23.11.2014

       Azərbaycan dili və Ədəbiyyat  TEST

A variantı
1. Hansı sozlərin orfoepiyası duzdur.
1. [fəntgir]
2. [hanbal]
3. [arkestr]
4. [bayraxdar]
5. [teatır]
A) 1,2,5 B) 1,3,4 C) 2,3,5 D)1,3,5 E) 2,3,4
2. Hansı? sualına cavab verən sayın novunu gostərin.
A) muəyyən miqdar sayı
B) sıra sayı
C) qeyri – muəyyən miqdar və kəsr sayı
D) kəsr sayı
E) qeyri – muəyyən miqdar sayı
3. Hansı cumlələrdə məchul növ fel işlənib?
1. Ətrafa şəfəq sacıldı.
2. Bu mahnı cox sevilirdi.
3. Bu söhbətdən sonra o, cox kədərləndi.
4. İşdən sonra cox yorulmuşdu.
5. Yaz gəlir, torpaq bellənir.
A) 1, 5 B) 1, 4 C) 3, 4 D) 2, 5 E) 2, 3
4. Soz birləşməsi nədir?
A) İki və daha artıq sözun leksik və qrammatik cəhətdən birləşməsidir.
B) Bitmiş bir fikrin ifadəsidir.
C) İntonasiya butövluyu ilə seçilir.
D) Nitq hissələrinin birləşməsidir.
E) Əsas tərəfin tələbi ilə asılı tərəfin hallanmasıdır.
5. “Etiket” termini ilə paralel olaraq işlədilir:
A) yarlıq B) nitq C) jest D) nitq aktı E) mimika
6. Antonim sozlər cərgəsini gostərin.
A) böyuk-iri, qoca-ahıl
B) pis-əyri, duz-dürüst
C) dərə-təpə, az-cox
D) sevmək-ağlamaq, atmaq-vermək
E) xoşbəxt-sevincli, qəm-kədər
7. Əvəzliklər hansı nitq hissələrinin yerində işlənmişdir?
Mən meydan əriyəm, sən də bir kişi.
Mərdliklə seçilir hər mərdin işi.
A) isim, say B) isim, sifət C) say, sifət D) sifət, zərf E) zərf, isim
8. Hansı cərgədəki sözlərin leksik mənası yoxdur və suala cavab vermir?
A) kitab, həyat, kaş B) kimi, qədər, dəniz C) dünya, təkcə, səma 
D) axı, kaş, savayı E) cəld, görkəm, axı
9. Uyğunluğu muəyyən edin.
I. Vurğu ucuncu hecaya duşur.
II. Vurğu ikinci hecaya duşur.
III. Vurğu birinci hecaya duşur.
1. Antarktida, dekorasiya
2. Arktika, missiya
3. iyul,iyun
A) I - 1 II-3 III-2 B) I - 2 II - 1 III - 3 C) I – 3 II – 2 III - 1
D) I – 2 II - 2 III - 1 E) I – 1 II – 2 III - 3
10. “Anadan belə laqeyd danışmazlar” cumləsi ...
A) qeyri-muəyyən şəxsli muxtəsər cumlədir.
B) qeyri-muəyyən şəxsli geniş cumlədir.
C) muəyyən-şəxsli geniş cumlədir.
D) umumi şəxsli muxtəsər cumlədir.
E) umumi şəxsli geniş cumlədir.
11. Budaq cumləsi baş cumlədən əvvəl gələn tabeli murəkkəb cumləni gostərin.
A) Solmazın ürəyindən keçir ki, babası hər gun onlara qonaq gəlsin.
B) Kim əla oxuyursa, bu kitab ona catacaq.
C) Fəxr edirəm ki, sənin kimi həmyerlim var.
D) Hamı bilir ki, payızda meyvə bol olur.
E) Arzum budur ki, sən də əlaçı olasan.
12. İntonasiya ilə bağlanmış tabeli murəkkəb cumlələrdən biri tamamlıq budaq cumləlidir:
A) İgid odur, yaman gunə dayansın.
B) Adam var, heç nədən qorxusu yoxdur.
C) Getmək istəyir, əlini qaldırsın.
D) Elə danışır, bişmiş toyuğun da gulməyi gəlir.
E) Ay Kərim, heç deməzsən, aldatdım.
13. Vasitəli nitqli cumlələri muəyyən edin:
1. “Görunur, mehriban ailədir”, -deyə Firudin duşundu.
2. Ənvər təşəkkur edərək bildirdi ki, onun üçün bu gundən əziz gün olmayıb.
3. “Ətiacıdır, araqarışdırandır, cox pis adamdır”,-deyə Xavər öz-özunə duşundu.
4. Babası deyərdi ki, o, nəvəsini oğlundan cox istəyir.
5. Şubhəsiz ki, səndən yaxşı musiqiçi olacaq
A) 2, 3 B) 1, 3 C) 4, 5 D) 2, 5 E) 2, 4
14. “İgid” sozunun leksik təhlilindəki səhvi gostərin.
A) Qorxaq, cəsarətsiz sozləri ilə antonimdir.
B) Umumişlək sozdur.
C) Səmimi, mulayim sozləri ilə sinonimdir.
D) Əsl Azərbaycan sozudur.
E) Təkmənalı sozdur.
15. III nov təyini soz birləşməsini gostərin.
A) orfoqrafik qaydalar
B) morfoloji faktlar
C) yol işarələrini dəyişmək
D) anasının arzularını yerinə yetirən
E) leksik vahidlərin işlənməsi
16. “Namizədlik işi” birləşməsinin I tərəfinin fonetik təhlilinə aid hansı fikirlər səhvdir?
1. Vurğusu və uzun saiti fərqli hecadadır.
2. Yazılışı və tələffuzu arasında 3 fərqli məqam var.
3. Samitlərdən ikisi kardır.
4. Sözdə qarşılıq təşkil edən samit cütluk işlənmişdir.
5. Tələffüz şəkli [na:mizətdix`] şəklindədir.
A) 1,3,5 B) 1,2,4 C) 3,5 D) 2,4 E) 3,4,5
17. Verilmiş cumlələrin hansında zərf yoxdur?
A) Dunən məktəbdə tədbir kecirildi.
B) Uşaqlar həyətdə futbol oynayırlar.
C) Qız cəld mətbəxə kecdi.
D) Yayda kəndə gələrsən.
E) Hava birdən tutuldu.
18. Bu cumlədə hansı normalar pozulub?
“Munsiflər heyəti bu gənc muğənnini gələcəyin böyuk muğam ifaçısı ampulasında görmurdülər”.
A) leksik və qrammatik
B) yalnız leksik
C) qrammatik və fonetik
D) leksik və fonetik
E) yalnız qrammatik
19. Fikirlərdən biri səhvdir:
A) ud sozu omonim olub isim və fel kimi işlənir.
B) iffət –ismətli, həyalı, namuslu sözləri ilə sinonimdir.
C) qayın eyni nitq hissəsinə aid omonim sözdur.
D) manqurt –duşunmək qabiliyyətini itirmiş mənasını bildirir.
E) atlaz-parca növu, atlas- xəritələr toplusu deməkdir.
20. Hansı cumlələrdə isim işlənməmişdir.
1.Gecə keçir, səhər açılırdı.
2.Bildiklərini dönə-dönə təkrar et.
3. Oralarda yaşamaq cətinləşmişdi.
4. Böyuk dura-dura kicik danışmaz.
5. Hər tərəf başdan-başa gul-cicəklə bəzənmişdi.
A) 1,3,5 B) 2,3,5 C) 1,4,5 D) 2,3,4 E) 3,4,5
21. “Qaranquş” əsəri hansı janrda yazılmışdır?
A) hekayə B) nağıl C) əfsanə D) lətifə E) dastan
22. Verilənlərdən biri məhəbbət dastanıdır:
A) “Aşıq Qərib” B) “Kitabi - Dədə Qorqud” C) “Koroğlu” 
D) “Qacaq Kərəm” E) “Qacaq Nəbi”
23. “Duratın itməyi” qolunda Koroğlu Qara xana ozunu kim olaraq təqdim edir?
A) dəlilərdən biri B) Koroğlu C) ilxıçı D) nökər E) aşıq
24. Azərbaycan ədəbiyyatında ilk komediya hansı əsərdir?
A) “Hacı Qara” B) “Hekayəti – Molla İbrahimxəlil kimyagər”
C)“Hekayəti-xırs quldurbasan” D)“Aldanmış kəvakib” 
E) “Mürafiə vəkillərinin hekayəti”
25.Aşağıdakı sənətkarlardan birinin yaradıcılığı ədəbi tənqidçilər tərəfindən səkkizinci “Qarabağnamə” hesab olunur:
A) S.Rəhimov B) S.Rüstəm C) M.İbrahimov D) S.Vurğun E) İ.Əfəndiyev
26. C.Novruz əsərlərinin hansında xalqımızın Qarabağ dərdini qələmə almışdır?
A) “İxtiyarım olsa idi” B) “Sağlığında qiymət verin insanlara” C) “İlk goruş”
D) “Qalxdım dağlara” E) “İnsan himnləri”
27. Hansı fikir doğrudur?
A) Sujet kompozisiyanın ünsürüdür.
B) Məzmun və formanın vəhdətində məzmun əsasdır və forma məzmundan törəyir.
C) Lirik ricət təbiət lövhəsinin sözlə ifadəsidir.
D) Forma dəyişkən, məzmun sabitdir.
E) Təsvir və təhkiyə dramatik növ ucun xarakterikdir.
28. Elə ki Rum şahı taxta oturdu,
Dunyaya mum kimi bir naxış vurdu.
Butun olkələrə ədli səs saldı,
Rum taxtı onunla yeni rəng aldı.
Verilmiş misralar hansı əsərdəndir və bu əsərin muəllifi kimdir?
A) Səməd Vurğun “Azərbaycan”
B) Nizami Gəncəvi “Sirlər xəzinəsi”
C) Nizami Gəncəvi “İsgəndərnamə”
D) Ələmdar Quluzadə “Alim və quldur”
E) Əliağa Kurcaylı “Bakı”
29. “Sən zalımsan, zulmkarsan! Ancaq beləsi yaradanı kəsə bilər. Onu bil ki, onun yaratdıqları intiqamı səndə qoymayacaq, onların arasında rahat nəfəs ala bilməyəcəksən, kef- işrət məclisləri qura bilməyəcəksən. O binalar sənin deyil, mənimdir. Onlar səni qəbir kimi sıxacaq”.
Verilmiş mətn parcası hansı əsərdən goturulmuşdur?
A) “Xan sarayı” B) “Zeynalabdin” C) “Koroğlu” dastanından “Düratın itməyi” qolu
D) “Ağabəyimağa” E) “İsgəndər quş dili öyrənir”
30. Ədəbiyyat nəzəriyyəsi haqqında verilənlərdən biri doğrudur:
A) Sənətkarların əsərlərini təhlil edib onlara istiqamət verir.
B) İnsanı tərbiyə edir və onun daxili aləmini zənginləşdirir.
C) Muasir əsərləri başa duşməkdə oxucuya yol gostərir.
D) Ədəbiyyatın ümumi qanunauyğunluqlarını və s. oyrənir.
E) Ədəbiyyatın kecdiyi tarixi inkişaf yolunu araşdırır.
31. “Azad” hekayəsi mövzu və ideyasına gorə hansı əsərlə səsləşir?
A) N.Gəncəvi “Xeyir və Şər”
B) Ə.Kərim “Qaytar ana borcunu”
C) Ə.Haqverdiyev “Şeyx Şəban”
D) İ.Əfəndiyev “Xəncər”
E) S.S.Axundov “Nurəddin”
32. Məhsəti Gəncəvinin yaradıcılığı ilə bağlı səhv fikri gostərin.
A) Şeirlərində humanizm, səmimi hislər, dərin fəlsəfi mühakimələr öz əksini tapmışdır.
B) Fars dilində yazıb-yaratmışdır.
C) XII əsrdə yaşamış bu şairə rubailəri ilə məşhurdur.
D) Gəncə sarayında yuksək nufuz sahibi olmuş və burada ona bir qəzəli ucun bir xəzinə bağışlanmışdır.
E) Rübailərindən başqa, epik əsərləri də vardır.
33. “İstiarə” sozunun mənası nədir?
A) Yunan sozu olub “addəyişmə” deməkdir.
B) Yunan sozu olub “simvol” deməkdir.
C) Ərəb sozu olub “şişirtmə” deməkdir.
D) Ərəbcə “köçurmə” deməkdir.
E) Ərəb sozu olub “bənzətmə” deməkdir.
34. M.Arazın Cənub həsrəti ilə əlaqədar yazdığı şeirləri göstərin.
1. “Körpunun həsrəti”
2. “Araz ustundə cinar gordum”
3. “Yanın, işıqlarım”
4. “Araz yadıma duşub”
5. “Araz cayı”
A) 4,5 B) 2,4 C) 2,3,4 D) 1,2,4 E) 1,4,5
35. Şifahi ədəbiyyatı yazılı ədəbiyyatdan fərqləndirən cəhətləri seçin.
1. şifahi şəkildə yaranması və yayılması 2. muəllifin bəlli olması 3. coxvariantlı olması
4. yarandığı dovrun dil-uslub xususiyyətlərini qoruyub saxlaması
5. butovlukdə xalqın umumi yaradıcılığının məhsulu olması
A) 1, 4, 5 B) 2, 3 C) 1, 3, 5 D) 1, 2, 3 E) 1, 4
36. Nəsiminin həyatı və yaradıcılığı ilə bağlı verilən fikirlərdən biri səhvdir:
A) 1417-ci ildə Hələb şəhərində edam olunmuşdur.
B) 1369-cu ildə Şamaxı şəhərində anadan olmuşdur.
C) Yalnız Azərbaycan və fars dillərində şeirlər yazmışdır.
D) “Huseyni”, “Seyyid”, “Nəsimi” təxəllusləri ilə şeirlər yazmışdır.
E) Azərbaycan ədəbiyyatında hurufilik ideyalarının daşıyıcısı kimi tanınır.
37. Verilmiş şeirdə işlənmişdir:
“Gul xəcalətdən qızarıb şərmsar oldu yenə”
A) təşbeh B) sinekdoxa C) istiarə (metafora) D) epitet E) təkrir
38. N.Gəncəvinin “Yaralı bir uşağın dastanı” mənzum hekayəsində şair ikinci uşağın duşuncəsini və hərəkətini nə adlandırır?
A) duşuncəsizlik B) sadəlövhluk C) satqınlıq D) biclik E) ağıllılıq
39. M.İbrahimovun “Pərvanə” əsəri ilə İ.Şıxlının “Dəli Kur”əsəri ucun ortaq cəhət ola bilməz:
A) Sinfi mubarizə baxımından hadisələrin təsviri.
B) XIX əsr murəkkəb dövrun hadisələrinin təsviri.
C) Cernyayevski surətinin yaradılması.
D) Peterburq universitetində təhsil alan maarifçi obrazının yaradılması.
E) Qori Muəllimlər Seminariyasının fəaliyyətindən bəhs edilməsi.
40. S.Ə.Şirvaninin yaradıcılığı ilə bağlı fikrilərdən biri səhvdir:
A) Həm lirik, həm də epik əsərlər muəllifidir.
B) O həm də təzkirə muəllifidir.
C) Cəmiyyətin problemlərini tənqid edən satiraları vardır.
D) Ədəbi irsinin boyuk bir hissəsi lirik şeirlərdən ibarətdir.
E) Lirik şeirləri yalnız məhəbbət movzusundadır.
1 2 3 4 5 6 7 8 9 10
B B D A A C B D A E
11 12 13 14 15 16 17 18 19 20
B E E C E C B C B D
21 22 23 24 25 26 27 28 29 30
C A C B E A B C A D
31 32 33 34 35 36 37 38 39 40
D E D B C C C E A E




0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.