09.12.2014

İDARƏETMƏNİN ƏSAS FUNKSİYALARI

Məktəb rəhbərinin idarəetmə mədəniyyəti onun peĢə-pedaqoji mədəniyyətinin bir hissəsidir. Son illərdə
pedaqoji mədəniyyət problemləri sahəsində psixoloji-pedaqoji tədqiqatlar aparılır. Pedaqoji mədəniyyət anlamı
pedaqoji dəyərlər, pedaqoji texnologiya və pedaqoji yaradıcılıq kateqoriyalarında açılır.
Məktəb rəhbərlərinin idarəetmə mədəniyyəti özünü müxtəlif növ idarəetmə fəaliyyətində, məktəbi
idarəetmə də dəyərlərin və texnologiyaların mənimsənilməsində, ötürülməsində və yaradılmasında göstərir. Bu
mənada idarəetmə mədəniyyətinə aksioloji, texnoloji və Ģəxsiyyət-yaradıcı komponentlər daxildir.
Məktəbi effektli idarə etmək üçün hazırda böyük əhəmiyyət kəsb edən biliklər, ideyalar, konsepsiyalar
pedaqoji dəyərlər kimi çıxıĢ edir. Pedaqoji sistemləri idarəetmə dəyərləri müxtəlifdir. Onlar aĢağıdakılar ola
bilər:
1) dəyərlər-məqsədlər. Onlar iyearxiyanın müxtəlif səviyyələrində tam pedaqoji idarəetmənin
məqsədinin əhəmiyyəti və mənasını açıb göstərir. Bu məqsədlərə daxildir: təhsil sistemini idarəetmə məqsədi;
məktəbi idarəetmə məqsədi; pedaqoji və Ģagird kollektivini idarəetmə məqsədi; Ģəxsiyyətin özünütərbiyəsini və
özünüinkiĢafını idarəetmə məqsədi və s. Dəyərlər-məqsədlər idarəetmə fəaliyyətinin özünəməxsus
tənzimləyicisidir;
2) dəyərlər-biliklər. Ġdarəetmə sahəsində biliklərin əhəmiyyəti və mənasını açır. Buraya idarəetmənin
metodoloji əsasları, məktəbdaxili rəhbərlik, pedaqoji prosesin idarə olunmasının effektiv meyarlarını bilmək və
s. daxildir.
3) dəyərlər-münasibətlər. Pedaqoji prosesin iĢtirakçıları arasında qarĢılıqlı münasibətlərin, özünə
münasibətin, özünün peĢə fəaliyyətinə münasibətin, pedaqoji və Ģagird kollektivlərində Ģəxsiyyətlərarası
münasibətlərin, bu kollektivlərin məqsədyönlü formalaĢdırılması və idarə olunmasının əhəmiyyətini açır;
4) dəyərlər-keyfiyyətlər. Ġdarəetmənin subyekti olan məktəb rəhbərinin-menecerin müxtəlif fərdi,
kommunikativ, davranıĢ keyfiyyətlərini açır. Bu keyfiyyətlər xüsusi qabiliyyətləri əks etdirir: öz fəaliyyətini
proqnozlaĢdırmaq və onun nəticələrini qabaqcadan görməyi bacarmaq qabiliyyəti; öz məqsəd və hərəkətinin
baĢqalarının məqsəd və hərəkəti ilə əlaqələndirmək qabiliyyəti; əməkdaĢlıq etmək və əlbir idarə etmək
qabiliyyəti və s.
Məktəb direktorunun idarəetmə mədəniyyətinin texnoloji komponenti idarəetmə qaydalarını və
priyomlarını özündə birləĢdirir. Məktəbdaxili idarəetmənin texnologiyası spesifik pedaqoji vəzifələri həll etməyi
nəzərdə tutur. Bu vəzifələrin həlli pedaqoji prosesin təhlili və planlaĢdırılması, təĢkili, nəzarət və tənzimləmə
sahəsində rəhbərin bacarıqlarına əsaslanır. Direktorun idarəetmə mədəniyyətinin səviyyəsi yuxarıda
göstərdiyimiz tipdə olan vəzifələrini həll etmək priyormlarına və qaydalarına yiyələnmək səviyyəsindən asılıdır.
ġəxsiyyət-yaradıcılıq komponenti məktəb direktorunun idarəetmə mədəniyyətini yaradıcı akt kimi açıb
göstərir. Ġdarəetmənin alqoritmik (alqritm-eyni tip vəzifələri həll etmək üçün əməliyyatların həyata keçirilmə
ardıcıllığını dəqiq müəyyənləĢdirən göstəriĢlərdir) olmasına baxmayaraq, məktəb direktorunun fəaliyyəti
yaradıcı fəaliyyətdir. Rəhbər-menecer idarəetmə dəyərlərinə və texnologiyalarına yiyələndikcə onları
yeniləĢdirir, onları interpretasiya (özü baĢa düĢdüyü kimi aydınlaĢdırmaq) edir. Bu, həm rəhbərin Ģəxsiyyət
xüsusiyyətləri, həm də idarəetmənin obyektinin xüsusiyyətləri ilə müəyyən olunur. Məktəb direktoru idarəetmə
fəaliyyətində bir Ģəxsiyyət, bir rəhbər kimi, bir təĢkilatçı və tərbiyəçi kimi özünü realizasiya edir.
Təhsil müəssisələrini rəhbər Ģəxslərinin funksional vəzifələri ümumtəhsil məktəbinin və ya digər təhsil
müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur. Təhsil müəssisəsinə rəhbərliyi direktor və onun müavinləri
həyata keçirirlər. Təhsil-tərbiyə prosesinin idarə olunmasında direktor əsas yer tutur.
Ümumtəhsil müəssisəsinin direktoru aĢağıdakı funksional vəzifələri yerinə yetirir:
1) təhsil-tərbiyə prosesini planlaĢdırır və təĢkil edir, onun gediĢinə və nəticələrinə nəzarəti həyata keçirir,
tədris müəssisəsinin iĢinin keyfiyyəti və effektliyi üçün cavab verir;
2) dövlət və ictimai orqanlarda tədris müəssisəsinin mənafeyini təmsil edir;
3) sinifdənxaric və məktəbdənkənar iĢlərin təĢkili üçün lazımi Ģəraiti yaradır;
4) özünün müavinlərini seçir, onların funksional vəzifələrini müəyyən edir, tədris müəssisəsinin pedaqoji
kadrlarını yerləĢdirir;
5) tədris müəssisəsinin pedaqoji, inzibati, tədris-tərbiyəvi və xidmətçi heyətini iĢə qəbul edir və iĢdən
azad edir;
6) tədris müəssisəsinə ayrılmıĢ büdcə vəsaitinin müəyyən olunmuĢ qaydada rasional istifadə olunmasını
təĢkil edir;
7) tədris müəssisəsinin pedaqoji iĢçilərinin yaradıcı inkiĢafı üçün təhsil-tərbiyənin qabaqcıl forma və
metodlarını tətbiq etmək, pedaqoji eksperimentlər keçirmək üçün onlara Ģərait yaradır;
8) təhsili idarəedən müvafiq orqanlar qarĢısında öz fəaliyyəti üçün məsuliyyət daĢıyır.
ġagird özünüidarəsi, peĢəyönümü, valideynlərlə iĢlə əlaqədar məsələlər məktəb direktorunun diqqət
mərkəzində olur. 12
Məktəbdə iĢlərin ayrı-ayrı istiqamətlərinə rəhbərlik direktorun müavinlərinə həvalə olunur. Bu vəzifələr
aĢağıdakılardır: tədris-tərbiyə iĢləri üzrə direktor müavini, sinifdənxaric və məktəbdənkənar iĢ üzrə təĢkilatçı,
elmi-tədqiqat iĢi üzrə direktor müavini (bəzi məktəblərdə bu vəzifə təsis olunub), ayrı-ayrı fənləri dərindən
öyrənən siniflər üzrə direktor müavini, təsərrüfat iĢləri üzrə direktor müavini (köməkçisi).
Direktorun tədris-tərbiyə iĢi üzrə müavini pedaqoji prosesin təĢkilinə, təhsil proqramlarının və dövlət
təhsil standartlarının yerinə yetirilməsinə cavab verir; Ģagirdlərin biliklərinin keyfiyyətinə və onların davranıĢına
nəzarəti həyata keçirir; müəllimlərin və Ģagirdlərin tədris yükünü tənzimləyir; tədris məĢğələlərinin cədvəlini
tərtib edir;məktəbdə metodik iĢə, pedaqoji innovasiyaların tətbiqinə rəhbərlik edir; müəllimləri pedaqoji
mədəniyyətlərini yüksəltdiklərinə görə stimullaĢdırır.
Direktorun müavinlərinin vəzifələri məktəbin nizamnaməsində müəyyən olunmuĢdur. Bu sənəddə tədristərbiyə
üzrə iĢ bir neçə müavin arasında funksional vəzifələrin bölüĢdürülməsi əsaslandırılmıĢdır.
Direktorun idarəetmə fəaliyyətinin effektliyi məktəbin inzibati aparatında hüquqların və vəzifələrin
məqsədəuyğun dəqiq bölüĢdürülməsindən çox asılıdır. Məktəb direktoru lazım gəldikdə instruktiv və operativ
müĢavirələr, pedaqoji Ģuranın iclaslarını keçirir.
Rəhbərlik metodları haqqında məsələ iĢ üslubu haqqında məsələ ilə sıx bağlıdır. Üslub idarəetmə
fəaliyyəti prosesində meydana çıxan bu və ya digər vəzifələrin və problemlərin həlli üçün həmin Ģəxs üçün daha
çox tipik olan metodların məcmuyudur.
Ġdarəetmə nəzəriyyəsi və sosial psixologiya sahəsində mütəxəssislər rəhbərlik üçün xas olan üç əsas
üslubu fərqləndirirlər:1)avtoritar üslub; 2) səhlənkar üslub; 3) demokratik üslub. Əlbəttə bu üslublardan hər
birinə təmiz halda çox az rast gəlmək olar. Praktikada onların çoxlu çalarları mövcuddur, l akin hər bir rəhbər bu
və ya digər üsluba meyl edir.
Avtoritar üslub birinci növbədə inzibati metodlardan geniĢ istifadə etməyə əsaslanır. Avtokrat rəhbər
qərarları təkbaĢına, ictimai təĢkilatların, tabeliyində olan adamların fikrini nəzərə almadan qəbul edir. O əmrlərə
böyük ümid bəsləyir, bütün hakimiyyəti öz əlində toplamağa çalıĢır.
Çox zaman avtokratik metodlara meyl valyuntarizmə (insan iradəsini əsas amil hesab etmək) və
bürokratizm (süründürməçilik), əsassız qərarların qəbul edilməsinə gətirib çıxarır.
Əlbəttə avtoritar üslubu «mütləq Ģər» hesab etmək düzgün olmazdı. Elə situasiyalar olur ki, avtokratik
metodları müvəqqəti tədbir kimi tətbiq etmək özünü doğruldur. ĠĢdə olan nöqsanları aradan qaldırmaq üçün
qətiyyətli və təxirəsalınmaz tədbirlər görmək lazım gəlir. TəĢəbbüskarlığı və yaradıcı axtarıĢları ləngidən
avtoritar üslubun elementləri təhsilə rəhbərlikdə məhdud sahədə tətbiq edilə bilər.
Səhlənkar üslub məqsədyönlü və effektli rəhbərlik sisteminin olmaması ilə xarakterizə olunur. Səhlənkar
üsluba malik olan rəhbər adətən qəbul etdiyi qərarlar üçün məsluiyyətdən qorxur, geniĢ kollegiallıq pərdəsi
arxasında gizlənməyə çalıĢır. O lazımi prinsipiallıq və tələbkarlıq göstərə bilmir, əvvəl qəbul etdiyi qərarlardan
çox vaxt imtina edir. səhlənkar üslublu rəhbər iĢə ciddi zərər vurar və aparatın iĢini bərbad hala sala bilər.
Ġdarəetmə sistemində ən əlveriĢli üslub demokratik üslubdur. Bu üslub kollegiallıqla vahid rəhbərliyi
düzgün əlaqələndirir, ictimai təĢkilatların, bütün müəllimlərin məktəbdə idarəetmə ilə bağlı qərarların qəbul
edilməsində fəal iĢtirakını nəzərdə tutur.
Ġdarəetmənin əsas funksiyalarına təhlil və planlaĢdırma, təĢkiletmə və nəzarət, əlaqələndirmə və
stimullaĢdırma aiddi

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.