Müasir dövrdə menecment, başqa sözlə fəaliyyətin təşkili vəidarə olunması müstəsna əhəmiyyət kəsb edən amillərdənbiridir. Səmərəli idarəetmə isə planlaşdırma, təşkil etmə,rəhbərlik və nəzarət funksiyalarının necə yerinəyetirilməsindən daha çox asılıdır.
Son illərdə ölkəmizdə təhsilin idarəolunması sahəsində birsıra əhəmiyyətli addımlar atılıb, nazirliyin mərkəzi aparatınınidarəetmə potensialı xeyli gücləndirilib. Bununla əlaqədardünyanın 50-dək ölkəsində təhsilin idarəolunması təcrübəsiöyrənilib, beynəlxalq məsləhətçilərin iştirakı ilə geniş təhlilolunub, müvafiq struktur dəyişiklikləri ilə bağlı tədbirlər planıhazırlanıb.
Son illərdə ölkəmizdə təhsilin idarəolunması sahəsində birsıra əhəmiyyətli addımlar atılıb, nazirliyin mərkəzi aparatınınidarəetmə potensialı xeyli gücləndirilib. Bununla əlaqədardünyanın 50-dək ölkəsində təhsilin idarəolunması təcrübəsiöyrənilib, beynəlxalq məsləhətçilərin iştirakı ilə geniş təhlilolunub, müvafiq struktur dəyişiklikləri ilə bağlı tədbirlər planıhazırlanıb.
Təhsil naziri Misir Mərdanov deyib ki, son 5 ildə Nazirliyin mərkəzi aparatının strukturunda əhəmiyyətli dəyişikliklər edilib, bir sırayeni şöbələr və sektorlar yaradılıb. Nəticədə 1999-cu ildən başlayaraq Dünya Bankının yaxından dəstəyi ilə həyata keçirilənlayihələr çərçivəsində Strateji təhlil və planlaşdırma, Monitorinq və qiymətləndirmə, Təhsilin idarəolunmasının məlumat sistemləri,Akkreditasiya şöbələri, Təhsil sənədlərinin tanınması, Məktəbəqədər təhsil, Əlavə təhsil sektorları yaradılıb. Bu yeni strukturlarınyaradılması müvafiq sahələrdə təhsil siyasəti və strategiyasının daha məqsədyönlü hazırlanması və çevik həyata keçirilməsinəzəmin yaradıb:
“Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi təhsil siyasəti və strategiyasını müəyyənləşdirir, prioritetləri nəzərəalmaqla inkişaf proqramları hazırlayır, təhsil sistemi ilə bağlı məlumatları təhlil edir və müvafiq təkliflər hazırlayır, təhsilsistemində strateji planlaşdırmanı və hesabatverməni həyata keçirir, vahid inkişaf strategiyasının və kadr siyasətininformalaşdırılmasında iştirak edir, təhsili idarəetmə orqanları və təhsil müəssisələri tərəfindən mövcud qanunvericiliyin yerinəyetirilməsinə təşkilati-metodik rəhbərliyi həyata keçirir. Monitorinq və qiymətləndirmə şöbəsi dəqiq qiymətləndirmə standartlarıəsasında hazırlanmış beynəlxalq (ölkədə təhsilin səviyyəsinin müxtəlif aspektlərdə ölçülməsi və digər ölkələrlə müqayisəlitəhlilinə imkan verən və beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmə), milli (təhsildə proqnozlaşdırma vəperspektivləri, təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi vəmüzakirəsi tələb olunan problemləri və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək məqsədilə 4-5 ildən bir təhsilin birpilləsindən digərinə keçid zamanı aparılan qiymətləndirmə) və məktəbdaxili (diaqnostik, formativ, summativ) qiymətləndirməsisteminin ümumtəhsil məktəblərində həyata keçirilməsi, müasir qiymətləndirmə metodlarından istifadə edilərək şagirdnailiyyətlərinin obyektiv qiymətləndirilməsi, qiymətləndirmə nəticələrinin təhlili, təhsil müəssisələrinin fəaliyyətinin monitorinqi,təhsilin bütün pillələri və səviyyələrində keyfiyyətin idarəedilməsi və digər bu kimi funksiyaları yerinə yetirir.
“Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi təhsil siyasəti və strategiyasını müəyyənləşdirir, prioritetləri nəzərəalmaqla inkişaf proqramları hazırlayır, təhsil sistemi ilə bağlı məlumatları təhlil edir və müvafiq təkliflər hazırlayır, təhsilsistemində strateji planlaşdırmanı və hesabatverməni həyata keçirir, vahid inkişaf strategiyasının və kadr siyasətininformalaşdırılmasında iştirak edir, təhsili idarəetmə orqanları və təhsil müəssisələri tərəfindən mövcud qanunvericiliyin yerinəyetirilməsinə təşkilati-metodik rəhbərliyi həyata keçirir. Monitorinq və qiymətləndirmə şöbəsi dəqiq qiymətləndirmə standartlarıəsasında hazırlanmış beynəlxalq (ölkədə təhsilin səviyyəsinin müxtəlif aspektlərdə ölçülməsi və digər ölkələrlə müqayisəlitəhlilinə imkan verən və beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirmə), milli (təhsildə proqnozlaşdırma vəperspektivləri, təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında müvafiq məlumat toplamaq, öyrənilməsi vəmüzakirəsi tələb olunan problemləri və təhsilin inkişafının prioritet istiqamətlərini təyin etmək məqsədilə 4-5 ildən bir təhsilin birpilləsindən digərinə keçid zamanı aparılan qiymətləndirmə) və məktəbdaxili (diaqnostik, formativ, summativ) qiymətləndirməsisteminin ümumtəhsil məktəblərində həyata keçirilməsi, müasir qiymətləndirmə metodlarından istifadə edilərək şagirdnailiyyətlərinin obyektiv qiymətləndirilməsi, qiymətləndirmə nəticələrinin təhlili, təhsil müəssisələrinin fəaliyyətinin monitorinqi,təhsilin bütün pillələri və səviyyələrində keyfiyyətin idarəedilməsi və digər bu kimi funksiyaları yerinə yetirir.
Müvafiq sahələrin funksiyaları sırasına təhsil sistemində yeni idarəetmə modelinin, hesabatvermə, qərarçıxarma sistemininyaradılması və tətbiqi işinin həyata keçirilməsi, əks-mərkəzləşdirməyə əsaslanan yeni idarəetmə mexanizminə keçilməsinin,kadrların idarə olunmasının prioritetlərinin müəyyən edilməsi və müvafiq strategiyanın hazırlanması, eyni zamanda, təhsilsistemində kadr siyasətinin formalaşdırılmasında iştirak etmək, kadrlara ehtiyacın müəyyənləşdirilməsi məqsədilə təhlillərinhəyata keçirilməsi, mövcud ehtiyacları nəzərə almaqla peşə-ixtisas təhsili sahəsində təhlillərin aparılması, ölkənin sosial-iqtisadiinkişaf perspektivlərini və əmək bazarının tələblərinə uyğun olaraq tələbə qəbulunun planlaşdırılması üçün proqnozlarınhazırlanması məsələləri daxildir”.
M.Mərdanovun dediyinə görə, təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi təhsil sistemində bütün pillələr və səviyyələrüzrə məlumat bazasını formalaşdırır və daim yeniləşməsini təmin edir, müvafiq hesabatlar hazırlayır, təhsil müəssisələrinə TİMS-lə bağlı təşkilati-pedaqoji və metodik köməklik göstərilməsini, təhsilin inkişafı sahəsində proqnozlaşdırmanın aparılmasını, millitəhsil resurslarının formalaşdırılmasını və inkişaf etdirilməsini təmin edir. Akkreditasiya şöbəsi təhsil prosesinin təşkilinin, təhsilinfrastrukturunun və maddi-texniki bazanın, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının qəbul olunmuş dövlətstandartlarına uyğunluğunu müəyyən etmək məqsədilə təhsil müəssisələrini akkreditə edir və onun statusunun müəyyən edilməsiüzrə, eləcə də yeni yaradılan təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi ilə bağlı təhlillər aparır və təkliflər hazırlayır: “Məlumdur ki, idarəetmənin səmərəli təşkili bir sıra şərtlərdən asılıdır, əsas şərt isə, əlbəttə, etibarlı məlumatların olmasıdır. Etirafetmək lazımdır ki, əvvəllər nazirlik belə məlumatlara malik deyildi, yaxud da əldə olunan məlumatlar subyektiv yoxlamalarəsasında formalaşmış mülahizələrə əsaslanırdı. Hazırda isə Təhsil Nazirliyində çevik idarəetmə sistemi yaradılmışdır. Belə ki,idarəetmə üçün zəruri olan məlumatlar, əsasən, iki mənbədən daxil olur. İlk növbədə, təhsilin idarəolunmasının məlumatsistemləri bazasından. Qeyd etmək lazımdır ki, müasir İKT avadanlığının köməyi ilə təhsil tariximizdə ilk dəfə olaraq yaradılmışbu bazada 4500-dən çox ümumtəhsil məktəbi, 1,4 milyon şagird, 170 min müəllim haqqında ətraflı məlumatlar toplanmışdır. Buməlumat bazası təhlillərin aparılmasına, çevik qərarların qəbul edilməsinə geniş imkan yaratmışdır. Hazırda digər təhsil pillələriüzrə məlumatlar da həmin bazada toplanmaqdadır. Nəzərdə tutulur ki, yaxın gələcəkdə baza interaktiv olsun və onlayn rejimdədaim yeniləşdirilə bilsin. Digər məlumat mənbəyi isə monitorinq və qiymətləndirmə nəticəsində əldə olunur. Milli və beynəlxalqqiymətləndirmənin, IX və XI siniflərdə mərkəzləşdirilmiş yoxlama və buraxılış imtahanlarının nəticələri nəinki şagirdlərinnailiyyətləri, eləcə də fənlərin tədrisi, təlim strategiyalarının tətbiqi, müəllimlərin fəaliyyəti, kurikulumun, dərsliklərin səviyyəsibarədə etibarlı mənbə rolunu oynamaqla bilavasitə keyfiyyətin idarə olunmasına zəmin yaradır.
Bunlarla yanaşı, nazirliyin nəzdində Əsaslı tikinti, Təhsilin informasiyalaşdırılması, De-institutlaşdırma və uşaq müdafiə sistemiidarələrinin yaradılması ölkə səviyyəsində adıçəkilən istiqamətlərdə proqramların daha səmərəli idarəolunması imkanlarınıgenişləndirmişdir”.
Təhsil naziri deyir ki, təhlil göstərir ki, təxminən 10 il bundan əvvəl nazirliyin strukturu, fəaliyyətinin təşkili və təhsil sistemininidarəolunması ilə bu günkü idarəetmə sistemi arasında ciddi dəyişikliklər baş vermişdir. Bu dəyişiklikləri belə ümumiləşdirməkolar. Nazirliyin strukturu əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş, strateji təhlil və planlaşdırma, monitorinq və qiymətləndirmə,məlumat sistemləri, akkreditasiya, əlavə təhsil kimi vacib sahələrlə bağlı funksional strukturlar yaradılmışdır. Belə strukturlarınyaradılması təhsil sahəsində aparılan islahatların səmərə və keyfiyyətinə əsaslı təsir göstərməklə yanaşı, vahid təhsil siyasətininişlənməsi və həyata keçirilməsinə öz töhfəsini vermişdir. Nazirliyin Mərkəzi aparatında kadr tərkibinin keyfiyyətcə yeniləşdirilməsiistiqamətində ciddi addımlar atılmış, Dövlət Qulluğu Məsələri Komissiyası tərəfindən böyük rəqabət şəraitində keçirilən müsabiqənəticəsində nazirliyə gənc, perspektivli və xarici dilləri bilən mütəxəssislər işə götürülmüşdür.Nazirliyin Mərkəzi aparatındaçalışan əməkdaşların 90 faizi ölkədə və xaricdə təşkil olunan treninqlərdə, seminarlarda, stajkeçmə tədbirlərində iştirak etmiş,xaricdə magistratura təhsili almış və öz bacarıqlarını təkmilləşdirmişdir. Nazirlik tərəfindən strateji təhlillər əsasında 20-dək dövlətproqramı hazırlanmış, ölkə Prezidenti və Hökumət tərəfindən təsdiq edilmiş və həyata keçirilməkdədir. Proqramlarla idarəetməTəhsil Nazirliyinin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir etmiş, yeni yanaşmaların tətbiqinə şərait yaratmışdır. Tarixən TəhsilNazirliyi heç bir proqram reallaşdırmadığı halda, qısa müddət ərzində təhlillərin aparılması, proqramların hazırlanması və həyatakeçirilməsi sahəsində zəngin təcrübə toplanmış, bu təcrübə sonradan ölkəmizin digər dövlət strukturları, nazirlikləri üçün nümunərolunu oynamışdır. Əvvəllər Təhsil Nazirliyinin fəaliyyəti, əsasən yuxarı təşkilatlardan daxil olan direktiv sənədlərin icrası,yoxlama xarakterli tədbirlərin həyata keçirilməsi, vətəndaşların müraciətlərinə baxılması məsələləri ilə məhdudlaşırdısa, hazırdabu qurumun fəaliyyəti daha çox təhsil sektorunun bütün sahələri üzrə vahid dövlət siyasətinin həyata keçirilməsi, məqsədliproqramların hazırlanması və reallaşdırılması, keyfiyyətə nəzarətin müasir modellərinin tətbiqi, davamlı inkişaf və insankapitalının formalaşdırılması və digər bu kimi əhəmiyyətli məsələlərə yönəlmişdir: “Əvvəllər Təhsil Nazirliyi yalnız birbaşa onuntabeliyində olan müəssisələr üçün nəzərdə tutulan maliyyəni idarə edirdisə, hazırda bütün ölkəni əhatə edən irimiqyaslıinvestisiya layihələrini, dövlət proqramlarını, əvvəlkindən yüz dəfələrlə artıq maliyyə vəsaitini idarə edir ki, bu da Nazirlik üçüntamamilə yeni funksiyalar, təcrübə və məsuliyyət deməkdir. Əvvəlki dövrlərdə nazirliyin fəaliyyətində əsas yerlərdən birini tutanyoxlamalar əvəzinə, keyfiyyətə nəzarətin müasir mexanizmi olan monitorinq sistemi tətbiq edilməyə başlanmışdır. Monitorinqmüasir idarəetmə sistemində ən mühüm sahələrdən biridir. Təhsil sahəsində monitorinqin məqsədi təlimin məzmunununtəkmilləşdirilməsi, təhsil alanlara nəyin və necə, hansı təlim metodlarından istifadə etməklə öyrədilməsinin müəyyənləşdirilməsi,dövlət standartlarının mənimsənilməsi səviyyəsinin aşkara çıxarılması, nəticələrin qiymətləndirilməsi və onlara uyğun olaraqmüvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Monitorinq vasitəsilə təhsil müəssisəsinin fəaliyyətinin səmərəlilik səviyyəsiaşkar olunur və qiymətləndirilir. Bu zaman müəssisənin fəaliyyətinin faktiki nəticələri və onların son məqsədlərə uyğunluğu təhlilolunur. Ənənəvi təcrübədə son nəticələrin qarşıya qoyulmuş məqsədlərə bu və ya digər dərəcədə uyğun gəlməməsi praktik təhsilişçiləri tərəfindən heç də həmişə nəzərə alınmır. Həmin səbəbdən də monitorinqin vəzifəsi məhz fəaliyyət prosesində yol verilmişkənaraçıxmaların dərəcəsini, istiqamətini və səbəbini düzgün müəyyənləşdirməkdən ibarətdir.
İdarəetmənin hər bir funksiyası monitorinqin əsas təhlil obyekti kimi çıxış edir, yəni monitorinq fəaliyyətin məqsədlərinə,planlaşdırılmasına, təşkilinə və icrasına, habelə kommunikasiya və korreksiya proseslərinə sirayət edir. Başqa sözlə, monitorinqməqsədlərin və planların həyata keçirilməsinin qiymətləndirilməsi vasitəsidir. Monitorinqin vəzifələrindən biri də məqsəd vəplanlaşdırma arasındakı fərqi azaltmaqdan ibarətdir.
Bu baxımdan, müasir dövrdə aşağıda göstərilən istiqamətlərdə monitorinqin keçirilməsi xüsusi əhəmiyyət daşıyır: “təhsil alan -təhsil verən” sistemində, “təhsil müəssisəsi - müəllim” sistemində, “təhsili idarəetmə orqanı - təhsil müəssisəsi” sistemində vəsair.
Düşünürəm ki, gələcəkdə monitorinqlərin aparılmasında tamlıq, relevantlıq, adekvatlıq, obyektivlik, dəqiqlik, fasiləsizlik, sadəlik,anlaşıqlılıq, müntəzəmlik prinsiplərinə xüsusi diqqət yetirilməli, müvafiq şöbənin fəaliyyət dairəsi genişləndirilməli, kadr potensialıgücləndirilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsində monitorinqin aşağıdakı növləri mövcuddur: təhsil məqsədlərinin miqyasıüzrə (strateji, taktiki, operativ); təlimin mərhələləri üzrə (başlanğıc, yaxud qəbulolunma dövrü üzrə, təhsilalma, yaxud aralıq dövrüüzrə, çıxış, yaxud yekunlaşma dövrü üzrə); vaxt şəraiti üzrə (retrospektiv, xəbərdaredici yaxud qabaqlayıcı, cari yaxudplanauyğun); təkrarlanma şəraiti üzrə (birdəfəlik, dövri, müntəzəm); müşahidə obyektinin əhatəliliyi üzrə (lokal, seçmə,kompleks); təşkilati formalar üzrə (fərdi, qrup, frontal); obyekt-subyekt münasibətlərinin forması üzrə (xarici, yaxud sosial,qarşılıqlı nəzarət, daxili, yaxud özünüqiymətləndirmə); istifadə edilən vasitələr üzrə (standartlaşdırılmış, qeyri-standart və sair.).Keyfiyyətin idarə olunması təhsil prosesinin nəticələrinin mərhələlərlə müşahidə edilməsi (monitorinqi), bununla da hər birmərhələdə qarşıya qoyulmuş vəzifələrin optimal yerinə yetirilməsi səviyyəsinin aşkarlanması vasitəsilə həyata keçirilir. Bubaxımdan təhsilin keyfiyyətinin monitorinqi təhsilin keyfiyyətinin idarə olunması ilə nəticələnir, çünki hər iki proses respublika,rayon və təhsil müəssisəsi səviyyələrində sistemli və müntəzəm şəkildə müvafiq məlumatların toplanmasını nəzərdə tutur”.
M.Mərdanovun sözlərinə əsasən, müasir idarəetmə şəraitində keyfiyyət mədəniyyətinin formalaşdırılması xüsusi əhəmiyyət kəsbedir. Keyfiyyət mədəniyyəti o deməkdir ki, təhsilin keyfiyyətinə həlledici qiymət istehlakçı tərəfindən verilir. Təhsil sistemindəistehlakçı şəxsində ilk növbədə təhsilalanlar və onların valideynləri, işəgötürənlər, həmçinin dövlətin özü çıxış edir. Təcrübəgöstərir ki, təhsilin istehsal sahəsi kimi deyil, xidmət kimi qəbul olunması ona münasibətdə əsaslı dönüş yaradır və səmərəsinixeyli artırır. Belə olan halda xidmətin keyfiyyətinə verilən tələblər həm onu göstərən, həm də ondan istifadə edən tərəfindənmüəyyən olunur.
Strateji planlaşdırma təhsilin keyfiyyətinin idarə olunması sistemində ən başlıca tələblərdən biridir. Xüsusi vurğulamaq istərdim ki,ölkəmizdə ilk dəfə olaraq strateji planlaşdırma təhsil sistemində həyata keçirilməyə başlanmışdır. Beynəlxalq ekspertlərin iştirakıilə ilk dəfə olaraq 2004-2006-cı illəri əhatə edən üç illik strateji plan hazırlanmış və həyata keçirilmişdir. Sonradan 2007-2009-cuvə 2010-2012-ci illəri əhatə edən strateji planlar hazırlanmışdır. Strateji planlaşdırma ənənəvi planlaşdırmadan bir sıra üstünlükləriilə fərqlənir. Belə ki, ənənəvi planlaşdırma tədbirləri, onların icra vaxtı və icraya məsul şəxsləri əhatə edir. Əksər hallardamüəyyənləşdirilən tədbirlər abstrakt xarakter daşıyır, onların icra vəziyyətinin yoxlanılması mümkün olmur, beləliklə tədbirlər ildənilə planlarda təkrarlanır. Strateji planda isə hər bir tədbir ötən ilin hesabatlarının və nəticələrinin təhlili əsasında müəyyənləşdirilir,hər bir tədbirin icasını yoxlamaq üçün dəqiq indikatorlar işlənir, əvvəlcədən gözlənilən nəticələr dəqiqləşdirilir. Belə planlaşdırmahesabatverməni və icraya nəzarəti də xeyli asanlaşdırır. Onu da qeyd edim ki, hər ildə iki dəfə strateji planın icra vəziyyəti barədəhesabatlar hazırlanır, plan təhlil edilir, lazımi korreksiyalar olunur. Bununla yanaşı, planlaşdırılmış məqsədlərə nail olma səviyyəsimüntəzəm ölçülür, onların nəticələrinin qiymətləndirilməsinə diqqət yetirilir: “Təhsilin keyfiyyətinin planlaşdırılması təhsilmüəssisələrinin fəaliyyətinin ümumi planlaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda təhsil müəssisələrinin fəaliyyətininperspektiv planlaşdırılmasında əsas nöqsanlar ondan ibarətdir ki, gələcəkdə əldə olunacaq nəticələrə verilən tələblər perspektivnöqteyi-nəzərindən deyil, bugünkü mövqedən müəyyənləşdirilir və bu səbəbdən planlarda arzu olunan nəticələr öz dəqiq əksinitapmır. Həmin planlarda tədbirlərin uzlaşdırılması və əlaqələndirilməsinə ciddi əhəmiyyət verilmir, onlar əlaqəsiz, əsasən müstəqiltədbirlər kimi nəzərdə tutulur. Bu da onunla bağlıdır ki, mövcud təhsil müəssisəsinin başlıca məqsədi uzun müddətdən bəriyuxarıdan dəqiq müəyyənləşdirilmiş qaydalara uyğun fəaliyyət göstərmək və həmin sahədə funksiyalarını sabit şəkildə həyatakeçirməkdir. Müasir təhsilin innovasiya mühitində idarə olunmasında ən vacib məsələ təhsil müəssisəsinin funksional rejimdəninkişaf və inkişafetdirici rejimə keçirilməsidir.
Təhsil müəssisəsinin inkişafı - onun məqsədlərinin, idarəetmə sisteminin, pedaqoji prosesin məzmunu, təlim metodları vəüsullarının qanunauyğun, məqsədyönlü, idarə olunan şəkildə, bir qayda olaraq təkamül yolu ilə pozitiv dəyişilməsi deməkdir.Nəticə etibarı ilə həmin dəyişikliklər təhsilalanların təlimində, tərbiyəsində və inkişafında keyfiyyətcə yeni nailiyyətlərin əldəolunmasına gətirib çıxarır. Habelə bu proses əvvəlki keyfiyyət vəziyyətindən innovasiyaların tətbiqi yolu ilə yeni keyfiyyətvəziyyətinə keçidi şərtləndirir.
Təhsil sistemində idarəetmə sahəsində fəaliyyət göstərənlər təhsilin keyfiyyətinin idarə olunması prosesinin liderləri olmalıdırlar.Belə ki, təlimatlandırma və nəzərdə tutulan, planlaşdırılan tədbirlərin mərhələlər üzrə səmərəli həyata keçirilməsi məhz onlardanasılıdır. Bu o deməkdir ki, dünən “mənə tapşırıldığı kimi” sxemi üzrə düşünən rəhbər bu gün mütərəqqi ideyaların təşəbbüskarınaçevrilməlidir. Onu da qeyd etmək vacibdir ki, lider dedikdə yalnız təhsil orqanının, təhsil müəssisəsinin rəhbərliyi nəzərdətutulmur. Keyfiyyətin idarə olunması sistemi ənənəvi idarəetməni və iyerarxiyalar funksiyasını kökündən dəyişir. Bu zaman nəinkiidarəedənlərin, eyni zamanda müəllimlərin rolu xeyli artır və təşəbbüskarlıq, yaradıcılıq üçün onlara geniş imkanlar açılır.Müəllimlər qərarların qəbul olunmasında iştirak edir və bu sahədə böyük məsuliyyət daşıyırlar. Onlara daha çox fəaliyyəthüquqları və müstəqillik verilir, habelə innovasiyaları həyata keçirən yaradıcı qrupların işinə rəhbərlik etmək üçün buna qabilmüəllimlər cəlb olunurlar.
Düşünürəm ki, təhsil sahəsində fəaliyyət göstərən liderin əsas funksiyalarına aşağıdakılar daxil olmalıdır. Mmüəssisədə təhsilkeyfiyyətinin gözlənilən ümumi səviyyəsini proqnozlaşdırmaq, keyfiyyətin yüksəlməsi prosesinin həyata keçirilməsinə görəməsuliyyət daşımaq, keyfiyyətlə bağlı görülən işlər barədə müntəzəm məlumat vermək, təhsil xidmətlərindən istifadə edənlərintələbatlarını nəzərə almaq, müəssisə əməkdaşlarının ixtisasının artırılması prosesinə rəhbərlik etmək, innovasiyaların tətbiqinərəhbərlik etmək, təşkilati strukturlar arasında vəzifə funksiyalarının maksimum dərəcədə dəqiq bölüşdürülməsini təmin etmək.Səmərəli fəaliyyət göstərən komanda yaratmaq, müşahidə etməyə və proseslərin nəticələrinin qiymətləndirilməsinə imkan verəndaxili monitorinq mexanizmi yaratmaq və onları inkişaf etdirmək.
Təqdirəlayiq haldır ki, hazırda bir sıra təhsil müəssisələri inkişaf planlarının hazırlanmasına daha çox üstünlük verir. İnkişafplanlarında müəyyən müddət ərzində (3-5 il) təhsil müəssisəsinin əsas hədəfləri, bu hədəflərə nail olmanın yolları və gözlənilənnəticələr müəyyənləşdirilir. Bu təcrübə isə fəaliyyətin strateji planlaşdırılmasına zəmin yaradır. Düşünürəm ki, təhsil orqanları vətəhsil müəssisələri səviyyəsində strateji planlaşdırmanın tətbiqi hazırda qarşıda duran əsas vəzifələrdəndir.
Təhsil müəssisələrinin innovasiya rejiminə keçirilməsi, təhsilin keyfiyyətinin idarə olunması sisteminin tətbiqi müəssisəninidarəolunmasına yeni yanaşmanı aktuallaşdırır. Bu gün dərindən dərk olunmalıdır ki, müəllimlər və təhsil prosesinin digəriştirakçıları daha öz funksiyalarına şəxsi nöqteyi-nəzərdən yanaşmamalı (“mən və mənim ixtisasım”, “mən və mənim uşağım”, “mən və mənim sinfim” və sair), öz rollarını birgə məsuliyyət və əməkdaşlıq kimi (“biz və bizim müəssisə”) qəbul etməlidirlər”.
M.Mərdanov vurğulayıb ki, müəssisənin idarə olunmasında birgə fəaliyyət, orada təhsilin təşkili məhz təhsil prosesinin müxtəlifiştirakçılarını öz tərkibində birləşdirən vahid “təhsil komandası” şəklində həyata keçirilməlidir. Təhsil komandası xarici mühitə,təhsil ictimaiyyətinə (ailə, təhsili idarəetmə orqanları, icra hakimiyyəti orqanları, biznes aləmi və sair) açıq olmalıdır. Probleməbelə yanaşmanın bir üstünlüyü də ondadır ki, təhsil komandasının hər bir üzvü, hər bir şəxs ümumi işin xeyrinə öz bacardığınısərf edir: “Təhsil müəssisəsinin keyfiyyətli fəaliyyəti, tədris prosesi səmərəliliyinin məqbul və qanedici olması bir sıra vacibamillərdən asılıdır. Bunlara aşağıdakıları daxil etmək olar: Təhsil müəssisəsinin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi,təhsilalanların öz vaxtlarını maksimum dərəcədə konkret təlim məsələlərinin həllinə sərf etməsi, idarəetmənin vahid və əlaqəlişəkildə təşkili, müəllimlərin daim təkmilləşdirilməsi, onların komanda şəklində işləməsi, müəssisə daxilində qayda-qanunun hökmsürməsi, valideynlər və ictimaiyyətlə sıx qarşılıqlı əlaqənin yaradılması və sair.
Beləliklə, təhsil müəssisəsinin keyfiyyətinin qiymətləndirilməsində bir-biri ilə qarşılıqlı əlaqədə olan üç amil mühüm rol oynayır:müəllim, təhsil müəssisəsi, müəssisənin əhatəsi. Eyni zamanda fəaliyyətin qiymətləndirilməsində bir sıra meyarlara istinad edilir:təhsilalanların və məzunların göstəriciləri, təhsil verən - təhsil alan münasibətləri; təhsil verən-təhsil alan nisbəti; müəssisəninmövcud maliyyə mənbələri; ictimai mühit; sosial-iqtisadi kontekst və sair. Təhsil məssisəsinin qiymətləndirilməsi həm daxiliqiymətləndirməni (özünüqiymətləndirmə), həm də xarici qiymətləndirməni özündə cəmləşdirməlidir. Ümumtəhsil məktəblərindəkeyfiyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən keyfiyyət standartları hazırlanmışdır. Bu standartlar ölçüləbilən göstəricilər nəzərə alınmaqla aşağıdakı 5 əsas fəaliyyət sahəsi üzrə qruplaşdırılmışdır:
I.Məktəbin idarə olunması.
II.Pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi.
III.Təlim-tərbiyə prosesinin təşkili və idarə olunması.
IV.Şagird şəxsiyyətinin formalaşdırılması.
V.Məktəbin valideynlər və ictimaiyyətlə birgə fəaliyyəti”.
Sevinc QARAYEVA
0 коммент.:
Отправить комментарий