15.12.2014

AZƏRBAYCAN DİLİ




1-4-cü suallar aşağıdakı mətnlə bağlıdır.
Gəmiləri yandırmaq
Qədim zamanlarda öz döyüşçülərinin cəsarətinə o qədər də bel bağlamayan qətiyyətli sərkədələr sahilə çıxandan sonra gəmiləri yandırırdılar ki, döyüş meydanından qaçmaq imkanı qalmasın.Geriyə yolun olmadığını görən ölümü göz altına alıbəzmkarlıqla vuruşur və çox zaman qalib gəlirdilər.
  Qədim mənbələrə əsasən, gəmiləri ilk dəfə yandıranlar qadınlar olmuşdur.Bu qadınlar yunanlarla müharibədə məğlub olandan sonra İtaliya sahillərinə üzüb gəlmiş troyalıların arvadları olub.Bu yerlərin təbiəti qadınların elə xoşuna gəlir ki, ərləri buradan getməsinlər deyə bütün gəmiləri yandırıblar.
   Dilimizdə indi daha çox işlənən “körpüləri yandırmaq” ifadəsi eyni məna kesb edir.

1.Mətndə hansı suallara cavab tapmaq mümkün deyil?
A)Troyalı qadınlar nə üçün İtaliyadan getmək istəməyiblər?
B)Düşmən sahillərinə çıxan sərkədələr kimin gəmilərini yandırırdılar?
C)Gəmiləri yandıran sərkədələr milliyətcə kim olublar?
D)Yunanlarla troyalıların arasında baş vermiş döyüşdə kim qalib gəlmişdi?

2.”Gəmiləri yandırmaq” ifadəsinin belə bir mənası yoxdur.
A)keçmişlə elaqəni tamamilə qırmaq.
B)çətinlik qarşısında geriyə çəkilmək.
C)köhnə münasibətlərə qayıtmağı mümkünsüz etmək.
D)geriyə yol qoymamaq.

3.Altından xətt çəkilmiş ifadələrdən biri mətndə frazeoloji birləşmə kimi işlənməyib?
A)gəmiləri yandırmaq
B)göz altına alıb
C)xoşuna gəlir
D)bel bağlamayan

4.Mətnə əsasən belə bir nəticəyə gəlmək olar.
A)Gəmiləri yandırmaqla sərkədələr vətənlə əlaqəni kəsmək isteyiblər.
B)Gəmiləri yandırmaqla Troya qadınları ərlərini döyüşə ruhlandırmaq istəyiblər.
C)Troya müharibəsindən sonra bir çox troyalılar doğma şəhərlərini tərk etdilər.
D)Troya kişiləri cəsarətsiz idilər.       

5.Cümləni hansı frazeoloji birləşmə ilə davam etdirmək olar?
  Gərək düşməni həmişə qorxu içində saxlayasan...
A)   Gözünün odunu alasan
B)    Gözünün acısını alasan
C)    Gözünün üstündə qaşın var deməyəsən.
D)   Gözünün qurdunu öldürəsən

6. Hansı cümlədə antonimlərin sayı daha çoxdur?
A) Qurunun oduna yaş da yanır
B) Dövlət ağıllının nökəri, axmağın ağasıdır.
C) Alim olmaq asandır, adam olmaq çətin.
D) Dostla su iç, düşmənlə bal yeməyə oturma.

7.Nömrələnmiş sözləri yaxın mənalı sözlərlə əvəz edin.
            Qızmar¹ günəş parlayır,
            Hava saf², goylər açıq³.
A)   1-sarı, 2-aydın, 3-saf
B)    1-qaynar, 2-pak, 3-elvan
C)    1-ilıq, 2-isti, 3-aşkar
D)   1-isti, 2-təmiz, 3-aydın.

8.Hansı cümlədə “bal” sözü şənlik mənasındadır?
A) Samir yarışda 10 bal aldığına üçün çox sevinirdi.
B) Yeni il balı çox maraqlı keçdi.
C) Pekində 5 bal gücündə zəlzələ olub.
D) Bal tutan barmaq yalar.

9.Söz, itki, cəza, yükhamısı ilə işlənə bilən söz hansıdır?
A) incə            B)dəyərli              C)yumşaq           D)ağır

10.Nöqtələrin yerinə hansı söz uyğundur?
   Nəvə,..., kötücə
   Axır,....,son
A)oğul            B)nəticə           C)əvvəl            D)ahıl

11.”Vermək” sözü hansı sıradakı sözlərlə birləşmə yarada bilməz?
A) dərs, söz, səs
B) qulaq, əl, baş
C) qol, hücum, oyun
D) yol, fikir, yaraşıq

12.Hansı atalar sözündə eksmənalı sözlərin yeri səhv düşüb?
A)Her şeyin təzəsi, dostun kohnəsi
B) Eşşəyə min, ata çatınca
C) Yüz şirini yeyərlər,bir acının xətrinə
D) Hər quş öz yuvasının ağasıdır

13.Hansı sözlər sinonim deyil?
A)araşdırma-təhlil
B)mənbə-qaynaq
C)sovqat-pay
D)duman-çiskin

14.”Əsgərlərə dəstək olmaq üçün camaat kəndin kənarında toplaşdı” cümləsində hansı sözü yaxınmənalı sözlə əvəz etmək olmaz?
A)camaat-əhali
B)kənarında-qırağında
C)toplaşdı-yığışdı
D)dəstək-yardım

15.Cütlüklərdən biri fərqlidir.
A)yalan-doğru
B)nazik-incə
C)xəstə-sağlam
D)dar-geniş

16.Hansı cümlədə “xəbər” sözü termin kimi işlənir?
A) Bu xəbər bütün ölkəyə yayıldı.
B) Ana hərbi hissəyə gedib oğlundan xəbər aldı.
C) Bu cümlədə həm mübtəda, həm də xəbər var.
D) Aysu evə çatan kimi məktəbdə baş verənləri anasına xəbər 

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.