16.11.2014

İNSERT METODU

 İnsert səmərəli mütaliə və təfəkkürün inkişafı üçün interaktiv qeyd­etmə sistemidir. İşarələr sistemindən istifadə edib mətni başa düş­mək üçün biliyini yoxlamaqla düzgün cavab axtarmaq üsulu.
Yeni dərsi oxumamışdan əvvəl müəllim şagirdləri cütlərə ay­ı­rır. Beş dəqiqə ərzində onlardan xahiş edir ki, Hindistan haqqında nə bilirlərsə, təsəvvürlərinə gələnləri qısa şəkildə yazsınlar. Müəllim bil­dirir ki, ola bilsin, sizin yazdıqlarınız dəqiq olmasın, buna bir o qə­dər fikir verməyin, dərsin gedişi zamanı düzəliş aparacağıq. Hin­dis­tan haqqında bildiklərinizi siyahı şəklində, alt-alta yazın. Cüt­lər­də iş qurtardıqdan sonra bütün sinif müzakirəyə başlayır. Hindistan haq­qında məlumatlar lövhədə qeyd edilir və ümumiləşdirilir. Bun­dan sonra mətn paylanılır və oxutdurulur, şagirdlərə müraciət edə­rək müəllim deyir: “oxuduqca səhifələrin kənarında işarələr qoya­caq­­sınız, işarələr aşağıdakı kimi olmalıdır”:
1.  Əvvəl bildiyin məlumatı təsdiq edən informasiya varsa, qar­şısında (V) işarəsini qoy.
2.  Oxuduğun bir informasiya əvvəllər bildiyini inkar edirsə (-) işa­rəsi qoy.
3.  Rast gəldiyin informasiya sənin üçün təzədirsə (+) işarəsi ilə göstər.
4.  Haqqında əlavə məlumat almaq istədiyin məsələ varsa, qa­ba­ğında (?) işarəsi qoy.
Sonra qruplar işarələr qoyulmuş informasiyaları cədvəldə ka­te­qoriyalara aşağıdakı kimi ayırırlar (Cədvəl 1.4).


Cədvəl 1.4

V
+
_
?
1.Hindistan İn­gil­­­tərənin müstəm-lə­kə­si olmuşdur.
2.Hindistan şah­ma­tın vətənidir.
1.Elmə “O” işa­rəsini hind­lilər gətirib.
2.Tac mahalı Təb­rizli me­mar inşa edib.
1. Avro­pa­da işlətdiyi­­miz rə­qəm­­lərə ərəb rə­qəm­­ləri de­yir­lər, am­ma onları hindlilər kəşf ediblər.
1.Hindistanda olan dinlər haq­qında.
2. Yoqa haq­qın­da.

Bu cədvəli müəllim lövhədə çəkir və hər qrup öz yazdıqlarını ora­da qeyd edir.
Bundan sonra sinif müzakirəyə başlayır. İlk məlumatla, yəni Hin­distan haqqında bildikləri ilə mətni oxuduqdan sonra bildiklərini mü­zakirə edirlər. Bu metod çox vaxt tələb etdiyindən 2 dərsi bu stra­tegiyaya həsr etmək olar.



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.