DƏRNƏK
RƏHBƏRİ
Əmək funksiyası:
Dərnəyin tərkibini
komplektləşdirir və onun dərs ili müddətində saxlanması üzrə tədbirlər görür.
Aparılan işin pedaqoji cəhətdən əsaslandırılmış forma, vasitə və metodlarını müəyyən
edir. Məşğələlərin planını, proqramını tərtib edir və onların yerinə yetirilməsini
təmin edir. Şagirdlərin yaradıcılıq qabiliyyətlərini aşkara çıxarır, onların
meyl və maraqları üzrə inkişafına kömək edir. İstedadlı şagirdlərin üzə
çıxarılmasına köməklik göstərir, şagirdlərlə fərdi iş aparır, olimpiada, yarış,
sərgi və s. tədbirlərdə dərnək üzvlərinin iştirakını təmin edir. Valideynlərə və
məktəbin pedaqoji işçilərinə istedadlı şagirdlərin inkişafı üzrə məsləhətlər
verir. Məşğələ zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar
gigiyena normalarına əməl olunmasını təmin edir.
Bilməlidir:
Şagird şəxsiyyətinin
inkişafının əsas qanunauyğunluqlarını, onların yaş xüsusiyyətlərini və
maraqlarını; pedaqogikanın, psixologiyanın, fiziologiya və gigiyenanın əsaslarını:
təlim və tərbiyənin, asudə vaxtın və əyləncələrin təşkilinin müasir metodlarını,
elm, texnika, mədəniyyət və incəsənətin nailiyyətlərini; müvafiq təmayül üzrə dərnək
və digər məşğələlərin proqramlarını, sinifdənxaric və məktəbdənkənar işin təşkili
üzrə normativ sənədləri, texniki vasitələrdən istifadə, əməyin təhlükəsizliyi və
texniki təhlükəsizlik qaydalarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
8-ci dərəcə (dərnək rəhbəri)
- orta ixtisas təhsilli, iş stajına tələb qoyulmadan;
9-cu dərəcə (dərnək rəhbəri)
- orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta
ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;
10-cu dərəcə (dərnək rəhbəri)
- a) ali təhsilli, iş stajına tələb qoyulmadan; b) orta ixtisas təhsilli, 5 ildən
10 ilədək pedaqoji stajı olan;
11 -ci dərəcə (dərnək rəhbəri)
- a) ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə
diplomu ilə bitirən; b) orta ixtisas təhsilli, 10 ildən 15 ilədək pedaqoji
stajı olan;
12-ci dərəcə (II kateqoriya
dərnək rəhbəri) - a) ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan; b)
orta ixtisas təhsilli, 15 ildən çox pedaqoji stajı olan;
13-cü dərəcə (I kateqoriya
dərnək rəhbəri - a) ali təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan;
14-cü dərəcə (ali
kateqoriyalı dərnək rəhbəri - a) ali təhsilli, 18 ildən çox pedaqoji stajı
olan.
0 коммент.:
Отправить комментарий