20.01.2015

Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi qaydası
Arayış ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun verilir.
Arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır. Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qoruyucu nişanı olan xüsusi kağızda çap etdirilir və ümumi təhsil müəssisələrinə onların müraciəti əsasında verilir.Arayış blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində ciddi hesabat sənədi kimi saxlanılır.
Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ümumi təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.
Arayışların verilməsi üçün ümumi təhsil müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:
- qeydiyyat nömrəsi;
- arayış verilən şagirdin soyadı, adı, atasının adı;
- arayışın seriyası və nömrəsi;
- arayışın verilmə tarixi;
- arayışı alan şəxsin imzası.

Arayışlar əlyazma və ya elektron formada qara şriftlə doldurulur.




0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.