İDARƏETMƏDƏ RƏHBƏRLİK
“Rəhbər” sözü tam mənada “əlindən tutub
aparan” mənasını verir. Hər bir təşkilata vaxtını ancaq xüsusi vəzifələrin
yerinə yetirilməsinə sərf edən deyil, tamamilə bütün bölmələrin ümumilikdə
nəzarətinə cavabdeh olan insan tələb olunur.Bütövlükdə nəzarət olan
cavabdehliyin bu növü, rəhbər işinin mahiyyətini təşkil edir.
Rəhbər əsas idarəedici funksiyalar
yerinə yetirir: planlaşdırma, təşkilatçılıq, motivasiya, tabeçiliyndə olanların
fəaliyyətinə və təşkilata bütövlükdə nəzarət. Peşəkar hazırlanmış rəhbəri
menecer adlandırırlar.
Müasir menecer ictimai istehsal
sistemində idarəedici – diplomat – lider – tərbiyəçi – təşkilatçı – innovator –
insan kimi çıxış edir. Şəxsiyyətə olan əsas tələblər: səriştəlilik, işgüzar
ünsiyyət bacarığına və natiqlik təcrübəsinə malik olması, pedaqoji, konsultativ
və psixoloji qabiliyyətlərinin olmasıdır.
Menecment üzrə əsərlərin hamısı ideal
menecer keyfiyyətlərini sadalayır. Onları iki qrupa bölmək olar: 1) bioloji və
sosial-iqtisadi xüsusiyyətlər və 2) şəxsi keyfiyyətlər.
Menecerin bioloji keyfiyyətləri.
Qeyd olunan qrupun xüsusiyyətləri obyektiv xarakter daşıyır və şəxsin şüur və
psixikasından asılı deyillər. Bu birinci növbədə onun cinsi, yaşı,
sağlamlığı, coşqunluğu, qabiliyyətləridir.
1. Cins. Ənənəvi olaraq idarəetmə psixologiyası sahəsində
aparılan tədqiqatlar, kişi rəhbərlərin həm dövlət qulluğunda, həm də biznesdə
üstünlük təşkil etdikləri səbəbindən, kişi-rəhbərə yönəlmişdir. Son onillikdə
cinsi fərqin əmək fəaliyyətinə və karyeraya olan təsiri xüsusi tədqiqatların
mövzusu olmuşdur. Onların nəticələri əsasında qadınların təşkilati
hərəkətlərinin xüsusiyyətlərini təyin edən iki qrup faktor seçmək olar:
1.ictimai-mədəni (davranış standartları,
rol stereotipləri, ailə ənənələri);
2.şəxsi cinsi, bioloji və psixoloji.
2.şəxsi cinsi, bioloji və psixoloji.
İctimai-mədəni faktorların rolu
qadınların çox hissəsinin uşaqlıqdan cəmiyyət tərəfindən, nisbətən sadə, ana,
həyat yoldaşı, uşaqlara tərbiyə verən, həyat yoldaşının köməkçisi kimi,
ictimai statusa istiqamətlənməsində özünü göstərir. Bu səbəbdən qadın-rəhbərlər
indiyə kimi müvəffəqiyyət qazanmaq üçün əlavə çətinliklərin öhdəsindən gəlmək
məcburiyyətindədirlər. Qadın-rəhbərlərin müvəffəqiyyətinin təsadüfi olduğunu,
bəxti gətirməsi kimi, kişi-rəhbərlərin müvəffəqiyyətini isə şəxsi keyfiyyətləri
kimi izah edirlər. Bu kimi stereotip təsəvvürlərin nəzərə alınması, işi
ilə “rəis” rolunda “normal” olmasını sübut etməyə məcbur olan qadın-rəhbərlər
üçün vacibdir. Kişiyə bunu etmək adətən lazım olmur.
İkinci qrup faktorlar qadının fizioloji
tsikllərdən (hamiləlik, uşağı əmizdirməsi, menstruasiya tsikli), ailə qayğısı,
işgüzar münasibətlərin kişilərdən daha güclü olan şəxsi boyalara
rənglənməsindən daha çox asılı olan psixi durumunda özünü
göstərir. Menecment psixologiyasında bu faktorların bir mənalı
qiymətləndirilməsi yoxdur. Ayrı-ayrı müəlliflər, əsasən də qadınlar, bunları
effektiv rəhbərliyə səbəb kimi qiymətləndirirlər (F.Denmark, A.İqln, B.Conson –
qadın rəhbərlərn “yumşaqlığı” və “insanlığı”, onlar tərəfindən əməkdaşların
şəxsi problemlərinin başa düşmələrində kişilərdən üstün olmaları, demokratik
rəhbərlik üsuluna tərəfdar olmaları). Digər tədqiqatçılar yüksək
emosionallıq və işgüzar münasibətlərdə şəxsi istiqamətlənmənin olmasini
effektiv rəhbərlik edilməsinə neqativ təsiri olan faktor kimi əks nöqteyi-nəzər
tərəfdarlarıdır. Lakin, əgər qadın-rəhbər “özündə frustrasiyalara və emosional
hisslərə yüksək davamlıq yarada bilsə (M.Rixter)”, bu halda onlar neytrallaşa
bilərlər.
2. Yaş. Menecerin effektiv fəaliyyətinə təsir edən ikinci
vacib bioloji əlamət,yaş faktorudur. Onun təsiri haqqında, insanların şəxsi
xüsusiyyətləri ilə izah olunan ümumi qaydalardan tez-tez olan istisnaları
nəzərə alaraq, əlbəttə ki, ümumi, orta hesabda danışmaq olar. Bu səbəbdən
menecmentin müasir nəzəriyyəsi rəhbərin işgüzar karyerayasının başlaması,
inkişafı və tamamlaması üçün optimal yaş həddi haqqında birmənalı cavab
verə bilmir. Lakin menecerin effektiv fəaliyyətinə bu faktorun şübhəsiz təsiri
haqqında ümumi qəbul edilmiş fikir var, daha yüksək rəhbər vəzifələr daha
yetkin yaş tələb edir. Bəzi idarəetmə strukturları (ordu, dövlət aparatı)
yüksək vəzifələrə gəlməni dəqiq qaydalar hesabına nizamlayırlar, məsələn 20-35
yaşda praktiki olaraq general olmaq mümkün deyil. Bu faktor biznesdə belə sərt
nizamlanmayıb. Lakin, yetkin yaşlı insanların yüksək vəzifə tutmasının müəyyən
qanuna tabeliliyi mövcuddur. Yaponiyada emaledici sənayedə iri
şirkətlərin przidentlərinin orta yaşı 63,5 ildır, ABŞ-da 59 ildir (T.Kono),
vitse-prezidentlər bir qədər cavandırlar, təxminən 55,7 yaşdadırlar. Yaponiya
şirkətinin prezidenti adətən şirkətdə 30 ildən az olmayan müddətdə işləmiş və
bu vəzifəni 8 il ərzində tutan adam təyin olunur.
Gənc rəhbərin əsas yaxşı cəhətləri:
fəallığı, innovasiyalara yüksək həssaslığı və işgüzarlığı, sağlamlığı,
yaxşı işləmək qabiliyyətləridir. Lakin onlar yaşlı həmkarlarına
təcrübədə, təşkilatın xüsisiyyətini bilməkdə, soyuqqanlılıqda, müdriklikdə,
əsas olanı ikinci dərəcəlidən seçmək qabiliyyəti kimi, xüsusi insan kapitalının
olmasında geri qalırlar. Kadrların rəqabətlə seçmə mexanizmləri
olmayan və dəqiq fəaliyyət meyarlarının təyin edilməsi mürəkkəb olan
yerlərdə (dövlət qulluğu), stajı və yaşı nəzərə almaq
məqsədəuyğundur. Harada rəhbərliyin effektivliyi müntəzəm olaraq rəqabətlə
yoxlanılır və fəaliyyət nəticələri müəyyən qədər hiss olunandırsa (biznes
sahəsi), yaş həddinin təyin olunması məqsədəuyğun deyil.
3. Sağlamlıq. Sağlamlıq effektiv rəhbərlik üçün vacib
amildir. Menecment nəzəriyyəsində termin geniş anlaşmaya malikdir: özündə ancaq
fiziki deyil, psixososial meyarları da daxil edir. İnsanın bioloji sağlam
orqanizmi optimal rejimdə fəaliyyət göstərir və ətraf mühitdə baş vermiş
dəyişikliklərə adekvat reaksiya verə bilir. Menecer üçün bu onun gündəlik
effektiv fəaliyyətinin əsas şərtidir, çünki onun iş günü çox vaxt
qanunvericilikdə qəbul edilmiş fizioloji normalardan artıqdır. Bundan başqa,
menecerin işi yüksək emosional gərginliklə bağlıdır. Tibb işçilərinin
məlumatına görə, insan həyatının 50%-i yaşadığı həyat tərzindən asılıdır, 20%
irsiyyətinə aiddir, 20% ekologiya, 10% səhiyyədən asılıdır. Həyat tərzi,
insanın davamlı, müəyyən ictimai-iqtisadi şəraitdə formalaşmış həyat
fəaliyyətinin üsulu, onların hesabına fizioloji və ruh tələbatlarının təmin
edilməsi, ünsiyyət və davranış normalarıdır, bunlar insan sağlamlığını təyin
edən faktorlardır.
Biz bu ya və digər şəraitdə sağlam həyat
tərzini seçə bilərik. Psixi sağlamlıq anlayışı isə, psixologiyada hələ ki geniş
qiymət almamışdır. Rus psixiatrı S.S.Korsakovun fikirincə, bu, insan
haqqında təsəvvürün bütövlükdə psixika təsəvvürü kimi olması ilə bağlıdır. Onun
daxilində şəxsiyyəti təyin edən, ona davamiyyət verən, tarazılıq və bu
bütövlüyü pozmağa çalışan təsirlərə müqavvimət göstərə bilmək qabiliyyəti
olan bütün əhəmiyyətli xüsusiyyətlər birləşmişdir. İnsanın psixi
sağlamlığı onun formalaşdığı mühitin sosial sağlamlığından asılıdır. Sosial
əlaqələr (ailə, qohumlar, yaxınlar, dostlar, əməkdaşlar və sair) həm yaxşı, həm
də neqativ təsir göstərə bilərlər.
İnsanın psixi sağlamlığının
qiymətləndirilməsinə kompleks yanaşma, aşağıda göstərilən məcmu psixi durumun
aydınlaşmalarını seçməyə imkan verir:
• şəxsiyyət
xüsusiyyətləri – nikbinlik, tarazılıq, dalğınlıq (tələskənliyin olmaması),
əxlaq, iddia tələblərinin adekvat olması, vəzifə borcu hissi, özünə inam,
küsəyən olmamaq, səmimilik (təbiilik), tənbəl olmamaq, yumor hissi,
xeyirhahlılıq, səbr, özünə hörmət, özünə nəzarət;
• psixi durum – emosional sabitlik (soyuqqanlıq), yaşa uyğun olan yetkin hisslər, neqativ hisslərin öhdəsindən gəlmək (qəzəb, qorxu, tamahkarlıq, paxıllıq), hisslərin və emosiyaların azad, təbii ifadəsi, sevinmək qabiliyyəti, adət (optimal) etdiyiniz əhval ruhiyyəni saxlamaq;
• psixi prosesslər – psixi inikasın adekvatlığı (həqiqətdə əks olunan obyektlərə subyektiv obrazların yaxınlığı), özü özünü adekvat dərk etməsi, diqqətin obyektdə yaxud fəaliyyət növündə cəmləşməsi, məlumatı yaddaşda saxlaması, malumatı məntiqlə işləmə qabiliyyəti, tənqidi düşünmə, kreativ düşünmə, özünü tanıma, zəka intizamı (fikirlərin idarə olunması).
• psixi durum – emosional sabitlik (soyuqqanlıq), yaşa uyğun olan yetkin hisslər, neqativ hisslərin öhdəsindən gəlmək (qəzəb, qorxu, tamahkarlıq, paxıllıq), hisslərin və emosiyaların azad, təbii ifadəsi, sevinmək qabiliyyəti, adət (optimal) etdiyiniz əhval ruhiyyəni saxlamaq;
• psixi prosesslər – psixi inikasın adekvatlığı (həqiqətdə əks olunan obyektlərə subyektiv obrazların yaxınlığı), özü özünü adekvat dərk etməsi, diqqətin obyektdə yaxud fəaliyyət növündə cəmləşməsi, məlumatı yaddaşda saxlaması, malumatı məntiqlə işləmə qabiliyyəti, tənqidi düşünmə, kreativ düşünmə, özünü tanıma, zəka intizamı (fikirlərin idarə olunması).
Effektiv idarəetmənin obyektiv
faktorlarına insanın sosial-iqtisadi yeri, onun cəmiyyətdə olan statusu və
aldığı təhsili aiddirlər. Tədqiqatlar birmənalı olaraq rəhbər vəzifələrin
tutulmasının insanın sosial mənşəyindən və statusundan birbaşa asılı olmasını
təsdiqləyirlər. F. E. Fidler demişdir ki, ”şirkətin prezidenti olmağın ən
yaxşı üsulu, şirkətin sahibinin ailəsində doğulmaqdır”. Tarix çox sayda əks
nümunələr bilir, lakin sosial-iqtisadi yer və tutduğu vəzifə arasında olan
korrelyasiya mövcuddur.
Menecerlər rəhbərlik effektivliyi üzrə
fərqlənirlər. Bu nədən asılıdır? Tədqiqat və sorğular göstərdi ki, menecerin
fəaliyyətində müvəffəqiyyət faktorlarının vacibliyi keyfiyyətində aşağıdakıları
seçirlər:
1.İnsanın menecer fəaliyyəti ilə məşğul
olmaq arzusu və marağı.
2.İnasanlarla işləmək bacarığı,
ünsiyyət, qarşılıqlı təsir, inandırmaq, insanlara təsir etmək (kommunikativ
keyfiyyətlər) qabiliyyətləri.
3.Çeviklik, qeyri standartlıq, təfəkkür
orijinallığı, qeyri adi həlli tapmaq bacarığı.
4.Xarakterdə riskliliyin
və cavabdehliyin optimal uyğunluğu.
5.Vəziyyətin gələcək inkişafını
qabaqcadan görmək qabiliyyəti. Qərarların nəticəsini qabaqcadan görmək,
intuisiya.
6.Yüksək peşəkar səriştə və xüsusi
idarəetmə hazırlığı.
Rəhbərliyin effektivliyinə səbəb olan,
səxsi psixoloji keyfiyyətlərin sonrakı tədqiqatı, insana lazım olan aşağıdakı
xüsusiyyətləri və əlamətləri seçmək imkanı vermişdir (P.Stosill):
1.Dominantlıq – tabeçiliyndə olanlara
təsir göstərmək qabiliyyəti;
2.Özünə inam;
3.Emosional tarazılıq və stressə davamlı
olmaq (rəhbərin öz emosional təzahürlərinə nəzarət etmək bacarığı, emosional
durumunun özü tərəfindən nizamlaması, özünü idarəetməni və optimal emosional
gərginliyi zəiflətməsini yerinə yetirmək);
4.Kreativlik, vəzifələrin yaradıcı
şəkildə yerinə yetirilməsi bacarığı, yüksək praktiki intellekt;
5.Nailiyyət və işgüzarlıq səyi, riskə
getmək bacarığı (dərrakəli), problemlərin həllində üzərinə cavabdehliyi götürə
bilməyə hazır olmaq;
6.Vəzifələrin yerinə yetirilməsində
cavabdehlik və etibarlılıq, vicdanlılıq, verilmiş vədə və zaminliyə
sədaqətli olmaq;
7.Qərarların qəbulunda müstəqillik,
sərbəstlik;
8.Dəyişən vəziyyətdə davranışın
çevikliyi;
9.Mehribançılıq, unsiyyət, insanlarla
qarşılıqlı əlaqə yaratmaq qabiliyyəti.
0 коммент.:
Отправить комментарий