15.12.2014

l.BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ



1-9cu suallar aşağıdakı mətnlə bağlıdır

    Oktyabrın 29-da 5a sinfində summativ qiymətdəndirmə keçirildi.23 sagirddən dördü imtahanda iştirak etmirdi.Müəllim davamiyyəti zəif olan bu şagirdlərin həm də imtahanda iştirak etmədiyini görüb onlar barəsində ... götürməyi qərara aldı.
    Ertəsi gün həmin şagirdlər sözü bir yerə qoyub müəllimənin otağına gəldilər və belə bir b...hanə gətirdilər.”Müəllim dördümüz də bir avtobusda gəlirdik.yolda təkər partladı.Ona görə də imtahana gecikdik. Xayiş edirik, bizdən ayrıca imtahan götürəsiniz”.Müellim razılaşdı və bildirdi ki, sabah dərsdən sonra onları qiymətləndirəcək.
    İmtahanda verilən sualların cavavblarını əzbərriyən şagirdlər əminliklə imtahana gəldilər.Müəllim onların hər birini bir künçdə otuzdurub imtahan vərəqlərini payladı.Vərəqdə bir sual var idi: Maşının hansı təkəri partlamışdi?
1.Belə bir sualı qoymaqda müəllimin məqsədi ne idi?
A) Şagirlərin yaddaşını yoxlamaq istəyirdi.
B) Şagirdlərin müşahidə qabiliyyətini yoxlamaq istəyirdi
C) Şagirdləri çox çətinə salmaq istəmirdi
D) Şagirdlərin yalanını üzə cıxarmaq istəyirdi

2.Oktyabrın 29-da imtahanda neçə şagird iştirak edirdi?
A)19       B)20     C)23        D)27

3.Birinci abzasda nöqtələrin yerinə nə yazılmalıdır?
A)söz       B)qeyd         C)ölçü       D)imtahan

4.Birinci imtahanda iştirak etməyən şagirdlər nə vaxt imtahan verməli oldular?
A)oktyabrın 30-da
B)oktyabrın 31-də
C)noyabrın 1-də
D)noyabrın 2-də

5.Hansı atalar sözü mətnin məzmununa uyğun deyil?
A)Söz danışıqdan keçər
B)El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar
C)Yalançının evi yandı,heç kəs inanmadı
D)Yalançını evinəcən qovurlar

6. “Sözü bir yerə qoyub” ifadəsini bir sözlə necə ifadə etmək olar?
A)fikirləşib      B)dərdləşib     C)sözləşib       D)hazırlaşıb

7.Hansı sözdə səslərin sayı hərflərin sayından çoxdur?
A)müəllim      B)davamiyyət       C)zəif            D)imtahan

8.Altından xətt çəkilmiş söz belə tələffüz olunur:
A) [avtobusnan]
B)[aftobusla]
C)[oftobusnan]
D)[aftobusnan]

9.Qırmızı rənglə verilmiş hansı sözdə iki hərfin yazılışı səhvdir?
A)qiymətləndirmə    B)xayiş    C)əzbərriyən    D)künçdə

10.Hansı sözə saitlə başlanan şəkilçi əlavə edilse “q” samiti “ğ” ilə əvəzlənməyəcək?
A)vereq     B)otaq        C)yumruq        D)soraq

11. “Zanbaq” sözünün səs tərkibi ilə bağlı hansı fikir yanlışdır?
A) Sözdə iki sait,dörd samit var
B)Sözdəki samitlərin hamısı cingiltilidir
C)Yazılışı və tələffüzündə iki ferq var
D)Ahəng qanununa tabedir

12.Hansı söz orfoqrafik normalara uyğun yazılıb?
A)Töbə       B)Şöbə         C)Nöbə        D)Tölə

13.Şeirdə hansi söz tələffüz formasinda verilib?
Arpa çayı aşdi-daşdı
Sel Saranı aldı qaşdı
A)aşdı        B)daşdı      C)aldı         D) qaşdı

14.Hansı sözün ilk saiti dəyişsə, yeni söz yaranmaz?
A)şahid      B)qadir       C)sahib         D)qalib

15.Ardıcıllığı davam etdirin:
     s, t, x, f ...
A)z, y, m        B)l, m, n, r       C)ş, ç, p         D)k, h, ğ

16.Hansı sözün sonundakı cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə yeni söz yaranar?
A)sənəd         B)qanad       C)palıd        D)söyüd

17.Hansı sözün son samiti “z” olmalıdır?
A)tənəffü...        B)tələffü...        C)həssa...         D)be

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.