ZİQZAQ METODU
Əvvəlcə
şagirdləri dörd nəfərlik qruplara bölün. Qruplar müəyyənləşdirildikdən sonra
hər bir qrupdakı şagirdlərə təklif edin ki, hərəsi bir rəqəm söyləməklə 1-dən
4-ə qədər saysınlar. Beləliklə, hər bir kəsin söylədiyi rəqəm onun nömrəsi
olacaqdır.
Sonra
şagirdlərə mətn verilir. İzah edilir ki, mətni araşdırmaq, məzmunu dərk etmək
və məğzinə varmaq lazımdır.
Şagirdlərin
diqqətinə çatdırmaq lazımdır ki, mətn 4 hissəyə bölünmüşdür. Hər bir qrupdakı
1 nömrəli iştirakçı birinci hissə, 2 nömrəli iştirakçı ikinci hissə, 3 nömrəli
iştirakçı üçüncü, 4 nömrəli iştirakçı dördüncü hissə üçün cavabdeh olacaqlar.
Bu qaydanı izah etdikdən sonra şagirdlərdən xahiş edin ki, eyni nömrəli
iştirakçılar bir yerə toplansınlar. Eyni nömrəli iştirakçılardan təşkil olunmuş
qruplar indi ekspert qrupları adlanır, onların vəzifəsi, mətnin öhdələrinə
düşən hissəsinin materialını diqqətlə öyrənməkdən ibarətdir. Onlar həmin hissəni
oxumalı, məzmununu müzakirə etməli və materialı lazımınca qavramalıdırlar.
Ekspert qrupunun hər bir üzvü öyrəndiyi hissənin materialını dərsin əvvəlində
yaranmış qrupun üzvlərinə izah etməlidir. Şagirdlərə çatdırmaq lazımdır ki,
sonradan onların bəzilərinə öyrəndikləri hissəni bütün sinfə izah etmək təkilf
olunacaq. Ekspert qruplarının işi başa çatdıqdan sonra, onlar öz əvvəlki
qruplarına qayıdıb materialın məzmununu həmkarlarına izah edirlər. Şagirdlər
bilməlidirlər ki, yekunda bütün qrup üzvlərinin materialın məzmununu tam mənimsəmələri
zəruridir.
Bu
metoddan istifadə zamanı müəllim əvvəlcədən mövzunu 4 hissəyə (hissəyə ayırmaq
qrupların sayından asılıdır) ayırır. Məsələn, mövzu: Azərbaycan. Bu zaman
onun coğrafi mövqeyi və təbii şəraiti – birinci; relyefi - ikinci; iqlimi və
daxili suları - üçüncü; əhalisi və nəqliyyatı - dördüncü ekspert qrupuna
tapşırılır. Hər ekspert qrupu ona düşən hissəni öyrənir, müzakirə edir, sonra əvvəlki
qruplara qayıdır, orada öyrəndikləri hissəni qrup üzvlərinə izah edirlər. Beləliklə,
mövzunun hər bir hissəsi haqqında qrupun hər bir üzvü bilik alır və o barədə
qrup üzvlərinə məlumat verir.
İlkin
qrup üzvləri qeydlər etməli, meydana çıxan sualları yazmalı, sonra bu suallar
hər bir hissə üçün məsul olan ekspertlərə ünvanlanmalıdır.
Müəllim
informasiyanın dəqiq verildiyinə və qarşıya çıxan sualların düzgün
cavablandırıldığına əmin olmalı və nəzarət etməlidir.
0 коммент.:
Отправить комментарий