20.01.2015

                           “İRƏLİ” İctimai Birliyi“    Məktəb Parlamenti” layihəsinin   Əsasnaməsi



1.     Ümumi müddəalar :
1.1         Bu əsasnamə “İRƏLİ” İctimai Birliyinin təqdim etdiyi “Məktəb Parlamenti” layihəsini layiqincə icra etmək və layihə əsasında qurulacaq  “Məktəb-Şagird Parlamentinin“  təşkilati və hüquqi fəaliyyətinin əsas prinsiplərini tənzimləmək məqsədilə qəbul edilmişdir.
1.2         Əsasnaməyə əlavələr və dəyişikliklər yalnız “İRƏLİ” İctimai Birliyinin səlahiyyətli şəxsləri  tərəfindən edilə bilər.
2.     Məktəb-Şagird Parlamentinin yaradılmasının məqsədləri :
 2.1     Şagirdlərin fəal həyat tərzinə alışdırılması, onlarda liderlik keyfiyyətlərinin və idarəetmə mədəniyyətinin formalaşdırılması ;
2.2     Onların fəal vətəndaşlıq və qanunun aliliyi ruhunda istiqamətlənməsi;
2.3     Məktəbdə birbaşa şagirdlərin marağına toxunan və onların narahatlığına səbəb olan məsələləri parlament   qarşısında qaldırmaq və bu problemlərin həllinə nail olmaq;
2.4     Şagirdlərin məktəbin ictimai həyatında önəmli yer tutması üçün təşviq edilməsi.
3.     Məktəb Parlamentinin təşkili qaydası :
3.1         Məktəb parlamentində 23 şagird – deputat seçilərək fəaliyyət göstərir.
3.2         Məktəbdə mövcud olan 7-ci, 8-ci, 9-cu, 10-cu və 11-ci siniflərin hər birindən şagirdlər əvvəlcədən hazırlanmış ümumi dünyagörüşü testlərindən keçirlər. Yekun nəticə olaraq test mərhələsindən uğurla keçən şagirdlər parlamentə seçilir və fəaliyyətə başlayır.
3.3     Məktəb-Şagird Parlamentinin səlahiyyət müddəti ;
3.3.1  Məktəb-Şagird Parlamentinin hər çağırışının səlahiyyət müddəti 9 aydır.
3.3.2 Məktəb-Şagird Parlamentinin deputatlığından çıxan və yerinə yeni seçilən deputatın səlahiyyət  müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə eynilik təşkil edir.
1.4.           Deputatların statusu :
4.1.    Deputatların hüquqları ;
4.1.1   Hər bir deputat iclaslarda səs hüququna malikdir.
4.1.2   İclaslarda iştirak edən hər bir deputat təkliflər vermək hüququna malikdir.
4.1.3   Parlamentin spikeri məktəb şuralarında, pedoqoji şuralarda, direktoryanı müşavirələrdə, məktəbin təşkil etdiyi müxtəlif tədbirlərdə  və başqa təşkilati iclaslarda iştirak hüququna malikdir.
4.1.4   Məktəb-Şagird Parlamentinin deputatlarından başqa heç kəsin parlamenti təmsil etmək, parlamentin adından danışmaq hüququ yoxdur.
4.1.5   Deputatın Məktəb – Şagird Parlamentinin bütün iclaslarında həlledici səs hüququ vardır.

 4.2     Deputatların vəzifələri ;
4.2.1   Şagird hüquqlarının müdafiəsi və onların problemlərinin parlament iclaslarında qaldırılması;
4.2.2   Uşaq hüquqları ilə bağlı qəbul olunmuş yerli və beynəlxalq qanunvericilik aktlarını rəhbər tutaraq ədalətsizliyə və hüquq pozuntusuna qarşı mübarizə aparılması;
4.2.3    “İRƏLİ” İctimai Birliyi tərəfindən deputatların şəxsi inkişafları üçün təşkil etdiyi təlimlərdə iştirak edilməsi;
4.2.4   Məktəb-Şagird Parlamentinin reqlamentinə uyğun olaraq Məktəb-Şagird Parlamentinin iclaslarında və üzvü olduğu komissiyalarının iclaslarında iştirak edilməsi;
4.2.5   Parlamentin uğurlu fəaliyyəti naminə müvafiq zəmin yaratmaq və parlamentin fəaliyyətinə zidd ola biləcək hərəkətlərdən daşınmaq.
4.3     Deputatların səlahiyyətləri ;
4.3.1  Deputatın Məktəb-Şagird Parlamentinin orqanlarına seçmək və seçilmək səlahiyyəti vardır.
4.3.2 Məktəb-Şagird Parlamentinin sədrinin, sədr müavinlərinin, Məktəb-Şagird Parlamentinin komissiyaları sədrlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.
4.3.3 Məktəb-Şagird Parlamentinin deputatlarının səlahiyyətləri Məktəb-Şagird Parlamentinin yeni çağırışının ilk iclas günü bitir.
4.4    Deputatlıq fəaliyyətinin formaları ;
4.4.1 Məktəb-Şagird Parlamentinin iclaslarında iştirak edir;
4.4.2 Məktəb-Şagird Parlamentinin komissiyalarının işində iştirak edir;
4.4.3 Məktəb-Şagird Parlamentinin, parlamentin sədrinin, parlamentin komissiyalarının tapşırıqlarını
yerinə yetirir;
4.5     Məktəb Parlamentinin deputat etikası :
4.5.1 Deputat digərlərinin şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol    verməməli, başqalarını bu cür hərəkətlər etməyə çağırmamalı, Məktəb-Şagird Parlamentinin və komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.
1.    5.           Məktəb Parlamentinin strukturu :
Şagird parlamentinin strukturu parlamentin əsas hissəsini təşkil edir. Struktur vasitəsilə Parlamentin işləri qurulur, həmçinin parlamentin iş planı tərtib olunur.
5.1            PARLAMENTİN SƏDRİ(Spikeri) – Seçilmiş parlament deputatları gizli səsvermə yolu ilə parlamentin sədrini təyin edirlər. Sədr parlamentə sədrlik edir, müavinlər arasında iş bölgüsü aparır, iclaslar keçirir və ümumi fəaliyyət üçün məsuliyyət daşıyır.
5.2         SƏDR MÜAVİNLƏRİ (Vitse-spikerlər) – Sədr müavinləri sədrin köməkçisi funksiyasını yerinə yetirirlər. Vitse-spikerlər parlamentin rüblük iş planını hazırlayır, müzakirə edir və səsvermə yolu ilə onu təsdiq edir. Parlamentin iclasları zamanı nizam-intizam yaratmaq, komissiyaların fəaliyyətini kurasiya etmək sədr müavinlərinin funksiyalarına daxildir.
Vitse-spikerlər 2 (iki) yerə bölünür:
5.2.1        I  Vitse-spiker
5.2.2        II Vitse-spiker
5.3              Məktəb Parlamentinin komissiyaları :
5.3.1  Məktəb Patlamentində 5 (beş) daimi komissiya fəaliyyət göstərir. Hər bir komissiyada 4 (dörd) deputat iştirak edir. Onlardan biri komissiya sədrinin, digər 3 (üç) nəfər isə komissiya üzvlərinin səlahiyyətlərini icra edirlər.
5.4              Təhsil üzrə daimi komissiya :
5.4.1        Şagirdlərin təhsil müddətində olan problemləri ilə məşğul olmalıdır.
5.4.2        Təhsil, peşə hazırlığı, məktəb fənn olimpiyadalarının hazırlanması və keçirilməsi, ayrı–ayrı fənlər üzrə məktəb debatlarının təşkil olunması kimi işləri həyata keçirməlidir.
5.4.3        Məktəb-Şagird Parlamentinin sədrinin tapşırığı ilə təhsil sahələrinə aid məsələlərə dair rəy verməlidir.
5.4.4        Komissiyanın iş planını parlamentin müzakirəsinə tədim etməlidir.
5.5              Hərbi – vətənpərvərlik  və idman  üzrə daimi komissiya :
5.5.1        Hərbi oyunlarda fəal iştirak etməli;
5.5.2        İHH dərslərində şagirdlərin yüksək biliyə və hazırlığa nail olmalarını təmin etməli;
5.5.3        Məktəbdə hərbi və fikizi tərbiyə müəllimlərinin köməyi ilə siniflər arası oyunlar, yarışlar təşkil etməli;
5.5.4        Bakıda yerləşən hərbi hissələrə getməli və hərbiçilər üçün yaradılan şəraitlə tanış olmalı;
5.5.5        Komissiyanın iş planını parlamentin müzakirəsinə tədim etməlidir.
5.6      Mədəniyyət və turizm məsələləri üzrə daimi komissiya :
5.6.1   Azərbayacan mədəniyyətinin qədimliyini, bəşəriliyini öyrənməli və mədəniyyətimizi tərənnüm
           edəcək tədbirlər təşkil etməli;
5.6.2         Tətil günlərində parlamentin deputatları arasında müxtəlif turizm səfərləri hazırlamalı, gəzintilər      təşkil etməli;
5.6.3        Komissiyanın iş planını parlamentin müzakirəsinə tədim etməlidir.
5.7    Nəzarət Təftiş və intizam komissiyası :
5.7.1  Təşkilati işləri və aparılan digər işləri təftiş etməli;
5.7.2  Səsvermə gedişinə nəzarət etməli və nəticələr haqda məlumat verməli;
5.7.3  Parlamentdə nizam-intizam qaydalarının təmin olunmasına nail olmalı;
5.7.4 Ardıcıl olaraq 2 dəfə nizam-intizam qaydalarını pozan deputatların mandatları alınmalı və      səsvermə yolu ilə yerinə yeni deputat seçilməsinə nəzarət etməli;
5.7.5 Adı çəkilən komissiya parlamentin fəaliyyəti zamanı 4.2.5  4.5.1 bəndlərinin riayət olunmasına nəzarət etməli və deputatlar tərəfindən müvafiq bəndlərə zidd hərəkətlər qeydə alındıqda həmin deputatların mandatları alınmalı və səsvermə yolu ilə yerinə yeni deputat seçilməsinə nəzarət etməli;
5.7.5   Komissiyanın iş planını parlamentin müzakirəsinə tədim etməlidir.
5.8     Mətbuat xidməti və informasiya təminatı üzrə komissiya
5.8.1 Parlamentin fəaliyyətini  əks etdirəcək “PARLAMENT”  divar qəzetini yaratmalı və adı   çəkilən qəzet vasitəsi ilə Parlamentin işini işıqlandırmalı;
5.8.2  Tədbirlər zamanı KİV-ə məlumat verməli;
5.8.3  Parlamentin gündəlik fəaliyyətini internet vasitəsilə şagirdlərə çatdırmalı;
5.8.4  Komitələrin informasiya texnologiyalarına aid işlərinə yardım etməli;
5.8.6    Məktəb parlamentinin sosial şəbəkələrdə qrupunu, bloqunu yaratmalı və idarə  etməli;
5.8.6  İnformasiya texnologiyaları sahəsində təlim və tədbirlər təşkil etməli;
5.8.7  Komissiyanın iş planını parlamentin müzakirəsinə tədim etməlidir.
1.    6.      Məktəb Parlamentinin Reqlamenti :

6.1  Reqlament Məktəb Parlamentinin fəaliyyətini tənzimləyən qayda-qanundur.
6.2  Şagir parlamentinin sədri üç ayda bir dəfə hesabat  – məruzə ilə çıxış edir.
6.3 Parlament komissiyalarının iclasları hər həftə bir dəfə aparılır və komissiya sədri görülən işlər barədə hesabat verir və görülən işlər komissiya üzvləri tərəfindən qitmətləndirilir. Aparılacaq işlərin planı təsdiq edilir.
6.4    Məktəb Parlamenti şagirdlərə aid olan müxtəlif məsələlər üzrə müzakirələr aparır və qərarlar qəbul edir.
6.5    Müxtəlif sənədlərin qəbul edilməsi parlamentarilər arasındakı səsvermə yolu ilə həyata keçirilir. Parlamentin qərarları  açıq səsvermə yolu ilə qəbul edilir.
6.6    Parlamentin hər bir üzvü yalnız bir səsə malikdir.
6.7    Parlamentin üzvlərinin təklifi ilə iclasın sədri reqlamentin müddətini dəyişə bilər.
6.8     Məktəb Parlamentinin iclaslarında :
Þ    Məruzəçi – 10dəq;
Þ    Əlavə məruzəçi üçün – 5dəq;
Þ    Məsələnin müzakirəsindən çıxışlar üçün – 5dəq;
Þ    Müxtəlif sənəd layihələrinin müzakirəsi üçün – 5dəq;
Þ    Arayış, müraciət və açıqlama vermək üçün – 3dəq. müddətində çıxışlar edilməlidir.
6.9         Məktəb Parlamentinin üzvləri :
Þ    İclasın keçirilməsi barədə nəzarət təftiş və intizam komissiyasının məsul üzvü tərəfindənəvvəlcədən məlumatlandırılır;
Þ    Nəzarət təftiş və intizam komissiyasının məsul üzvü növbəti iclasların gündəliyini açıqlayır;
Þ    Nəzarət təftiş və intizam komissiyasının məsul üzvü parlamentdə gedən sənədləşmə işlərini yerinə yetirir;
Þ    Gündəlikdə duran məsələlərlə tanış olur;
Þ    Lazımı arayış və məlumatlar əldə edirlər;
Þ    Xəstələnmə və digər üzrlü səbəblər istisna olmaqla parlamentin bütün iclaslarında iştirak etməli;
Þ    Parlamentin sədrinin müəyyən etdiyi iş bölgüsü əsasında səmərəli fəaliyyət göstərməli;
Þ    İclasa çıxarılan məsələlərlə bağlı məruzələrin müzakirəsində iştirak etməli;
Þ    Etik normalara, mədəni davranış qaydaalarına riayət etməlidirlər.
6.10       İclas zamanı parlament üzvünün etik normalara riayət etməməsi, iclas pozmağa cəhd göstərməsi etiraz əlaməti olaraq iclas zalını tərk etməsi yolverilməzdir. Belə hallar qanun pozuntusu kimi qiymətləndirilir.
6.11       Məktəb Parlamentində səsverməyə qoyulan məsələlərin nəticələri sədr tərəfindən elan edilir və iclas protokoluna salınır.
6.12       Şagird Parlamentinin qərarları və protokolları sədr və müavinlərin imzaları ilə təsdiqlənir.



0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.