I BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV
QİYMƏTLƏNDİRMƏ
Ad__________
Soyad__________
Sinif__________
Tarix____________
Oktyabrın 29-da 5a sinfində
summativ qiymətdəndirmə keçirilirdi.
23 şagirddən dördü imthanda iştirak etmirdi. Müəllim davamiyyəti zəif olan
şagirdlərin həm də imtahanda iştirak etmədiyini görüb onlar barəsində …. …. götürməyi qərara aldı.
Ertəsi gün həmin şagirdlər
sözü bir yerə qoyub müəllimin otağına gəldilər və belə bir b…hanə gətirdilər: “Müəllim, dördümüz də bir avtobusla
gəlirdik, yolda təkər partladı. Ona görə də imtahana gecikdik. Xayiş edirik, bizdən ayrıca imtahan
götürəsiniz”. Müəllim razılaşdı və bilirdi ki, sabah dərsdən sonra onları qiymətləndirəcək.
İmtahanda verilən sulların
cavablarını əzbərriyən şagirdlər əminliklə
imtahana gəldilər. Müəllim onların hər birini bir künçdə otuzdurub imtahan vərəqlərini payladı. Vərəqdə bir sual var
idi: Maşının hansı təkəri partlamışdı?
1. Belə
bir sual qoymaqda müəllimin məqsədi nə idi?
A) Şagirdlərin
yaddaşını yoxlamaq idi.
B) Şagirdlərin
müşahidə qabiliyyətini yoxlamaq istəyirdi.
C) Şagirdləri
çox çətinə salmaq istəmirdi.
D) Şagirdlərin
yalanını üzə çıxarmaq istəyirdi.
2. Oktyabrın
29-da imtahanda neçə şagird iştirak edirdi?
A) 19 B) 20 C) 23 D) 27
3. 1-ci
abzasda nöqtələrin yerinə nə yazılmalıdır?
A) Söz B) qeyd C) ölçü D) imtahan
4.
Birinci imtahanda iştirak etməyən şagirdlər nə vaxt
imtahan verməli oldular?
A) Oktyabrın
30-da
B) Oktyabrın
31-də
C) Noyabrın
1-də
D) Noyabrın
2-də
5.
Hansı atalar sözü mətnin məzmununa uyğun deyil?
A) Söz
danışıqdan keçər.
B) El
bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.
C) Yalançının
evi yandı, heç kəs inanmadı.
D) Yalançını
evinəcən qovarlar.
6.
“Sözü bir yerə qoyub” ifadəsini bir sözlə necə ifadə
etmək olar?
A)fikirləşib B) dərdləşib C) sözləşib D) hazırlaşıb
7. Hansı
sözdə səslərin sayı hərflərin sayından çoxdur?
A)
müəllim B) davamiyyət C) zəif D) imtahan
8.
Altından xətt çəkilmiş söz belə tələffüz olunur:
A)
[avtobusnan]
B)
[aftobusla]
C)
[oftobusnan]
D)
[aftobusnan]
9. Fərqləndirilmiş
hansı sözdə iki hərfin yazılışı səhvdir?
A)
qiymətləndirmə B) xayiş C) əzbərriyən D) künçdə
10. Hansı
sözə saitlə başlanan şəkilçi əlavə edilsə, “q” samiti “ğ” samiti ilə
əvəzlənməyəcək?
A) Vərəq B) otaq C) yumruq D) soraq
11. “Zanbaq”
sözünün səs tərkibi ilə bağlı hansı fikir yanlışdır?
A)
Sözdə iki sait, dörd samit var.
B)
Sözdəki samitlərin hamısı cingiltilidir.
C)
Yazılışı və tələffüzündə iki fərq var.
D) Ahəng
qanuna tabedir.
12. Hansı
söz orfoqrafik normalara uyğun yazılıb?
A)
töbə B) şöbə C) nöbə D) tölə
13. Şeirdə
hansı söz tələffüz formasında verilib?
Arpa çayı aşdı-daşdı.
Sel
Saranı aldı qaşdı.
A) Aşdı B) daşdı C) aldı D) qaşdı
14. Hansı
sözün ilk saiti dəyişsə, yeni söz yaranmaz?
A)
şahid B) qadir C) sahib D) qalib
15.
Ardıcıllığı davam etdirin.
s,t, x,f…
A) z,y,m B) l,m,n,r C)
ş,ç,p D)
k,h,ğ
16. Hansı
sözün sonundakı cingiltili samiti kar qarşılığı ilə əvəz etdikcə yeni
söz
yaranar?
A) Sənəd B) qanad C) palıd D) söyüd
17. Hansı sözün son samiti “z” olmalıdır?
A)
tənəffü… B) tələffü… C) həssa… D) bəh…
18. Hansı
qoşa samitlər yazıldığı kimi tələffüz olunur?
A) ff
B) tt
C) qq D)
kk
19. Hansı sözdə
“o” hərfi “a” kimi tələffüz
olunur?
A) koma
B) rota
C) komandir D) soyuq
20. Hansı
söz yazıldığı kimi tələffüz olunur?
A) şaftalı
B) okean
C) mətbuat D) toqqa
0 коммент.:
Отправить комментарий