RƏHBƏRLİK
ÜÇÜN XAS OLAN 3 ƏSAS
ÜSLÜB
Idarəetmə nəzəriyyəsi
və sosial psixologiya sahəsində mütəxəssislər rəhbərlik üçün xas olan üç əsas
üslubu fərqləndirirlər:1)avtoritar üslub; 2) səhlənkar
üslub; 3) demokratik üslub. Əlbəttə bu üslublardan hər
birinə təmiz halda çox az rast gəlmək olar.
Praktikada onların çoxlu çalarları mövcuddur, l akin hər bir rəhbər bu
və ya digər
üsluba meyl edir.
Avtoritar üslub
birinci növbədə inzibati metodlardan geniĢ istifadə etməyə əsaslanır. Avtokrat
rəhbər
qərarları təkbaĢına,
ictimai təĢkilatların, tabeliyində olan adamların fikrini nəzərə almadan qəbul
edir. O əmrlərə
böyük ümid bəsləyir,
bütün hakimiyyəti öz əlində toplamağa çalıĢır.
Çox zaman
avtokratik metodlara meyl valyuntarizmə (insan iradəsini əsas amil hesab etmək)
və
bürokratizm
(süründürməçilik), əsassız qərarların qəbul edilməsinə gətirib çıxarır.
Əlbəttə
avtoritar üslubu «mütləq Ģər» hesab etmək düzgün olmazdı. Elə situasiyalar olur
ki, avtokratik
metodları müvəqqəti
tədbir kimi tətbiq etmək özünü doğruldur. ĠĢdə olan nöqsanları aradan qaldırmaq
üçün
qətiyyətli və təxirəsalınmaz
tədbirlər görmək lazım gəlir. TəĢəbbüskarlığı və yaradıcı axtarıĢları ləngidən
avtoritar
üslubun elementləri təhsilə rəhbərlikdə məhdud sahədə tətbiq edilə bilər.
Səhlənkar üslub
məqsədyönlü və effektli rəhbərlik sisteminin olmaması ilə xarakterizə olunur. Səhlənkar
üsluba malik
olan rəhbər adətən qəbul etdiyi qərarlar üçün məsluiyyətdən qorxur, geniĢ
kollegiallıq pərdəsi
arxasında gizlənməyə
çalıĢır. O lazımi prinsipiallıq və tələbkarlıq göstərə bilmir, əvvəl qəbul
etdiyi qərarlardan
çox vaxt imtina
edir. səhlənkar üslublu rəhbər iĢə ciddi zərər vurar və aparatın iĢini bərbad
hala sala bilər.
Ġdarəetmə
sistemində ən əlveriĢli üslub demokratik üslubdur. Bu üslub kollegiallıqla vahid
rəhbərliyi
düzgün əlaqələndirir,
ictimai təĢkilatların, bütün müəllimlərin məktəbdə idarəetmə ilə bağlı qərarların
qəbul
edilməsində fəal
iĢtirakını nəzərdə tutur.
Ġdarəetmənin əsas
funksiyalarına təhlil və planlaĢdırma, təĢkiletmə və nəzarət, əlaqələndirmə və
stimullaĢdırma aiddir.
0 коммент.:
Отправить комментарий