TEXNİKİ
YARADICILIQ MƏRKƏZİ
DİREKTOR
Əmək funksiyası:
Fəaliyyətinin bütün istiqamətləri
üzrə mərkəzin işini təşkil edir. Mərkəzin metodiki şurası ilə birlikdə müəssisənin
inkişafının əsas istiqamətlərini müəyyənləşdirir, dövlət və ictimai orqanlarda
onun mənafeyini müdafiə edir. Kadrların seçilməsi və onların yerləşdirilməsini
həyata keçirir, əmək qanunvericiliyini və daxili intizam qaydalarına uyğun
olaraq işçilərin əmək
funksiyalarını müəyyənləşdirir. Uşaqların qorunması,
şagirdlərin və müəllimlərin əməyin mühafizəsinin tələblərinə əməl etməsinə nəzarət
edir.
Tədris, məktəbəqədər və məktəbdənkənar
müəssisələrdə uşaq və yeniyetmələrin texniki yaradıcılığının inkişafına dair
respublika, zona, şəhər, rayon tədbirləri, elmi-praktik konfranslar, təlimati
seminarlar, yarışlar, müşavirələr, sərkilər, olimpiadalar və s. təşkil edir. Həmin
müəssisələrin yaradıcılıq dərnəklərinin rəhbərlərinə dərnək işlərinin təşkili və
aparılmasına dair metodiki tövsiyələrin, nümunəvi proqramların hazırlanmasını,
şagird elmi cəmiyyətlərinin, klubların, texniki dərnəklərin qabaqcıl iş təcrübələrinin
öyrənilib yayılmasını təşkil edir.
Tədris və məktəbdənkənar müəssisələrin
pedaqoji kollektivlərinə texniki yaradıcılıq, səmərələşdiricilik və ixtiraçılıq
işlərinin düzgün təşkilinə əməli və metodiki köməklik göstərilməsini təşkil
edir.
Müəssisənin metodiki
şurasına rəhbərlik edir, təlim-tərbiyə işinin məzmunu və effektliyi üzərində nəzarəti
həyata keçirir. Müəssisənin şəxsi heyətinin yüksək məhsuldarlıqla işləməsi,
yaradıcılıq səviyyəsinin yüksəldilməsi üçün əlverişli şərait yaradır, pedaqoji
kadrların attestasiyaya hazırlığını və onun keçirilməsini təşkil edir.
Ayrılmış dövlət vəsaitindən
səmərəli istifadə olunmasını təmin edir.
Bilməlidir:
Təhsil müəssisələrinin
işinin təşkili üzrə təhsil və tərbiyə müəssisələrinə dair hökumət və digər dövlət
orqanlarının qərarlarını, Təhsil Nazirliyinin normativ sənədlərini,
pedaqogikanı, uşaqların fiziologiyasını, gigiyenasını, əmək qanunvericiliyini, əməyin
mühafizəsini, texniki təhlükəsizlik, yanğından mühafizə qaydaları və
normalarını.
Ödəniş dərəcəsinə ixtisas tələbləri
15-ci dərəcə - ali təhsilli, pedaqoji və
ya rəhbər işlərdə 5 il iş stajı.
0 коммент.:
Отправить комментарий