniyyətli, mütərəqqi dünyagörüĢlü, insan hüquqları və azadlıqlarına hörmət etməklə müstəqil və yaradıcı
düĢünmə qabiliyyətinə malik, vətənpərvər Ģəxsiyyət yetiĢdirməkdir.
Təhsil sisteminin qarĢısında duran bu məsələnin həlli üçün ilk növbədə müəllim özü keyfiyyətcə
dəyiĢməli, «reproduktor» rolundan imtina etməli və yeni bir rolu – biliklərin əldə edilməsi yolunda bələdçi rolunu
qəbul etməlidir.
Deməli, müəllim təlimin yeni texnologiyasını bilməli, yeni proqram və dərsliklərdən istifadə etməli, ən
baĢlıcası isə hörmətli nazirimizin dediyi kimi «müəllim öz pedaqoji fəaliyyəti dövründə mütəmadi olaraq metodiki
və professional» səviyyəsini yüksəltməli, elmi-nəzəri biliklərini artırmalıdır.
Fərəhli haldır ki, 2003-2004-cü dərs ilinin «Təhsil sistemində müasir yanaĢmaların təĢəkkülü ili» elan
edilməsi müxtəlif təhsil ocaqlarında təlimin yeni üsullarından istifadə edilməsinə səbəb olmuĢ, dərsə və
müəllimə verilən tələblər kökündən dəyiĢmiĢdir. Müasir dərsə verilən tələblərdən çox yazılır, lakin müəllimin
pedaqoji fəaliyyətinə tələblər, müəllimin pedaqoji fəaliyyətini qurmağın yolları isə nisbətən az iĢıqlandırılır.
Beləliklə, müasir müəllim necə olmalıdır? Bu sualın cavabı müəllimlərin bir növ fəaliyyət planına daxil olaraq,
özlərinə tənqidi yanaĢmağa, özünü təhsilə istiqamətləndirməyə kömək edir. Dərs deyən hər bir müəllim öz
fəaliyyətini üç aspektdən qurmalıdır.
Bu, təĢkilati, təlim və tərbiyəvi fəaliyyətdir. Gözəl alınan hər bir dərs, əlbəttə, müəllimdən asılıdır.
Müəllimin bu sahədə təĢkilati fəaliyyəti birinci yerdə durur.
I TəĢkilati fəaliyyətdə ilk öncə, müəllim keçəcəyi dərsin «ssenarisini» – icmalını yazmalıdır. Bu proses
hər dərs üçün olduğu üçün «gündəlik» adlanır. Dərsi hansı sualla keçəcəyini mövzuya görə qurmalı və nəticəni
əvvəlcədən görməyi bacarmalıdır. Belə ki, bir həqiqətdir ki, fəal təlim üsullarını bütün mövzular üçün eyni qaydada
tətbiq etmək lazımi nəticəni vermir. Odur ki, mövzuya uyğun metod seçməkdə də müəllim səriĢtəli bir
təĢkilatçı olmalıdır.
Müəllimin təĢkilati fəaliyyətinə daxil olan xüsusiyyətlərdən biri də dərsdə əyanilik prinsipinin tətbiqidir.
Bəs əyani vasitələri haradan almalı? Uzun illərin təcrübəsi göstərir ki, hər bir mövzuya əyani vəsait təĢkil etmək
olar. Bir çox müəllimlər mövzuların bəzən Ģəkilsiz, tablosuz olmasından gileylənirlər, əyani vəsaitin
olmamasından narazılıq edirlər. Amma gəlin, etiraf edək ki, mövzulara diqqət yetirsək, sxem, cədvəl, müqayisə
xarakterli diaqramlar tərtib etmək olar. Ġstənilən mövzunun daha yaxĢı mənimsənilməsi üçün əyanilik vacibdir.
Müəllimin təĢkilati fəaliyyətinə dərsdə əməkdaĢlıq Ģəraitinin yaradılması da daxildir. ġagird müəllim
üçün «robort» deyil, o, dərs prosesinin bərabər hüquqlu iĢtirakçısıdır. Müəllim onu subyekt kimi sərbəst
düĢüncə tərzi olan, nəticə etibarı ilə Ģəxsiyyət kimi qəbul etməlidir. Elə mövzuların keçirilməsi zamanı çoxlu
üsul tətbiq etmək üçün «dərsimizi hansı üsulla keçək?» sualını Ģagirdlərə vermək olar. Testlərin hazırlanması,
məsələlərin tərtibi, qiymətləndirmə, laboratoriya iĢlərinin aparılması, əyani vəsaitlərin seçilməsi və təĢkili, diaqram,
cədvəl və sxemlərin qurulması müəllim-Ģagird əməkdaĢlığının nəticəsi ola bilər. ġagirdlərin idarəçiliyi,
əlbəttə çox böyük təsirə malikdir. Belə ki, bu müəllim-Ģagird əməkdaĢlığının nəticəsi olub, Ģagirdlərin hərtərəfli
inkiĢafına, özünə inam yaranmasına, Ģagirdlər tərəfindən müəllim sənətinin yüksək səviyyədə
qiymətləndirilməsinə gətirib çıxarır.
Müəllimin təĢkilati fəaliyyətlərindən biri də dərs prosesində vaxtdan səmərəli istifadə etməsidir. Bu
sahədə bəzən iki kateqoriya müəllimə rəst gəlirik. Birinci kateqoriyadan olanlar vaxtdan səmərəli istifadə edərək
45 dəqiqə müddətində tədris prosesinin bütün tələblərini yerinə yetirir, ikinci kateqoriyaya aid olan müəllimlər
isə 45 dəqiqənin çatıĢmamasını proqram materialının çox olması ilə əsaslandırırlar.
Müəllimin təĢkilati fəaliyyətinə onun nitqinin aydın, sözləri dəqiq, fikrini səlist ifadə etmək bacarığı da
daxildir. Dinlənilən dərslər göstərir ki, müəllim nitqinin aydınlığı, fikrini ifadə etmək qabiliyyətinin yüksəkliyi
vaxta qənaət etməklə, Ģagirdlərin daha asan qavramasına, onların da nitqinin düzgün formalaĢmasına gətirib
çıxarır.
II Müəllimin təlim fəaliyyətinə ilk növbədə onun dərsdə elmilik prinsipini həyata keçirməsi daxildir.
Müəllimin yüksək bilik nümayiĢ etdirməsi Ģagirdin diqqətində olur, o, müəlliminə daha çox inanır və ondan
öyrənir. Müəllimin mövzunu dərindən bilməsi onun təlim və təĢkilati fəaliyyətini özündə birləĢdirir. Belə ki,
təlim metodlarını daha düzgün seçir. Əgər müəllim çətin mövzunu Ģagirdə dərslikdəki sözləri təkrar edərək baĢa
salmağa çalıĢırsa, nəticə necə olar? Çox güman ki, Ģagirdlərin az bir qismi onu baĢa düĢər, digər çox hissəsi isə
yox. Təcrübəli, savadlı müəllimlər çətin və mürəkkəb mövzuları, mövzuda olan terminlərin izahatını verərək, 118
sadə misallarla Ģagirdlərin – (ilk növbədə zəif) baĢa düĢəcəyi tərzdə izah edirlər. Elə müəllimi Ģagirdə sevdirən
qabiliyyətinə malik olmasıdır.
Müəllimin təlim fəaliyyətinə daxil olan Ģərtlərdən biri də yeni dərsi sinifdə mənimsətməkdir. Bu isə
müəllimdə «öyrənməyi öyrətmək» qabiliyyətinin olmasının göstəricisi hesab olunur. Öyrənməyi öyrətməyin
yolları haqqında dövri mətbuatda tez-tez yazılara rast gəlirik. Zənnimcə, Ģagird yeni mövzunu sinifdə öyrənirsə,
deməli, müəllimin təlim fəaliyyəti yüksək qiymətləndirilə bilər. Bəzən Ģagirdlər mövzuda aparıcı ideyanı, nəyi
bilmək tələbini təyin edə bilmirlər və müəllim öz «bələdçi» rolunu oynayaraq Ģagirdə istiqamət verir. Cədvəllər,
sxemlər, diaqramlardan istifadə dərsin planını qurmaq, Ģagird təfəkkürünün inkiĢafı üçün motivasiya yerinə
düĢür. Nəticə etibarı ilə dərs yeni mövzunun sinifdə öyrənilməsilə baĢa düĢülür.
Müəllimin təlim fəaliyyətinə daxil olan xüsusiyyətlərdən biri də dərs prosesində inkiĢafetdirici təlimdən
istifadə olunmasıdır. Belə ki, Ģagirdin tənqidi, məntiqi və yaradıcı təfəkkürünün inkiĢafı bunun sayəsində
sürətlənir, o bir Ģəxsiyyət kimi formalaĢır. Bu isə təhsil sisteminin biz müəllimlərin qarĢısında qoyduğu əsas
məsələlərdən biridir.
Müəllimin təlim fəaliyyətinin tərkib hissələrindən biri də onun tədris zamanı fənlərarası əlaqədən istifadə
etməsidir. Ġndi çox böyük müvəffəqiyyətlə blok dərslər qurulur, inteqrativ üsuldan istifadə olunur. Məsələn, biologiya
dərslərilə kimyanın, tarixlə coğrafiyanın, fizika ilə riyaziyyatın blokundan, təbiət və humanitar elmlərin
tədrisində riyaziyyatdan istifadə edilir. Deməli, biologiya, coğrafiya, kimya müəllimləri yüksək riyazi
qabiliyyətə malik olmalıdırlar.
Müəllimin təlim fəaliyyətinin tərkib hissələrindən biri də Ģagird biliyinin qiymətləndirilməsidir. Belə ki,
Azərbaycan müəllimlərinin XII qurultayında hörmətli nazirimiz cənab M. Mərdanov öz məruzəsində demiĢdir:
«ġagird biliyinə verilən qiymət həm də müəllim fəaliyyətinin nəticəsi kimi qəbul olunmalıdır. Hər bir qiymət
eyni zamanda övladının təhsilinə valideynin münasibətini, habelə təhsil prosesinin təĢkilində məktəb
rəhbərlərinin peĢəkarlıq səviyyəsini əks etdirir. »
Bu sözlər müəllimlərin qiymətləndirmənin demokratikliyi, Ģagird biliyinin dərinliyi, tamlığı, möhkəmliyi,
dəqiqliyi, Ģüurluluğu, sistemliliyininə diqqət yetirmələrinə məsuliyyətlə yanaĢmalarını tələb edir. Demokratiklik
prinsipinin gözlənilməsində çox vaxt Ģagirdlərin özlərindən istifadə olunur (Məsələn: ekspert qrupunun
yaradılması, qiymətləndirmə meyarlarını sinifdə asmaq üçün cədvəlin təĢkili və s.).
Müəllimin təlim fəaliyyətinin tərkib hissələrindən biri də istedadlı Ģagirdlərin aĢkar edilməsindəki
fəaliyyətidir. Ġstedadlı Ģagirdlərin aĢkar edilməsində dərsin imkanları böyükdür. Tədris prosesində «aktiv
Ģagird» qruplarını yaratmaq mümkün olur. Riyaziyyatı yaxĢı bilən xüsusi qabiliyyətli Ģagirdləri
«riyaziyyatçılar», tədbirlərin təĢkilində fəallığı ilə seçilənləri «təĢkilatçı qrup», «təbiəti sevənlər», «kimyaçılar»,
«gənc texniklər» və s… kimi qruplar yaratmaq olar. Fənn olimpiadalarına hazırlıq qrupu, Ģagird elmi
cəmiyyətinin yaradılmasını həyata keçirilməsi müəllimin dərs prosesində «kəĢf» etdiyi Ģagirdlərdən – istedadlardan
ibarət olur. Ġstedadlı Ģagirdlərlə iĢin təĢkili müəllimin özünün də yaradıcılığından xəbər verir.
III Müəllimin tərbiyəvi fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir. Buraya ilk növbədə Ģagirdlərdə
vətənpərvərlik tərbiyəsinin inkiĢafı daxildir. Dövlət rəmzləri və atributlarının öyrədilməsi tədris etdiyi fənnin
növündən asılı olmayaraq hər bir müəllimin borcudur. Bir halda ki, söhbət Ģəxsiyyət formalaĢdırmaqdan gedir,
vətənpərvərlik tərbiyəsi öndə durur. ƏbədiyaĢar, ümummilli liderimiz cənab Heydər Əliyev deyərdi ki,
«Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, vətən yolunda,
Ģəhidliyə hazır olmaq hisslərini formalaĢdırmaq, inkiĢaf etdirmək və təbliği etməkdir. Ola bilər ki, gənc nəsil əla
oxumasın, lakin o, vətənini sevməyi, torpağını qorumağı bilməli, hər an buna hazır olmalıdır, bütövlükdə yaxĢı
vətəndaĢ kimi yetiĢməlidir».
Bu sözlər hər bir azərbaycanlı üçün qanun kimi qəbul edilməlidir. Onun həyata keçirilməsi isə müəllimin,
tərbiyəçinin özünün vətənpərvərliyinin yüksəkliyindən, Ģagirdi vətəni sevməyə ruhlandırmasından asılıdır.
ġagirdlərə iĢğal olunmuĢ torpaqlarımızın azad edilməsi, Vətənimizin ərazi bütövlüyünün qorunması
istiqamətində tərbiyə aĢılanmalıdır.
Müəllimin tərbiyəvi fəaliyyətinin tərkib hissələrindən biri də Ģagirdlərdə hüquq tərbiyəsini inkiĢaf
etdirməsidir. Belə ki, ümummilli liderimiz Heydər Əliyev hələ 24 avqust 1998-ci il tarixli «UĢaq hüquqları
haqqında» Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə fərman imzalamıĢdı. Qanunun həm
müəllim, həm də Ģagird tərəfindən düzgün öyrənilməsi məqsədi qarĢıya qoyulmalıdır. Müəllim təlim prosesində
Ģagirdlərə uĢaq hüquqlarının mahiyyəti və məzmunu, Ģagirdin öz hüquqlarından necə istifadə etmələrini izah
edib, baĢa salmalıdır. ġagird Ģəxsiyyətinin formalaĢmasında uĢaq hüquqları müddəalarının böyük əhəmiyyəti
var. Məhz müəllimin Ģagird Ģəxsiyyətinə qayğı ilə yanaĢması Ģagirdlərin diqqətindən yayınmır. Belə olduqda
Ģagirdlərin öz davranıĢlarında müəllimə xüsusi hörmət və məhəbbəti təzahür edir. MüĢahidələr göstərir ki,
müəllim sözdə Ģagirdin hüquqlarını müdafiə edirsə, lakin iĢdə buna əməl etmirsə, Ģagird saxta münasibətə inana
bilmir. Qanunun öyrədilməsi məktəblərdə «debatlar qrupu»nun fəaliyyətilə, «məktəb bələdiyyəsi»nin
yaradılması ilə də həyata keçirilə bilər. Aparıcı yenə də müəllimdir.
Müəllimin tərbiyəvi fəaliyyətinin tərkib hissələrindən biri də Ģagirdlərdə ekoloji tərbiyənin inkiĢaf
etdirilməsidir. Ekoloji tərbiyənin inkiĢafı son dərəcə vacib məsələ olub və yalnız təbiət fənlərini tədris edən119
müəllimlərin deyil, bütün müəllimlərin fəaliyyətlərində xüsusi yer tutur. Belə ki, Azərbaycan Respublikasının
Prezidentinin 27 yanvar 2003-cü il tarixli fərmanı ilə «Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında»
qanun qüvvəyə minmiĢdir. Qanunun 4-cü maddəsində «Orta təhsil sistemində ekoloji biliklərin tədrisinin
icbariliyi» haqqında qeyd edilmiĢdir.
Buna əsasən hər bir Azərbaycan vətəndaĢı ekoloji təhsilə malik olmalıdır. Bu tərbiyə və təhsilin həyata
keçirilməsi isə 4 tərkib hissədən ibarətdir: təbiəti öyrənmək, təbiəti sevmək, təbliğ etmək və təbiəti qorumaq.
Akademik Budaq Budaqovun bu tövsiyəsi biz müəllimlər tərəfindən Ģagirdlərə çatdırılmalıdır. Ekoloji
tərbiyənin kökü ailədən baĢlayır, məktəbəqədər müəssisələrdə davam etdirilir, məktəbdə isə geniĢləndirilir və
inkiĢaf etdirilir. ġagirdlərdə ekoloji tərbiyəni inkiĢaf etdirmək üçün müəllim özü Azərbaycan təbiətini gözəl
bilməli, onun vurğunu olmalıdır. Ətraf mühiti çirkləndirən amilləri Ģagirdlərə baĢa salmalı, eyni zamanda, onu
qorumaq sahəsində dövlətin, məktəbin, Ģagirdin vəzifələrini açıqlamalıdır – ekoloji tərbiyəsinin inkiĢafından
asılı olaraq bizim gələcəyimiz – Ģagirdlərimiz sabahkı cəmiyyət qurucularıdır. Deməli, onların sağlamlığının
əsasını ətraf mühitin mühafizəsi iĢinin yüksək dərəcədə olması təĢkil edir.
Müəllimin tərbiyəvi fəaliyətinin tərkib hissələrindən biri də Ģagirdlərin mənəvi tərbiyəsidir. Xalqımıza
məxsus milli-mənəvi dəyərlərin qorunması sahəsində Ģagirdlərin tərbiyələndirilməsi, onlara nizam-intizam,
Ģagird davranıĢı, geyim, müəllim-Ģagird-valideyn münasibətlərində mövqeyi, böyüklərə hörmət, kiçiklərə qayğı
prinsiplərinə riayət etməsi və sair kimi vərdiĢləri aĢılamaq son dərəcə vacibdir. Ümummilli liderimiz Heydər
Əliyev öz çıxıĢlarından birində demiĢdir: «Biz çalıĢmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan
mənəvi, milli ənənələri əsasında tərbiyə edilsinlər».
Milli adət və və ənənələrimizə hörmət etmək, onu qoruyub saxlamaq, milli musiqimizin, Ģifahi xalq
ədəbiyyatımızın incilərini bilmək, Azərbaycanın görkəmli Ģəxsiyyətlərini tanımaq, qədim tarixi abidə və
əraziləri öyrənmək ruhunda Ģagirdləri tərbiyə etmək müəllimin borcudur.
Müəllim öz geyimi, davranıĢı, nəzakəti, yüksək intellekti ilə Ģagirdə Ģəxsi nümunə olmalıdır. Belə
olduqda Ģagird müəlliminə oxĢamağa çalıĢır, müəllimi ideallaĢdırır. Müəllim etikası yüksəkdirsə, müəllimdə
ətrafdakı əĢyalara düzgün qiymət vermək, gözəllikləri görmək qabiliyyəti yüksəkdirsə, bu, mütləq Ģagirdə təsir
edir, onun seçimi, etik və estetik tərbiyəsi inkiĢaf edir. Məktəbdə keçirilən sinifdənxaric tədbirlər Ģagirdlərin bu
sahədə inkiĢafına çox təsir göstərir.
Bütün bu yuxarıda göstərilənlər müasir müəllimdə cəmlənməli keyfiyyətlərdir. Müəllimə ən düzgün

qiyməti Ģagird verir. Gəlin düĢünək…

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.