QƏRARLARIN HAZIRLANMASI METODLARI
Müasir müəssisənin
idarəedilməsinin texniki, təşkilati, sosial-iqtisadi və başqa tərəflərinin
mürəkkəbliyi və qarşılıqıl asılılığı ona gətirib çıxarır ki, idarəetmə
qərarının qəbul edilməsi zamanı bir-birilə əlaqədə olan çox sayda müxtəlif
amilləri nəzərə almaq lazım gəlir. Qərarın seçilməsinə təsir edən amillərin bir
hissəsi təbiətinə görə kəmiyyətcə ifadə olunmur, digərləri isə praktik olaraq
ölçüyə gəlmir. Istər istehsalda, istərsə də ətraf mühitdə baş verən fasiləsiz kəmiyyət
və keyfiyyət dəyişiklikləri idarəetmə qərarının qəbul edilməsində istifadə
olunan informasiyanın qeyri-müəyyənliyi şəraitində mürəkkəb texniki, təşkilati
və iqtisadi problemlər üzrə idarəetmə qərarlarının əsaslandırılmasını və
seçilməsini asanlaşdıran xüsusi metodlar hazırlamaq zərurətini doğurur.
Əməliyyatların tədqiqi öyrənilən
prosesin, sistemin və ya fəaliyyət növünün imitasiyası olan riyazi və ehtimallı
modellərdən istifadəyə əsaslanır. Əməliyyatların tədqiqində kəmiyyət
modellərinin qurulması, optimallıq kriterisinin seçilməsi və optimal həllin
tapılması istənilən bir məsələnin əsas vasitələridir.
Təsərrüfat problemlərinin
mürəkkəbliyindən asılı olmayaraq onların həlli prosesi bu və ya başqa metodun
tətbiqi ilə ciddi məntiqi qaydada həyata keçirilir.
Əməliyyatların tədqiqinin kəmiyyət
metodları aşağıdakı əsas qruplardan birinə aid oluna bilər: analitik,
statistik, riyazi proqramlaşdırma və nəzəri-oyun.
Analitik metodlar məsələlərinin həlli
şərtləri ilə onun nəticələri arasında analitik asılılıqları müəyyən edir. Bu
metodlar aşağıdakılardır: ehtimal nəzəriyyəsi, markov prosesləri nəzəriyyəsi,
kütləvi xidmət nəzəriyyəsi.
Statistik metodlar həm faktiki fəaliyyət
və sınaqların nəticəsində, həm də statistik modelləşdirmə yolu ilə EHM-də süni
yolla hazırlanmış statistik materialların yığılması, işlənməsi və təhliolinə
əsaslanır. Ardıcıl təhlil və statistik sınaqlar metodu belə metodlardandır.
Riyazi proqramlaşdırma konkret
situasiyada riyazi modelləşdirmə əsasında qərarın əsaslandırılması metodudur.
O, verilmiş optimallıq kriterisi və müxtəlif situasiyalarda fəaliyyət proqramı
baxımından optimal qərarı tapmağa imkan verir. Istehsalın idarə edilməsində
xətti riyazi modellər geniş tətbiq olunur.
0 коммент.:
Отправить комментарий