DEBATLAR (ÇARPAZ
MÜZAKİRƏ)
Debatlar (çarpaz müzakirə) hər bir kəsin müzakirədə iştirakını
təmin edilməsi ilə nəticələnən xüsusi sxemdən istifadə edən strategiya
formalarından biridir.
Məqsəd:
Diskussiyanın
yalnız bir-birlərinə opponentlik (etiraz) edən tərəflərin arasında keçdiyi
mübahisə, müzakirə, rəy mübadiləsi kimi məlum formalarından fərqli olaraq,
debatlar opponentini deyil, üçüncü tərəfi inandırma prosesini nəzərdə tutur.
Üçüncü tərəfin vəzifəsi hər bir tərəfin mövqeyini dinləyib, öz seçimini etməkdir.
Bu seçim yalnız bir şeyə- “bu tərəf məni inandırdı!”- təsdiqinə əsaslanır.
Beləliklə, debatlarda iştirak edən tərəflərin əsas məqsədi öz dəlil və sübutlarının köməyi ilə üçüncü tərəfi öz
mövqeyinin düzgünlüyünə inandırmaqdır. Bu prosesin yekunları əsasında ona
həmçinin ,qərarların qəbulu kimi baxmaq olar.
Debat prosesində şagirdlər aşağıdakı bacarıq
və keyfiyyətlərə nail ola bilərlər:
· mövzunun araşdırılması;
· əsas anlayışlarla iş;
· dəlillərlə iş;
· “çarpaz sualların”
hazırlanması;
· natiqlik məharəti;
· hamilik və ya qərarları necə qəbul
etməli.
Aiqoritm:
1. Mövzunun müəyyənləşdirilməsi. Çarpaz müzakirə mətndə qaldırılan məsələni
açıqlayan, birmənalı cavab tələb edən sual (yəni elə bir sual ki, ona müsbət və
ya mənfi cavab verilə bilər) hazırlanmasını tələb edir. “Debatlarda” mövzu
sual yox təsdiq formasında ifadə edilir.
2. Rolların müəyyənləşdirilməsi (“A” və “B” spiker komandaları, hakim,
“taym-kipper”).
Debat iştirakçıları və ya debatçılar
çıxış zamanı spiker adlanırlar. Debatlar üçüncü tərəfi təmsil edən hakimlər
qarşısında spiker komandaları (“A” mövqeyi və “B” mövqeyi) arasında keçirilir.
a)
Təsdiqedici “A” mövqeyinin spikerləri debatların mövzusunu onun
ifadə edildiyi kimi təsdiq edirlər
b)
Təkzibedici “B” mövqeyinin spikerləri “A” mövqeyini təkzib etməyə
borcludurlar-bu onların başlıca vəzifəsidir. Həm də onlar təkzibetmədən sonra
öz meyar və dəlillərini təklif edirlər.
c)
Hakimin vəzifəsi bu mövqelərdən hansının daha inandırıcı olduğunu öz
şəxsi mövqeyindən asılı olmayaraq müəyyən etməkdir.
d)
Debatlar prosesində çixişların vaxt rejimini təmin edən “taym-kipperlər”
iştirak edirlər.
3. Dəlillərin hazırlanması. Arqument (dəlil)- faktlar əsasında çıxarılan
nəticədir; mövzunun tədqiqinin nəticəsidir. İştirakçılar-spikerlər (cütlər və
ya kiçik qruplar) sualın müzakirəsinə başlayır və əvvəlcə müsbət, sonra mənfi
cavabları əsaslandıran 4-5 dəlil göstərirlər. Tərəflər öz mövqelərinin müdafıəsi
üçün ən güclü arqumentləri toplamalıdırlar. Hər qrupa özlərinin ən yaxşı
arqumentlərini müəyyən etmək üçün 7-8 dəqiqə vaxt ayrılır.
Arqument üzərində iş prosesi aşağıdakı hərəkətlərdən ibarətdir:
· arqument irəli sürülür;
· arqument izah edilir;
· arqument sübut edilir;
· nəticə çıxarılır.
Hər
iki cavaba dair dəlillərin siyahıları tamamlandıqdan dərhal sonra qrupların hər
biri digər qrupla öz siyahılarını tutuşdurur və hər iki qəbildən olan dəlilləri
nəzərdən keçirirlər.
4. Debat və çarpaz suallar. Sonra iştirakçılardan öz mövqelərini müəyyən
etmək və iki böyük qrupa bölünmək xahiş edilir. Hər 2 tərəf arasında polemika
(müzakirə) aparılır. Debatlar zamanı bir mövqeyin spikerlərinin suallarından və
digər mövqeyin spikerlərinin cavablarından ibarət olan və xüsusi fərqləndirən
raunddur. Debatların spikerləri arqumentləri irəli sürərkən, sübut-dəlilləri-onların
mövqeyini təsdiq edən faktları, statistik göstəriciləri, mütəxəssislərin
ekspert rəylərini də təqdim etməlidirlər.
5. Nəticə çıxarma və qiymətləndirmə. Hakim daha inandırıcı mövqelərdən çıxış edən
komandanı seçir. O yalnız eşitdikləri əsasında nəticə çıxarır və öz seçimini
edir. Çox vacibdir ki, o öz seçimini etdikdən sonra onu əsaslandıra bilsin.
Verilən sualların və alınan cavabların keyfiyyəti iştirakçıların debatların
mövzusunu nə dərəcədə dərindən və hərtərəfli mənimsədiklərini göstərir. Bu zaman
həm də spikerin alınmış cavabları nə dərəcədə ustalıqla opponentin mövqeyini
zəiflətmək və öz mövqeyini gücləndirmək üçün istifadə edə bilməsi qiymətləndirilir.
Şərtlər:
1.
Qrupda şagirdlərin sayı 20 nəfərdən çox olmamalıdır.
2.
Mövzu qısaca ifadə edilən zaman aşağıdakı prinsiplərə riayət
olunmalıdır.
· mövzu aktual olmalıdır;
· mövzu maraqlı olmalıdır;
· mövzu
“münaqişəli” olmalıdır, məsələn, əgər A mövqeyi mövcuddursa, bu o deməkdir
ki, əks fikir də (B mövqeyi) mövcuddur;
· mövzu elə ifadə edilməlidir
ki, heç kəs bir mövqeyin üstünlüyünü hiss etməsin;
· mövzu nə çox dar, nə də çox
geniş olmalıdır. Məsələn, “Evtanasiya xərçəng
xəstəliyinə tutulmuş insanlar üçün leqallaşdırılmalıdır”-dar, “Təhsil rəsmi
dövlət dilində olmalıdır” isə geniş mövzudur.
3.
Hazırlıq prosesində debatçılar idrak prosesinin mühüm ünsürlərindən
olan sualların ifadə texnikası və məharətinə yiyələnməlidirlər.
4.
Şagirdlərin mənbələrlə işləyə bilməsi, dəstək və sübutların məntiqi,
mövzuya, problemə uyğun seçilməsi vacibdir.
Vasitələr: Müzakirə üçün əvvəlcədən
hazırlanmış suallar, müxtəlif məlumat mənbələri.
Yarana biləcək
problemlər:
· Ünsiyyət ilə bağlı problemlər
(bir –birini dinləmək, şəxsi rəqabətin işə təsiri və s.)
· Müzakirənin uzanması,
· Artıq səs-küy, aqressivlik,
· Tolerantlığın olması,
· Mövzudan yayınmaq və
yayındırmaq,
· Şagirdlərdə mövzu ilə bağlı məlumatın
azlığı,
· Kimin qərar çıxarma
bacarığının zəifliyi.
0 коммент.:
Отправить комментарий