16.11.2014

Aktiv yazı üsulları
Aktiv yazı üsulları şagirdləri fəallaşdırmaqla yanaşı onların ya­radıcılıq qabiliyyətinin inkişaf etməsinə səbəb olur, onlarda yazı sa­vadı formalaşdırır. Aktiv yazı üsulları aşağıda qeyd edilənlərə gö­rə əhəmiyyət kəsb edir:
-  Aktiv yazı şagirdlərin fənlər üzrə düşünmə qabiliyyətlərini də­qiqləşdirməyə imkan yaradır;
-  Şagirdləri öz yazılarına məsuliyyətlə yanaşmağa vadar edir;
-  Fəal yazı şagirdləri öz ideyalarını düzgün ifadə etmək istiq­a­mə­tində hazırlaşdırır;
-  Gəldikləri nəticələri başqalarına çatdırmaq imkanı verir;
-  Öyrəndiyi problemlə əlaqədar şəxsi hiss və rəyini ifadə et­mə­­yə imkan verir.
Fəal yazı vasitəsilə müəllim şagirdlərin (və ya qrupların) an­la­yış, elmi ideyalar və s. haqqında düzgün və ya düzgün olmayan mə­lu­­mata malik olub-olmadığını müəyyənləşdirmək imkanı əldə edir.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilənlərə qruplar tərə­fin­dən təqdimatın gedişi zamanı diqqət yetirilməlidir.

a) Gündəliklər
Gündəliklər şagirdlərə öyrəndikləri barədə fikirlərini ifadə et­məyə imkan yaradır. Şagirdlərin mövzu ilə əlaqədar göstərdikləri ide­yalar müəllimlərdə dəyərli təəssürat yaratmaqla anlayışların, el­mi ideyaların qruplar tərəfindən anlanılması səviyyəsi haqqında mə­lu­mat verir. Gündəliklər müəllim-şagird, şagird-şagird arasında ün­siy­yət yaratmaqla anlayışların, elmi nəticələrin dəqiqləşdirilməsinə, ba­­­carıq və vərdişlərin inkişaf etdirilməsinə şərait yaradır.
Gündəliklərin əhəmiyyəti haqqında göstərmək olar ki:
-  Gündəliklərdən istifadə ayrı-ayrı mövzularla iş zamanı fay­dalı ola bilər (məsələn, fakt, arqumet və s. istinad etmək lazım ol­du­ğu anlarda).
-  Gündəliklər şagirdlərin etdiklərini, başa düşdüklərini, başa düş­mədiklərini, hansı istiqamətdə inkişaf etdiklərini, nailiyyətlərə necə nail olduqlarını, nəyə ehtiyacı olduqlarını öz sözləri ilə ifadə et­məyə imkan yaradır.
Gündəliklə əlaqədar müəllimin funksiyaları:
-  Müəllim gündəlikləri oxumalı, qiymətləndirməli, “sağ ol” de­məklə kifayətlənməlidir,
-  Şagirdlərin yanlış anladığı mövzularla, qarşılaşdığı prob­lem­lər­lə əlaqədar gündəlikdə məqsədə uyğun qeydlərin aparılması va­cib­dir,
-  Şagirdlərə istiqamətlər verilməlidir. Bunlar “Nə etdiniz?”, “Nə başa düşdünüz?”, “Nə başa düşmədiniz?”, “Hansı bacarıqları in­kişaf etdirdiniz?”, “Nə xoşunuza gəldi?” və s. kimi suallarla hə­ya­ta keçirilməlidir.
Belə suallar şagirdlərin tədris fəaliyyətini qiymətləndirən za­man faydalı ola bilər.

b) Məktublar.
Məktublar şagirdlərin dərsə hazırlaşması prosesinə kömək edir. Onlarda anlayış və elmi ideyaların, eləcə də əldə edəcəyi bi­lik­lərin mənimsənilməsinə, möhkəmləndirilməsinə kömək edir. Mək­tub­lar müəllimlərə istiqamətverici rol oynayır, belə ki, şagirdlərin nə­yi başa düşmədiklərini müəyyənləşdirməyə imkan verir. Məktub yaz­­mağın həyati əhəmiyyəti böyükdür, şagirdləri düzgün yazı üs­lu­bu ilə tanış etməklə onları bu istiqamətdə formalaşdırır.
Müəyyən bir lahiyənin, mövzunun dərsin sonunda məktub yaz­maqla şagirdlərin öyrəndiklərini müəllimə, valideyinə çatdırmaq funk­siyası daşıyır. Yuxarı siniflərdə elektron poçtdan istifadə etmək olar. Şagirdlərin məktublarına müəllimlər münasibət göstərərkən rea­list olmalıdırlar. Məktublarda şagirdlərin öz fikirlərini sərbəst ifa­də etmələri demokratiyanın əlamətlərindən biridir. Məktublar şa­gird­lərin etik-mənəvi cəhətdən də inkişafını təmin edən vasitədir.
Şəki şəhər 19 saylı məktəbin beşinci sinfində müəllim N.Tusinin “Əxlaqi-Nasiri” əsərindən götürülmüş aşağıdakı parça üzə­rində işləməyi tapşırır.
“İnsan çox danışmamalı, başqasının sözünü yarımçıq kəs­mə­mə­li, başqasının nağıl etdiyi hekayət və ya rəvayəti bilirsə, bunu üzə vur­mamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Baş­qa­sından soruşulana cavab verməməli, ümumidən edilən sualda ca­ma­atı qabaqlayıb irəli düşməməlidir. Biri cavab verirsə, daha qabil ca­vab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan son­ra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə, qarışmamalı, ondan gizlə­di­lir­sə, gizlin qulaq asmamalıdır, özləri müraciət etməsələr, söhbətə qo­şulmamalıdır”.
Tapşırıq yekunlaşdırıldıqdan sonra həmən sinif şagirdi Aqil İs­mayılovun dostuna yazdığı məktuba diqqət yetirək. “Cabir, bu gün biz Azərbaycan dili dərsində Nəsrəddin Tusinin “Əxlaqi-Na­si­ri” əsərindən bir parçanı öyrəndik və onu təhlil etdik. Öyrəndiyimiz par­çanın tərbiyəvi əhəmiyyəti böyükdür. Bu parçadan çıxan nəti­cə­lər­dən biri də belə idi: dostlarından biri danışarkən sən tez-tez mü­da­xilə etsən sən danışarkən o müdaxilə edər. Ona görə də söhbət edəni səbrlə, axıra qədər dinləməli, ondan sonra öz fikrini de­mə­lisən. Bunu mədəni davranış qaydaları tələb edir”.

c) Qəzet məqalələri.
Düzgün yazı vərdişlərinin formalaşdırılmasında, şagirdlərin ya­ra­dıcı şəkildə inkişaf etdirilməsində, yeniliklərin dərslərdə tədris edi­lən mövzularla əlaqələndirilməsində qəzet məqalələrinin əhə­miy­yə­ti böyükdür. Müəllim yuxarı siniflərdə şagirdlərə yeni kəşflər, xəs­təliklər və tibb, ətraf mühit, kosmos, təbii fəlakətlər və s. möv­zu­lar­da qəzet məqalələri hazırlamağı tapşıra bilər. Sinif divar qəzeti üçün nəzərdə tutulan belə məqalələr üçün materialları şagirdlər küt­lə­vi mətbuatdan, elmi kitablardan əldə edə bilər. Prosesin başlan­ğı­cın­da müəllim şagirdlərə istiqamət verməlidir. Müəllim məq­sə­də­uy­ğun məqalələri nümayiş etdirməli, yazı üslubu və formaları ilə şa­gird­ləri tanış etməlidir. Həmçinin yazı çərçivələri verməli, məqalədə əha­tə olunmalı məsələlərə aydınlıq gətirməlidir. Şagirdlər divar qə­zeti üçün məqalələri qrup şagirdləri ilə birlikdə hazırlamalıdırlar.
Qəzet məqalələrinin üstün cəhətləri:
-  Qəzet məqalələri şagirdləri həvəsləndirmək xüsusiyyətinə ma­likdir;
-  Qəzet məqalələri qrup işini canlandırır, şagirdləri yaradıcı iş­lə­məyə təhrik edir;
-  Qrup daxili ünsiyyət bacarıqlarını formalaşdırır;
-  Real həyatı, təlim-tərbiyə prosesini əks etdirir.
İbtidai sinif şagirdlərini, ilkin olaraq, sinif divar qəzeti üçün mə­qalələr hazırlamağa istiqamətləndirmək lazımdır. Sinif şagirdləri ilə birlikdə qəzet üçün rublikalar müəyyənləşdirilməlidir. Rublika ola­raq “Sinfimizin qabaqcılları”, “Bizim idmançılar”, “Yaşıllığın dost­­la­rı”, “Şənlik bizə yaraşır”, “Maraqlı hadisələr” və s. seçilə bi­lə­r.

ç) Mütəhərrik dairələr metodu.
Bu metod şagirdlərin təfəkkürünün, təxəyyülünün, fantaziya­sı­­nın, başlıcası isə onların yaradıcılıq qabiliyyətinin inkişaf etmə­si­nə, şəxsiyyət kimi formalaşmalarına şərait yaradan təlim metod­la­rın­dan biridir. Metodu tətbiq edən müəllim proqram əsasında şa­gird­lərə mövzunu təklif edir. Şagirdlər (və ya qruplar) mövzu ilə müs­təqil şəkildə tanış olduqdan sonra müəllim tapşırıq verir:
a)   öyrənmək üçün verilən mövzunun məzmununu, mənti­qi ar­dı­cıllığı saxlamaqla, həcm etibarı ilə bir yarım və ya iki dəfə ge­niş­lən­dirin,
b)  verilmiş mövzunun məzmununu, məntiqi ardıcıllığı saxla­maq­la, həcm etibarı ilə bir yarim və ya iki dəfə kiçildin.
Variantların seçimi şagirdlərin inkişaf səviyyəsinə uyğun mü­əy­yənləşdirilməlidir. Şagirdlər müxtəlif təsvir vasitələrindən istifadə edə­rək onlara tapşırılan mövzunu yaradıcı şəkildə yenidən işləyirlər.
Göstərilən metodun tətbiqi zamanı sinif şagirdləri fərdi, cüt­lərlə, qrup şəklində işləyə bilərlər. Qrupların bir neçəsi a) digərləri isə b) variantlar üzrə işləməlidirlər. Dərsin sonunda müəllim qrup­lar­dan iş vərəqlərini toplayır, siniflə birlikdə müzakirə edir, qiymət­lən­dirmə aparır.
“Bakı” mövzusuna diqqət yetirək.

Bakı
Bakı Azərbaycanın paytaxtıdır. O, Xəzər dənizinin sahilində yer­ləşir. Bu şəhər keçmişdə çox kiçik və çirkli idi. İndi isə Bakı gün­dən-günə böyüyür və gözəlləşir. Cürbəcür maşınlarla dolu pros­pekt­lər, böyük və yaşıl parklar, yaraşıqlı binalar Bakıya gözəllik ve­rir. Dənizin sahilində gözəl park salınmışdır. Bu, Milli Park adlanır. Adam­lar hər gün işdən sonra orada dincəlirlər. Dənizin sərin və tə­miz havası adama ləzzət verir.
Bakıda tikinti işləri gündən-günə genişlənir. Evlər çox sürətlə ti­ki­lir. Bakıda uşaqlar və gənclər məktəblərdə, texnikumlarda, ins­ti­tut və universitetlərdə oxuyurlar.
Adamlar istirahət günlərində muzeyə, sərgiyə, heyvanat par­kı­na, teatra, kinoya və sirkə gedirlər. Vaxtlarını məzmunlu və şən ke­çi­rirlər.
a)  Mövzunun genişləndirilmiş variantı
Bakı Azərbaycanın paytaxtıdır. Şərqin ən böyük və gözəl şə­hər­lərindən biridir. Qədim İpək yolu bu şəhərdən keçir. Bakı keç­miş­də çox kiçik və çirkli idi. O zaman Bakı iki hissədən: İçəri şəhər və onun ətrafından ibarət idi. Qız qalası içəri şəhərdə yerləşir. İndi Ba­kı gündən-günə böyüyür və gözəlləşir. Cürbəcür maşınlarla dolu pros­pektlər, böyük və yaşıl parklar, yaraşıqlı binalar Bakıya gö­zəl­lik verir. Bakıda tikilən binalar çox mərtəbəli olmaqla milli və qərb sti­lində tikilir. Xəzər dənizinin sahilində gözəl park salınmışdır. Bu, Mil­­li Park adlanır. Adamlar hər gün işdən sonra orada dincəlirlər. Park­da uşaqlar üçün atraksionlar qurulmuşdur. Musiqili fəvvarələr par­ka gözəllik verir. Dənizin sərin və təmiz havası adamlara ləzzət ve­rir.
Bakıda tikinti işləri gündən-günə genişlənir. Evlər çox sürətlə ti­kilir. Bakı indi “göydələnlər şəhəri” kimi də adlandırılır. Bakıda mü­asir məktəblər tikilir. Uşaqlar belə məktəblərdə oxuyurlar. Ba­kı­da çoxlu universitet, institut və texnikumlar vardır.
Adamlar istirahət günlərində muzeylərə, sərgilərə, heyvanat par­kına, teatra, kino və sirkə gedirlər. Onlar vaxtlarını çox məz­mun­lu və şən keçirirlər. Bakıda çoxlu idman qurğuları tikilmişdir. Bu­ra­da məşğul olan gənclərin adı dünya arenalarından gəlir.
b) Mövzunun qısaldılmış variantı:
Bakı Azərbaycanın paytaxtıdır. Xəzər sahilində yerləşən Bakı ye­ni-yeni tikililəri, parkları, küçə və prospektləri ilə gözəlləşir. Də­niz sahilində salınmış Milli park insanların istirahət yerinə çevril­miş­dir. Bakıda yeni məktəblər tikilir. Burada çoxlu institut və uni­ver­sitetlər vardır. Bakıdakı kino-teatrlar, muzeylər, heyvanat parkı, sirk insanların istirahət yerləridir. Bakı dünyanın ən gözəl şəhərlə­rin­dən biridir.

d) Tədqiqat hesabatları.
Qruplara verilmiş mövzu ətrafında şagirdlərin topladığı ədə­biy­yatlardan istifadə edərək yeni məlumatların necə əldə edilməsini nü­mayiş etdirən üsuldur. Tədqiqat hasabatlarında əqli hücum əsas va­si­tədir. Bu zaman nəzəri məlumatlar (kitablardakı) həyat təcrü­bə­si ilə əlaqələndirilmiş olur. Tədqiqat hesabatlarında əlaqə formaları və alınmış nəticə öz əksini tapmalıdır.
Məsələn, “Qış aylarında aranjeriyada iş” mövzusu qruplara təd­qiqat obyekti kimi tapşırıla bilər. Mövzunun əsas ma­hiyyət­lə­rin­dən biri aranjeriyadakı bitgilərə qış aylarında necə su verməkdir. 8-10S-dən aşağı temperaturlu su bitgilərin inkişafını ləngidir, çox aşa­ğı temperaturlu su isə bəzi otaq bitgilərinin tələf olmasına səbəb ola bilər. Bu zaman şagirdlər qarşısında belə bir problemin həll edil­mə­si qoyulur. Soyuq və isti sulardan otaq temperaturunda (18-20S) olan suyu necə almaq olar?
Qruplar 1 kq 20S-də, 1 kq 50S-də olan su götürür, qarış­dı­rır­lar. Qarışığın temperaturunu termometrlə ölçürlər, təqribən 27S su alın­dığını müşahidə edirlər. 50S-də olan suyun kütləsini iki dəfə azalt­maq və çoxaltmaqla təcrübəni təkrar edərkən məlum olur ki, isti suyun kütləsi azaldıqca qarışığın temperaturu azalır. Bu azalma isti və soyuq suyun kütlələri nisbətindən və ilk temperaturlarından ası­l­ıdır. Tədqiqat hesabatları yuxarıdakı kimi nəticə ilə yekunlaş­ma­lı­dır. Tədqiqat hesabatları şagirdlərin yaradıcılıq qabiliyyətini for­ma­­laş­dıran vasitələrdən biridir.

e) Təqdimatlar.
Təqdimat dedikdə, adətən, qrupun problemlə əlaqədar mü­əl­li­mə təqdim edəcəkləri yazı başa düşülür. Qrupun təqdimatının hazır­lan­­masında bütün qrup şagirdləri yaxından iştirak etməli, səy gö­s­tər­məlidirlər. Bunun üçün qruplara tapşırılmış problemlə əlaqədar hər bir qrup üzvü öz təqdimatını hazırlayaraq liderlərə təqdim et­mə­li­dir. Qrup lideri təqdimatları öyrənir, təhlil edir, nəticəni sinfə təq­dim edəcəyi təqdimatda əks etdirir. Təqdimatlar elmi dildə, məntiqi ar­dıcıllıqla yazılmalıdır. Göstərilən qaydada təqdimat hazırlamağa qrup­ları hazırlamaq və formalaşdırmaq lazımdır.
Başqa xarakterli təqdimatlar da ola bilər. Müəllimin ev tap­şı­rı­ğı, şagirdlərin müstəqil müşahidəsi və s. bağlı təqdimatlar da ha­zır­lamaq olar.






0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.