17.11.2014

TƏHSİL (TƏDRİS-TƏRBİYƏ) MÜƏSSİSƏLƏRİ BAŞ MÜHASİB
Əmək funksiyası: Qüvvədə olan "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq təhsil müəssisəsi tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etməklə mühasibat uçotu və hesabatının məlumatları üzrə təhsil müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirir.
Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesabatlarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, təsərrüfat-maliyyə fəaliyyətinin yekunlarının və əməliyyatlarının uçotunu təşkil edir.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
Pul vəsaitləri və əmtəə-mal qiymətlilərinin çatışmazlıqları və oğurlanması haqda materialların tərtibində iştirak edir. Lazımi hallarda materialların hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər itkilərin mühasibat balansından silinməsi qaydalarının təmin edilməsi işlərini görür.
Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin mövcud qaydada yerinə yetirilməsinə nəzarət edir.
Mühasibatlığın işçiləri arasında iş bölgüsü aparır və onların işinə rəhbərlik və nəzarət edir.
Mühasibat uçotunun səmərəli təşkilinə, kompüterləşməsinə və beynəlxalq standartlara uyğun qurulmasına daima diqqət yetirir.
Bilməlidir: Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, "Azərbaycan Respublikasının Təhsil Qanununu", mühasibat uçotunun təşkili, hesabatın tərtibi və təhsil müəssisəsinin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını, təhsil müəssisəsinin strukturunu, onun perspektiv inkişafmı, mühasibat uçotunun təhsil müəssisəsində təşkilinin təlimat və müddəalarını, maliyyə hesabatlarının forma və qaydalarmı, pul vəsaitlərinin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını, pul, əmtəə vəsaitlərinin çatışmazlıqları, debitor borclarının silinməsi qaydalarım, debitor və kreditorlarla hesablaşma qaydalarım, mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını və müddətlərini, yoxlama və sənədli təftiş qaydalarmı, təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində mütərəqqi metodları, işin təşkilini, iqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini, vətəndaşlıq hüququnu, əmək, maliyyə, vergi qanunvericiliyini.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
Ali təhsil məktəblərində və alı təhsil məktəblərinə bərabər tutulan tədris (təlim) müəssisələrində: mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq əmək stajı:
15-ci dərəcə: 3-cü kateqoriya ali təhsil məktəblərində:
16-cı dərəcə: 2-ci kateqoriya ali təhsil məktəblərində;
17-ci dərəcə: 1-ci kateqoriya ali təhsil məktəblərində.
Orta ixtisas, peşə təhsili, ümumtəhsil və digər tədris-tərbiyə müəssisələrində: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

 Müvafiq təhsil (tədris-tərbiyə) müəssisənin direktorunun (müdirinin) əməyinin ödəniş dərəcəsindən bir dərəcə aşağı müəyyən edilir (12-15-cı dərəcələr).

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.