23.11.2014

                    QIYMƏTLƏNDİRMƏ.


1)   Qələm sözü hansı nitq hissəsinə aiddir?
a) isim                        b)sifət            c) zərf              ç) say
    2) Anons,  reklam,  afişa,  bildiriş,  hansı əməli yazı
         nümunəsinə aiddir?
         a) məktub       b)izahat     c) élan            ç)hesabat
     3) Hansı söz hara? Sualına cavab verir?
a) qəsəbə  b)qədim  c) mühəndis   ç) qarışqa
     4) Sözlərdən biri yalnız cümlənin əvvəlində böyük
          hərflə  yazılır.
        a)Naibə       b)Samirə   c)Kənan        ç)Kobud
     5) Mənaca fərqli söz hansıdır?
        a) kosmos      b) kassa     c) kosmonavt    ç)raket
     6) Hansı sözdə qalın sait yoxdur?
         a)yaşlılara   b) hörmət   c) yoldaş  ç)balaca
     7) Atalar sözünü tamamla.Bilməmək eyib deyil.................
        a) bilmədiyini etiraf etmək eyibdir.
        b) soruşmamaq eyibdir.
        c) bildiyini demək eyibdir.
     8) Təbiət sözünün tələffüzündə beşinci səs hansıdır?        
         a)I                       b) Y              c) Ə
     9) Ahəng qanununa tabe olan sözü göstər.
        a) gecə                b) səhra             c) həyat
    10) –dan  şəkilçisi  neçə cür yazılır?
          a) 4                       b) 2                c) 3
    11) Nöqtələrin yerinə uyğun sözləri yaz.
          Nənə.......saçli,.......gözlü,....qaşlı nəvəsini çox sevir.
a)   ala,çatma , buruq
b)   buruq ,   ala,   çatma
c)   çatma ,   buruq,  ala
     12) Xidmətçini yanına çağır  cümləsinin məqsəd və                                  
              intonasiyaya görə növünü tap.
         a) nəqli           b) sual                  c) əmr

 13) Say bildirən hansı söz həm də hərəkət bildirir?
       a) min               b) bir                     c) yüz
14) Yaman günün ömrü az olar atalar sözünün mövzusunu
       müəyyən  et.
    a) nifrət                     b) intiqam         c) səbr.
15) Sağalıb xəstəxanadan çıxan adama deyilmir.
     a)Allah şəfa versin .
     b)Keçmiş olsun.
     c)Həmişə ayaq üstə.
16) Biri nitq etiketi deyil.
      a) Gecəniz xeyrə qalsın.
      b) Axşamınız xeyir olsun.
      c) Gecədən xeyli keçib.
17) Qoşa samitli  sözlərdən biri yazildığından fərqli tələffüz  
       olunur.
     a) dirrik                 b) kassa                c)doqquz.
18) Bədxərc sözü ilə yaxınmənalı söz hansıdır?
       a) acgöz                    b) xəsis              c) israfçı
19) Ziyafət sözü ilə yaxınmənalı söz hansıdır?
      a) konsert                b) qonaqlıq          c) iclas
20) Doğru yazılmayan söz hansıdır?
      a) enli                      b) pencərə              c) mətbəx













0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.