Azərbaycan Respublikasinın ümumtəhsil məktəbləri
üçün Riyaziyyat
fənni üzrə təhsil proqramı (kurikulumu). ( V-IX siniflər.)
1. Riyaziyyat fənni üzrə ümumi təlim nəticələri.
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə
şagird:
• ədədlər üzərində şifahi, yazılı
formada dəqiq və ya təqribi hesablamalar aparır;
• müxtəlif həyati məsələlərin
həllində riyazi bilikləri tətbiq edir; • simvollarla ifadə olunmuş cəbri dildən
istifadə edir;
• rasional ifadələr üzərində
eynilik çevrilmələri aparır; • xətti tənlikləri, kvadratik tənlikləri, xətti tənliklər
sistemi və bərabərsizliklər sistemini həll
edir; • funksiya anlayışı və qrafiklərdən real
asılılıqların öyrənilməsində və şərhində istifadə edir; • mühakimələrini məntiqi əsaslandırır,
nitqində dəqiq, aydın və yığcam ifadə edir;
• müstəvi fiqurların və
sadə fəza cismlərinin xassələrini praktik həndəsi məsələlərin həllində
tətbiq edir; • sadə həndəsi qurmaları yerinə yetirir;
• ölçmə və hesablama ləvazimatlarından
istifadə edir;
• şifahi və yazılı formada
dəqiq və ya təqribi hesablamalar aparır; • fəaliyyətlərini layihələndirir,
onların əsasında alqoritmlər qurur, nəticələri yoxlayır və qiymətləndirir;
• statistik məlumatları
toplayır, araşdırır, sistemləşdirir və nəticəsini təqdim edir; • statistika və ehtimal əsasında hadisənin
başvermə mümkünlüyünü proqnozlaşdırır.
2. Məzmun xətləri
üzrə təlim nəticə.
Ümumi
orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri.
Ədədlər və əməllər. Şagird:
• ədəd anlayışını, ədədlərin müxtəlif
yollarla ifadə olunmasını, ədədlər və ədəd
sistemləri
arasında əlaqələri başa düşür;
• əməllərin mənasını və aparılma qaydalarının əhəmiyyətini,
onlarin bir-biri ilə əlaqələrini başa düşür;
• dəqiq hesablamalar və təqribi qiymətləndirmələr
aparır.
Cəbr və funksiyalar. Şagird:
• riyazi modellərdən istifadə etməklə
müxtəlif cür problemlərin həlli ilə bağlı
situasiyaları cəbri üsulla
təqdim və təhlil edir;
• cəbri simvolları tətbiq etməklə cəbri
qaydaları dəqiq yerinə yetirir;
• cəbri qanunauyğunluqları,
asılılıqları və funksiyaları tanıyır, təqdim edir və istifadə edir; • kəmiyyət
münasibətlərini başa düşür və müxtəlif kontekstlərdə dəyişənlərin təhlilini aparır.
Həndəsə.
Şagird:
•
müşahidələrdən və fəza təsəvvülərindən istifadə etməklə həndəsi
fiqurların əlamətlərini və xassələrini təhlil edir;
• həndəsi münasibətləri tanıyır və əsaslandırır;
• həndəsi cevirmələr və simmetriyanın
elementlərini tətbiq etməklə problemlərin
həlli ilə bağlı situasiyaları təhlil edir;
• problemlərin həlli ilə bağlı situasiyaları təhlil etmək üçün xüsusi
mühakimə üsullarından və həndəsi modelləşdirmədən istifadə edir.
Ölçmə.
Şagird:
• ölçməyə məna vermək üçün
vahidlərdən, ölçü sistemləri və alətlərdən istifadə edir;
• müvafiq üsullardan və
düsturlardan istifadə etməklə nələrin və necə ölçülə bilən olmasını
müəyyənləşdirir;
• ölçmələrdə xətaların mümkünlüyünü başa
düşür və onların qiymətini müəyyənləşdirir, təqribi ölçmələr aparır.
Statistika və ehtimal. Şagird:
• məlumatları
toplayır, emal edir və təhlil üçün
müvafiq statistik metodları seçib tətbiq edir;
• məlumatların təhlili
əsasında ehtimallar edir, mühakimələr yürüdür və qərar çıxarır;
• ehtimal nəzəriyyəsinin
sadə ehtimal anlayışlarını başa düşür və ondan istifadə edir.
3. Siniflər üzrə təlim nəticələri və məzmun
standartları.
V sinif. V sinfin sonunda şagird:
• natural ədədləri oxuyur, yazır,
müqayisə edir, düzür və ədəd oxunda natural ədədə uyğun nöqtəni göstərir,
natural ədədlər üzərində hesab əməllərini
yerinə yetirir, natural ədədləri tələb
olunan mərtəbəyə qədər yuvarlaqlaşdırır, iki sonlu çoxluğun birləşməsini və kəsişməsini
tapır;
• onluq kəsrlər üzərində
hesab əməllərini yerinə yetirir, onluq kəsrləri
tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırır, məxrəcləri eyni olan kəsrləri və
qarışıq ədədləri toplayır və çıxır, ədədin hissəsini və faizini tapır;
• dəyişənlərin və natural ədədlərin köməyi
ilə sadə cəbri ifadələr və tənliklər qurur, dəyişənlərin və natural ədədlərin
köməyi ilə şifahi söylənilən təklifi bərabərsizlik şəklində yazır, natural ədədlər
çoxluğunda tənlikləri həll edir, sadə bərabərsizliklərin natural həllərini
tapır;
• uzunluğu məlum olan parçanı, dərəcə
ölçüsü verilən bucağı, iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı,
tərəflərinə görə düzbucaqlını qurur, üçbucağın və dördbucaqlının perimetrini,
düzbucaqlının və kvadratın sahəsini,
paralelopipedin və kubun səthinin sahəsini və həcmini hesablayır; • simmetrik
müstəvi fiqurları və sadə konqruyent
fiqurları tanıyır;
• uzunluğun, sahənin, həcmin
və bucağın ölçü vahidlərindən və ölçmə alətlərindən istifadə edir; • tələb olunan məlumatları müxtəlif mənbələrdən
toplayır, sistemləşdirir, cədvəl və ya diaqramlar şəklində təqdim edir, məlumatlara
əsasən, onların modasını, medianını və ədədi
ortasını tapır; • yəqin hadisə, mümkün olmayan hadisə və
təsadüfi hadisəni, eyni imkanlı və müxtəlif imkanlı hadisələri fərqləndirir,
eyni imkanlı sadə hadisələrin ehtimalını hesablayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar.
1. Ədədlər və əməllər.
Şagird:
1.1. Ədədləri,
onların müxtəlif formada verilməsini bilir və
aralarındakı münasibətləri müəyyənləşdirir.
1.1.1. Natural ədədləri oxuyur və yazır.
1.1.2. Mövqeli və mövqesiz say sistemləri ilə tanışdır, natural ədədləri
müqayisə edir və düzür. 1.1.3. Ədəd oxunda natural ədədə uyğun nöqtəni göstərir.
1.1.4. İki sonlu çoxluğun birləşməsini
və kəsişməsini tapır.
1.2. Riyazi əməlləri, riyazi prosedurları tətbiq
edir və onlar arasındakı əlaqəni müəyyənləşdirir.
1.2.1. Natural ədədlər üzərində hesab əməllərini
yerinə yetirir.
1.2.2. Natural ədədləri, onluq kəsrləri mərtəbə vahidlərinə vurur və
bölür.
1.2.3. Ədədi ifadənin qiymətini
tapır (mötərizə daxilində ifadələr də daxil olmaqla).
1.2.4. Məxrəcləri eyni olan kəsrləri və qarışıq ədədləri toplayır,
çıxır, onluq kəsrlər üzərində hesab əməllərini yerinə yetirir.
1.2.5. Ədədin hissəsini və faizini tapır.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1.
Natural ədədləri və onluq kəsrləri tələb olunan mərtəbəyə qədər
yuvarlaqlaşdırır.
2. Cəbr və
funksiyalar. Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri
şəkildə ifadə edir və araşdırır.
2.1.1. Dəyişənlərin
və natural ədədlərin köməyi ilə sadə cəbri ifadələr və tənliklər qurur.
2.1.2 Dəyişənlərin və natural
ədədlərin köməyi ilə şifahi söylənilən təklifi bərabərsizlik şəklində yazır. 2.1.3. Natural ədədlərin və əşyaların
verilmış sırasındakı sadə qanunauyğunluğu müəyyən edir.
2.2. Cəbri
prosedurları yerinə yetirir.
2.2.1. Dəyişənin
verilmiş qiymətləri üçün ifadənin qiymətlərini tapır.
2.2.2.
Natural ədədlər çoxluğunda tənlikləri həll edir.
2.2.3. Sadə bərabərsizliklərin natural həllərini tapır.
2.3. Gündəlik
həyatda rastlaşdığı kəmiyyətlər arasındakı asılılıqları funksiyalar vasitəsi ilə
ifadə edir.
2.3.1.
Düzbucaqlının və üçbucağın perimetrini, düzbucaqlı paralelepıpedin yan səthinin
sahəsini tərəflərlə ifadə edir.
3. Həndəsə.
Şagird:
3.1.
Həndəsi təsvir, təsəvvür və məntiqi mühakimələrin köməyi ilə fiqurların əlamət
və xassələrini araşdırır. 3.1.1.
Nöqtə, düz xətt, şüa, parça, müstəvi, bucaq, üçbucaq, dördbucaqlı, çevrə və
dairə anlayışları haqqında biliklərini nümayiş etdirir.
3.1.2.Uzunluğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı, iki
tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı, tərəflərinə görə
düzbucaqlını qurur.
3.1.3. Üçbucağın və dördbucaqlının perimetrini, düzbucaqlının və
kvadratın sahəsini hesablayır. 3.1.4.
Paralelepipedin və kubun səthinin sahəsini və həcmini hesablayır.
3.1.5. Üçbucaqların tərəflərinə
və bucaqlarına görə təsnifatını aparır.
3.2. Problem həlli situasiyalarına həndəsi çevirmələri
və simmetriyanı tətbiq edir.
3.2.1.
Sadə simmetrik müstəvi fiqurları tanıyır.
3.2.2.Sadə
konqruyent (formaca eyni, ölçüləri bərabər) fiqurları tanıyır.
3.2.3. Ədəd oxunda nöqtələrin koordinatlarını qurur və koordinatına görə
ədədi tapır.
4. Ölçmə.
Şagird:
4.1. Ölçü vahidlərinin mənasını başa düşür, müvafiq ölçü alətlərindən
istifadə edir.
4.1.1. Uzunluğun, sahənin, həcmin
və bucağın ölçü vahidlərini bilir və ölçmə alətlərindən istifadə edir.
4.2. Ölçmə
və hesablama vasitələrindən istifadə edərək hesablamalar aparır.
4.2.1. Xətkeşin
və transportirin köməyi ilə ölçmələr
aparır.
5.Statistika
və ehtimal.
Şagird:
5.1. Statistik məlumatları toplayır, sistemləşdirir, təhlil və nəticəni
təqdim edir.
5.1.1. Tələb
olunan məlumatları müxtəlif mənbələrdən toplayır və qeyd edir.
5.1.2. Toplanmış məlumatları
müəyyən xüsusiyyətlərinə görə sistemləşdirir, cədvəl və ya diaqramlar şəklində
təqdim edir.
5.1.3.
Məlumatlara əsasən, onların modasını,
medianını və ədədi ortasını
tapır.
5.1.4. Cədvəl və ya diaqramlar əsasında müəyyən nəticələr çıxarır.
5.2. Ehtimal nəzəriyyəsinin əsas anlayışlarını başa
düşür və tətbiq edir.
5.2.1. Sadə eksperimentin mümkün nəticələri
çoxluğunu qeyd edir. 5.2.2.
Yəqin hadisə, mümkün olmayan hadisə və təsadüfi
hadisəni fərqləndirir.
5.2.3. Eyni imkanlı və müxtəlif imkanlı hadisələri fərqləndirir,
eyni imkanlı sadə hadisələrin ehtimalını hesablayır.
VI sinif.
VI sinfin sonunda şagird:
• tam ədədləri oxuyur, yazır, müqayisə edir, düzür və iki sonlu çoxluğun fərqini tapır;
• əməllərin yerinə
yetirilməsi qaydasını gözləməklə ədədi ifadənin qiymətini tapır, adi və onluq kəsrlər
üzərində hesab əməllərini yerinə yetirir, nisbət, tənasüb, düz mütənasib, tərs
mütənasib kəmiyyətlərə və faizə aid sadə məsələləri həll edir; • dəyişənlərin və tam ədədlərin köməyi ilə
şifahi söylənilən təklifi tənlik və ya bərabərsizlik şəklində yazır;
• rasional ədədlər çoxluğunda tənlikləri
həll edir, seçmə üsulu ilə sadə xətti bərabərsizliklərin
tam ədədlər çoxluğunda həllini müəyyən edir;
• müstəvi üzərində düz xətlərin,
düz xətlə çevrənin, çevrələrin qarşılıqlı vəziyyəti haqqında biliklərini
nümayiş etdirir;
• qonşu bucaqların və qarşılıqlı
bucaqların xassələrinə aid məsələləri həll edir;
• çevrə və dairənin elementlərini
bilir, onların xassələrini tətbiq edir, düz xəttlə çevrənin qarşılıqlı vəziyyətini
müəyyən edir;
• verilmiş düz xəttə nəzərən verilmiş
nöqtə ilə simmetrik nöqtəni qurur, oxa nəzərən simmetrik olan fiqurların həmin
fiqurla konqruyent olduğunu göstərir;
• ölçmələr aparmaqla bəzi
fiqurların sahələrini və həcmlərini hesablayır;
• məlumatların dəyişməsini
xarakterizə edən cədvəl və ya diaqram qurur, ədədi məlumatların modasını,
medianını və ədədi ortasını tapır, məlumatların təhlili əsasında proqnozlar
verir və azehtimallı və çoxehtimallı hadisələri fərqləndirir, nisbətən mürəkkəb
hadisələrdə əlverişli halların sayını tapır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar.
1. Ədədlər və əməllər.
Şagird:
1.1. Ədədləri, ədədlərin müxtəlif formada verilməsini,
onların arasındakı münasibətləri tətbiq edir. 1.1.1. Tam ədədləri
oxuyur və yazır.
1.1.2. Tam ədədləri müqayisə edir və düzür.
1.1.3.
Tam ədədə uyğun olan nöqtəni koordinat düz xətt üzərində göstərir.
1.1.4. İki sonlu çoxluğun fərqini tapır.
1.2. Riyazi əməlləri, riyazi prosedurları və
onların arasındakı əlaqəni tətbiq edir.
1.2.1. Tam ədədlər
üzərində hesab əməllərini yerinə yetirir. 1.2.2.
Vurma və bölmənin xassələrini tətbiq edir.
1.2.3. Əməllərin yerinə yetirilməsi qaydasını gözləməklə ədədi ifadənin
(mütləq qiymət işarəsi altında ifadələr də daxil olmaqla) qiymətini tapır.
1.2.4. Adi və
onluq kəsrlər üzərində hesab əməllərini yerinə yetirir.
1.2.5. Nisbət, tənasüb, düz mütənasib, tərs mütənasib kəmiyyətlərə və
faizə aid sadə məsələləri həll edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğu.
1.3.1. Praktik məsələlərin həllində təqribi qiymətləndirmədən
istifadə edir.
2. Cəbr və funksiyalar.
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə edir və
araşdırır.
2.1.1.
Şifahi söylənilən tənliyi və ya iki mərhələli ifadəni yazır və əksinə, yazılı şəkildə
verilmiş tənliyi və ifadə edir.
2.1.2.Dəyişənlərin
və tam ədədlərin köməyi ilə şifahi söylənilən təklifi bərabərsizlik şəklində
yazır.
2.1.3. Tam ədədlər
coxluğunda verilmiş cütlərin koordinatları arasında düz mütənasibliyin olub-olmamasını müəyyən edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Dəyişənin verilmiş qiymətləri üçün iki cəbri ifadənin uyğun qiymətlərini
müqayisə edir.
2.2.2. Rasional ədədlər çoxluğunda tənlikləri həll edir.
2.2.3.
Sadə xətti bərabərsizliklərin tam ədədlər çoxluğunda həllini seçmə üsulu ilə müəyyən
edir.
2.3.
Gündəlik həyatda rastlaşdığı kəmiyyətlər arasındakı asılılıqları funksiyalar
vasitəsi ilə ifadə edir.
2.3.1. Düz və
tərs mütənasib asılılıqları funksiya şəklində ifadə edir.
3. Həndəsə.
Şagird:
3.1. Həndəsi təsvir, təsəvvür
və məntiqi mühakimələrin köməyi ilə fiqurların əlamət və xassələrini araşdırır.
3.1.1. Müstəvi üzərində düz xətlərin, düz xətlə
çevrənin, çevrələrin qarşılıqlı vəziyyəti haqqında biliklərini nümayiş etdirir.
3.1.2.
Tərəfinə və ona bitişik bucaqlarına görə üçbucağı və radiusuna görə çevrəni qurur.
3.1.3.
Qonşu bucaqların və qarşılıqlı bucaqların xassələrinə aid məsələləri həll edir.
3.1.4. Çevrə və dairənin elementlərini (vətər, seqment, sektor, mərkəzi
bucaq) bilir, onların xassələrini tətbiq edir.
3.1.5. Müstəvi üzərində düz xəttlə çevrənin qarşılıqlı vəziyyətini
müəyyən edir.
3.2. Problem həlli situasiyalarına həndəsi çevirmələri
və simmetriyanı tətbiq edir.
3.2.1.
Verilmiş düz xəttə nəzərən verilmiş nöqtə ilə simmetrik nöqtəni qurur (Ox
simmetriyası). 3.2.2. Fiqurla oxa nəzərən simmetrik olan fiqurun həmin
fiqurla konqruyent olduğunu göstərir. 3.2.3.
Müstəvi üzərində koordinatları verilmiş nöqtəni qurur və verilmiş nöqtənin koordinatlarını tapır.
4. Ölçmə.
Şagird:
4.1. Ölçü
vahidlərinin mənasını başa düşür, müvafiq ölçü alətlərindən istifadə edir.
4.1.1. Ölçmənin
nəticəsinin ölçü vahidindən və ölçmə alətindən asılılığını başa düşür, ölçmədə
bunları nəzərə alır.
4.2.
Ölçmə və hesablama vasitələrindən istifadə edərək hesablamalar aparır.
4.2.1. Ölçmələr aparmaqla bəzi fiqurların sahələrini və həcmlərini
hesablayır.
5. Statistika və ehtimal.
Şagird:
5.1. Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil
edir və nəticəni təqdim edir.
5.1.1. Lazımi statistik məlumatları toplamaq üçün müvafiq suallar tərtib
edir.
5.1.2.Müəyyən
əlamətlərinə görə seçilmiş məlumatların dəyişməsini xarakterizə edən cədvəl və
ya diaqram qurur.
5.1.3.
Toplanmış ədədi məlumatların modasını, medianını və ədədi ortasını tapır.
5.1.4. Məlumatların təhlili əsasında proqnozlar verir.
5.2. Ehtimalın anlayışlarını başa düşür və tətbiq
edir.
5.2.1. Sınaqların mümkün nəticələrinin sayını müəyyən edir. 5.2.2.
Azehtimallı və çoxehtimallı hadisələri fərqləndirir.
5.2.3. Nisbətən mürəkkəb hadisələrdə əlverişli hallar sayını tapır.
VII sinif. VII sinfin sonunda şagird:
• rasional ədədləri oxuyur, yazır,
müqayisə edir və düzür, çoxluqların birləşməsi və kəsişməsi xassələrini məsələlər
həllinə tətbiq edir;
• natural üstlü qüvvət
daxil olan ifadələri sadələşdirir, müxtəsər vurma düsturlarını tətbiq edir; • sadə faiz artımı və mürəkkəb faiz
artımı düsturlarını sadə məsələlərin həllinə tətbiq edir, həyati situasiyaya
uyğun xətti tənlik və ya iki dəyişənli iki xətti tənliklər sistemini qurur,
şifahi söylənilən ikimərhələli təklifi bərabərsizlik şəklində yazır;
• çoxhədlilər üzərində
toplama, çıxma və vurma əməllərini yerinə yetirir;
• birdəyişənli xətti tənliyi,
modul işarəsi daxilində dəyişəni olan tənliyi və ikidəyişənli iki xətti tənliklər
sistemini həll edir, seçmə üsulu ilə modul işarəsi daxilində dəyişəni olan sadə
bərabərsizliklərin həllini müəyyən edir, kəmiyyətlər arasındakı asılılıqları xətti
funksiya şəklində ifadə edir;
• üçbucağın əsas elementləri və onlar
arasındakı münasibətləri bilir, həndəsi təsvir edir, üçbucağın daxili
bucaqlarının cəmi haqqında teoremi və xarici bucağının xassəsini tətbiq edir;
• parçanı yarıya
bölür, parçanın orta perpendikulyarını, bucağın tənbölənini və tərəflərinə görə
üçbucağı qurur, verilmiş nöqtəyə nəzərən verilmiş fiqurla simmetrik fiquru
qurur, y=kx+b tənliyi ilə verilmiş düz xəttin qrafikini qurur, bu düz xəttin
koordinat oxları ilə kəsişmə nöqtələrini müəyyən edir;
• ölçmənin nəticəsinin mütləq və nisbi xətasını
tapır;
• məlumatları diaqram, histoqram və ya
qrafik şəklində təqdim edir, dəyişmə hüdudlarını müəyyən edir, statistik məlumatların
əsasında verilmiş proqnozları yoxlayır və dəqiqləşdirir; • aparılan sınaqda elementar hadisələrin
sayını tapır və ehtimalların toplanması düsturunu tətbiq edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar.
1. Ədədlər və əməllər. Şagird:
1.1. Ədədləri, ədədlərin müxtəlif formada verilməsini,
onların arasındakı münasibətləri tətbiq edir.
1.1.1.Rasional ədədləri oxuyur və yazır.
1.1.2 Rasional ədədləri müqayisə edir və düzür. 1.1.3.
Rasional ədədə uyğun olan nöqtəni koordinat düz xətti üzərində göstərir.
1.1.4. Çoxluqların birləşməsi və kəsişməsi xassələrini məsələlər həllinə
tətbiq edir
1.2. Riyazi əməlləri, riyazi prosedurları və
onların arasındakı əlaqəni tətbiq edir.
1.2.1. Əməllərin
yerinə yetirilmə ardıcıllığını gözləməklə ədədi ifadənin qiymətini tapır
(natural üstlü qüvvət də daxil olan).
1.2.2.
Natural üstlü qüvvətin xassələrini tətbiq edir.
1.2.3. Natural üstlü qüvvət daxil olan ifadələri sadələşdirir.
1.2.4.
Ədədi ifadələrin qiymətinin tapılmasına müxtəsər vurma düsturlarını tətbiq
edir.
1.2.5. Sadə faiz artımı və mürəkkəb faiz artımı düsturlarını sadə məsələlərin həllinə tətbiq edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1.
Praktik məsələlərin həllində təqribi hesablamalar aparır və nəticənin reallığa
uyğunluğunu yoxlayır.
2. Cəbr və funksiyalar.
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə edir və
araşdırır.
2.1.1. Həyati
situasiyaya uyğun xətti tənlik və ya iki dəyişənli iki xətti tənliklər sistemi
tərtib edir.
2.1.2. Şifahi söylənilən ikimərhələli təklifi bərabərsizlik şəklində
yazır.
2.1.3. Rasional ədədlər coxluğunda verilmiş cütlərin koordinatları
arasında xətti asılılığın olub-olmamasını müəyyən edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Çoxhədlilər
üzərində toplama, çıxma və vurma əməllərini yerinə yetirir. 2.2.2.
Birdəyişənli xətti tənliyi, modul işarəsi daxilində dəyişəni olan tənliyi və
ikidəyişənli iki xətti tənliklər sistemini həll edir. 2.2.3.
Modul işarəsi daxilində dəyişəni olan sadə bərabərsizliklərin həllini seçmə
üsulu ilə müəyyən edir.
2.3. Gündəlik həyatda rastlaşdığı kəmiyyətlər
arasındakı asılılıqları funksiyalar vasitəsi ilə ifadə edir.
2.3.1. Bərabərsürətli düzxətli hərəkətdə gedilən
yolun zamandan asılılığını, temperaturun Selsi ilə ölçüsünün Forenqeyt ilə
ölçüsündən asılılığı xətti funksiya şəklində ifadə edir.
3. Həndəsə.
Şagird:
3.1. Həndəsi təsvir, təsəvvür və məntiqi mühakimələrin köməyi ilə
fiqurların əlamət və xassələrini araşdırır.
3.1.1. Üçbucağın əsas elementləri və onlar
arasındakı münasibətləri bilir, həndəsi təsvir edir.
3.1.2. Parçanı yarıya bölür, parçanın orta perpendikulyarını,
bucağın tənbölənini və tərəflərinə görə
üçbucağı qurur.
3.1.3. İki paralel düz xətti üçüncü ilə kəsdikdə alınan bucaqların
xassələrini tətbiq edir.
3.1.4. Üçbucağın daxili bucaqlarının cəmi haqqında teoremi və xarici
bucağının xassəsini tətbiq edir. 3.1.5.Aksiom,
teorem, düz teorem və tərs teorem anlayışlarını başa düşür.
3.2. Problem həlli situasiyalarına həndəsi çevirmələri
və simmetriyanı tətbiq edir.
3.2.1.
Verilmiş nöqtəyə nəzərən verilmiş fiqurla simmetrik fiquru qurur (Mərkəzi
simmetriya). 3.2.2.
Üçbucaqların konqruyentlik əlamətlərini bilir və tətbiq edir. 3.2.3. y=kx+b
tənliyi ilə verilmiş düz xəttin qrafikini qurur, bu düz xəttin koordinat
oxları ilə kəsişmə nöqtələrini müəyyən edir.
4. Ölçmə.
Şagird:
4.1.
Ölçü vahidlərinin mənasını başa düşür, müvafiq ölçü alətlərindən istifadə edir.
4.1.1. Eyni adlı kəmiyyətlərin ölçü vahidlərinin
birindən digərinə keçir.
4.2. Ölçmə və hesablama vasitələrindən istifadə edərək
hesablamalar aparır.
4.2.1.
Ölçmənin nəticəsinin mütləq və nisbi xətasını tapır.
5. Statistika və ehtimal.
Şagird:
5.1.
Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil və nəticəni təqdim edir. 5.1.1.Müxtəlif metodlardan istifadə edərək məlumatları
toplayır.
5.1.2. Məlumatları diaqram, histoqram və ya qrafik şəklində təqdim
edir. 5.1.3.Toplanmış
ədədi məlumatların dəyişmə hüdudlarını müəyyən edir.
5.1.4. Statistik məlumatların əsasında verilmiş proqnozları yoxlayır
və dəqiqləşdirir.
5.2. Ehtimalın anlayışlarını başa düşür və tətbiq
edir.
5.2.1.
Aparılan sınaqda elementar hadisələrin sayını tapır və onun əsasında hadisənin ehtimalını hesablayır.
5.2.2.
Nisbətən mürəkkəb hadisə üçün əlverişli halların sayını müəyyən edir.
5.2.3. Ehtimalların toplanması düsturunu tətbiq edir.
VIII
sinif. VIII
sinfin sonunda şagird:
• irrasional ədədləri oxuyur, yazır, müqayisə edir və düzür,
çoxluqlar üzərində əməllərin xassələrini tətbiq edir; • mənfi olmayan həqiqi ədədin hesabi
kvadrat kökünün xassələrini tətbiq edir, kvadrat kök daxil olan ədədi ifadələri
sadələşdirir;
• nisbət və tənasübün xassələrini,
faizin düsturlarını müxtəlif məsələlərin həllinə tətbiq edir;
• kvadrat kök daxil olan ədədi
ifadələri təxmini qiymətləndirir və nəticələri
hesablama texnikasının tətbiqi ilə alınan qiymətlə müqayisə edir; • həyati situasiyaya uyğun kvadrat tənlik
qurur və həll edir, birdəyişənli xətti bərabərsizliyə gətirilən sadə məsələləri
həll edir, modul işarəsi daxilində dəyişəni olan və xətti bərabərsizliyə gətirilən
bərabərsizlikləri həll edir, sərbəst düşən cismin getdiyi yolun zamandan
asılılığını kvadratik funksiya şəklində ifadə edir;
• verilmiş üçbucağın medianlarını,
verilmiş nöqtədən verilmiş düz xəttə perpendikulyar olan düz xətti qurur,
Pifaqor teoremini tətbiq edir, bəzi bucaqların triqonometrik funksiyalarının
qiymətini tapır, paraleloqramın əlamətlərini tətbiq edir, üçbucağın,
paraleloqramın, rombun, trapesiyanın sahəsini hesablayır;
• fiqurların çevrilməsini tətbiq edir,
simmetriya və dönməyə nəzərən verilmiş fiqurla
konqruyent olan fiquru qurur; • uc nöqtələrinin koordinatlarına görə
parçanın orta nöqtəsinin koordinatlarını tapır, verilmiş iki nöqtədən keçən düz xəttin tənliyini yazır;
• barel, mil, farengeyt beynəlxalq
ölçü vahidlərini tanıyır və onlardan
istifadə edir;
• toplanmış məlumatları müəyyən
xüsusiyyətlərinə görə sistemləşdirir, ədədi məlumatların dəyişmə hüdudlarını
xarakterizə edən kəmiyyətləri tapır; • asılı olmayan və asılı olan iki
hadisənin hasilinin ehtimalını tapır,
ehtimalların hesablanmasında vurma qaydasını tətbiq edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar.
1. Ədədlər və əməllər.
Şagird: 1.1. Ədədləri, ədədlərin müxtəlif formada
verilməsini, onların arasındakı münasibətləri
tətbiq edir.
1.1.1. İrrasional (kvadrat kökalma ilə təyin olunan)
ədədləri oxuyur və yazır.
1.1.2. İrrasional ədədləri
müqayisə edir və düzür. 1.1.3. İrrasional ədədə uyğun olan nöqtəni koordinat
düz xətt üzərində təxmini göstərir.
1.1.4. Çoxluqlar üzərində əməllərin
xassələrini tətbiq edir.
1.2. Riyazi əməlləri, riyazi prosedurları və
onların arasındakı əlaqəni tətbiq edir.
1.2.1. Mənfi
olmayan həqiqi ədədin hesabi kvadrat kökünün xassələrini tətbiq edərək ifadələrin qiymətini tapır. 1.2.2.
Tam üstlü qüvvətin xassələrini tətbiq edir. 1.2.3. Kvadrat kök daxil olan ədədi ifadələri sadələşdirir.
1.2.4. Müxtəsər vurma düsturlarının köməyi ilə kvadrat kök daxil olan
ifadələrin qiymətini tapır.
1.2.5. Nisbət və tənasübün xassələrini, faizin düsturlarını müxtəlif məsələlərin
həllinə tətbiq edir.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1.
Kvadrat kök daxil olan ədədi ifadələri təxmini qiymətləndirir və nəticələri hesablama texnikasının tətbiqi ilə alınan
qiymətlə müqayisə edir.
2. Cəbr və funksiya.
Şagird:
2.1.
Müxtəlif situasiyalardakı problemləri cəbri
şəkildə ifadə edir və araşdırır.
2.1.1. Həyati situasiyaya uyğun kvadrat tənlik
qurur.
2.1.2. Birdəyişənli xətti bərabərsizliyə gətirilən sadə məsələləri həll
edir.
2.1.3. Həqiqi ədədlər coxluğunda verilmiş cütlərin koordinatları
arasında kvadratik asılılığın
olub-olmamasını müəyyən edir.
2.2. Cəbri
prosedurları yerinə yetirir.
2.2.1. Rasional ifadələr üzərində əməlləri yerinə
yetirir. 2.2.2. Kvadrat tənlikləri həll edir.
2.2.3. Modul
işarəsi daxilində dəyişəni olan və xətti bərabərsizliyə gətirilən bərabərsizlikləri
həll edir.
2.3. Gündəlik həyatda rastlaşdığı kəmiyyətlər
arasındakı asılılıqları funksiyalar vasitəsi ilə ifadə edir.
2.3.1. Sərbəst
düşən cismin getdiyi yolun zamandan asılılığını kvadratik funksiya şəklində
ifadə edir.
3. Həndəsə.
Şagird:
3.1. Həndəsi təsvir, təsəvvür və məntiqi mühakimələrin köməyi ilə
fiqurların əlamət və xassələrini araşdırır. 3.1.1.
Dördbucaqlının əsas elementlərini
və onlar arasındakı münasibətləri bilir, həndəsi təsvir edir.
3.1.2.
Verilmiş üçbucağın medianlarını qurur, verilmiş nöqtədən verilmiş düz xəttə
perpendikulyar olan düz xətti qurur.
3.1.3. Pifaqor teoremini tətbiq
edir, iti bucağın triqonomtrik funksiyalarının təriflərini bilir və bəzi
bucaqların triqonometrik funksiyalarının qiymətini tapır.
3.1.4. Üçbucağın, paraleloqramın, rombun, trapesiyanın sahəsini
hesablayır.
3.1.5. Dördbucaqlının təsnifatını (paraleleqram, düzbucaqlı, romb,
trapesiya) və xassələrini bilir, paraleloqramın əlamətlərini tətbiq edir.
3.2. Problem həlli situasiyalarına həndəsi çevirmələri
və simmetriyanı tətbiq edir.
3.2.1.
Dönmə anlayışını bilir və fiqurların çevrilməsinə onu tətbiq edir. 3.2.2.
Simmetriya və dönməyə nəzərən verilmiş fiqurla
konqruyent olan fiquru qurur.
3.2.3. Uc nöqtələrinin koordinatlarına görə parçanın orta nöqtəsinin koordinatlarını tapır, verilmiş iki nöqtədən keçən düz xəttin tənliyini yazır.
4. Ölçmə.
Şagird:
4.1. Ölçü vahidlərinin mənasını
başa düşür, müvafiq ölçü alətlərindən istifadə edir.
4.1.1. Çox işlənən beynəlxalq ölçü vahidlərini
(barel, mil, farengeyt) tanıyır və onları istifadə edir.
4.2. Ölçmə və hesablama vasitələrindən istifadə edərək
hesablamalar aparır.
4.2.1. Tələb
olunan məsələyə uyğun müvafiq miqyas əsasında layihə tərtib edir və onu həyata
keçirir.
5. Statistika və ehtimal. Şagird:
5.1. Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil və nəticəni təqdim
edir.
5.1.1. İki
parametrinə görə müəyyən olunan məlumatları
toplayır (məsələn, adamın boyuna və çəkisinə uyğun məlumatları).
5.1.2. Toplanmış məlumatları müəyyən xüsusiyyətlərinə görə sistemləşdirir.
5.1.3.
Ədədi məlumatların dəyişmə hüdudlarını xarakterizə edən kəmiyyətləri tapır.
5.1.4. Sadə hallarda iki parametri olan məlumatlarda parametrlər arasında
əlaqəni müəyyən edir.
5.2. Ehtimalın anlayışlarını başa düşür və tətbiq
edir.
5.2.1.
Hadisələrin asılı olub, olmaması anlayışlarını başa düşür, asılı olmayan iki
hadisənin hasilinin ehtimalını tapır. 5.2.2.
Asılı olan iki hadisənin hasilinin ehtimalını
tapır (şərti ehtimal).
5.2.3.
Ehtimalların hesablanmasına aid məsələlərdə vurma qaydasını tətbiq edir.
IX sinif.
IX sinfin sonunda şagird:
• həqiqi ədədləri oxuyur və yazır,
müqayisə edir və düzür, həqiqi ədədə
uyğun olan nöqtəni koordinat düz xətti üzərində təxmini göstərir, çoxluqların
birləşməsi və kəsişməsi xassələrini həqiqi ədədlər çoxluğu ilə bağlı məsələlər
həllinə tətbiq edir;
• n-ci (n >2) dərəcədən kökün
xassələrini tətbiq edir, rasional üstlü
qüvvətin xassələrini tətbiq edir; • praktik məsələlərin həllinə faizin
düsturlarını tətbiq edir; • kvadrat kök və kub kök daxil olan ifadələrin
təqribi qiymətini tapır və nəticələri hesablama texnikasının tətbiqi ilə alınan
nəticələrlə müqayisə edir.
• həyati situasiyaya uyğun birdəyişənli
tənlik və ya ikidəyişənli iki tənliklər sistemi tərtib edir, verilmiş təklifi
birdəyişənli iki xətti bərabərsizliklər sistemi şəklində yazaraq həll edir,
ardıcıllıqların, ədədi və həndəsi silsilələrin xassələrini məsələ həllinə tətbiq
edir;
• biri xətti, digəri
ikidərəcəli olan ikidəyişənli tənliklər sistemini, kvadrat bərabərsizliyi həll
edir;
• verilmiş üçbucaqlının daxilinə və
xaricinə çevrə çəkir və onların xassələrini məsələlər həllinə tətbiq edir, çevrəyə
toxunanın və kəsənin xassələrini tətbiq edir;
• müstəvidə vektorlar üzərində
əməlləri yerinə yetirir, müstəvi üzərində paralel köçürməni fiqurların çevrilməsinə
tətbiq edir, iki konqruyent fiqurdan birini digərindən hərəkət çevirməsi ilə
• verilmiş iki nöqtə
arasındakı məsafə düsturunu, mərkəzinin
koordinatlarına və radiusuna görə çevrənin tənliyini yazır;
• törəmə ölçü vahidlərinin
birindən digərinə keçir, praktik ölçmələrdə alınan nəticələrin həqiqətəuyğunluğunu
yoxlayır;
• cədvəl, diaqram,
histoqram və ya qrafik şəklində verilmiş məlumatları təhlil və təsnif edir,
statistik məlumatları müəyyən əlamətlərə görə təsnif edir, statistik məlumatların
düzgünlüyünü müəyyən edir, tezliyin cədvəlini və diaqramını qurur;
• birləşmələrə və ehtimala aid sadə məsələləri həll edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar:
1. Ədədlər və
əməllər.
Şagird: 1.1. Ədədləri, ədədlərin müxtəlif formada
verilməsini, onların arasındakı münasibətləri tətbiq edir. 1.1.1. Həqiqi ədədləri oxuyur və yazır.
1.1.2.
Həqiqi ədədləri müqayisə edir və düzür.
1.1.3. Həqiqi ədədə
uyğun olan nöqtəni koordinat düz xətti
üzərində təxmini göstərir.
1.1.4. Çoxluqların birləşməsi və kəsişməsi xassələrini həqiqi ədədlər
çoxluğu ilə bağlı məsələlər həllinə tətbiq edir.
1.2. Riyazi əməlləri, riyazi prosedurları və
onların arasındakı əlaqəni tətbiq edir.
1.2.1. n-ci
(n >2) dərəcədən kökün xassələrini tətbiq edərək ifadələrin qiymətini tapır.
1.2.2. Rasional üstlü qüvvətin
xassələrini tətbiq edir.
1.2.3. n-ci (n>2) dərəcədən kök daxil olan ifadələri sadələşdirir.
1.2.4. Müxtəsər vurma
düsturlarını n-ci (n>2) dərəcədən kök daxil olan ifadələrə tətbiq edir. 1.2.5. Praktik
məsələlərin həllinə (bank əməliyyatlarında, satış qiymətinin dəyişməsində)
faizin düsturlarını tətbiq edir.
1.3.Hesablamalar aparır, aldığı nəticələrin
reallığa uyğunluğunu yoxlayır.
1.3.1.
Kvadrat kök və kub kök daxil olan ifadələrin təqribi qiymətini tapır və nəticələri
hesablama texnikasının tətbiqi ilə alınan nəticələrlə müqayisə edir.
2. Cəbr və funksiyalar.
Şagird:
1.2. Müxtəlif situasiyalardakı
problemləri cəbri şəkildə ifadə edir və araşdırır.
2.1.1. Həyati
situasiyaya uyğun birdəyişənli tənlik və ya ikidəyişənli iki tənliklər sistemi
tərtib edir. 2.1.2.
Verilmiş təklifi birdəyişənli iki xətti bərabərsizliklər sistemi şəklində
yazaraq həll edir.
2.1.3. Ardıcıllıqların, ədədi və həndəsi silsilələrin xassələrini məsələ
həllinə tətbiq edir.
2.2. Cəbri
prosedurları yerinə yetirir.
2.2.1. Cəbri
ifadələr üzərində eynilik çevirmələri aparır.
2.2.2. Biri xətti, digəri ikidərəcəli olan ikidəyişənli tənliklər
sistemini həll edir. 2.2.3.
Kvadrat bərabərsizliyi həll edir.
2.3. Gündəlik
həyatda rastlaşdığı kəmiyyətlər arasındakı asılılıqları funksiyalar vasitəsi ilə
ifadə edir.
2.3.1. Cəbri bərabərsizlikləri intervallar üsulu ilə
həll edir.
3.Həndəsə.
Şagird:
3.1.
Həndəsi təsvir, təsəvvür və məntiqi mühakimələrin köməyi ilə fiqurların əlamət
və xassələrini araşdırır.
3.1.1.
Sınıq xətt və çoxbucaqlı anlayışları bilir, düzgün çoxbucaqlını təsvir edir. 3.1.2.
Verilmiş üçbucağın daxilinə və xaricinə çevrə çəkir.
3.1.3. Çevrəyə toxunanın və kəsənin xassələrini tətbiq edir.
3.1.4. Dairənin daxilinə və xaricinə çəkilmiş dördbucaqlının xassələrini
məsələlər həllinə tətbiq edir. 3.1.5. Müstəvi üzərində
vektor anlayışını, vektorların toplanması, çıxılması və ədədə vurma qaydalarını
riyazi və fiziki məsələlərə tətbiq edir.
3.2. Problem həlli situasiyalarına həndəsi çevirmələri
və simmetriyanı tətbiq edir.
3.2.1.
Müstəvi üzərində paralel köçürmə anlayışını bilir və fiqurların çevrilməsinə
onu tətbiq edir.
3.2.2. Hərəkət çevrilməsi anlayışını bilir və iki konqruyent fiqurdan
birini digərindən hərəkət çevirməsi ilə alır.
3.2.3. Verilmiş iki nöqtə arasındakı məsafə düsturunu bilir, mərkəzinin
koordinatlarına və radiusuna görə çevrənin tənliyini yazır.
4.Ölçmə.
Şagird:
4.1. Ölçü vahidlərinin mənasını başa düşür, müvafiq ölçü alətlərindən
istifadə edir.
4.1.1. Törəmə
ölçü vahidlərinin birindən digərinə
keçir.
4.2. Ölçmə və hesablama vasitələrindən istifadə
edərək hesablamalar aparır.
4.2.1.
Praktik ölçmələrdə alınan nəticələrin həqiqətə uyğunluğunu yoxlayır.
5. Statistika və ehtimal.
Şagird:
5.1.
Statistik məlumatı toplayır, sistemləşdirir, təhlil və nəticəni təqdim edir.
5.1.1. Cədvəl, diaqram, histoqram və ya qrafik şəklində
verilmiş məlumatları oxuyub təhlil edir. 5.1.2.
Statistik məlumatları müəyyən əlamətlərə görə təsnif edir.
5.1.3.
Statistik məlumatların düzgünlüyünü müəyyən edir.
5.1.4. Statistik məlumatlar əsasnda yaranan variantların tezliyi cədvəlini tərtib edir və
diaqramını qurur.
5.2. Ehtimalın anlayışlarını başa düşür və tətbiq
edir.
5.2.1. Birləşmələrin
növlərini fərqləndirir və onlara aid sadə məsələləri həll edir.
5.2.2. Statistik məlumatlar əsasında hadisələrin başvermə mümkünlüyünü
proqnozlaşdırır.
5.2.3. Birləşmələrin köməyi ilə ehtimala aid sadə
Paraleleqram
ОтветитьУдалить