MÜZAKİRƏ
XƏRİTƏLƏRİ
Məqsəd:
Bu
metoddan daha çox humanitar fənlərdə istifadə edilir. Müzakirə xəritəsi debat
üçün hazırlıq rolunu oynaya bilər. Arqumentin təhlili şagirdlərə müzakirə
olunan məsələ barəsindəki mövqeləri haqqında düşünmək imkanı verir.
Alqoritm:
1.
Mövzunu müəyyənləşdirmək; Mövzu ziddiyyətli yanaşmalardan istifadə
etməyə imkan verməlidir.
2.
Mövzuya dair problemin üzə çıxarılması, ziddiyyətli sualın
qoyulması;
3.
Mövqelərin müəyyənləşdirilməsi (fərdi);
4.
Mövqelərin təsdiqi (mənbələrlə iş, arqumentlərin, fakt və sübutların
tapılması);
5.
Şagirdlər arqumentləri müəyyənləşdirirlər. Lehinə və əleyhinə
arqumentlərin siyahılaşdırırlar;
6.
Uyğun mövqelərin cütlükdə birləşdirilməsi, arqumentlərin təhlili,
oxşar və fərqlərin üzə çıxarılması. Şagirdlər cüt-cüt işləyərək iki ən uzun
lehinə və əlehinə siyahısı tərtib edir.
7.
Hər bir cüt başqa cütlə birləşərək siyahıdakı bəndləri bir-birinə əlavə
edirlər.
8.
Sinif bu arqumentlər barəsində düşünür və lehinə, yaxud da əlehinə qərar
qəbul edir.
9.
Bir mövqelərin (cütlərin) qruplarda birləşməsi, arqumentlərin dəqiqləşdirilməsi.
10.
Problemə dair mövqelərin dinlənilməsi (siniflər);
11.
Müzakirənin aparılması (siniflə). Arqumentlərin təhlili;
12.
Qərarın qəbul edilməsi;
13.
Ümumiləşdirmə;
Şərtlər:
1.
İş forması: cütlərlə və bütün siniflə;
2.
Auditoriyanın səviyyəsi:
o Bilik dairəsi;
o Mənbələrlə işləmək bacarığı;
o Müzakirə, dinləmə bacarığı;
o Tədqiqat aparmaq bacarığı;
3.
Problemin düzgün qoyulması;
4.
Problemin aktuallığı;
5.
Şagirdlərin cəlb olunması;
6.
Problemin həll oluna bilən olması;
7. Şagirdlərin
mövqeləri qısa, konkret, məntiqi çatdıra bilməsi.
Vasitələr: kağız, marker, məlumat mənbəyi.
Yarana biləcək
problemlər:
o Ünsiyyət ilə bağlı problemlər
(bir-birini dinləməmək, şəxsi rəqabətin işə təsiri və s.)
o Müzakirənin uzanması,
o Artıq səs-küy, aqressivlik,
o Tolerantlılığın olmaması,
o Şagirdlərdə mövzu ilə bağlı məlumatın
azlığı,
o Düzgün nəticənin çıxarılması çətinliyi.
0 коммент.:
Отправить комментарий