Azərbaycan Respublikası Təhsil nazirinin
05 mart 2009-ci il tarixli,
270 №-li əmri ilə təsdiq edilmişdir
Ümumi müddəalar
Sinif
rəhbərinin əsas işi təhsil alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda
vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və müstəqil tənqidi təfəkkürə malik
olmağı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə
sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq, sağlam həyat tərzinə
alışdırmaq, yaradıcı şəxsiyyət və dövlətçiliyə sadiq vətəndaş kimi
formalaşdırmaqdır.
Sinif rəhbəri
fəaliyyətində Azərbaycan RespublikasınınTəhsil Qanunu,Təhsil Strategiyası, Uşaq
hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, BMT-nin Uşaq Hüquqları
Konvensiyasını, məktəbin nümunəvi Əsasnaməsini rəhbər tutur.
Sinif rəhbəri
məktəb direktoru tərəfindən təyin edilir və vəzifədən azad edilir.Sinif
rəhbərlərinin fəaliyyətinə rəhbərlik tərbiyə işləri üzrə direktor müavini
tərəfindən həyata keçirilir.Müəyyən səbəb üzündən məktəbdən ayrı düşdükdə, əmək
qabiliyyətini müvəqqəti itirdikdə sinif rəhbərinin vəzifələrinin icrası digər
sinif rəhbər və müəllimə həvalə edilə bilər.
Sinif
rəhbərinin fəaliyyəti məqsədyönlü, sistemli, planlaşdırılan prosesdir. O, məktəb
nizamnaməsi, tərbiyə işinin planlaşdırılması, əvvəlki fəaliyyətin, ictimai
həyatın müsbət və mənfi tendensiyalarının təhlili əsasında, pedaqoji kollektiv
qarşısında duran aktual vəzifələr nəzərə alınmaqla şəxsiyyətə yönəldilmiş
yanaşma, sinif kollektivində vəziyyət, müxtəlif millətlərin nümayəndələri
arasında etnik və dini münasibətləri tənzimləməklə şagirdlərin tərbiyəlilik
səviyyəsi, onların sosial vəziyyəti, ailə şəraitlərinin özünəməxsusluğu
əsasında qurulur.
Sinif rəhbəri aşağıdakı hüquqlara malikdir:
- uşaqların
fiziki və psixoloji sağlamlığı barədə müntəzəm olaraq məlumat əldə etmək;
- sinifdə dərs
deyən fənn müəllimlərinin (həmçinin, məktəb psixoloqu və digər müəllimlərin)
işini əlaqələndirmək;
- məktəbin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış etmək,
təkliflər irəli sürmək, işgüzar, yaradıcı, tənqidi fikir söyləmək, sinif
kollektivi ilə razılaşdırılmış fikir və mülahizələri pedaqoji şurada baxılmaq
üçün təqdim etmək;
- mövcud vəziyyəti nəzərə almaqla, uşaqlarla fərdi iş rejimi müəyyənləşdirmək;
- tərbiyə problemləri üzrə təcrübi-eksperimental iş aparmaq;
- valideynləri(onlar əvəz edən şəxsləri) təhsil müəssisəsinə dəvət etmək,
onlarla işgüzar əlaqə yaratmaq;
- pedaqoji kadrların yenidən hazırlanması sistemi vasitəsilə pedaqoji
ustalığın yüksəldilməsi formalarını seçmək, treninqlər vasitəsilə pedaqoji işin
müxtəlif qrup və kollektiv formalarında iştirak etmək;
- məktəb özünüidarəetmə orqanlarında şəxsi şərəf və ləyaqətini qorumaq və
sinif kollektivində sinifdənxaric işin vəziyyətinin qiymətləndirilməsində
mövqeyini müdafiə etmək;
- ümumtəhsil müəssisəsinin rəhbərliyi ilə razılaşma əsasında yetkinlik
yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə mütəxəssislərə
müraciət etmək.
Sinif rəhbərinin fəaliyyətində aşağıdakılar yolverilməzdir:- uşaqların şəxsiyyətini,
ləyaqətini alçaltmaq, onu sözlə və ya hərəkətləri ilə təhqir etmək;- şagirdi cəzalandırmaq
məqsədilə dərs zamanı əsassız olaraq təlim müvəffəqiyyətini əks etdirən qiymətini
aşağı salmaq;- uşağın etimadından süni istifadə etmək, ona verdiyi vədə əməl
etməmək, onu düşünülmüş şəkildə aldatmaq;- şagirdin özü iştirak etmədiyi şəraitdə
onun hərəkətlərini müzakirə etmək, onu pisləmək, nüfuzunu aşağı salmaq.-
şagirdlərqarşısında öz həmkarlarını onların iştirakı olmadan müzakirə etmək,
onları pisləmək, müəllimin və bütün pedaqoji kollektivin nüfuzuna xələl gətirmək
Sinif rəhbərinin vəzifələrinə aşağıdakılar aiddir:
Təlim prosesinin təşkili:
- şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət
etmək;
- şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək;
- hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət
etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək
göstərmək;
- valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların
tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər
vasitəsilə);
- eyni yaşda olan uşaqlarla işin psixoloji və pedaqoji
əsaslarını, ən yeni texnologiyaları, tərbiyə işinin üsul və formalarını bilmək;
- Azərbaycanın milli bayramları, əlamətdar tarixi
hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək.
Təşkilati-koordinasiya
işi:
- ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin
yaradılması, valideynlərin maarifləndirilməsi işinin təşkili;
- uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən
valideynlərlə psixoloji və pedaqoji məsləhətlərin təşkili;
- fənn müəllimləri və məktəbin digər mütəxəssisləri
ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və
bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkili;
- şagirdlərin təhsil fəaliyyətlərinin məktəbdənkənar
təhsil sistemi də daxil olmaqla nəzərə alınması və stimullaşdırılması;
- təhsil fəaliyyətinin subyektləri qismində hər bir
şagirdlə və bütövlükdə sinif kollektivi ilə fərdi və qarşılıqlı fəaliyyətin
təşkili;
- sənədləşmənin
aparılması
(sinif
jurnalları,
gündəliklər,
şagirdlərin
şəxsi işləri,
sinif rəhbərinin
iş planı,
sinfin sosial
pasportu,
istedadlı
uşaqlarla,
risk qrupu
şagirdlərilə,
yetkinlikyaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda qeydiyyatda
olan şagirdlərlə iş planları);
- şagirdlərin
fiziki və psixoloji sağlamlıqlarının müdafiəsi, qorunması və
möhkəmləndirilməsi;
- məktəbin tibb
işçisi ilə əməkdaşlıq;
- məzunların
peşə seçmələrinə köməklik göstərilməsi;
- həftəlik sinif
saatları keçirmək;
- hər tətildən
sonra bir dəfə valideyn iclası keçirmək;
- sinif və
məktəb üzrə növbətçiliyin təşkili;
- təhkim olunmuş
kabinetdə sanitar-gigiyenik vəziyyətin gözlənilməsi;
- hər bir hadisə
barədə məktəb rəhbərliyinin operativ şəkildə məlumatlandırılması, ilkin tibbi
yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi.
- şagirdlər arasında şəxsi münasibətlərin
tənzimlənməsi;
- müəllim və şagirdlər arasında subyektlərarası
(subyekt-subyekt) münasibətlərin yaradılması.
- müəllim və valideynlər arasında kommunikativ
münasibətlərin tənzimlənməsi;
- sinifdə dərs deyən müəllimlər və məktəbin rəhbərliyi
ilə kommunikativ münasibətlərin tənzimlənməsi;
-
uşaqların ailədə tərbiyə olunma şəraitinin öyrənilməsi, sinfin sosial
pasportunun tərtib edilməsi
Sinif rəhbərinin işinin dəyərləndirilməsi meyarları
Sinif rəhbərinin işi səmərəliliyinə görə: məhsuldarlıq
və fəaliyyət meyarları əsasında qiymətləndirilir.
Məhsuldarlıq meyarı şagirdlərin sosial inkişafının səviyyəsini əks etdirir:
- şagirdlərin ümumi mədəniyyətinin, nizam-intizamının,
vətəndaş yetkinliyinin, əxlaqının, tərbiyəsinin səviyyəsi;
- sinif şagirdlərinin davamiyyəti (aşağı, orta,
yüksək), ona nəzarət və onun artım formaları;
- rahat psixoloji iqlim.
Fəaliyyət meyarı sinif rəhbəri üçün müəyyənləşdirilmiş sənədlərin mövcudluğu,
sənədləşdirmənin tələblərə müvafiq şəkildə aparılması sinif rəhbərinin
idarəetmə qərarlarının icrasını qiymətləndirmək imkanı verir:
- tərbiyə işinin planı, tərbiyələndirmədə konkret
vəzifələrin qoyuluşu və onların icrasını;
- tapşırıqları, dərnəklərdə, bölmələrdə məşğulluğu
qeydə alan sinif jurnalını;
- sinifdə dərslərə davamiyyətin jurnalda müntəzəm
qeydə alınmasına, dərslərin buraxılmasına nəzarət;
- şəxsiyyətin öyrənilməsinin psixoloji və pedaqoji
xəritəsi.
Fərhadoğlu adına 230 saylı tam
orta məktəbin sinif rəhbərlərinin 2014-2015 ci üçün fəaliyyət planı:
1. Sinif
rəhbərinin işinin məqsədi şagirdlərə ümumi
təhsilin milli məqsədlərinə nail olmaqda, şəxsi, tərbiyəvi, əqli və fiziki
imkanların inkişaf etdirilməsinə kömək göstərməkdən ibarətdir; sinif rəhbəri
şagirdlərə sağlam həyat qaydasının aşılanmasında kömək göstərməli, onlarda
demokratik dəyərlərə əsaslanan vətəndaşlıq şüurunu inkişaf etdirməli və onların
ailə, cəmiyyət və dövlət qarşısında öz hüquq – vəzifələrinin dərk etmələrinə
kömək göstərməlidir.
2. Sinif
rəhbərinin vəzifələri:
a) Şagirdi
və onun valideynini-qanuni təmsilçisini onların
hüquqları və vəzifələri (məktəbin daxili intizamı, şagirdin Etika məcəlləsi, məktəbin
tədris planına müvafiq məsələləri və s.) ilə tanış etməlidir;
b) müntəzəm
olaraq sinif rəhbəri saatı keçirməlidir
;
c) məktəb
və ya sinif mühitində qarşıya çıxan müxtəlif problemlərin həllində şagirdə kömək
göstərməlidir;
ç) şagird,
valideyn və müəllim arasında problemlərin qarşıya çıxdığı anda vasitəçi
olmalıdır;
d) şagirdin
nizam- intizamı, şəxsi problemləri və ya nailiyyətləri barədə valideynə müntəzəm informasiya verməlidir.
Bir şagirdin intizamı və ya nailiyyəti
barədə başqasının iştirakı ilə söhbət aparmaq yolverilməzdir;
e) lazım gəldiyi təqdirdə, maraqlanan valideynlə
görüşməli və ona şagirdlə və məktəbdə baş verən proseslərlə əlaqədar
informasiya verməlidir;
ə) Şagirdin məktəbdən yayınmasının səbəbini öyrənməlidir;
f) müəllimlər
tərəfindən təqdim olunan informasiyalar əsasında rəhbərlik etdiyi sinfin hər bir şagirdinin təlim
–tərbiyyə fəaliyyətini , dərslərdə iştirakını, davranışını təhlil etməli və hər
bir şagirdin qısa xasiyyətnaməsini yazmalıdır. Xasiyyətnamədə şagirdin güclü tərəfləri, onun həm tədris, həm də
sosial münasibətlər baxımından nailiyyətləri,
şagirdin qruplarda, idman yarışlarında və ya başqa növ tədbirlərdə
iştirakı təsvir olunmalıdır;
nəzərə
alınması şagird üçün faydalı olan şagirdin tədris, fiziki, emosional və sosial
inkişafının əhəmiyyətli məsələləri bu
xasiyyətnamədə öz əksini tapmalıdır;
g) şagirdin başqa məktəbə keçdiyi təqdirdə,
sinif rəhbəri onun tədris nailiyyəti və dərslərdə iştirakı barədə informasiya
hazırlamalıdır.
3. Sinif
rəhbərinin işi aşağıdakı prinsiplərə əsaslanmalıdır:
a) Sinif
rəhbərinin işi şagirdin fiziki, psixiki, sosial və mənəvi inkişafına yönəldilməlidir;
b) sinif
rəhbərinin funksiyası şagirdin daxili qüvvəsinin hərəkətə gətirilməsindən və
onların istedad və imkanlarının aşkara çıxarılması üçün müvafiq şəraitlərin
yaradılmasından ibarətdir;
c) sinif
rəhbəri şagirdlərin cəlb olunmasına kömək etmək üçün dərsdənkənar və sinifdənxaric
fəaliyyətin (bayramlar, gəzintilər, ekskursiyalar və s.) planlaşdırılmasında və
bu zaman qarşıya çıxan problemlərin həllində onların iştirak etmələrinə imkan
verməlidir. Sinif rəhbəri şagirdlərin maraqlarını nəzərə almalıdır;
ç) sinif rəhbərinin
şagirdlərlə münasibəti əməkdaşlığa, qarşılıqlı
hörmətə və qarşılıqlı inama əsaslanmalıdır. məktəbin sinif rəhbəri iş
prosesində Gürcüstan Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən
işlənib hazırlanmış və ya tövsiyə edilmiş metodiki dərsliklərdən və tövsiyələrdən
istifadə etməlidir.
İl ərzində
Sinif rəhbərinin fəaliyyətinin əsas istiqamətləri:
• Məktəbdə və sinifdəki problemlərin həllində şagirdə yardım etmək;
• şagird, valideyn və müəllim arasında problemlərin yarandığı halda
vasitəçilik etmək;
• valideyni minimal şəkildə ayda bir dəfə övladının əxlaq və dərsə
davamiyyəti ilə tanış etmək;
• rəhbərlik etdiyi sinfin şagirdlərinin dərsdə iştirakının
qeydiyyatını hər gün yoxlamaq və şagirdlərin davamiyyəti haqqında informasiyanı
məktəbin rəsmi sənədlərində həftəlik qeyd etmək;
• şagird tərəfindən üzrlü səbəbdən dərsin buraxılması haqqında əldə
etdiyi bildirişləri məktəbin rəsmi sənədlərində
qeyd etmək;
• dərs ilinin başlanğıcında şagirdi və onun valideynini dərslərin
buraxılması nəticəsində gözlənilən ehtimal nəticələri barədə tanış etmək;
• bu planla nəzərdə tutulan digər öhdəlikləri yerinə yetirmək.
Sinif rəhbəri fərdi görüşlər zamanı valideynləri övladının mövcud vəziyyəti ilə tanış etməlidir.Qeyd
:Bir şagirdin əxlaq və dərs davamiyyəti haqqında başqa bir valideynin
yanında söhbət aparmaq olmaz.
Əgər şagird dərs buraxırsa, sinif rəhbəri məcburdur ki, hər bir belə
halın səbəbini bilsin.
Bütün bunlara nail olmaq üçün lazımdır ki, sinif rəhbəri ara-sıra fənn
müəllimləri öz sinfinin şagirdlərinin dərs
davamiyyətini, şəxsi problemləri və ya ümumi nailiyyətləri haqqında
maraqlansın.
Sinif rəhbəri eləcə də hər yarımilin və ilin sonunda öz sinfinin
şagirdlərinin qiymətlərini vaxtında
və dəqiq məktəbin qiymət vərəqlərinə daxil etmək məsuliyyətini
daşıyır, həmin vərəqlərdə bu
qiymətlər hesabata alınır.
Dərs ilinin sona çatdırılması zamanı sinif rəhbəri sinfin hər bir
şagirdinin qiymətləri, iştirakı
və əxlaqını fərdi olaraq təhlil etməlidir
sinif rəhbəri dərs ilinin
sonunda hər şagirdə kiçik xasiyyətnamə yazır:
a) dərs və sosial baxımdan şagirdin güclü tərəfləri, şagirdin nailiyyətləri
məşğələlərdə, idman
yarışmaları və digər tədbirlərdə iştirak etmək imkanları.
b) şagird üçün faydalı ola biləcək fiziki, emosional və sosial inkişaf üçün əhəmiyyətli
məsələləri xasiyyətnamədə əks etdirməlidir.
Sinif rəhbəri şagirdə dərs
nailiyyətlərini daha da
yaxşılaşdırmaqda, onun həvəslərinni klub və ya məşğələlərdə təkmilləşdirilməyinəşərait
yaratmalıdır.
VIII –X sinif şagirdlərinin peşə
seçimində sinif rəhbəri fənn müəllimlərinin iştirakı ilə valideyn və şagirdə
düzgün istiqamət seçməkdə kömək etməlidir.
“Təsdiq
Edirəm”
__________________________________________________________________
____________________________________Direktoru ______________
(İmza)
(adı,soyadıatasının adı),
SİNİF RƏHBƏRİNİN GÜNDƏLİYİ
_______________________ _______
sinfi
“RAZILAŞDIRILIB”
Tərbiyə işləri üzrə
Direktor
müavini____________
(İmza)
(adı,soyadıatasının adı),
“___” _______________ ______
il
Təqvim
Bayram günləri
o
Yeni il bayramı (yanvarın 1 və
2-si)
o Qadınlar günü (martın 8-i)
o Faşizm üzərində qələbə günü (mayın
9-u)
o Respublika günü (mayın 28-i)
o Azərbaycan xalqının milli qurtuluş
günü (iyunun 15-i)
o Azərbaycan Respublikasının Silahlı
Qüvvələri günü (iyunun 26-sı)
o Dövlət müstəqilliyi günü (oktyabr
18-i)
o Azərbaycanın Dövlət bayrağı günü
(noyabrın 9-u)
o Konstitusiya günü (noyabrın 12-si)
o
Milli Dirçəliş günü (noyabr
17-si)
o
Dünya azərbaycanlılarının
həmrəyliyi günü (dekabrın 31-i)
o Novruz bayramı – beş gün
o Qurban bayramı – iki gün
o Ramazan bayramı – iki gün
2.
Yeni
il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Respublika günü,
Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı
Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı,
Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir.
3.
İş
günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu
Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
4.
Novruz
bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il
üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilib əhaliyə elan olunur.
5.
Həftələrarası
istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə,
həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
6.
Qurban
və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə
düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.
7. Bayram və həftələrarası istirahət günləri
biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl
olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə
bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.
BUNLARI
UNUTMAQ OLMAZ !
20 Yanvar –Ümumxalq hüzn günü
25-26 fevral - Xocalı soyqırımı s.
28-29 fevral - Sumqayıt hadisələri
31 mart - Azərbaycanlıların Soyqırımı Günü
3 aprel - Kəlbəcərin işğalı
8 may - Şuşanın iş ğalı günü
17 may - Laçının işğalı günü
23 iyul - Ağdamın işğalı günü
25 avqust - Füzuli və Cəbrayıl rayonlarının işğalı günü
31 avqust - Qubadlının işğalı günü
27 oktyabr - Zəngilanın iş ğalı günü
20 noyabr-Qarakənddə Vertolyot qəzası
Birinci yarımilin dərs cədvəli:
Bazar ertəsi
|
Çərşənbə axşamı
|
Çərşənbə
|
Cümə axşamı
|
Cümə
|
Şənbə
|
|
1
|
||||||
2
|
||||||
3
|
||||||
4
|
||||||
5
|
||||||
6
|
||||||
7
|
||||||
8
|
||||||
Sinif növbətçisi
|
ikinci yarımilin dərs cədvəli:
Bazar ertəsi
|
Çərşənbə axşamı
|
Çərşənbə
|
Cümə axşamı
|
Cümə
|
Şənbə
|
|
1
|
||||||
2
|
||||||
3
|
||||||
4
|
||||||
5
|
||||||
6
|
||||||
7
|
||||||
8
|
||||||
Sinif növbətçisi
|
Şagirdlərin təlim nailiyyətləri
Soyadı ,adı
|
5 qiymətlə oxuyan şagirdlər
|
4 qiymətlə oxuyan şagirdlər
|
3 qiymətlə oxuyan şagirdlər
|
2
qiymətlə oxuyan şagirdlər
|
Məktəbin İctimai həyatında iştirakı
|
Sinfin nailiyyətləri
haqqında məlumat
Soyadı ,adı,atasının adı(sinif də ola bilər,bir
neçə şagirddə)
|
Məktəbdaxili və məktəblərası bilik və idman
yarışlarında,sərgi və digər müsabiqələrdə iştirak və əldə edilən nəticə(Sinif
və fərdi şəkildə)
|
Iştirak edilən tədbirin adı
|
Tədbirin Keçirildiyi
Yer və Təşkilat komitəsi
|
Tarix
|
Şagidlər
haqqında məlumat
Sıra nömrəsi
|
Soyadı, adı
|
Rəsmi nümayəndənin Əlaqə telefonu
|
Daimi yaşadığı ünvan
|
Doğulduğu gün ,ay,il
|
İl ərzində məktəbə daxil olması və çıxması
|
Şagirdlərin dərsliklərlə təminatı haqqında məlumat:
№
|
Soyadı adı
|
Dərsliyin adı
|
Vəziyyəti
|
kodu
|
Sinifdə
dərs deyən müəllimlər haqqında məlumat:
№
|
Fənnin adı
|
Müəllimin soyadı adı
|
Əlaqə nömrələri
|
qeyd
|
Valideynlər haqqında Məlumat
№
|
Soyadı,adı,atasının adı
|
İş yeri
|
Vəzifəsi
|
Əlaqə nömrəsi
|
Ev ünvanı
|
Valideynlər komitəsinin tərkibi
Sədr___________________________________________
Katib__________________________________________
Valideynlərlə əlaqə
Tarix
|
Valideynin soyadı,adı,atasının adı
|
Təşəbbüskar
|
Valideynlər iclaslarında valideynlərin iştirak etməsi:
Tarix
Soyadı, adı
|
||||||||||
Valideynlər iclaslının iş planı;
Mövzu
|
|
Məqsəd
|
1.
2.
3.
|
Tarix
|
|
İclasın
Gedişi
|
|
Qərara alındı
|
Tərbiyəvi iş planının bölmələri
Bölmənin adı
|
İcra müddəti və icra yeri
|
İcraçı
|
Siyasi Şüurluluq tərbiyəsi
|
İl boyu (8-11 ci siniflərə aiddir)
|
Sinif rəhbəri,
Tarix müəllimi
|
Təlimə şüurlu münasibət tərbiyəsi
|
İl boyu (Yaş xüsusiyyətləri nəzərə alınmaqla
bütün siniflərdə)
|
Sinif rəhbəri,
|
Mənəvi tərbiyə
|
İl boyu (5-11 ci siniflərdə)
|
Sinif rəhbəri,
Tarix,Ədəbiyyat müəllimləri
|
Əmək tərbiyəsi və peşəyönümü
|
İl boyu(5-11 ci siniflərdə)
|
Sinif rəhbəri,
Əmək müəllimi
|
Hüquq tərbiyəsi
|
İl boyu(9 yaşdan yuxarı bütün şagirdlərə)
|
Sinif rəhbəri,
Tarix müəllimi
|
Vətənpərvərlik
tərbiyəsi
|
İl boyu (bütün siniflərdə yaşa müvafiq səviyyə nəzərə
alınmaqla)
|
Sinif rəhbəri,
Tarix müəllimi
|
İqtisaditərbiyə
|
İl boyu (bütün siniflərdə yaşa müvafiq səviyyə nəzərə
alınmaqla)
|
Sinif rəhbəri,
İqtisadiyyat,
Coğrafiya,
Tarix Müəllimləri
|
Fiziki tərbiyə,səhiyyə və Gigiyena tərbiyəsi
|
İl boyu (bütün siniflərdə yaşa müvafiq səviyyə nəzərə
alınmaqla)
|
Sinif rəhbəri,
İdman müəllimi
|
Ekoloji tərbiyə
|
İl boyu (bütün siniflərdə yaşa müvafiq səviyyə nəzərə
alınmaqla)
|
Sinif rəhbəri,
Coğrafiya müəllimi
|
Dinin Elmi cəhətdən öyrədilməsi
|
İl boyu (8-11 ci siniflərə aiddir)
|
Sinif rəhbəri,
Tarix müəllimi
|
Estetik tərbiyə
|
İl boyu (bütün siniflərdə yaşa müvafiq səviyyə nəzərə
alınmaqla)
|
Sinif rəhbəri,
Musiqi,Rəsm və Təsviri İncəsənət müəllimi
|
Sinif
saatlarının keçirilmə qrafiki:
Bölmə
|
Mövzu
|
Tarix
|
Tərbiyə işinin planlaşdırılması
_______________ __________ il
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
12
|
13
|
14
|
15
|
16
|
17
|
18
|
19
|
20
|
21
|
22
|
23
|
24
|
25
|
26
|
27
|
28
|
29
|
30
|
Sinif rəhbərinin işinin qiymətləndirilməsi üçün göstəricilər:
Sinif
rəhbərinə lazım olan sənədlər:
1.sinif rəhbərinin illikaylıqhəftəlik Fəaliyyət
planı
2.Valideyn,Şagird və müəllimlərlə görüş dəftəri
3.Sinif
pasportu
4.Sinif divar qəzetinin nömrələri
5.Psixoloji pasport
6.Valideyn iclaslarının protokolları
7 Valideyn və Şagirdlər qarşısında edilən məruzələr
8.Sinfin təlim göstəriciləri haqqında məlumat
9.Kitabxanadan götürülmüş kitabların siyahısı
10.Olimpiada ,bilik yarışı digər müsabiqələrdə uğur
qazanan şagirdlər haqqında məlumat.
0 коммент.:
Отправить комментарий