07.12.2014

                      REDAQOJI  İDARƏETMƏDƏ TƏHLİL

Pedaqoji təhlil tam pedaqoji prosesi idarəetmənin funksiyalarından biridir. Ġdarəetmə dövrəsinin
strukturunda pedaqoji təhlil xüsusi yer tutur. Ardıcıl və bir-biri ilə qarĢılıqlı bağlı olan funksiyalardan ibarət
olan hər hansı idarəetmə dövrəsi pedaqoji təhlillə baĢlayır və onunla da qurtarır.
Ġdarəetmənin və pedaqoji fəaliyyətin effektliyi məktəb rəhbərlərinin, müəllimlərin pedaqoji təhlilin
metodikasına yiyələnmələrindən çox asılıdır. Məktəb direktorunun fəaliyyətində vaxtında aparılmayan və ya
səriĢtəsiz aparılan təhlil məqsədləri və vəzifələri müəyyənləĢdirmə mərhələsində konkretsizliyə, hətta qəbul
olunan qərarların əsassızlığına gətirib çıxarır. Pedaqoji və ya Ģagird kollektivində iĢlərin həqiqi vəziyyətini
bilmək pedaqoji prosesin tənzimlənməsi və korrektirovkası prosesində düzgün qarĢılıqlı münasibətlər sisteminin
yaranmasında çətinliklər yaradır.
Pedaqoji təhlilin əsas məqsədi pedaqoji prosesin vəziyyətini və inkiĢaf tendensiyasını öyrənmək, onun
nəticələrini obyektiv qiymətləndirmək, bunun əsasında idarəetmə sistemini qaydaya salmaq üçün tövsiyələr
iĢləyib hazırlamaqdır. Ġdarəetmə dövriyyəsinin strukturunda bu funksiya ən çətin funksiyalardan biridir, çünki
təhlil öyrənilən obyektin hissələrə bölünməsini, hər bir hissənin rolunu və yerini qiymətləndirməyi, hissələri
vahid tam halında birləĢdirməyi, sistem yaradan amillər arasında əlaqələr yaratmağı nəzərdə tutur.
Ġdarəetmənin baĢqa funksiyalardan, məsələn planlaĢdırma və ya təĢkil etmə funksiyalarından fərqli
olaraq, pedaqoji təhlil funksiyası zahirən az effektli görünür. Əslində o Ģəxsiyyətdən maksimum intellektual
gərginlik, pedaqoji faktları və hadisələri müqayisə etmək, ümumiləĢdirmək, sistemləĢdirmək, sintezləĢdirmək
üçün formalaĢmıĢ analitik təfəkkürə malik olmağı tələb edir.
Məktəbdaxili idarəetmənin nəzəriyyə və praktiksında pedaqoji təhlilin aĢağıdakı əsas növləri müəyyən
olunmuĢdur: parametrik (parametr-hər hansı bir hadisənin bu və ya digər xassəsini göstərən kəmiyyət) təhlil,
tematik təhlil, yekun təhlil.
Parametrik təhlil təhsil prosesinin gediĢi və nəticələri haqqında gündəlik informasiyanı öyrənmək,
prosesə mane olan səbəbləri aĢkar etmək məqsədini güdür. Parametrik təhlilin yekunlarına görə tam pedaqoji
prosesin gediĢini tənzimləmək üçün düzəliĢlər və dəyiĢikliklər aparılır. ġagirdlərin cari yetirməsi, gün ərzində,
həftə ərzində siniflərdə və məktəbdə intizam, dərslərə və sinifdənxaric məĢğələlərə davamiyyət, məktəbin
sanitar vəziyyəti, dərs cədvəlinə riayət olunması və baĢqa məsələlər parametrik təhlilin predmetidir.
Dərslərə və sinifdənxaric məĢğələlərə məktəb direktorunun və onun müavinlərinin baĢ çəkməsi onların
apardıqları parametrik təhlilin əsas məzmununu təĢkil edir. Parametrik təhlilin nəticələrinin qeydə alınması,
onların sistemləĢdirilməsi və iĢlənməsi tematik pedaqoji təhlil üçün Ģərait yaradır.
Tematik təhlil pedaqoji prosesin gediĢindəki daha sabit, təkrar olunan asılılıqları və onun nəticələrini
öyrənməyi nəzərdə tutur. Sinif və sinifdənxaric fəaliyyətin öyrənilməsinə sistemli yanaĢma tematik təhlilin
məzmununda özünü daha çox göstərir. Əgər parametrik təhlilin predmeti ayrıca bir dərs və ya sinifdənxaric
məĢğələ ola bilərsə, tematik təhlilin predmeti dərslər sistemi, sinifdənxaric məĢğələlər sistemi ola bilər. Direktor
və ya onun müavini müəllimin ancaq bir neçə dərsini, məĢğələsini təhlil edəndən sonra onun iĢ sistemi haqqında
tam təsəvvür ala bilər.
AĢağıdakı komleks problemlər tematik təhlilin məzmununu təĢkil edir: təlim metodlarının optimal
əlaqələndirilməsi, Ģagirdlərin biliklər sisteminin formalaĢdırılması, müəllimlərin, sinif rəhbərlərinin əxlaq,
estetik, fiziki, intellektual tərbiyəsi üzrə iĢ sistemi; pedaqoji mədəniyyətini yüksəltmək üzrə müəllimin iĢ
sistemi; məktəbdə innovasiya mühitini formalaĢdırmaq üzrə pedaqoji kollektivin fəaliyyəti .
Parametrik təhlilin məlumatlarına istinad edərək məktəbin rəhbərləri analitik iĢin gediĢində yekun təhlilin
məzmunu və texnologiyasını hazırlayır və əsaslandırır.
Yekun təhlil rübün sonunda, tədris ilinin yarısında və axırında keçirilir, əsas nəticələri və onlara nail
olma səbəblərini öyrənmək məqsədini güdür. Yekun təhlil idarəetmənin bütün funksiyalarının həyata keçməsi
üçün Ģərait hazırlayır. Yekun təhlil haqqında informasiya parametrik və tematik təhlil haqqında məlumatlardan,
rüblük, yarım illik yoxlama iĢlərindən, müəllimlərin, ictimai təĢkilatların təqdim etdikləri rəsmi hesabatlardan,
arayıĢlardan yaradılır.
Beləliklə, pedaqoji təhlilin əsas obyektləri təlimin təĢkili formalarıdır ki, bu hər Ģeydən əvvəl dərsdir,
sinifdənxaric məĢğələlər, tədbirlər və tədris ilində məktəbin iĢinin yekunlarıdır. Bu obyektlər uĢaqların təhsiltərbiyəsi
üzrə bütün müxtəlif məqsədləri, vəzifələri, məzmunu, forma və metodları özündə birləĢdirir.
Məktəb rəhbərlərinin daim diqqət mərkəzində duran obyekt dərslərə girmək və onların pedaqoji təhlilidir.
Məktəb rəhbərlərinin idarəetmə fəaliyyətində dərsin təhlilinin üç növü nəzərə çarpır: geniĢ təhlil, qısa təhlil,
aspekt təhlil (dərsin hər hansı bir tərəfini öyrənmək).
Dərsin geniĢ pedaqoji təhlili dərsin bütün detallarının ayrılmasını və onun bütün məqamlarının bir tam
kimi müzakirəsini, yəni dərsin tərbiyəvi, didaktik, psixoloji, sanitar-gigiyenik tələblərinin
müəyyənləĢdirilməsini nəzərdə tutur. Dərsin geniĢ təhlili yeni fəaliyyətə baĢlayan müəllimlərin dərsləri14
dinlədikdən sonra keçirilir. Təcrübəsinin ümumiləĢdirilməsi və yayılması lazım bilinən müəllimlərin dərsləri
xüsusi öyrənmə predmeti ola bilər.
Dərsin qısa təhlili direktordan, onun müavinindən, metodistdən obyektiv təklif və tövsiyələr müəllimin
Ģəxsiyyətini yaxĢı bilməyi, yüksək metodik və idarəetmə mədəniyyəti tələb edir.
Dərsin aspekt təhlili dərsin hər hansı bir aspektini (tərəfini) təhlil etməyi (məsələn, dərsdə Ģagirdlərin
idrak fəaliyyətini aktivləĢdirmək üçün əyani vasitələrdən istifadə etməyi) nəzərdə tutur.
Məktəb rəhbərinin analitik fəaliyyətində tərbiyəvi iĢlərin pedaqoji təhlili mühüm yer tutur. Belə iĢlərin
həyata keçməsi zamanı uĢaqlar təĢkilati, yaradıcı fəaliyyətdə iĢtirak edirlər.
Tərbiyəvi iĢin pedaqoji təhlili zamanı onun keçirilmə ardıcıllığı nəzərə alınmalıdır: məqsədin birgə
müəyyənləĢdirilməsi, tərbiyəvi iĢin vəzifələri, keçirilmə forması; birgə planlaĢdırma; iĢin hazırlanmasında
uĢaqların iĢtirakı və müəllimlərin pedaqoji rəhbərliyinin xüsusiyyətləri; tərbiyəvi iĢin bilavasitə keçirilməsi; iĢi
birgə yekunlaĢdırmaq və onun təhlili.
Məktəbin tədris ilində iĢinin yekun təhlilinin məzmununu aĢağıdakı aparıcı istiqamətlər təĢkil edir:
1) tədrisin keyfiyyəti;
2) Ģagirdlərin bilik, bacarıq və vərdiĢlərinin keyfiyyəti;
3) Ģagirdlərin tərbiyəlilik səviyyəsi;
4) valideynlərlə və ictimaiyyətlə iĢin effektliliyi;
5) məktəblilərin sağlamlıq vəziyyəti və sanitar-gigiyenik mədəniyyəti;
6) məktəb Ģurasının, pedaqoji Ģuranın fəaliyyətinin nəticələri.
Yekun təhlilin keçirilməsi, onun obyektivliyi, dərinliyi, perspektivliyi yeni tədris ili üçün planın

hazırlanmasına Ģərait yaradır.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.