İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI
Menecment həmişə qərarların
hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi ilə əlaqədardır.
İqtisadiyyatın istənilən bir səviyyəsində idarəetmə qərarlarının hazırlanması
və həyata keçirilməsi idarəetmənin təkmilləşdirilməsini və onun çevikliyini
təmin etməlidir.
İdarəetmə qərarlarına aşağıdakı əsas
tələblər verilir: hərtərəfli əsaslandırma; səriştəlilik; qanunilik; direktivlik
və məcburilik; lazımi tamlıq və komplekslik; operativlik və vaxtında verilməsi;
əvvəl qəbul olunmuş qərarla uzlaşma; nəticəlilik; qərarların dəqiq və aydın
ifadə olunması; qənaətlilik və səmərəlilik.
İdarəetmə qərarları müxtəlif
əlamətlərinə görə təsnifləşdirilir.
İdarəetmə qərarlarının kehfiyyətinə bir
çox amillər təsir göstərir. Həmin amilləri iki qrupa ayırmaq olar:
1. Qərarın qəbul edliməsinin
keyfiyyətini müəyyən edən amillər. Buraya daxildir: təsirin məqsədi;
idarəolunan sistemin qanunları; idarəetmənin qanunauyğunluqları və prinsipləri;
qərarın hazırlaması metodu və metodikası; qərarın hazırlanmasının təşkili;
informasiyanın həcmi, tamlığı və əhəmiyyəti; qərarın hazırlanması vaxtı;
qiymətləndirmənin subyektiv amilləri.
2. Qərarın həyata keçirilməsinin
keyfiyyətini müəyyən edən amillər. Bu amillər sırasına daxildir: idarəolunan
sistemin vəziyyəti; idarəetmə kadrları; idarəetmə metodları; idarəetmənin
təşkilat formaları; idarəetmənin təsərrüfat mexanizmi; qərarların həyata
keçirilməsi vaxtı; sosial-psixoloji iqlim; rəhbərin nüfuzu.
İdarəetmə situasiyasının
mürəkkəbliyindən, onun konkret məzmunundan, idarəetmənin məqsəd və
vəzifələrindən asılı olaraq qərarların qəbul edilməsinin konkret prosedurası və
ya operqramı hazırlana bilər, yəni idarəetdə tsiklinin elementləri müəyyən
oluna bilər. İdarəetmə tsiklinin bütün mərhələlərinin ardıcıl həyata
keçirilməsi idarəetmə qərarlarının qəbul edilməsi texnologiyasını təşkil edir.
İdarəetmə qərarlarının hazırlanması və
həyata keçirilməsi üzrə birtipli proses dörd mərhələdən ibarətdir:
1. Problemin əsaslandırılması.
Qərarın və vəzifələrinin müəyyən edilməsi.
2. İnformasiyanın yığılması və
problemin həlli üçün lazım olan resursların öyrənilməsi.
3 İdarəetmə qərarlarının
hazırlanması.
4. İdarəetmədə qərarların qəbul
edilməsi və həyata keçirilməsi.
Birinci mərhələdə idarəetmə
obyekti öyrənilir, onun xarici və daxili mühitinə dair məlumatlar toplanır. Bu
mərhələdə həll olunan problem əsaslı və dəqiq şəkildə ifadə olunmalıdır.
Qərarın məqsədi, vəzifələri, məqsədin əldə edilməsi kriteriləri dəqiq müəyyən
olunur.
İkinci mərhələ informasiyanın yığılması,
oxşar problemlərin həlli təcrübəsinin öyrənilməsi, həll ediləcək problem üzrə
biliklərin həcmi və səviyyəsinin qiymətləndirilməsi, problemin həlli üçün lazım
olan resursların öyrənilməsi məsələlərini əhatə edir.
Üçüncü mərhələdə qərarların hazırlanması
üçün müxtəlif modellər və metodlardan istifadə olunur, idarəetmə qərarlarının
modeli hazırlanır. Mühüm əməliyyatlardan biri qərar layihəsinin bir neçə
variantinin hazırlanmasıdır. Sonra bu variantlar içərisindən ən səmərəlisi
seçilir. Qərar layihələri geniş müzakirə olunmalıdır. Qərarın layihəsinin
mütəxxəsislər və idarəetmə aparatı işçiləri arasında müəssisə yığıncaqlarında
və müşahidə şuralarında geniş müzakirəsi istehsalın idarə edilməsinə bütün
əməkdaşların cəlb olunmasına, qərarın ən yaxşı variantının və onun həyata
keşirilməsi metodlarının seçilməsinə imkan verər.
Dördüncü mərhələ idarəetmə qərarlarının
qəbul edilməsi və həyata keçirilməsini əhatə edir. Idarəetmə qərarının ən yaxüı
variantı inzibati aktlarla rəsmiyyətə salınır. Bu zaman qərarın yerinə
yetirilməsi müddəti, məsul şəxslər, lazımi resurslar, yerinə yetirmə metodları
və hesabatların təqdim olunması metodları göstərilməlidir.
Qəbul olunmuş qərarı həyata keçirdikdən
sonra onun faktiki səmərəliliyini, idarəetmə obyektinin vəziyyətini və
planlaşdırılmış səviyyədən kənarlaşmasını qiymətləndirmək, idarəolunan obyekt
üzrə sonrakı qərarlara tələbatı müəyyənləşdirmək lazımdır.
Axırda idarəetmə qərarının həyata
keçirilməsi, qoyulmuş məqsədin və vəzifələrin yerinə yetirilməsi sahəsində
kollektivin işinə qiymət verilməlidir, çünki bu, çox böyük sosial-siyasi və
tərbiyəvi əhəmiyyətə malikdir.
0 коммент.:
Отправить комментарий