16.11.2014

DƏYİRMİ MASA

Müəllim sinfi qruplara bölür. Hər qrupa bir vatman kağızı və qru­pun şagirdlərinin sayı qədər rəngli flamaster verir. Hər şagird ona verilən rəngli flamaster ilə yazmalıdır.
Yazılı “Dəyirmi masa” elə metoddur ki, bu zaman vərəq qru­pun daxilində dairə üzrə daim bir nəfərdən digərinə ötürülür. Mə­sə­lən, müəllim mövzuya aid hansısa bir fikri yazır, sonra şagird öz fi­kirlərini əlavə edərək vərəqi sol tərəfdəki “qonşusuna” verir. O da öz növbəsində bu fikrə yeni mülahizələr əlavə edir və vərəqi baş­qa­sına ötürür. Şagirdlərin hər biri öz fikirlərini ayrı rəngli qələmlə və ya flamasterlə yazırlar. Bu zahirən bütün şagirdlərin yoldaşlarından ge­ri qalmamaq hissini gücləndirir və müəllimə imkan verir ki, möv­zu­nun hər bir şagird tərəfindən mənimsənilməsini və hər bir kəsin nə dərəcədə iştirak etdiyini müəyyənləşdirsin.
Məsələn, ədəbiyyat dərsində Nizami Gəncəvinin yaradıcılığı möv­zusunun tədrisi zamanı müəllim vatmanda bir söz yazır: “Xəm­sə”. Qrupun üzvlərinin hər biri sıra ilə öz əlavələrini edirlər. Şa­gir­din biri yazır “Beşlik”, digəri “Sirlər xəzinəsi”, o biri “Leyli və məc­nun” və s. beləliklə, bütün üzvlər xəmsə ilə əlaqədar bildiklərini sıra ilə qeyd edirlər. Qruplar işlərini bitirdikdən sonra hər qrup öz işi­ni təqdim edir. Hansı qrupun mövzunu nə dərəcədə mənimsəməsi ay­dın olur. Sonda müəllim ümumi nəticə çıxarır.
Bu metoddan bütün fənlərin tədrisində istifadə etmək olar.




0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.