09.12.2014

İdarəetmə qərarının həyata keçirilməsi fazası 
qərarın həyata keçirilməsi planının hazırlanması, onun icraçılara çatdırılması və qərarın icrasına nəzarət mərhələlərini özündə birləşdirir.
İdarəetmə qərarının həyata keçirilməsi üçün əlverişli şərait hələ qərarın hazırlanması və qəbul edilməsi mərhələlərində yaradılır. Qərarda əvvəlcədən nəzərdə tutulmalıdır: bu və ya başqa vəzifəni kim, harada, nə vaxt və necə yerinə yetirməlidir. Bu, qərarın yerinə yetirilməsi üçün lazımi təşkilati zəmin yaradır.
Qəbul olunmuş qərarın həyata keçməsi həmin qərarın məqsədinin əldə edilməsinə yönəldilmiş təşkilati planın hazırlanmasını tələb edir. Təşkilati planda bütün işlərin həcmi obyektlər, vəzifələr və vaxt intervalları üzrə bölünür. Işlərin hər bir qrupunu yerinə yetirməq üçün müvafiq ixtisasa malik və lazımi sayda icraçılar seçilir. Iş rəhbərlərinin seçilməsinə xüsusi diqqət verilməlidir.
Təşkilati plan hazırlandıqdan sonra qərar icraçılara çatdırılır. Bu zaman qəbul olunmuş qərarın məzmunu və əhəmiyyəti, onun mümkün nəticələri izah olmalıdır. Bəzən qərarın yerinə yetirilməsi üçün yeni iş metodlarını öyrətmək lazım gəlir. Bu halda təbliğat işləri ilə yanaşı böyük metodiki təlimat işi aparılır.
Qərarın həyata keçirilməsində qərarın yerinə yetirilməsi gedişinə nəzarət mühüm rol oynayır. Nızarətin məqsədi təkcə verilmiş proqramdan kənarlaşmaları vaxtında aşkar etmək deyil həm də onların qarşısını almaqdan ibarətdir. Qərarın həyata keçirilməsi işlərinin uçotunu aparmadan səmərəli nəzarət qeyri-mümkündür. Uçotun bütün növlərindən istifadə olunur. Düzgün qurulmuş nəzarət idarəetmə sisteminin elə əks rabitəsidir ki, onsuz normal tənzimləmə prosesi, baş vermiş çətinliklərin və zəif yerlərin vaxtında aradan qaldırılması ağlasığmazdır.
Nəzarətin gedişində qəbul edilmiş qərarlara müəyyən təshihlər aparmaq, bəzən isə yeni qərar qəbul etmək lazım gəlir. Bu, qərarın yerinə yetirilməsinin pis təşkili, xarici səbəblərə görə vəziyyətin kəskin şəkildə dəyişilməsi, qərarın özündə buraxılmış sıhvlər nəticəsində baş verə bilər. Qərar öz təsirini itirdiyi hallarda rəhbır qərarda müəyyən dəyişikliklər aparmalıdır. Qərardakı təshihlər heç də həmişə əlverişsiz situasiya ilə əlaqədar olmur. Qərarın həyata keçirilməsi gedişində nəticələrin yaxşılaşdırılması üçün yeni gözlənilməz imkanlar açıla bilər ki, bu da qərarda müəyyən təshihlərin aparılmasını tələb edir. Yekunların vurulması problemlərin həll edilməsi sahəsində həll edilmiş təcrübə böyük sosial-siyasi, tərbiyəvi və idarəetmə əhmiyyətinə malikdir. Kollektivlər bilməlidirlər ki, onlar necə işləyirlər və hansı nəticələr əldə olunub. Bütün hallarda yekun vurulmalıdır-iş tam və vaxtında yerinə yetirilib ya yox.
Yekunların vurulması idarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsi üçün tətbiq olunan sistemin səmərəliliyini yoxlanması deməkdir. Yekunlaşdırma problemin həlledilməsi tsiklini tamamlaır və eyni zamanda yeni qərarlar üçün baza yaradır. Yekunlaşdırma həcminin rəhbərlərin və bütünlükdə idarəetmə sisteminin təcrübəsini zənginləşdirməyə imkan verir ki, bu təcrübədən yeni idarəetmə qərarlarının hazırlanması, qəbul edilməsi və yerinə yetirilməsi üçün istifadə oluna bilər.
İdarəetmə qərarlarının qəbul edilməsi sistemində idarəetmə əməliyyatı və idarəetmə prosedurası anlayışlarından istifadə olunur.


0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.