Təhsil
Nazirliyinin struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki
qurumların rəhbərləri aşağıda göstərilən xüsusi hallar haqqında dərhal
telefonla, sonradan isə yazılı formada Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə məlumat verilməsini təmin etsinlər:
- təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr;
- təhsil işçiləri tərəfindən cinayət hadisələrinin
törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına yol verilməsi və ya
təhsil müəssisəsində (onun ərazisində) törədilmiş cinayət hadisələri;
- hüquq-mühafizə orqanlarının təhsil
müəssisələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil
müəssisəsinə aid sənədlərin tələb olunması və ya götürülməsi;
- elektrik, istilik, su və qaz təchizatının
dayandırılması və digər hallar nəticəsində normal fəaliyyətin pozulması;
- şagird və tələbələrin kütləvi zəhərlənməsi,
epidemiya xarakteri alan xəstəliklər;
- təhsil müəssisəsinin ərazisində təhsilalanların
və təhsil işçilərinin xəsarət alması;
- təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına
cəhdlər;
- inzibati binaya, əsas vəsaitlərə, kitabxana
fonduna ziyan dəyməsi, dövlət nümunəli və sair əhəmiyyətli sənədlərin, möhür və
ştampların itirilməsi və ya oğurlanması;
- təhsil müəssisəsinin normal fəaliyyətinin
pozulmasına səbəb olmuş hər hansı digər hadisələr.
Xüsusi
hallar barədə məlumatlar Nazirliyin İnformasiya şöbəsinə (həftənin iş günləri
9:00-dan 18:00-dək Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti - 146
telefon nömrəsinə, qeyri-iş vaxtları isə (050) 3613298 və
ya (051) 7601270 telefon nömrələrinə) verilsin.Məlumatda hadisənin
baş vermə (törədilmə) yeri, vaxtı, nəticələri, əgər məlumdursa səbəbləri,
həmçinin həyata keçirilən təxirəsalınmaz tədbirlər qeyd edilsin.
0 коммент.:
Отправить комментарий