22.11.2014

Həyat bilgisi
II sinif

1. Cümləni tamamlayın:                                                       
 Səylə..............
  A) yatmalıyıq                                   B) yeməliyik                             C)  oxumalıyıq

2. Səhər saat 7.00-da ikinci sinif şagirdi nə etməlidir?
  A) dərs oxumalıdır                      B) televizora baxmalıdır                 C) yuxudan oyanmalı və idman etməli

3. Vaxtdan necə istifadə etmək lazımdır?
   A) çox                            B) səmərəli                          C) az

4. Sərnişinlərin minməsi üçün avtobus harada dayanmalıdır?
   A) dayanacaqda                    B) yolun ortasında                       C) sərnişinlərin istədiyi yerdə

5. Su nəqliyyatını göstərin:
   A) avtomobil                        B) qatar                            C) gəmi

6. Hansı hərəkət yanlışdır?
 A) telefonla az danışmaq            B) evdə bütün günü televizora baxmaq            C) böyuklərin sözünü arışdırmaq

7. Sağlamlığın şərti hansıdır?   
   A) idmanla məşğul olmaq              B) çox yemək, isti su ilə yuyunmaq          C)   tez yatmaq, gec oyanmaq

8. Cümləni tamamlayın:
 _________________________________________________________sağlam ruh olar.
    A) kök bədəndə                          B) sağlam bədəndə                       C) arıq bədəndə

9. Bunlardan hansı xəstəlik əlaməti deyil?
    A) yüksək hərarət                    B) halsızlıq                        C) aclıq

10. Bunlardan şəxsi gigiyena qaydalarına aid olanı hansıdır?
     A) kitab oxumaq                       B) dişləri fırçalamaq                       C) qaçmaq

11. Xəstələndikdə bu telefon nömrələrindən hansına zəng vurmaq lazımdır?
    A) 103                      B) 104                    C) 109

12. İnsanların xəstəliklərə yoluxmasının bir səbəbi də ......................
    A) avtomobillərdir                         B) ağaclardır               C) mikroblardır

13. 10 ədədinin arxasında hansı rəqəm yazılsa, qaz qəza xidmətinin telefon nömrəsi alınar?
          A) 2                      B) 4                 C) 3

14. Avtobusda gedərkən sərnişin nə zaman özü üçün təhlükə yarada bilər?
    A) avtobusa arxa qapıdan minəndə                       B) digər sərnişinlə söhbət edəndə
                                 C) qolunu avtobusun pəncərəsindən çıxardanda

15. Əlehqaz bədənin hansı hissəsinə geyilir?
   A) ayağa                      B) ələ                       C) başa

16. Hansı sərnişin təhlükəsizlik kəmərindən istifadə edir?
   A) arxa sırada əyləşən                  B) qabaq oturacaqda əyləşən          C) avtobusdan arxa qapıdan düşən







17. Bütün dünyada nə eynidir?
   A) bayraqlar                     B) xalqlar               C) yol hərəkəti nişanı    

18. Sağlam olmaq üçün nə etmək lazımdır?
    A) hər zaman gülmək                 B) düzgün qidalanmaq, idman etmək              C) qalın geyinmək

19. Aşağıdakılardan hansı yoluxucu xəstəlikdir?
    A) qrip                    B) baş ağrısı                  C) diş ağrısı

20. Hansı bənddə verilmiş əlamət sağlam insana aid edilə bilməz?
    A) gümrah olur                   B) yaxşı oxumur                 C) idmanla məşğul olur

21. Ailə üzvlərinə aid olmayanı seçin.
    A) ata                         B) bibi                C) qonşu

22. İşıqforun neçə rəngli işığı var?
          A) 7                                    B) 3                                             C) 2

23. Aşağıdakılardan hansı nəqliyyat vasitəsi deyil?
    A) avtobus                   B) təyyarə                   C) yelləncək

24. Hansı bənddə verilmiş fikir yanlışdır?
    A) Avtobusun qabaq qapısından minib, arxa qapısından düşmək lazımdır.
    B) Eskalatorun sağ tərəfindən üzü hərəkət istiqamətində dayanın.
    C) Liftdən istifadə edərkən hərəkətdə olan liftin qapısını açmayın.

25. Bilik günü nə vaxt qeyd olunur?
    A) 28 may                     B) 15 sentyabr                  C) 18 oktyabr

26.  Əlaçı şagird necə olmalıdır?
A) Televizora çox baxmaq lazımdır.           B) Dərslərini yaxşı hazırlamalıdır.          C) Həyətdə çox oynamalıdır

27. Yolu haradan keçmək lazımdır?
   A) haradan istəsən                     B) maşınların arasından                        C) keçid zolaağından

28. Ailədə uşaqların ən böyük məsulliyyəti nədir?
    A) ev işlərini görmək                 B) dərslərini yaxşı oxumaq                 C) bazarlıq etmək

29. Qlobusda ən uca dağlar hansı rəngdə verilir?
 A) tünd-qəhvəyi                    B) yaşıl                         C) mavi

30. Harada yaşayanlar təbiətdə daha çox təmasda olurlar?
    A) kənddə                   B) şəhərdə                  C) qəsəbədə

31. Əkilən, becərilən və məhsul verən nədir?
    A) torpaq                     B) su                    C) hava

32. Tibbi temperaturla nəyi ölçürük?
                   A) havanın temperaturunu                      B) insan bədəninin temperaturunu   
                                             C) suyun temperaturunu       
            



  




       

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.