16.11.2014

DEBATLA MÜŞAYİƏT OLUNAN MÜZA­Kİ­­RƏ XƏRİTƏSİ

Məqsəd: Güman edilən aspektlər barəsində mübahisə etməklə möv­­zuya daha dərindən yanaşma.
Alqoritm:
1.   Müzakirə mövzusu barəsində qərarın qəbul edilməsi. Mü­əl­lim-təlimatçı arqument dəstəyi tələb edən “bəli” və ya “xeyr” sualı ve­rir.
2.   İştirakçılar arqumenti müəyyənləşdirirlər:
a.   Hər bir şagird( iştirakçı) lehinə və əlehinə arqumentlər si­ya­hısı tərtib edir,
b.   Şagirdlər cüt-cüt işləyərək iki ən uzun lehinə və əlehinə si­ya­hı tərtib edir.
3.   Şagirdlər lehinə və ya əlehinə cavab seçirlər.
4.   Təlimatçı sinfi iki əks qrupa bölür:
a.   Bir qrupdakı şagirdlər arqumentləri nəzərdən keçirir və nəticəyə gətirib çıxaracaq qərar verir.
b.  Qərarsız şagirdlər digər qrupu təşkil edir.
5.  Şagirdlər müzakirə olunan mövzu barəsində mübahisə edir­lə­r:
o Bir qrup dəstəkləyici arqument verərək öz mövqeyini bil­di­rir. Digər qrup əks-arqumenti irəli sürür;
o Digər qrup da bunu etməyə dəvət olunur;
o Mübahisə aşağıdakı təlimatlara əsasən arqument və əks-ar­qu­mentləri dəyişərək davam edə bilər:
o Hər qrup oponentlərin fikrinə diqqətlə yanaşmalıdır;
o İştirakçı əks tərəfin arqumenti ilə inandırılırsa, o, istənilən vaxt qrupu dəyişə bilər;
o Qrup üzvləri ən çox inandırıcı arqumentləri qeyd etmə­li­dir­lə­r.
Şərtlər:
1.  İş forması: cütlərdə və ya qruplarda.
2.  Şagirdlərin optimal sayı 20
3.  Fəaliyyət zamanı iştirakçılar öz rollarına uyğun olaraq on­la­rın aşağıdakı vəzifələrini bilməlidirlər:
a)  APARICI:
o Mövzunu təklif edir və ya mövzunun seçilməsinə nəzarət edir.
o Qrupların təşkil olunmasına nəzarət edir.
o İştirakçılarla birgə mübahisənin qaydalarını mü­əy­yən­ləş­di­rir və ya sadəcə olaraq şagirdləri mövcud qaydalardan xəbərdar ed­i­r­.
o Mübahisələrəd iştirak edir və lazım gəldikdə müdaxilə edir.
o Şagirdlərin əldə etdiyi nəticə və ya həlli yollarını birləşdirir.
b)  ŞAGİRD:
·  Lehinə və əleyhinə arqumentləri müəyyənləşdirir.
·  Qruplardan birinə qoşulur.
·  Müzakirənin hər bir səviyyəsində fəal iştirak edir.
·  Əməkdaşlıq edir və ünsiyyət saxlayır.
Vəsaitlər: kağız, marker, məlumat mənbəyi.
Yrana biləcək problemlər: bax müzakirə xəritələrinə.



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.