METODİST
Əmək funksiyası:
Təlim-tərbiyə müəssisələrində
metodiki işləri planlaşdırır və təşkil edir. Tədris metodiki və tərbiyə işinin
keyfiyyətini yüksəltmək üçün müvafiq təkliflər verir və həyata keçirilməsinə
çalışır. Metodik materialları sistemə salır, informasiya bankı yaradır və
onlardan istifadə olunmasını təşkil edir.
Konkret ixtisaslar üzrə tədris
planları və proqramlarının, tərbiyəvi tədbirlərin tərtibində iştirak edir,
pedaqoji kadrların fənn metodbirləşmələrinin işini təşkil edir və istiqamətləndirir.
Təlim-tərbiyə müəssisələri işçilərinin ixtisasının artırılması və yenidən
hazırlanmasının təşkilində iştirak edir. Proqnozlaşdırma və planlaşdırmanı
yerinə yetirir, kursdan qabaq və kursdan sonrakı dövrlərdə şəxsi təhsilə nəzarət
və rəhbərlik edir.
Məktəb, rayon (şəhər) səviyyəsində
təlimatı tematik problemli seminarlar, aktual mövzular üzrə elmi-praktik
müşavirələr keçirir.
Təlim-tərbiyənin tətbiqi
sahəsində müəllimlərin ən yaxşı məsləhətçisi olmaqla müsabiqə, sərki,
olimpiada, baxış, yarış, konfrans, görüşlər, açıq dərslərin keçirilməsində
bilavasitə iştirak edir. Qabaqcıl müəllim, metodist və ya alimlərin
hazırladıqları didaktik materialları, metodik işləmə və tövsiyələri, digər tədris
vasitələrinin müzakirəsini, rəy verilməsini, çapa hazırlanmasını təşkil edir.
Qabaqcıl iş təcrübəsini öyrənir,
ümumiləşdirir və yayır. Metodşuranın işində fəal iştirak edir, ixtisas fənni
üzrə tədrisin keyfiyyətini və şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini
öyrənir, təhlil edir, xarakterik səhvləri və çatışmazlıqları aşkara çıxarır,
onların aradan qaldırılması üçün rayon (şəhər) TŞ şurasına təkliflər verir.
Müəllimlərin
attestasiyasının hazırlanmasına da, təşkilində və keçirilməsində fəal iştirak
edir.
Bilməlidir:
"Azərbaycan
Respublikasının Təhsil Qanunu" nu və bu qanundan irəli gələn
qanunvericilik aktlarını, Təhsil Nazirliyinin müvafiq əmr, sərəncam və göstərişlərini,
pedaqogika və psixologiyanın son nailiyyətlərini, ixtisas fənnini və onun tədrisi
metodikasını, metodiki işin təşkili və aparılmasını, bu sahədə respublika və
beynəlxalq iş təcrübəsini, həmçinin əmək qanunvericiliyinin əsaslarını.
Ödəniş dərəcələrinə
ixtisas tələbləri:
12-ci
dərəcə (metodist) - ali
təhsilli, 5 ildən
10 ilə qədər pedaqoji stajı olan;
13-cü dərəcə (II
kateqoriyalı metodist) - ali təhsilli, 10 ildən 15 ilə qədər pedaqoji stajı
olan;
14-cü dərəcə (!
kateqoriyalı metodist) - ali təhsilli, 15 ildən 20 ilə qədər pedaqoji stajı,
aktual problemlərə həsr edilmiş məqalə, tövsiyə və metodik işləmələrlə müəllimlərə
kömək edən, ixtisas fənni üzrə proqram materiallarını təxmini olaraq
planlaşdıran, yoxlama yazı işi mətnlərini tərtib edən.
15-ci
dərəcə (ali kateqoriyalı metodist) -1 kateqoriyalı metodistə Qoyulan tələbləri
yerinə yetirməklə yanaşı elmi dərəcəsi və ya "əməkdar" fəxri adı
olan; rayon (şəhər) qabaqcıl təcrübə məktəbləri, müəllif məktəbləri, yaradıcı
müəllim qrupları yaratmağı və onlarla işləməyi, fənlər üzrə şagirdlərin bilik,
bacarıq və vərdişlərinin keyfiyyətini yoxlamaq üçün testlər hazırlamağı bacaran
və onlardan istifadə etmək metodikasını bilən.
0 коммент.:
Отправить комментарий