15.12.2014

AZƏRBAYCAN DİLİ

III BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ


1-5-ci suallar aşağıdakı mətnlə bağlıdır.
Bir gün iki mələk göylərdən enərkən insanları daha yaxından tanımaq istəyir.İlk qonaq gəldikləri evin sahibi varlı olsa da, onları könülsüz qəbul edir, soyuq zirzəmidə gecələmək üçün yer verir. Ac-susuz yatmağa hazırlaşarkən yaşca böyük olan mələkzirzəminin divarında təsadüfən gördüyü dəliyi suvamağa başlayır.Kiçik mələyin buna acığı tutur.
   Ertəsi gün mələklər gecələmək üçün bir kasıb ailənin evinə gəlirlər.Ev yiyəsi onları hörmətlə qarşılayır, evin ən rahat otağını onlara verir, sahibəsi isə bütün ailənin göz dikdiyi inəyin südündən sıyıq bişirir.Yeməkdən sonra hamı yatır. Səhər duranda görürlər ki, ailənin yeganə gəlirmənbəyi olan inək ölüb.
   Azyaşlı mələk daha da qəzəblənib böyük mələyi ədalətsizliklə günahlandırır.
   Yaşlı mələk deyir:
-Sən çox şeyi bilmirsən.İlk dəfə gecələdiyimiz evin zirzəmisinin divarında bir küp qızıl gizlədilib.Mən divarı suvadım ki, ev sahibi onu tapıb bir az da harınlaşmasın.Dünən gecə isə Əzrayıl kasıb ailənin sahibəsini öldüməyə gəlmişdi.Mən ondan xahiş elədim ki, qadının əvəzinə inəyi öldürsün.İndi görürsən ki, ...


1.Mətni tamamlayın.
A) qonaq birinci gün qızıldır,ikinci gün mis.
B) qonşunu iki inəkli istə,özün bir inəkli olasan.
C) həyatda heç də hər şey göründüyü kimi deyil.
D) pis olmasa, yaxşının qədri bilinməz.

2.Mətndə hansı suala cavab yoxdur?
A) Kiçik mələyi qəzəbləndirən nə idi?
B) Mələklər nə məqsədlə Yer üzünə gəlmişdilər?
C) Varlı ev sahibi mələkləri necə qarşılayır?
D) Zirzəmidə qızıl küpünü kim gizlətmişdi?

3.Hansı atalar sözü mətnin məzmununa aid deyil?
A) Kasıb mərd olar.
B) Dövlətlinin dili uzun olar, əli qısa.
C) Qorxan gözə çöp düşər.
D) Yaxşılıq elə ki, başına gəlsin.

4.Tünd hərflərlə yazılmış hansı söz düzəltmədir?
A)istəyir              B) verir                  C) gəlir             D) deyir

5. “Acığı tutmaq” ifadəsini hansı sözlə əvəz etmək olar?
A)acılamaq
B)acıqlanmaq
C)acımaq
D)acmaq

6. “Gəlir” ismini hansı sözlə əvəz etmək olar?
A) qazanc                 B) qida                C) var-dövlət                 D)azuqə

7.Hansı söz şəkilçi qəbul etmir?
A) maraq                  B) çarə                  C)razı                     D) rahat

8.Hansı atalar sözündə eyniköklü sözlər var?
A) Dəmiri döyən dəmirçi olar.
B) Zər qədrini zərgər bilər.
C) Yersiz gəldi, yerli qaç.
D) Başına gələn başmaqçı olar.

9.Hansı sözə -çu şəkilçisi artırsaq, peşə bildirən söz yaranar.
A) doğru                  B) odun                   C) oğru               D) soyğun

10.Hansı söz kök və şəkilçiyə düzgün ayrılmayıb?
A) qayğı-keş-liy-in
B) din-lə-yici
C) bir-ləş-dir-mək
D) silah-daş-lar-ım

11.Hansı söz birləşərək mürəkkəb söz yarada bilər?
A) sarı, köynək
B) ağ, bayraq
C) geniş, zal
D) uzun, yol

12.”Gecələyirlər” sözünün başlanğıc forması hansıdır?
A) gecə                B) gecələ                  C) gecələyir           D) gecələyirlər

13. Hansı sözdə -kar şəkilçi deyil?
A)peşəkar                 B)aşkar                  C)səbəbkar               D)sənətkar

14. Hansı sözdə -ıntı şəkilçi deyil?
A)dağıntı                       B)axıntı                    C)qırıntı              D)yağıntı



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.