01.12.2014

Pedaqoji şura
bir kollektivdə işləyən peşəkarların şurasıdır. O, bilavasitə təlim- tərbiyə prosesinin təşkili ilə bağlı məsələləri həll edir, onun təkmilləşdirilməsi yollarını müəyyənləşdirilir.
Pedaqoji şuranın fəaliyyəti məktəbin nizamnaməsi ilə müəyyən olunur,  onun tərkibinə məktəbdə işləyən bütün pedaqoji işçilər, o cümlədən məktəb psixoloqu, məktəbin kitabxanaçısı, həkimi, valideyn komitəsinin sədri, məktəb şurasının sədri daxil olur. Şuranın sədri məktəbin direktoru olur, müavini isə müəllimlərdən biri seçilir.
Pedaqoji şuranın fəaliyyətinə daxildir:                                                                                         1) dövlət standartlarının tələblərinə uyğun tədris planlarının, proqramlarının, dərsliklərin və tədris vəsaitlərinin müzakirəsi, qiymətləndirilməsi və seçilməsi, təlim-tərbiyə prosesinin forma və metodlarının tətbiqi;                                                                                                                             2) perspektiv, illik,cari iş planlarının yerinə yetirilməsi, təlim-tərbiyə işinin keyfiyyətini yüksəltmək üzrə məktəbin pedaqoji kollektivinin işinin müzakirəsi;                                                      3) müəllimlərin, tərbiyəçilərin ixtisasını artırmaq, yaradıcı fəallığı inkişaf etdirmək,  pedaqoji kollektivdə innovasiya mühitini formalaşdırmaq, qabaqcıl pedaqoji təcrübəni öyrənmək, ümumiləşdirmək və yaymaq;                                                                                                                 4) müəllimlərin, şagirdlərin və valideynlərin rəyini nəzərə alaraq problemləri yaxınlaşdırmaq pedaqoji işçilərin attestasiyasını keçirmək,  attestasiya texnologiyasını təkmilləşdirmək üzrə təkliflər vermək, təhsili idarəetmə orqanları qarşısında müəllimlərə dərəcələr vermək üzrə vəsadət qaldırmaq;                                                                                                                                                                5) təcrübə keçmək, ixtisasartırma kurslarına, magistraturaya göndəriləcək müəllimləri müəyyənləşdirmək, müəllimləri maddi və mənəvi mükafatlandırmaq üçün aidiyyatı təşkilatlara təqdim etmək və s. 
Deməli, məktəb pedaqoji şurasının müəllimlərin elmi- pedaqoji fəaliyyətlərin yüksədilməsində rolu böyükdür.



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.