KLASTER
(ŞAXƏLƏNDİRMƏ)
Klaster
hər hansı bir mövzu və ya fikrin mümkün qədər açılmasına, şagirdlərin bu ətrafda
geniş, sərbəst düşünməsinə şərait yaradan metoddur. Şaxələndirmə
strategiyasından həm düşünməyə yönəltmə, həm də düşünmə mərhələsində istifadə
etmək olar. Dərsin əvvəlində, mövzu ətraflı öyrənilməmişdən qabaq şagirdlərin
fikrini cəmləşdirmək və əvvəlki biliklərini yada salmaq üçün istifadə oluna
bilər. Bu metodun tətbiqi zamanı fikirdən fikir, mövzudan mövzu doğur, yeni
assosiasiyaların yaranması imkanı genişlənir. Klaster metodu həm fərdi, cütlərdə,
həm də qrupla həyata keçirilə bilər. Onun tətbiqi çox sadə və yadda qalandır.
Şaxələndirməni həyata keçirmək üçün:
1.İri
ağ kağız götürülür.
2.Kağızın
mərkəzində söz, hər hansı fənnə aid termin, cümlə və s. yazılır.
3.Həmin
sözdən şaxələr ayrılır və yeni fikirlər yazılır.
Düşünməyə yönəltmə zamanı şagirdlər mövzusu ilə əlaqədar bildiklərini
yadlarına salırlar. Yəni onlar klasteri işlədilər və hər qrup öz işini sinfə təqdim
etdi. Sonra isə konkret mövzu verilir, şagirdlər həmin mövzu ilə tanış
olurlar.
Ola
bilsin ki, müəllim tətbiq etmədə, yəni düşünmə mərhələsində də klaster
metodundan istifadə etsin. Mətndən aldığı yeni bilikləri klasterdə qeyd
etsinlər. Bu zaman onlar qeydlərini yaxşı olardı ki, başqa rəngli qələmlə
etsinlər (Əvvəlki bilikləri yeni aldığı bilikdən ayırmaq məqsədi ilə). Bu
metoddan istənilən fənnin tədrisi zamanı istifadə etmək əlverişlidir.
0 коммент.:
Отправить комментарий