Ümumtəhsil Məktəblərində Məktəbdaxili
Qiymətləndirmənin
Aparılması barədə
TƏLİMAT
Bakı 2012
Təqdim olunan Təlimat Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 03
iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsilin
dövlət standartları və proqramları
(kurikulumları)” və 13 yanvar
2009-cu il tarixli, 09 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”
əsasında fənn kurikulumları tətbiq
olunan siniflərdə məktəbdaxili
qiymətləndirmənin aparılmasını müəyyən edir:
1. ümumi müddəalar
.1. Məktəbdaxili qiymətləndirmə diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi),
formativ (fəaliyyətin qiymətləndirilməsi),
summativ (kiçik, böyük və yekun)
qiymətləndirmələrdən ibarətdir.
.2. Diaqnostik qiymətləndirmə şagirdin bilik və
bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin
potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət
edir.
.3. Formativ qiymətləndirmə şagirdin məzmun
standartlarından irəli gələn bilik və
bacarıqlara nail olması üçün onun fəaliyyətini izləmək məqsədi ilə aparılır.
.4. Summativ qiymətləndirmə təlim
prosesində müəyyən mərhələlərə (tədris vahidinin, yarımilin sonunda) yekun
vurmaqla,
müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında
hazırlanmış vasitələrlə şagirdin
nailiyyətini qiymətləndirmək məqsədilə aparılır.
.5. Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli şəkildə yeni
fənn kurikulumları tətbiq olunan siniflərdə
həyata keçirilir.
2. Diaqnostik qiymətləndirmə
2.1
.
Diaqnostik qiymətləndirmə müəllim üçün təlim
strategiyasını müəyyənləşdirməyə xidmət edir. Bir qayda olaraq, təhsil səviyyəsinin,
dərs ilinin,
tədris vahidlərinin əvvəlində sinifdəki
şagirdlərin bilik və bacarıqları, eyni zamanda şagird bir ümumi təhsil
müəssisəsindən digərinə gəldikdə, sinfi
dəyişdikdə və digər zəruri hallarda onun
bilik və bacarıqları haqqında məlumat toplamaq, şagirdə fərdi yanaşmanı təmin
etmək məqsədilə aparılır.
2.2
.Diaqnostik qiymətləndirmənin üsul və vasitələri fənn
müəllimi tərəfindən müəyyənləşdirilir və aparılır.
2.3
.Diaqnostik qiymətləndirmə vasitələri bir qayda
olaraq, standartlar üzrə əldə olunmuş
bilik və bacarıqlar əsasında hazırlanır
(ibtidai təhsil səviyyəsinin birinci sinfində dərs ilinin əvvəli istisna edilməklə).
2.4
.Diaqnostik qiymətləndirmə məqsədinə uyğun olaraq
iki formada keçirilir: davamlı və qısamüddətli.
2.5
.Davamlı diaqnostik qiymətləndirmə, adətən, təhsil
səviyyəsinin və dərs ilinin əvvəlində
bir neçə dərsin müəyyən hissəsində aparılır.
2.6
. Davamlı diaqnostik qiymətləndirmənin məqsədi
sinifdəki şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənməkdir.
2.7
.Davamlı diaqnostik qiymətləndirmədə müəllim
şagirdin bilik və bacarıqlarının daxil olduğu inkişaf sahələrini (idraki, fiziki,
sosial-emosional, hərəki) öyrəndiyinə görə daha çox müşahidə üsulundan və bu üsulu reallaşdıran
vasitədən – müşahidə cədvəlindən
istifadə edir. Şagird haqqında daha ətraflı
məlumat toplamaq üçün valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
üsulundan və sorğu
vasitələrindən istifadə edilir.
2.8
.Qısamüddətli diaqnostik qiymətləndirmə, adətən, tədris
vahidlərinin əvvəlində bir dərsin müəyyən hissəsində aparılır.
2.9
.Qısamüddətli diaqnostik qiymətləndirmənin məqsədi
şagirdin fənn üzrə zəruri bilik və bacarıqları haqqında məlumat toplamaqdır.
2.10
.Qısamüddətli diaqnostik qiymətləndirmədə müəllim
şagirdin hər hansı bir bəhs və bölmə üzrə bilik və bacarıqlarını yoxladığına
görə tapşırıqvermə,
müsahibə, layihə kimi qiymətləndirmə üsullarından
və müvafiq olaraq çalışma, şifahi sual-cavab, təqdimat vasitələrindən istifadə edir.
2.11
Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə
qeyd olunmur, yazılı qeydlər sinif və şagird portfoliosunda saxlanılır.
3. Formativ qiymətləndirmə
3.1.Formativ qiymətləndirmə şagirdin məzmun
standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş
fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq
və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
3.2.Formativ qiymətləndirmə
dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana
bilməməsinin səbəblərini araşdırmaq və
onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.
3.3.Fənni tədris edən müəllim formativ qiymətləndirmə aparmaq üçün məzmun standartları əsasında qiymətləndirmə
meyarlarını müəyyənləşdirməlidir. Qiymətləndirmə meyarları birbaşa məzmun
standartlarından çıxarılarkən məzmun kənarda
qalmamalıdır, çünki məzmun standartlarındakı fəaliyyət konkret dərs mövzusu üzərində
icra olunur. Məsələn: IV sinif Həyat
bilgisi fənni üzrə “2.4.2. Hüquq və vəzifələri barədə kiçik təqdimatlar edir”,
“1.4.2. Ekologiyanın qorunması ilə bağlı kiçik təqdimatlar edir”
standartlarında təqdimetmə bacarığının izlənilməsi zəruriləşir. Bu bacarıq
yuxarıdakı standartların məzmununa uyğun olaraq, müxtəlif dərslərdə “Ekologiya”
və ya “Uşaq hüquqları və vəzifələri” mövzuları üzərində icra olunur. Nəticədə formativ
qiymətləndirmə zamanı müəllim şagirdlərin standartlarda tələb olunan
bacarıqlara yiyələnməsi üçün onların fəaliyyətini konkret mövzular üzrə izləməyə
müvəffəq olur.
3.4. Eyni bir standart dərslikdəki bir neçə mövzu ilə
reallaşdığına görə həmin standartlardan çıxan qiymətləndirmə meyarları növbəti müvafiq dərslərdə də
istifadə edilir.
3.5.Formativ qiymətləndirmə
zamanı müşahidə üsulu və müşahidə vərəqləri
vasitəsindən, müsahibə üsulu və şifahi
nitq bacarıqları üzrə qeydiyyat vərəqi vasitəsindən, yazı üsulu və yazı
işləri, imla, inşa, esse, ifadə, məsələ, misal həlli vasitəsindən, oxu üsulu və
mətnlər vasitəsindən, layihə üsulu, ayrı-ayrı şagirdlərin və ya qrupların
hazırladığı təqdimat vasitəsindən istifadə
olunur.
3.6.Formativ qiymətləndirmə
rəsmi qiymətləndirmə deyil, nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli
kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və
simvollardan, “mənimsəyir”, “mənimsəmir”, “bilir”, “bilmir”, “yaxşı”, “orta”, “zəif” və
digər bu kimi ifadələrdən istifadə
olunmur.
3.7.Müəllim formativ
qiymətləndirmədə şagirdin fəaliyyətini
bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır.
3.8. Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ
qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə
qeydlərin olması mütləq deyil.
3.9. Sinif
iki yarımqrupa bölündükdə həmin fənn müəllimləri hər bir şagirdin fəaliyyəti barədə qeydləri
onun hansı yarımqrupda olmasından asılı
olmayaraq, adının qarşısında yazır.
3.10.
Formativ qiymətləndirmə jurnalındakı qeydlər məktəbli
kitabçasında da yazılır.
4. Formativ qiymətləndirmənin icra mexanizmi
4.1. Formativ qiymətləndirməni həyata keçirən müəllim
aşağıdakıları bilməlidir:
4.1.1 Fənn
üzrə hər bir dərs müəyyən məzmun standartlarının
reallaşdırılmasına xidmət edir.
4.1.2. Hər dərsdə
müəllim təlim prosesini şagirdlərin məzmun standartlarının tələblərinə uyğun
bilik və bacarıqlara yiyələnməsinə yönəltməlidir.
4.1.3.
Şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində həmin bacarıqlara yiyələnmənin
müxtəlif səviyyələrini nümayiş etdirə bilərlər.
4.1.4. Qaydaların
3.3. bəndinə uyğun olaraq, müəllim əvvəlcədən hazırladığı qiymətləndirmə
meyarları əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyət səviyyəsini zəif,
orta, yüksək olmaqla qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə
uyğun müvafiq qeydlərini yazmalıdır. Formativ qiymətləndirmədə müəllim əvvəlcədən
proqnozlaşdırmadığı və dərs prosesində
müşahidə etdiyi fəaliyyətləri də uyğun
ifadələrlə təsvir edə bilər.
QEYD: Müəllimlərin nəzərinə!
Təqdim edilən nümunələrdə
standartlardakı məzmunun kənarda qalmasına baxmayaraq, müəllim
şagirdləri formativ qiymətləndirərkən məzmunu
nəzərə almalıdır. Təlimatın 3.3. bəndinə uyğun olaraq, şagird bacarığa yiyələnməni müəyyən
məzmun üzərində icra edir. Bacarığa yiyələnmənin məzmunla vəhdətdə qiymətləndirilməsi
müəllimin öz yaradıcılığının məhsulu
olmalıdır. Verilən nümunələrdə müəllim şagirdlərin fəaliyyət səviyyələri üzrə
qeydlərini məzmun üzərində yazılı izah edə bilər.
Müəllim dərsin sonunda formativ
qiymətləndirmə jurnalında şagirdlərin
adının qarşısında və məktəbli kitabçasında onların fəaliyyətinə uyğun, nümunələrdə verilməyən məzmunu
nəzərə almaqla da zəruri qeydləri edir.
Formativ qiymətləndirmənin aparılmasına dair nümunələr:
Azərbaycan dili
V sinif
Standart
1.2.2. Fikirlərini
konkret fakt və nümunələrlə əsaslandırır.
2.1.2. Sözün həqiqi və
ya məcazi mənada işləndiyini müəyyənləşdirir.
Qiymətləndirmə meyarları:
- Mühakimə
yürütmə;
- Fikri
əsaslandırma;
- Sözlərin
semantik xüsusiyyətlərini müəyyənləşdirmə.
Standartlardan irəli gələn
tələblərə yiyələnmə prosesində müəllim şagirdlərin aşağıdakı fəaliyyətlərini müşahidə edə bilər.
Zəif
|
Orta
|
Yüksək
|
Mühakimə yürütməkdə
çətinlik çəkir.
|
Mühakimələri mətndəki əsas fikri qismən əhatə edir.
|
Əsas fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir.
|
Fikirlərini müəllimin
və yoldaşlarının verdiyi sualların köməyi ilə ifadə edir.
|
Faktları dəqiq olmasa da, sərbəst fikir
söyləyir.
|
Fikirlərini dəqiq fakt və nümunələrlə əsaslandırır.
|
Mətndəki sözlərin semantik
xüsusiyyətlərini sualların köməyi ilə müəyyənləşdirir.
|
Sözlərin semantik xüsusiyyətlərini yalnız
tanış mətn daxilində müəyyənləşdirir.
|
Tanış olmayan mətndə sözlərin semantik xüsusiyyətlərini müəyyənləşdirir və
nümunələrlə izah edir.
|
Nümunə:
- Mühakimə
yürütməkdə çətinlik çəkir.
- Mühakimələri
mətndəki əsas fikri qismən əhatə edir.
- Əsas
fikirlə bağlı sərbəst mühakimə yürüdə bilir.
- Fikirlərini
müəllimin və yoldaşlarının verdiyi sualların köməyi ilə ifadə edir.
- Faktları dəqiq olmasa da, sərbəst fikir söyləyir.
- Fikirlərini
dəqiq fakt və nümunələrlə əsaslandırır.
- Mətndəki sözlərin semantik xüsusiyyətlərini sualların köməyi
ilə müəyyənləşdirir.
- Sözlərin semantik xüsusiyyətlərini yalnız
tanış mətn daxilində müəyyənləşdirir.
- Tanış
olmayan mətndə sözlərin semantik xüsusiyyətlərini müəyyənləşdirir və
nümunələrlə izah edir.
Riyaziyyat
III
sinif
Standart:
1.1.5. 1000 dairəsində ədədləri müxtəlif ekvivalent
formalarda təsvir edir.
1.1.6. 1000 dairəsində ədədləri düzünə və tərsinə
on-on, yüz-yüz ritmik sayır.
Qiymətləndirmə meyarları:
- Təsviretmə.
- Təqdimetmə.
Zəif
|
Orta
|
Yüksək
|
Əyani vəsaitlərin
köməyi ilə təsvir edir.
|
Əyani vəsaitlərin köməyi ilə izahlı təsvir edir.
|
Nümunələr qurmaqla izahlı təsvir edir.
|
Ədədləri on-on yalnız
düzünə saymaqla təqdim edir.
|
Ədədləri on-on, yüz-yüz yalnız düzünə
saymaqla təqdim edir.
|
Ədədləri on-on, yüz-yüz düzünə və tərsinə
saymaqla təqdim edir.
|
Nümunə:
- Əyani
vəsaitlərin köməyi ilə təsvir edir.
- Əyani
vəsaitlərin köməyi ilə izahlı təsvir edir.
- Nümunələr qurmaqla izahlı təsvir edir.
- Ədədləri
on-on yalnız düzünə saymaqla təqdim edir.
- Ədədləri on-on, yüz-yüz yalnız düzünə saymaqla
təqdim edir.
- Ədədləri on-on, yüz-yüz düzünə və tərsinə
saymaqla təqdim edir.
Azərbaycan tarixi
V
sinif
Standart:
1.1.2. Sadə xronoloji məsələləri
həll edir.
2.1.2. Xəritələrdə Azərbaycan ərazisini
və mühüm tarixi abidələri müəyyənləşdirir.
3.1.2. Xalqın mənafeyinin
qorunmasında dövlətin rolunu dəyərləndirir.
Qiymətləndirmə
meyarları:
- Xronoloji məsələləri həll etmə
- Xəritədə məkanı müəyyənləşdirmə
- Dəyərləndirmə
Zəif
|
Orta
|
Yüksək
|
Hadisələrin xronoloji çərçivəsini
müəyyənləşdirir, məsələni həll edə
bilmir.
|
Tarixi faktların xronoloji ardıcıllığını müəyyənləşdirir.
|
Xronoloji məsələləri həll
edir.
|
Öyrədilən məkanı xəritədə çətinliklə müəyyənləşdirir.
|
Xəritədə məkanları mövzu üzrə müəyyənləşdirir.
|
Xəritədə məkanı dəqiq müəyyənləşdirir.
|
Hadisələri, faktları yalnız təsvir edir, dəyərləndirmir.
|
Hadisələri, faktları məzmuna
istinad etməklə dəyərləndirir.
|
Hadisələri, faktları zaman və məkan
daxilində faktlarla sərbəst dəyərləndirir.
|
Nümunə:
1. Hadisələrin
xronoloji çərçivəsini müəyyənləşdirir, məsələni həll edə bilmir.
2. Tarixi faktların
xronoloji ardıcıllığını müəyyənləşdirir.
3. Xronoloji məsələləri
həll edir.
4. Öyrədilən məkanı xəritədə
çətinliklə müəyyənləşdirir.
5. Xəritədə məkanları
mövzu üzrə müəyyənləşdirir.
6. Xəritədə məkanı dəqiq müəyyənləşdirir.
7. Hadisələri,
faktları yalnız təsvir edir, dəyərləndirmir.
8. Hadisələri,
faktları məzmuna istinad etməklə dəyərləndirir.
9. Hadisələri,
faktları zaman və məkan daxilində
faktlarla sərbəst dəyərləndirir.
Həyat bilgisi
IV
sinif
Standart:
2.4.2. Hüquq və vəzifələri barədə
kiçik təqdimatlar edir.
Qiymətləndirmə meyarları:
- Təqdimetmə
Zəif
|
Orta
|
Yüksək
|
Faktları sadalayır, mahiyyətini izah edə bilmir.
|
Faktların səciyyəvi xüsusiyyətlərini mətn əsasında təqdim
edir, nitqi rabitəli deyil.
|
Nümunələrə əsaslanmaqla sərbəst
təqdimat edir.
|
Nümunə:
- Faktları
sadalayır, mahiyyətini izah edə bilmir.
- Faktların
səciyyəvi xüsusiyyətlərini mətn əsasında
təqdim edir, nitqi rabitəli deyil.
- Nümunələrə
əsaslanmaqla sərbəst təqdimat edir.
Fiziki
tərbiyə
V
sinif
Standart:
2.2.3
Müxtəlif təyinatlı estafetləri, oyunları icra edir.
Qiymətləndirmə
meyarları:
- Hərəkətləri
icraetmə.
Müəllim şagirdin standartlardan irəli gələn bacarıqlara yiyələnməsi prosesində onların aşağıdakı
fəaliyyətlərini müşahidə edə bilər:
Zəif
|
Orta
|
Yüksək
|
Hərəkətin icrası
qüsurludur.
|
Hərəkətin
icrasında kiçik qeyri-dəqiqliyə yol verir.
|
Hərəkətləri
nümunələrə müvafiq icra edir.
|
Nümunə:
- Hərəkətin
icrası qüsurludur.
- Hərəkətin
icrasında kiçik qeyri-dəqiqliyə yol verir.
- Hərəkətləri
nümunələrə müvafiq icra edir.
6. Summativ qiymətləndirmə
6.1. Summativ qiymətləndirmə
kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır.
6.2.Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə
isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya
orada yaradılan müvafiq komissiyanın nəzarəti
ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış
imtahanları şəklində aparılır.
6.3. Summativ qiymətləndirmələrin nəticələri keçirildiyi tarixdə sinif
jurnalında qeyd olunur.
6.4. Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan
siniflərdə bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim
tərəfindən keçirilir. Onun nəticələri
yarımillik qiymətlərin
hesablanmasında nəzərə alınır.
6.5. Kiçik summativ qiymətləndirmənin keçirilməsi üçün vaxt fənni tədris edən
müəllim tərəfindən müəyyənləşdirilərək qiymətləndirmə vasitələri hazırlanır. Böyük summativ qiymətləndirmə vasitələri isə Azərbaycan
Respublikasının Təhsil
Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarə edən orqanlar və ümumi təhsil
müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən
hazırlanır.
6.6. Kiçik summativ qiymətləndirmə bir dərs saatı və ya dərs saatının bir hissəsində aparıla
bilər. Bu müddət fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir.
6.7. Yarımillərin sonunda böyük
summativ qiymətləndirmənin bir dərs
saatı ərzində keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur.
6.8. Kiçik
və böyük summativ
qiymətləndirmə vasitələri asan, orta, çətin
olmaqla hazırlanır. Asan tapşırıqlar
idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı bir məlumatı bilməsini və
yadda saxlamasını ölçür. Orta səviyyəli tapşırıqlar idrakın anlama, tətbiq və təhlil
mərhələsinə aid olub şagirdin səbəb-nəticə əlaqələrini anlamaq, tətbiq etmək,
müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar idrakın sintez və dəyərləndirmə mərhələsinə aid olub şagirdin sintez etmək,
qarşılaşdırmaq, dəyərləndirmək, qərar qəbul
etmək bacarıqlarını ölçür.
6.9.Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif
jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində
“q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti 2
həftə ərzində kiçik summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə
qeyd edir.
6.10.
Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, bir ay müddətində onun böyük summativ qiymətləndirmədə
iştirakı təmin edilir. Şagird II yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, II yarımillik qiyməti çıxarılarkən I böyük
summativ qiymətləndirmədə aldığı qiymət həm də II böyük summativ qiymət hesab olunur. Şagirdin üzrsüz səbəbdən iştirak etmədiyi II yarımildəki
böyük summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti
çıxarılarkən "0" qəbul edilir.
6.11.
Böyük summativ qiymətləndirmə
vasitələri fənnin məzmunundakı əsas zəruri
bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Təhsil
Nazirliyinin tövsiyələri və verdiyi nümunələr əsasında hər bir ümumi təhsil müəssisəsində
qiymətləndirmə vasitələri bankı tərtib edilir.
6.12.
Summativ qiymətləndirmədə
iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri
hazırlanır.
6.13.
Şagirdin yarımillik qiyməti kiçik summativ (yarımillik ərzində keçirilən) qiymətləndirmənin
nəticələri 40%, böyük summativ
(yarımillik sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60 % hesab
olunmaqla aşağıdakı düstur əsasında çıxarılır:
Burada, Y- şagirdin I və ya II yarımil üzrə qiymətini,
ksq1, ksq2 ,...,
ksqn -şagirdin müvafiq
yarımil ərzində kiçik summativ qiymətləndirmələrinin
nəticələrini, n-müvafiq
yarımildə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını, BSQ isə, I və ya
II yarımildə keçirilən böyük summativ
qiymətləndirmənin nəticəsini bildirir.
Şagirdin yarımillik və illik qiymətləri çıxarılarkən
yuvarlaqlaşdırma qaydası tətbiq edilir.
Məsələn, şagird 1-ci yarımildə aparılmış kiçik
summativ qiymətləndirmələrdə 3, 3, 4 və
böyük summativ qiymətləndirmədə 3
qiymət aldıqda, onun yarımil üzrə qiyməti
aşağıdakı kimi hesablanır:
Və yaxud, şagird 1-ci yarımildə kiçik summativ qiymətləndirmələrdən 2, 3, 3 və
böyük summativ qiymətləndirmədən 3
aldıqda, onun yarımillik qiyməti aşağıdakı kimi hesablanır:
6.14. Şagirdin illik qiyməti aşağıdakı düsturla müəyyən edillir:
Burada I -
şagirdin illik qiyməti, və isə 1-ci və 2-ci
yarımillər üzrə qiymətləridir.
Məsələn, şagirdin
birinci yarımil üzrə qiyməti 3,
ikinci yarımil üzrə qiyməti 4 olduqda,
onun illik qiyməti
olur.
6.15. Summativ qiymətləndirmə sinfin bütün
şagirdləri üçün eyni vaxt ərzində eyni çətinlik
dərəcəsinə malik olan qiymətləndirmə vasitələri ilə aparılır. Summativ qiymətləndirmənin
aparılması üçün vaxt sualların sayına uyğun olaraq müəllim tərəfindən müəyyənləşdirilir.
6.16.
Qiymətlər şagirdin tapşırıqlara verdiyi düzgün cavabların sayına uyğun
müəyyənləşdirilir. Sualların ümumi sayının 10%-nə qədər düzgün cavab verən “1” , 10% daxil olmaqla 20%-nə qədər
düzgün cavab verən “2” ,
20% daxil olmaqla 50%-nə qədər düzgün cavab verən “3” , 50% daxil olmaqla 80%-nə qədər düzgün cavab verən “4”, 80% daxil olmaqla
100%-nə qədər düzgün cavab verən şagird “5” qiymətlə qiymətləndirilir.
6.17. Summativ qiymətləndirmə şagird
nailiyyətinin rəsmi qiymətləndirilməsidir və nəticələr 5 ballıq qiymət şkalası
üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər sinif jurnalına yazılır.
0 коммент.:
Отправить комментарий