08.12.2014

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin tətbiqi 
Hüquqi –normativ sənədlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI”
Qiymətləndirmənin istiqamətləri 
•Qiymətləndirmənin istiqamətləri dedikdə, ayrı-ayrı forma, məzmun və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur. Ölkəmizdə qiymətləndirmə aşağıdakı istiqamətlərdə aparılır:
•Beynəlxalq qiymətləndirmə
•Milli qiymətləndirmə
•Məktəbdaxili qiymətləndirmə
Qiymətləndirmənin üsul və vasitələri
•Qiymətləndirmə üsulu dedikdə, bu prosesin həyata keçirilmə üsulları nəzərdə tutulur.
• Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətlərdir. 
Əgər qiymətləndirmə üsulu yazı müəyyənləşdirilibsə, istifadə olunan alət- imla, inşa, məsələ və misal həlli qiymətləndirmə vasitəsi olur.
•Qiymətləndirmənin məqsədindən asılı olaraq üsul və vasitələr fərqli olur.
Qiymətləndirmənin növləri – tərkib hissələri
Qiymətləndirmənin növləri dedikdə, eyni bir qiymətləndirmə istiqamətinin tərkib hissələri başa düşülür. Məktəbdaxili qiymətləndirmənin tərkib hissələri aşağıdakılardır:
Diaqnostik qiymətləndirmə - ilkin səviyyənin qiymətləndirilməsi
Formativ qiymətləndirmə - şagird fəaliyyətinin izlənilməsi
Summativ qiymətləndirmə - şagird nailiyyətinin qiymətləndirilməsi
Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə, birbaşa müəllimin təlim strategiyalarının seçilməsinə xidmət edir.
Diaqnostik qiymətləndirmə əsasən dərs ilinin, tədris vahidlərinin əvvəlində, şagird başqa ümumi təhsil müəssisəsindən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, fərdi yanaşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək məqsədilə müəllim tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri sinif və formativ qiymətləndirmə jurnallarında qeyd olunmur, müəllimin qeyd dəftərində öz əksini tapır. 
Diaqnostik qiymətləndirmədə istifadə olunan əlverişli üsul və vasitələr
Üsullar-Vasitələr
Tapşırıqvermə-Çalışmalar 
Müsahibə- Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan sifahi yoxlama zamanı müəllimin öyrənmək (diaqnoz qoymaq) istədiyi məsələnin yazıldığı vərəq) 
Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq-Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)
Formativ qiymətləndirmə
Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir.
Formativ qiymətləndirmənin əsas mahiyyəti şagirdin təlim fəaliyyətinin daim izlənilməsidir. Formativ qiymətləndirmə şagirdin bilik və bacarığını formalaşdırmaqla onun təlim nəticələrinə nail olması məqsədilə aparılır.
Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlara yiyələnməsi vəziyyətinin qiymətləndirilməsidir.
Formativ qiymətləndirmə dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.
Formativ qiymətləndirmədə istifadə olunan əlverişli üsul və vasitələr
Üsullar-Vasitələr
Müşahidə-Müşahidə vərəqələri
Şifahi sual-cavab-Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi
Tapşırıqvermə-Çalışmalar
Valideynlərlə və digər fənn 
müəllimləri ilə əməkdaşlıq--Söhbət, sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəqi)
Oxu- Mətn
Yazı-Yazı işləri (inşa, esse, misal və məsələ həlli)
Layihə-Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli
Şifahi və yazılı təqdimat-Meyar cədvəli
Özünüqiymətləndirmə -Özünüqiymətləndirmə vərəqələri
Summativ qiymətləndirmə
Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmələrdən ibarətdir. 
Kiçik və böyük summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır.
Summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.
Summativ qiymətləndirmədə istifadə olunan üsul və vasitələr
Üsullar -Vasitələr
Layihə-Təqdimat
Şihahi sorğu-Sual-cavab
Test-Test tapşırıqları
Tapşırıqvermə-Tapşırıq, çalışma və laboratoriya işləri
Yaradıcılıq və əl işləri- Fənlərə müvafiq olaraq rəsmlər, hazırlanan məmulatlar və digər əl işləri
Qiymətləndirmə ilə bağlı termin və ifadələr
•Məzmun standartı- təhsil alanların əldə etməli olduğu bilik və bacarıqlara qoyulmuş dövlət tələbidir.
•Təlim nəticəsi- müəyyən bir mərhələdə əldə edilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. 
• Nəticəyönümlülük- yeni kurikulumların hazırlanmasında nəzərə alınmış əsas prinsiplərdən biridir. Bu prinsipə görə fənnin zəruri məzmunu nəticələr formasında verilir.
•Qiymətləndirmə standartı- təhsil alanların nailiyyət səviyyəsinə verilən dövlət tələbləri;
•Qiymətləndirmə meyarları- şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün məzmun standartları əsasında hazırlanmış tələblər;
•Portfolio- şagirdin fəaliyyəti ilə bağlı olan sənədlər, o cümlədən, diaqnostik, formativ qiymətləndirmə məlumatlarının qeydə alındığı xüsusu qovluq;
•Rubrik- şagirdlərin fəaliyyət və nailiyyətlərini meyarlar əsasında ölçən qiymətləndirmə şkalası.



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.