Əmək funksiyası:
Təlim-tərbiyə və metodiki
işləri təşkil edir; tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə
müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini
istiqamətləndirir; həmçinin zəruri tədris-metodiki sənədlərin işlənib
hazırlanmasına, onların keyfiyyətinə məsuliyyət daşıyır; zərurət yarandıqda,
operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün
təkliflər verir; təlim-tərbiyə prosesinin, həmçinin fakültativ və dərnək
məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir və şagirdlərin dövlət
standartlarına uyğun təhsil almalarına nail olur; şagirdlərin meyl-maraqları
əsasında seçmə fənlərin və seçmə təhsil sahələrinin müəyyənləşdirilməsini,
siniflərin optimal komplektləşdirilməsini təmin edir; tədris və digər
təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn
metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir; fənn
kabinetlərinin qorunub saxlanması, zənginləşdirilməsi və səmərəli istifadəsini
təmin edir; təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir,
qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və
valideynlərlə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərir; pedaqoji
işçilərin attestasiyadan keçmələri üçün görülən hazırlıq işlərində iştirak
edir, onların təkmilləşmələrinə, ixtisasartırma və yenidənhazırlanma təhsilinə
cəlb olunmalarına, eləcə də kadrların peşə ustalıqlarının artırılması üçün
nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur; təlimin keyfiyyətinin
yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasına məsuliyyət
daşıyır, şagirdlərin rüblük, illik və yekun qiymətləndirilməsinin uçotunu
aparır, imtahanların təlimata müvafiq keçirilməsini təşkil edir; təlim
keyfiyyətinin idarə olunması məqsədilə vaxtaşırı monitorinq qiymətləndirmə
aparılmasını təmin edir.
Bilməlidir:
Gənclərin təhsil və tərbiyə
məsələlərinə dair dövlət və hökumət orqanlarının qərarlarını, «Azərbaycan
Respublikasının Təhsil Qanunu»nu, Uşaq Hüquqları Konvensiyasını, «Gənclər
siyasəti haqqında» Azərbaycan Respublikası Qanununu; təhsilin idarə olunması
üzrə tənzimləyici və normativ-hüquqi sənədləri, idarəetmənin elmi əsaslarını və
müasir metodlarını; tədris proqramları və tədris-metodiki sənədlərlə işi,
müəllimlərin əməyinin tarifləşdirilməsi qaydalarını; pedaqoji-psixoloji
bilikləri; qabaqcıl təlim-tərbiyə metodlarını; respublikamızda və xarici
ölkələrdəki pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini;
yaşayış yerlərində və dərsdən sonra gənclərin tərbiyə işinin təşkili yollarını;
informasiya-kommunikasiya sistemlərindən istifadəni; təhsil innovasiyalarını və
pedaqoji texnologiyaları; əmək qanunvericiliyini və əməyin hüquqi tənzimlənməsi
üzrə normativ sənədləri; hesabatvermə və statistikanın əsaslarını; əməyin
mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə
qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
1. Pedaqoji və ya idarəetmə
sahəsi üzrə ali təhsil;
2. Ən azı 3 il pedaqoji staj,
təhsilin təşkili və idarə olunması üzrə diplom (sertifikat).
3. Direktorun vəzifə maaşından
10-15% aşağı vəzifə maaşı müəyyənləşdirilir.»
0 коммент.:
Отправить комментарий