Ümumi təhsil müəssisəsinin idarəolunması. Xüsusi-1.
Ümum təhsil müəssisəsinin tədris-pedoqoji yönümlü
idarəolunması üzrə tənzimləyici və normativ-hüquqi qaydalar; Ümumi təhsil müəssisəsinin
nizamnaməsi; Müəllimlərin Etik Davranış Qaydaları; Uşaqların (şagirdlərin)
ümumi təhsil müəsisələrinə qəbulu və yerdəyişməsi. Qaydaları; Fərdi təhsilin təşkil
haqında Qaydalar.
Ümum təhsil müəssisəsinin tədris-pedoqoji yönümlü
idarəolunması üzrə tənzimləyici və normativ-hüquqi qaydalar ümum təhsil müəssisələrində
təhsil prosesinin dövlətin müəyyən etdiyi standartlara və qaydalara uyğun təşkil
olunmasını müəyyən edir. Tədris-pedoqoji yönümlü tənzimləyici qaydalar əsasən
aşağıdakı qanunlarda və digər normativ hüquqi aktlarda öz əksini tapmışdır.
·
Azərbaycan
Respublikasının Təhsil haqqında Qanunu;
·
“Ümumtəhsil məktəbinin
Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 13
yanvar 2011-ci il tarixli qərarı;
·
Sağlamlıq imkanları
məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2002-ci il tarixli
qərarı;
·
“Təhsil haqqında dövlət
sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi
haqqında Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli qərarı;
·
Formal təhsilin təşkili
qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6
avqust tarixli 147 nömrəli qərarı;
·
“Ümumi təhsilin təhsil
səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın
təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 22 iyun 2010-cu il tarixli
qərarı;
·
“Ümumi təhsili xüsusi
nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma
Qaydası ”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il
tarixli qərarı;
·
Stasionar şəraitdə
təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 29
may 2002-ci il tarixli qərarı;
·
Müxtəlif səbəblərdən
təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın
verilməsi qaydası haqqında Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli
qərarı;
·
Evdə təhsil almaq hüququ
verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq
edilməsi barədə Nazirlər Kabinetinin 10 ay 2002-ci il tarixli qərarı;
·
“Ümumi təhsili həyata
keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların
biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin
müvəqqətiqaydaları”nın təsdiq edilməsi haqqında TQDK-nin 10 may 2012-ci il
tarixli qərarı;
·
Uşaqların (şagirdlərin)
ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları haqqınd 20 iyun
2014-cü il tarixli Təhsil Nazirinin əmri;
·
Təhsil Nazirinin 05 mart
2009-cu il tarixli əmri ilə təsdiq edilmiş Sinif rəhbəri haqqında əsasnamə;
·
Təhsil Nazirinin əmri ilə
təsdiq edilmiş "Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında
Əsasnamə";
·
Ümumtəhsil məktəblərində,
peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə
keçirilməsi haqqında Təhsil Nazirinin 11 fevral 2009-cu il tarixli əmri;
·
Fərdi Təhsilin təşkilli qaydaları
haqqında Təhsil Nazirinin 29 may 2014-cü
il tarixli əmri;
·
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 16 may 2014-cü il
tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş Müəllimlərin Etik Davranış
Qaydaları.
·
Ümumi təhsil pilləsində
təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi;
·
Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa
vurmayan şəxslərə arayışın verilməsi qaydası
Azərbaycan Respublikasında ümumtəhsil prosesində
tədris-pedoqoji yönümlü idarəetmənin ümumi qaydaları Təhsil haqqında Qanunla
müəyyən edilir. Təhsil haqqında qanunda bu sahədə əsas ümumi qaydalar öz əksini
tapmışdır.
Təhsil haqqında Qanununa
əsasən
Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:[1]
-
əyani;
-
qiyabi;
-
distant (məsafədən);
-
sərbəst (eksternat).
-
Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma
formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.
Zəruri
hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma fоrmaları da tətbiq edilə bilər.
Ümumtəhsil haqqında
Ümumi
təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik,
bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə
hazırlanmasını təmin edir.[2]
Ümumi
təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə
yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan
vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət
hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq
və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır. [3]
Azərbaycan
Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi оrta təhsil və tam оrta təhsildən
ibarətdir.
Ümumi
təhsil aşağıdakı müəssisələrdə həyata keçirilə bilər:
-
ümumtəhsil məktəblərində;
-
xüsusi təmayüllü təhsil müəssisələrində;
-
gimnaziyalarda, liseylərdə;
-
ilk peşə-iхtisas və оrta ixtisas təhsili
müəssisələrində;
-
ali təhsil müəssisələrinin tabeliyində yaradılan
məktəblərdə.
Ümumi
təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və müхtəlif
yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil
proqramları tətbiq olunur.[4]
Ümumtəhsil
aşağıdakı səviyyələrdə aparılır:
•
İbtidai təhsil;
•
orta təhsil;
•
tam orta təhsil.
İbtidai
təhsil
İbtidai təhsilin məqsədi
təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan,
cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri,
estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir.
Azərbaycan
Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya
uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi
istedadlı uşaqları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada
daha erkən yaşda qəbul edə bilər.[5]
Ümumi
orta təhsil
Ümumi оrta təhsilin məqsədi
təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak
fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan
fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik
və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya
vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz
gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən
ibarətdir.
Azərbaycan
Respublikasında ümumi orta təhsil icbaridir.[6]Ümumi
оrta təhsil səviyyəsində yekun
qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət
sənədi verilir. Ümumi оrta təhsil haqqında sənəd təhsilin
növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır.
Tam orta
təhsil
Tam оrta təhsil
səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması,
müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli
və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və
tоlerantlığın fоrmalaşdırılması, müasir informasiya-kommunikasiya teхnоlоgiyalarından
və digər teхniki vasitələrdən sərbəst istifadə
etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, хarici dillərdən birində, yaхud bir
neçəsində ünsiyyət saхlaması və s. təmin оlunur.
Tam оrta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil prоqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil
müəssisələrində tam оrta təhsil pulsuzdur.Tam оrta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, teхniki, təbiət və digər) təmin оlunur.[7]
Tam оrta təhsil umumi təhsilin sonuncu səviyyəsini təşkil edir və bu
səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət
attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara
müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir.[8]Tam
оrta təhsil haqqında sənəd təhsilin
növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
Tam оrta təhsil ümumi təhsilin hər üç səviyyəsini
əhatə edən təhsil prоqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət
təhsil müəssisələrində tam оrta təhsil pulsuzdur.
Ümumtəhsil müəssisəsinin
fəaliyyətinin nizamnamə ilə tənzimlənən əsasları
Ümumtəhsil məktəbinin fəaliyyətinin əsasları daha dəqiq
və ətraflı formada Ümumtəhsil müəssisəsinin nümunəvi nizamnaməsində öz əksini
tapmışdır. Burada ümumtəhsil müəssisəsinin tədris-pedoqoji, maliyyə-təsərrufat
prosesləri, o cümlədən təhsil prosesində iştirak edən şəxslərin hüquq və vəzifələrini
müəyyən edən qaydalar müəyyən olunur.
Ümumtəhsil müəssisəsinin nizamanməsinə əsasən
(maddə 3.1) ümumtəhsil məktəbi dövlətin tələbinə görə cinsindən, irqindən,
dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı
olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanını təmin edir. Ümumtəhsil
məktəbində təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji
ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına
xidmət edir. (maddə 3.2)
Ümumtəhsil məktəbinin vəzifəsi
təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri
nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini,
yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli,
vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil
həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən
ibarətdir.
İbtidai
təhsil
İbtidai təhsil səviyyəsində
şagirdlərə oxu, yazı, hesablama, ünsiyyət bacarıqları aşılanır, onlarda insan,
cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət
bacarıqları və məntiqi təfəkkür elementləri, estetik zövq, sadə tətbiqi bacarıq
və vərdişlər formalaşdırılır. (Maddə 3.4)
Ümumi
orta təhsil
Ümumi orta təhsil şagirdlərin
yazılı və şifahi nitq inkişafının, idrak fəaliyyətinin gücləndirilməsini,
ölkənin tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, sosial-iqtisadi
infrastrukturu, dünya dövlətləri arasında mövqeyi barədə təsəvvürlərinin
genişləndirilməsini, onlarda informativ-kommunikativ, təhlil və tətbiq, problem
həlli, əməkdaşlıq, müstəqil təhsillənmək, xarici dildə ünsiyyət qurmaq
bacarıqlarının, tolerantlıq, milli-mənəvi dəyərlərə sadiqlik və digər bu kimi
keyfiyyətlərin formalaşdırılmasını təmin edir.
Tam orta
təhsil
Tam orta təhsil səviyyəsində
meyil və maraqları nəzərə alınmaqla, şagirdlərin istedad və qabiliyyətinin
reallaşdırılması üçün lazımi şərait yaradılır, onlarda ünsiyyət mədəniyyəti,
təşkilatçılıq, tədqiqatçılıq, birgə fəaliyyət bacarıqları, obrazlı və tənqidi
təfəkkür formalaşdırılır, informasiya-kommunikasiya texnologiyalarından sərbəst
istifadə etmələri, xarici dillərdən birində (yaxud bir neçəsində) ünsiyyət
saxlamaları təmin olunur.(3.6)
Ümumtəhsil məktəbi dövlət təhsil
proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi üzrə təşkilati-pedaqoji və
metodik tədbirlərin həyata keçirilməsində müstəqildir.
Ümumtəhsil
məktəbində, bir qayda olaraq, əyani təhsilalma forması tətbiq olunur. Müxtəlif
səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərə, habelə hər hansı bir
sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlərə ümumtəhsil məktəblərində
müəyyən olunmuş qaydalar daxilində həmin sahə üzrə fərdi təhsil təyin edilə
bilər.
"Evdə təhsil almaq hüququ
verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il
10 may tarixli 77 nömrəli qərarına uyğun olaraq, səhhətinə görə bilavasitə ümumtəhsil
məktəbində təhsil ala bilməyən şagirdlər üçün xüsusi tədris planı əsasında
"Evdə təhsil" forması tətbiq edilir.
Ümumtəhsil məktəbinin bu və ya
digər səbəbdən təhsildən kənarda qalan şagirdləri müəyyən edilmiş qaydalara
əsasən ümumi orta və tam orta təhsil proqramları (kurikulumları) üzrə sərbəst
hazırlaşıb eksternat qaydasında buraxılış imtahanı verərək, təhsil sənədi almaq
hüququna malikdirlər.
Formal
təhsilin təşkili qaydaları haqqında
Formal təhsilin təşkili qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin2010-cu
il 6 avqust tarixli 147 nömrəliqərarı tənzimlənir.
Həmin
qaydalar formal təhsilin təşkili məsələlərini tənzimləyir. Qaydalara görə formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə
başa çatan təhsil formasıdır. Ümumi
təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil,
yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil
sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.
Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani,
qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları
vasitəsilə həyata keçirilir. Təhsil pillələri və səviyyələrində təhsilalma
formalarının tətbiqi aşağıdakı kimi müəyyən edilir:
Ümumi təhsil pilləsi üzrə:
-
ibtidai təhsil səviyyəsində - əyani;
-
ümumi orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);
-
tam orta təhsil səviyyəsində - əyani, sərbəst (eksternat);
Ümumi təhsil pilləsində qanunvericiliyə uyğun
təşkil edilən şagirdlərin evdə təhsili və fərdi təhsili də formal təhsil hesab
edilir. Evdə təhsil, fərdi təhsil və sağlamlıq imkanları məhdud uşaqların ümumi
təhsili yalnız əyani formada təşkil olunur.
Formal
təhsil ümumi, ilk peşə-ixtisas, orta ixtisas, ali və əlavə təhsil
müəssisələrində həyata keçirilir.
Formal
təhsil Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən
müvafiq dövlət təhsil standartlarına uyğun hazırlanmış təhsil proqramları
(kurikulumları) əsasında təşkil olunur. Formal təhsilin təhsilalma formaları
üzrə müddəti təhsil proqramları (kurikulumları) ilə müəyyən edilir. Sərbəst
(eksternat) təhsilalma forması üçün təhsil proqramı (kurikulumu)
müvafiq təhsil səviyyəsi üzrə əyani təhsilalma formasının təhsil proqramı
(kurikulumu) hesab olunur.
Evdə təhsilin təşkili
qaydaları haqqında
"Sağlamlıq
imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında"
Azərbaycan Respublikası Qanununun 1.0.14 maddəsinə əsasən, evdə təhsil -
sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan
şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil
proqramlarını evdə mənimsəməsidir.
Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq
təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim
etdiyi sənədlə əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların
qərarı ilə qəbul olunurlar.
Evdə fərdi təhsilə ümumtəhsil məktəblərinə) cari
ilin I sentyabrınadək 6 yaşı tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən
qüsurlu) 7 yaşı tamam olan səlahiyyətinə görə ümumtəhsil məktəblərində oxuya
bilməyən uşaqlar cəlb olunur.
Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə
aşağıda adları qeyd olunan sənədlərə əsasən qəbul olunurlar:
- məktəb
direktorunun adına ərizə;
- doğum
haqqında şəhadətnamənin surəti;
- müvəffəqiyyət
cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
- şagirdlərin
şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
- yaşayış
yerindən arayış;
- psixoloji-tibbi-pedaqoji
komissiyanın göndərişi.
Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə
və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili
həmin məktəbə həvalə olunur.
Azərbaycan Respublikasının Təhsil Qanununa uyğun
olaraq evdə təhsil üç pillədən ibarətdir:
ibtidai (I-IV siniflər);
əsas (V-IX siniflər);
orta (X-XI siniflər).
Şagirdlərin evdə təhsilə qəbulu il boyu
aparılır.Dərs ili müddətində tətillər "Azərbaycan Respublikası ümumtəhsil
məktəbinin nümunəvi Əsasnaməsi" əsasında verilir.
Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45,
xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.Gündəlik dərslərin miqdarı
I pillədə 2, II və III pillədə 3 saatdan artıq ola bilməz.Fərdi təlim planları
hazırlanarkən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir.
II pilləni müvəffəqiyyətlə başa vuran şagirdlərə
əsas məktəbi bitirmək barədə şəhadətnamə, III pillənin məzunlarına orta təhsil
haqqında attestat verilir.
Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli
oxuduğu məktəbin sinif rəhbəri tərəfindən valideyn və müəllimlərlə
razılaşdırılaraq direktor tərəfindən təsdiq olunur.Evdə fərdi məşğul olan
şagirdlər ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin inkişaf xüsusiyyətinə
müvafiq) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı
əsasında təhsil alırlar.
Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə
sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki
işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə
direktor məsuliyyət daşıyır.
Evdə təhsil alan şagirdlərin biliyi ardıcıl olaraq
rüblər üzrə sinif jurnalında qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi,
məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır.Evdə fərdi təhsilə cəlb olunan uşaqlar
buraxılış və sinifdən-sinfə keçirilmə imtahanlarından psixoloji-tibbi-pedaqoji
komissiyanın qərarı ilə azad oluna bilərlər.
Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri,
gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı
qiymətlər öz əksini tapır.
Müəllimin əmək haqqı tabelik qaydasında, rayon
(şəhər) təhsil şöbələri tərəfindən yerinə yetirilən proqram materialları
əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf
xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə
üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır.
Evdə
fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin
seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan
uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.
Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii
ədəbiyyatla təmin olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə
müəyyən peşə öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların
hərtərəfli inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar. Məktəb rəhbərləri hər
il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və
yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını
psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər.
Fərdi təhsilin təşkili
qaydaları haqqında
“Fərdi təhsiln təşkil haqında Qaydalar” (bundan
sonra – Qaydalar) “Təhsil haqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci
madəsinə və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 3.8-ci bəndinə
uyğun olaraq hazırlanmışdır.
Ümumtəhsil məktəbində, bir qayda olaraq, əyani təhsilalma
forması tətbiq olunur. Müxtəlif səbəblərdən
uzun müddət təhsildən kənarda qalmış şəxslərə, habelə hər hansı bir sahə üzrə xüsusi istedadı
ilə fərqlənən şagirdlərə ümumtəhsil məktəblərində müəyyən olunmuş
qaydalar daxilində həmin sahə üzrə fərdi təhsil təyin edilə bilər.
Bu Qaydalar müxtəlif səbəblərdən uzun müdət təhsildən
kənarda qalmış şəxslər (bundan sonra – təhsildən kənarda qalmış şəxslər), eləcə
də ümumi təhsil müəsisələrində hər hansı sahə üzrə xüsusi stedadı ilə fərqlənən
təhsilalanlar (bundan sonra – xüsusi istedadlı təhsilalanlar) üçün təyin
edilmiş fərdi təhsiln təşkilni tənzimləyir.
Fərdi təhsil dərs ilnin əvəlindən başlayaraq həyata
keçirilir.Təhsildən kənarda qalmış şəxslərin fərdi təhsil Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş nümunəvi tədris
planları əsasında aparılr. Tədris planında nəzərdə tutulan fənlər üzrə
proqramlar müəyən edilmiş satlara uyğunlaşdırlır. Xüsusi istedadlı təhsilalanlar
üçün fərdi təhsil proqramları Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsil
idarəetmə orqanları tərəfindən hazırlanıb təsdiq olunur.
Uzun müdət əhsildən kənarda qalmış şəxslər üçün fərdi
təhsilə aşağıdakı kateqoriyadan olanlar cəlb edilirlər:
- ümumi təhsilə
ümumiyətlə cəlb olunmayanlar;
- ibtidai təhsil
səviyəsini bitrdikdən sonra təhsildən kənarda qalanlar;
- ibtidai təhsil
səviyəsinin IV, ümumi orta təhsil səviyəsinin IX sinifləri istisna edilməklə,
bu səviyələr üzrə digər hər hansı bir sinfi bitrdikdən sonra təhsildən kənarda
qalanlar.
İbtidai təhsil üzrə fərdi təhsilə cəlb olunanların
sonrakı mərhələdə ümumi orta təhsil almaları onların arzu və istəklərinə uyğun
həyata keçirlir. İbtidai təhsil səviyəsində
fərdi təhsilə 15, ümumi orta təhsil səviyəsində isə 25 yaşadək olan şəxslər cəlb
olunurlar.
Fərdi təhsil
almaq istəyən şəxslər (onların valideynləri və ya digər qanuni nümayəndələri) hər
il iyul-avqust aylarında yaşayış yeri üzrə təhsil şöbəsinə (idarəsinə) təhsildən kənarda qalmasının səbəbi və hansı
sinifdə təhsil alması göstərilməklə aşağıdakı sənədlər əlavə olunmuş ərizə ilə
müraciət edirlər:
- doğum
haqında şəhadətnamənin surəti;
- yaşayış
yerindən arayış;
- 2 ədəd 3x4 ölçüdə fotoşəkil.
Fərdi təhsil almaq barədə müraciət edən şəxsin ərizəsi
təhsil şöbəsində (idarəsində) qeydə alınır və onun fərdi təhsilə cəlbi barədə
yaşadığı ərazidəki məktəbin direktoruna rəsmi məktub ünvanlanır. Ərizəçinin
qeyd etdiyi sinif üzrə fərdi təhsilə cəlbi məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.
Müvafiq sinif
üzrə fərdi təhsil proqramlarını mənimsəyən şəxs (şəxslər) pedaqoji şuranın qərarı
əsasında növbəti sinifdə təhsilərini davam etdirlər.
Proqram
materialarını mənimsəyə bilməyən, eləcə də dərs məşğələlərinə müntəzəm davam
etməyən şəxslərin fərdi təhsilnə müəlimin (müəlimlərin) əsaslandırlmış təqdimatı
əsasında pedaqoji şuranın qərarı ilə xitam verilr və bu barədə təhsil şöbəsinə
(idarəsinə) məlumat təqdim olunur.
Fərdi təhsilə cəlb edilmiş şəxslərin təlim nailyətləri
jurnalda müvafiq qaydada qiymətləndirlir. Fərdi təhsil alan şəxslərə ibtidai təhsil,
yaxud hər hansı bir sinfi bitrmələri barədə məktəb tərəfindən arayış verilr.
Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyəsinin
VII sinfini bitrmiş şəxslər, arzu etdikləri halda, müstəqil hazırlaşaraq
eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.
Ümumi təhsil müəsisələrində hər hansı sahə üzrə
xüsusi stedadı ilə fərqlənən təhsilalanlar üçün fərdi təhsilin təşkili
Xüsusi stedadlı təhsilalanlar üçün fərdi təhsil
texniki, təbiət və humanitar fənlər üzrə xüsusi bilk və bacarıq nümayiş etdirən,
çevik təfəkürü, müstəqil öyrənmək və qeyri-standart düşünmək qabilyəti,
dünyagörüşünün genişliyi lə fərqlənən şagirdlər üçün həmin fən (fənlər) üzrə təşkil
edilr.
Bu istiqamət
üzrə fərdi təhsil V-IX sinif şagirdlərinə tətbiq olunur.
İstedadlı
şagirdlərin fərdi təhsilə cəlbi məsələsinə bu və ya digər fən müəliminin təqdimatı
əsasında məktəbin pedaqoji şurasında baxılb müvafiq qərar qəbul edilir.Eyni
stiqamət üzrə istedadlı şagirdlərin fərdi təhsil 3 nəfərdən çox olmamaq şərti lə
qrup halında da təşkil edilə bilər.
Zəruri ehtiyac yarandığı halarda digər müəsisələrdə
çalışan müvafiq mütəxəsislərin istedadlı şagirdlərlə fərdi dərs məşğələləri
aparmalarına icazə verilr. Onların əməkhaqı sathesabı ödəniş qaydasında ödənilr.
İstedadlı şagirdlərlə fərdi dərslər (məşğələlər)
aparan müəlimlər 3 aydan bir onların irəliəyişləri, inkişaf perspektivləri barəsində
məktəbin rəhbərliyinə yazılı hesabat hazırlayır, məktəb rəhbərliyinin rəyindən
asıl olaraq, pedaqoji şuraya məlumat verilər. İstedadlı şagirdlərlə aparılan fərdi təhsiln nəticələrini
araşdırmaq üçün məktəb rəhbərliyi tərəfindən monitorinq keçirlir, onun
yekunları pedaqoji şurada müzakirə olunub müvafiq qərar qəbul edilr.
Azərbaycan Respublikası təhsil nazirinin 16 iyul 2014-cü
il tarixli, 819 nömrəli əmri ilə təsdiq edilmişdir Tədris planına dair qeydlər
Bu tədris planı Azərbaycan Respublikası təhsil
nazirnin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri lə təsdiq edilmiş “Fərdi təhsiln
təşkil haqında Qaydalar”a uyğun olaraq, uzun müdət təhsildən kənarda qalmış şəxslərin
təhsilinin təşkilni tənzimləyir.
Tədris planına daxil edilən fənlər üzrə proqramlar
nəzərdə tutulan həftəlik dərs satlarının miqdarına uyğun olaraq, ən zəruri bilik
və bacarıqların mənimsədilməsi təmin edilməklə müvafiq ümumi təhsil proqramları
əsasında aidiyəti fən müəlimlərinin iştirakı ilə təhsil şöbəsinin (idarəsinin)
metodkabineti tərəfindən hazırlanıb təsdiq olunur.
Tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil
edilr. Dərs məşğələlərinin müdəti 45 dəqiqədir. Dərs satı həftədə 0,5 sat olan
fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşır tədris olunur. Fərdi təhsilə cəlb
olunmuş şəxslər dərs il ərzində müəyən edilmiş tətilərə ümumtəhsil məktəb
şagirdləri lə eyni vaxtda buraxılrlar.
İnteqrasiya təlimli təhsil
müəssisələrində təhsilin təşkili qaydaları
İnteqrasiya
təlimli təhsil "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili
(xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul
tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə) Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin "İnteqrasiya təlimli təhsil
müəssisələrində təhsilin təşkili Qaydaları" haqqında qərarı ilə
tənzimlənir.
Qaydalara əsasən təhsil müəssisəsində psixoloji -
pedaqoji və tibbi göstəricilərə (əks göstəricilərə) uyğun təhsil almaq üçün
lazımi xüsusi şərait varsa, həmin müəssisədə sağlamlıq imkanları məhdud şəxslər
üçün inteqrasiyalı təhsil təşkil edilir. Azərbaycan Respublikasında inteqrasiyalı
təlimin inkişafı dövlət tərəfindən təmin edilir.
İnteqrasiya
təlimli təhsil müəssisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin
birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəssisəsidir.
Təhsil müəssisəsinin rəhbərliyi sağlamlıq imkanları
məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidməti təşkil edir.
İnteqrasiya təlimli təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərin
sayı ümumi kontingentin 20 faizindən çox ola bilməz.
Kar, kor, görmə qabiliyyəti 40 faizdən az olan
uşaqların təhsili sağlam uşaqlarla birlikdə təşkil edilə bilməz.
İnteqrasiya təlimli təhsil müəssisəsi sağlamlıq
imkanları məhdud şəxslərdə fiziki və ya psixi çatışmazlıqlarına görə təlim və
ya peşə təhsili yaxud konkret bir peşə (ixtisas) üzrə məhdudiyyət barədə əks
göstərici yoxdursa, onların qəbuluna etiraz edə bilməz.
İnteqrasiya təlimli təhsil müəssisələrində tədris
proqramlarını uğurla mənimsəyən şəxslər psixoloji-tibbi-pedaqoji komissiyaların
qərarı ilə adekvat təhsil müəssisələrinə köçürülə bilərlər.
Xüsusi təhsil siniflərində şagirdlərin orta sıxlığı
8 - 10 nəfər miqdarında müəyyən edilir. 8 nəfərdən az şagirdi olan xüsusi
təhsil sinifləri komplektləşdirilir. Komplektləşdirilmiş siniflərdə şagirdlərin
maksimum sayı 14 nəfər götürülür.Loqopedik xidmət loqoped müəllim tərəfindən
həyata keçirilir.
Sağlamlıq imkanları məhdud şəxslərin birtipli
xüsusi təhsil müəssisələrindən başqa tipli xüsusi təhsil müəssisələrinə,
inteqrasiya təlimli təhsil müəssisələrinə köçürülməsi psixoloji-tibbi-pedaqoji
komissiyanın qərarı ilə və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya
qanuni nümayəndələrinin razılığına əsasən həyata keçirilir.Sağlamlıq imkanları
məhdud şəxslərin inteqrasiya təlimli təhsil müəssisələrinə qəbulu
qanunvericiliklə müəyyən edilmiş qaydada psixoloji-tibbi-pedaqoji komissiyanın
qərarına əsasən həyata keçirilir.
Xüsusi təhsil siniflərində pedaqoji və tibbi
fəaliyyətə qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər
buraxılır.
Stasionar
şəraitdə təhsilin təşkili Qaydaları
Stasionar şəraitdə təhsilin təşkili Qaydaları
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq
stasionar müalicədə olan sağlamlıq imkanları məhdud şəxslərin ümum-təhsil
tədris proqramlarına uyğun təhsili ilə əlaqədar məsələləri tənzimləyir.
Sağlamlıq
imkanları məhdud şəxslər stasionar tibb müəssisələrində uzunmüddətli (21 gündən
artıq) stasionar müalicədə olarkən, Təhsil Nazirliyi psixoloji-tibbi-pedaqoji
komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun
təhsil almalarını təşkil edir.
Stasionar
tibb müəssisəsində təlim-tərbiyənin təşkili və ona rəhbərlik stasionar tibb
müəssisəsinin yaxınlığında yerləşən ümumtəhsil məktəbi tərəfindən həyata
keçirilir.
Stasionar tibb müəssisəsində pedaqoji fəaliyyətə
qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər buraxılırlar. (bu barədə ətraflı əmək hüquqları dərsində
bəhs olunacaq)
Ümumi metodik rəhbərlik və stasionar tibb müəssisəsində
sağlamlıq imkanları məhdud şəxslərlə keçirilən dərslərə nəzarət yerli təhsil
orqanları tərəfindən həyata keçirilir.Sağlamlıq imkanları məhdud şəxslərin
təlimi ümumtəhsil məktəbinin sadələşdirilmiş proqramı əsasında təsdiq edilmiş
xüsusi tədris planı üzrə aparılır.Sağlamlıq imkanları məhdud şəxslərlə təlim
işi qrup və ya fərdi formada aparılır. Qrupla məşğələ eyni sinifdən olan 4-15
nəfər sağlamlıq imkanları məhdud şəxs olduqda aparılır.
Müalicə aparılan şöbədə 4-dən 15-ə qədər I-IV sinif
şagirdləri olarsa, sinif-komplekt təşkil edilir.V-XI sinif şagirdləri üçün
qrupla məşğələ iki sinifin birləşdirilməsi yolu ilə aparılır (V- VI, VI-VII,
VII-VIII, VIII-IX, IX-X, X-XI).
Stasionar müalicədə olan sağlamlıq imkanları məhdud
şəxslərlə məşğələlərin başlanılması vaxtını və təlimin təşkili formasını
xəstənin səhhətindən asılı olaraq baş həkim müalicə həkiminin təklifi əsasında
müəyyən edir. Bu barədə xəstəlik tarixində qeyd aparılır.Müəllimlər
təlim-tərbiyə işini sağlamlıq imkanları məhdud şəxslərin vəziyyətini nəzərə
alaraq baş həkimlə razılaşdırılmış cədvəl üzrə qurur. Hər bir sağlamlıq
imkanları məhdud şəxsin gündəlik dərs yükü I-IV siniflərdə 2, V-IX siniflərdə
3, X-XI siniflərdə 3,5 saatı aşmamalıdır.
Stasionar tibb müəssisəsinin baş həkimi tədris
işinin təşkili üçün lazımi şərait yaradır və məşğələlərin vaxtını təyin
edir.Stasionar tibb müəssisələrində müalicə alan sağlamlıq imkanları məhdud
şəxslərlə aparılan həftəlik məşğələlərə ayrılan saatların miqdarı aşağıdakı
kimidir:
Siniflər
|
Fərdi məşğələlər (saat)
|
Qrup məşğələləri (saat)
|
I-III
|
3
|
12
|
IV
|
4
|
12
|
V
|
4
|
18
|
VI-VII
|
5
|
18
|
VIII
|
5
|
18
|
IX
|
6
|
18
|
X-XI
|
6
|
21
|
Stasionar tibb müəssisələrində sağlamlıq imkanları
məhdud şəxslər onların gündəliyinə və təhsil aldıqları məktəbin arayışına
əsasən müvafiq sinif proqramlarına uyğun dərslərə cəlb edilirlər.
Sağlamlıq imkanları məhdud şəxslərlə aparılan
məşğələlərin qeydiyyatı üçün sinif jurnalı ayrılır. Bu jurnalda dərsi aparan
müəllim stasionar tibb müəssisəsinə daxil olmuş sağlamlıq imkanları məhdud
şəxslər haqqında məlumatları qeyd edir: soyadı, adı, atasının adı, doğulduğu
il, məktəbin nömrəsi, sinifi, stasionar tibb müəssisəsinə daxil olduğu tarix,
məşğələlərin başlanması və qurtarması, aparılan saatların miqdarı.Sağlamlıq
imkanları məhdud şəxslərin biliyinin qiymətləndirilməsi və keçilmiş mövzular
sinif jurnalında qeyd edilir.
Stasionar tibb müəssisəsindən evə yazılandan sonra
sağlamlıq imkanları məhdud şəxslərin haqqında yuxarıda göstərilən məlumatlar bu
müəssisənin təlim-tərbiyə işini bilavasitə təşkil edən ümumtəhsil məktəbinə
göndərilir.Sağlamlıq imkanları məhdud şəxslər stasionar tibb müəssisəsində dərs
ləvazimatları ilə tam dövlət təminatındadırlar.
Stasionar tibb müəssisəsindən evə yazılarkən
sağlamlıq imkanları məhdud şəxslərə hər bir fənn üzrə cari və rüblük qiymətlər
olan arayış verilir. Bu arayış stasionar tibb müəssisəsində təlim-tərbiyə işini
təşkil edən ümumtəhsil məktəbinin direktorunun və baş həkimin imzaları və
möhürləri ilə təsdiq edilir.Stasionar tibb müəssisəsində təhsil alan sağlamlıq
imkanları məhdud şəxslərdən ibarət kontingentin qeydiyyatı onların stasionar
tibb müəssisəsinə qədərki təhsil aldıqları məktəblərin statistik hesabatında
aparılır.Sağlamlıq imkanları məhdud şəxslərin sonrakı təhsili, sinifdən-sinfə
keçirilməsi, buraxılış imtahanlarından azad olunması psixoloji-tibbi-pedaqoji
komissiyanın qərarı əsasında həyata keçirilir.
Uşaqların (şagirdlərin)ümumi
təhsil müəssisələrinə qəbulu və yerdəyişməsiQaydaları
"Uşaqların (şagirdlərin) ümumi təhsil
müəssisələrinə qəbulu və yerdəyisməsi Qaydalari" (bundan sonra -
Qaydalar)Azərbaycan Respublikasinin ümumi təhsil müəssisələrinə (bundan sonra -
məktəblərə)sagirdlərin qəbulu və təhsil müddətində sagirdlərin ölkə daxilində,
habelə ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasinin məktəblərinə
yerdəyisməsi ilə bagli məsələləri tənzimləyir.
I.
Sagirdlərin məktəblərə qəbulu
Məktəblərə sagirdlərin kütləvi qəbulu I və
X siniflər üzrə aparilir. Sagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təskil olunmus
komissiya tərəfindən həyata keçirilir. Komissiyanin tərkibinə təlim-tərbiyə isləri
üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu,
həkimi və valideyn özünüidarə orqanlarinin (şuraların) nümayəndəsi daxil
edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir.[9]
Komissiya müvafiq dərs ilinin ikinci
yarımilindən etibarən fəaliyyətəbaşlayır. Komissiyanin iş günləri elan
formasında valideynlərin (digər qanuni nümayəndələrin) diqqətinə çatdırılır.
Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il
tarixli, 5 nömrəli Qərari ilə təsdiq edilmis “Ümumtəhsil məktəbinin Nümunəvi
Nizamnaməsi”nin 2.5-ci bəndinə uygun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər
il sentyabrin 15-dək 6 (alti) yasi tamam olan usaqlar qəbul edilirlər.Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi
istedadı ilə fərqlənən uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən
etdiyi qaydada I sinfə qəbul oluna bilərlər.
Ümumtəhsil məktəbinin direktoru yerli icra
hakimiyyətinin nümayəndələri ilə birgə ərazi üzrə məktəb yasina çatmis bütün
usaqlarin təhsilə cəlb olunmasi ilə bagli zəruri tədbirləri həyata keçirir. Məktəbin
I sinfinə, ilk növbədə, məktəbin bilavasitə xidməti ərazisində yasayan usaqlar
qəbul olunurlar.
Üzrlü səbəb oldugu halda (xəstəliklə bağlı müalicə, fövqəladə hadisə,
xidməti ezamiyyə ilə əlaqədar valideynlərin (digər qanuni nümayəndələrin)basqa
yerdə olmasi), dərs məsgələlərinin baslandigi tarixdən 1 (bir) ay müddətində
uşağın I sinfə qəbuluna icazə verilir. Həmin müddətdən sonra I sinfə uşaq qəbulu
aparilmir.
Uşağın I sinfə qəbulu barədə valideynin
(digər qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci yarimilindən
etibarən növbəti dərs ili baslananadək məktəbdə qeydiyyata alinir. Ərizəyə
asagidaki sənədlər əlavə olunur:
- dogum haqqinda səhadətnamənin surəti;
- usagin saglamligi haqqinda tibbi arayis
(forma 26U);
- 2 (iki)ədəd 3x4 ölçüdə fotosəkil.
Ərizədə usagin təhsil alacağı tədris dili
və öyrənəcəyi xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə)qeyd
edilir.
Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbuluna təsir
etmir.Məktəbəhazirliq
mərhələsini keçmis usaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə
(siniflərdə) komplektləsdirilirlər.
I sinfə qəbul olunmus, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən
məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməmis sagirdin təkrar I sinifdə
oxumasina yol verilir. I sinfi bitirmis sagirdin təkrar I sinifdə oxumasi
yolverilməzdir.
Bu və ya digər səbəbdən müəyyən olunmus müddətdə I
sinfə qəbul edilməyən 8 yaşdan yuxarı usaqlarin təhsilə cəlbi “Fərdi təhsilin təskili
haqqinda Qaydalar”a uyğun həyata keçirilir.
Xüsusi istedada malik usaqlarin vaxtindan əvvəl
I sinfə qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq qaydalara uyğun
aparılır.(bu barədə ətraflı biraz aşağıda)
Məktəbin X sinfinə qəbul sagirdin ərizəsi və
ümumi orta təhsil haqqinda səhadətnaməsi əsasinda həyata keçirilir.
Övladının bu və ya digər sinfə qəbulu barədə
valideynin ərizəsi ÜM-1 hesabat formasinin təsdiqindən sonra verilərsə, həmin
sagird məktəbə yeni gələn sagird kimi rəsmiləsdirilir.Digər məktəbdən gələn
sagirdin X sinfə qəbulu zamani onun əvvəl oxudugu məktəbdə öyrəndiyi xarici dil
mütləq nəzərə alinir. Sagird digər xarici dil tədris olunan məktəbin X sinfinə
bu ərazidə əvvəl öyrəndiyi xarici dil tədris edilənbasqa bir tam orta məktəb
olmadigi halda qəbul edilir.
Ümumi orta təhsil səviyyəsini bitirdikdən
sonra ilk pesə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola
bilməyən sagirdlərin X sinfə qəbulu yalniz sentyabr ayi ərzində aparilir.Məcburi
köçkün olmayan sagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna yalniz həmin ərazidə
yerli məktəb olmadigi halda, Təhsil Nazirliyinin icazəsi ilə yol verilir.
Xüsusi tədris proqramlari tətbiq edilən məktəb,
gimnaziya və liseylərə, özəl məktəblərə usaqlarin qəbulu həmin təhsil müəssisələrinin
nizamnamələrinə uygun aparilir.
II.
Şagirdlərin yerdəyisməsi
Ölkə daxilində I - IX sinif şagirdlərinin bir
məktəbdən digərinə yerdəyisməsi aşağıdakı qaydada həyata keçirilir:
Övladını digər məktəbə dəyismək istəyən
valideyn (digər qanuni nümayəndə) həmin məktəbin direktoruna yerdəyismənin səbəbi
göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə sagirdin qiymət cədvəli (təhsil
aldigi fənlər üzrə cari qiymətlər barədə oxudugu məktəbin direktoru tərəfindən
verilmis arayis) əlavə olunur.
Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif
otağının ölçüsü sagird qəbuluna imkan verdiyi halda, onun bu məktəbdə müvafiq
sinfə qəbul olundugu və bununla əlaqədar səxsi isinin göndərilməsi haqqinda
valideynə (digər qanuni nümayəndəyə) sagirdin indiyədək təhsil aldigi məktəbin
direktoruna təqdim etmək üçün arayis verir.
Həmin arayış əsasında valideyn (digər qanuni
nümayəndə)övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini
davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin
kontingentə daxil olmasi barədə əmr verilir. Əmrin surəti şagirdin əvvəl təhsil
aldığı məktəbə göndərilir və burada onun kontingentdən xaric edilməsi barədə əmr
verilir.
Xüsusi tədris proqramlari tətbiq edilən məktəb, lisey və gimnaziyalara,
məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən
ümumtəhsil məktəblərinə sagirdlərin yerdəyisməsi bu Qaydalar əsas tutulmaqla həmin
müəssisələrin nizamnamələrinə uygun həyata keçirilir.
Vaxtilə məcburi köçkün məktəblərinə qəbul
edilmis məcburi köçkün olmayan sagirdlər yalniz yerli məktəblərə keçirilə bilər.Yerli
məktəblərdə təhsil alan məcburi köçkün sagirdlərin məcburi köçkün məktəblərinə
yerdəyisməsinə icazə verilir.Məcburi köçkün məktəblərində təhsil alan məcburi
köçkün sagirdlərin digərməcburi köçkün məktəblərinə yerdəyisməsinə yol verilir.
Tam orta təhsil səviyyəsində (X-XI siniflər)
təhsil alan sagirdlərin yerdəyisməsinə valideynin (digər qanuni nümayəndənin) ərizəsi
əsasinda dəyismək istədiyi məktəbin yerləsdiyi rayon (səhər)üzrə yerli təhsili
idarəetmə orqaninda baxilib asagidaki hallarda raziliq verilir:
-
yasayis yeri ərazisində (kənd, qəsəbə, rayon, səhər)yerləsən digər məktəbəkeçdikdə;
-
ailəsi ilə birlikdə yasayis yerinin (rayonu, səhəri)dəyisməsi rəsmi sənədlərlətəsdiqləndikdə;
-
valideynlərin (digər qanuni nümayəndələrin)uzun müddətə xaricə getməsi vəya
digər səbəblərdən sagirdin valideyn nəzarətindən kənarda qalmasi rəsmi sənədlərlətəsdiq
edildikdə;
-
müxtəlif səbəblərdən xüsusi tədris proqramlari tətbiq edilən lisey vəgimnaziyalarda,
özəl ümumi təhsil müəssisələrində təhsilini davam etdirməsi mümkünolmadiqda.
Dərs ilinin ikinci yarımilində XI sinif şagirdlərinin digər rayon və şəhərlərin
məktəblərinə yerdəyişməsinə Təhsil Nazirliyində baxılır.
Tabeliyindən asili olmayaraq,
ixtisaslasdirilmis (hərbi, idman, müsiqi və s.) məktəblərdən sagirdlərin ümumtəhsil
məktəblərinə və ya əksinə yerdəyisməsinə valideynin müraciətinə əsasən, Təhsil
Nazirliyində baxilib müvafiq qərar qəbul edilir.
Ümumi orta təhsil icbari hesab edildiyindən
bu təhsil səviyyəsindən ilk pesə və orta ixtisas təhsili müəssisələrinə qəbul
olunmus sagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyisməsinə
icazə verilmir.
.
III. Sagirdlərin ölkədən xaricə və ya xarici
ölkələrdən AzərbaycanRespublikasinin məktəblərinə yerdəyisməsi
Xarici ölkəyə gedən sagirdin səxsi isi
valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasinda verilir.Məktəbin rəhbərliyini
rəsmi qaydada xəbərdarliq etmədən sagirdin ölkədən xaricə getməsi məktəb
direktorunun, sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin
istiraki ilə tərtib edilən müvafiq aktla rəsmiləsdirilir, sagirdin səxsi isiməktəbdə
saxlanilmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verilir.
Həmin şagird müəyyən müddətdən sonra geri
qayıtdıqda onun məktəbəqəbulu bu Qaydaların 3.4-cü bəndinə uygun həyata
keçirilir.
Azərbaycan Respublikasindan kənarda yasayan səxslər
Azərbaycan Respublikasina gəldikdə onlarin rus və ya gürcü dillərində təhsil
alan övladlarinin köçdükləri ərazidə məktəbə qəbulu asagidaki qaydada həyata
keçirilir:
I - IX sinif sagirdinin valideyni (digər
qanuni nümayəndə) övladinin təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin
direktoruna ərizə ilə müraciət edir.
Ərizəyə sagirdin əvvəl oxudugu məktəbin
direktoru tərəfindən təsdiq olunmus qiymət cədvəli və ya fənlər üzrə cari qiymətlər
cədvəli əlavə olunmaqla sagirdin müəyyəndövrə qədər təhsil aldigi barədə arayis
əlavə olunur. Nəzərdə tutulan sinifdə sagird sayivə sinif otaginin ölçüsü həmin
sagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbinmüvafiq sinfinə qəbul olunur.
Azərbaycan Respublikasina gələnədək ümumi
orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almis sagird həmin sənəd
və valideynin ərizəsi əsasindanəzərdə tutulan sinifdə sagird sayi və sinif
otaginin ölçüsü sagirdin qəbuluna imkanverdiyi halda, məktəbin X sinfinə qəbul
edilir.
3.4.3. Təhsil sənədləri olmadiqda və ya təqdim
olunmus sənədlərdən sagirdin qəbul olunmali sinfi müəyyən etmək mümkün
olmadiqda:
- I - IV siniflərdə oxudugu iddia edilən
sagirdin həmin siniflərin təhsil proqramlarina (kurikulumlarina) uyğun hazırlıq
səviyyəsi yerli təhsili idarəetməorqanları tərəfindən yaradilmis komissiya
vasitəsilə yoxlanilir. Komissiyanin rəyiəsasinda sagirdin müvafiq sinfə qəbulu
məktəbdə rəsmiləsdirilir və ona səxsi is açilir;
- V-XI siniflərdə oxudugu iddia edilən
sagirdin hazirliq səviyyəsi yerli təhsili idarəetmə orqanlarinin təqdimati
(yaxud valideynin ərizəsi)əsasında TəhsilNazirliyində xüsusi tapsiriq və testlər
vasitəsilə yoxlanilir və yazili rəy yerli təhsiliidarəetmə orqanina göndərilir.
Həmin rəy sagirdin müvafiq sinfə qəbulu və ona yenisəxsi is açilmasi üçün əsas
sayilir.
Azərbaycan dilini tədris dili səviyyəsində
bildikləri halda, I - V sinif sagirdləri tədris Azərbaycan dilində olan siniflərə
qəbul edilə bilərlər. Həminsagirdlərin tədris dilini dəyisməsinə valideynin ərizəsinə
əsasən məktəbdə baxilir.
Tədris rus və ya gürcü dilində olan məktəblərə
qəbul edilmis sagirdlərəəvvəl oxuduqlari məktəbdə tədris olunmayan fənlərdən
(Azərbaycan dili, Azərbaycantarixi, Azərbaycan cografiyasi və s.) əlavə məsgələlər
təskil edilir.
Xarici ölkələrdə Azərbaycan Respublikasinin məktəblərindəki tədris dillərindən
fərqli dildə təhsil almis usaqlarin Azərbaycan Respublikasinin dövlətməktəblərinə
qəbuluna valideynlərin (digər qanuni nümayəndələrin)və sagirdlərinarzularina əsasən,
yalniz uygun tədris dillərindən biri üzrə xüsusi hazirliq keçib həmindili mənimsədikləri
təsdiq olundugu halda, Təhsil Nazirliyi tərəfindən fərdi qaydadabaxilib raziliq
verilir.
Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları
Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları (bundan sonra -
Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.12-ci
maddəsinə əsasən hazırlanmışdır və məktəb yaşına çatmayan xüsusi istedadlı
uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı məsələləri tənzimləyir.
Aşağıdakı zehni
keyfiyyətlər məktəb yaşına çatmayan əqli və fiziki cəhətdən normal inkişaf
etmiş uşaqların xüsusi istedadını şərtləndirən amillər hesab olunur:
- Mühakimə, müqayisə,
ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsi.
- Nitqin aydınlığı və
rabitəliliyi, fikrin sərbəst və düzgün ifadə edilməsi. Təqdim olunmuş mövzuda
sadə şifahi mətnin qurulması. Yaşa görə söz ehtiyatının zənginliyi.
- Dinlənilən mətndən
müvafiq nəticə çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi.
- Müxtəlif yolla sadə
hesablama vərdişlərinin nümayiş etdirilməsi.
- Müşahidə etdiyi
hadisələrə münasibət bildirilməsi.
- Müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq
səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayiş etdirilməsi.
Vaxtından əvvəl I sinfə
qəbul hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi
istedadlı uşaqlara şamil edilir.Uşaqların vaxtından əvvəl I sinfə qəbulu
məsələsinə bilavasitə onların valideynlərinin və ya digər qanuni
nümayəndələrinin müraciəti əsasında baxılır.
Ümumtəhsil müəssisəsinin
məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar ümumtəhsil
müəssisəsinin rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə
müsahibəsiz qəbul olunurlar.
Uşaqların vaxtından əvvəl I
sinfə qəbulu ilə bağlı müsahibə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin)
nəzdində yaradılan və 5 nəfərdən az olmayaraq yüksək ixtisaslı və təcrübəli
mütəxəssislərdən ibarət (ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist və
s.) komissiya (komissiyalar) tərəfindən uşağın tədris alacağı dildə aparılır.
Komissiyaya rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müdiri rəhbərlik
edir.Komissiya bu Qaydaların 2-ci bəndində qeyd olunmuş xüsusi istedad amilini
şərtləndirən keyfiyyətlərin aşkara çıxarılmasını təmin edən qiymətləndirmə
vəsaitlərindən istifadə edir.
Uşaqların vaxtından əvvəl I
sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələri,
habelə ümumtəhsil müəssisələrinin təqdimatları hər il iyul ayının 20-dən
başlayaraq avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır.
Uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi
günlərdə sentyabrın 10-dək həyata keçirilir. Valieynlərin arzusu ilə müsahibə
zamanı videoçəkiliş aparıla bilər.
Hər bir uşaqla müsahibə bir
qayda olaraq 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni
keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər
bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış
uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.
Komissiya müəyyən edilmiş
zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu
və səhhətinin vəziyyətini də qiymətləndirib yekun rəy hazırlayır. Komissiyanın
rəyi müsahibə aparıldığı gün açıqlanır.
Uşaqların vaxtından əvvəl I
sinfə qəbulu komissiyanın rəyi əsasında rayon (şəhər) təhsil şöbəsi
(idarəsinin) müdirinin əmri ilə rəsmiləşdirilir. Əmrin surəti uşağın təhsil
alacağı məktəbə təqdim olunmaq üçün onun valideyninə (digər qanuni
nümayəndəsinə) verilir.
I sinfə müsahibə (müsabiqə)
əsasında qəbul aparılan Təhsil Nazirliyinin tabeliyindəki istedadlı şagirdlər
üçün məktəb, gimnaziya və liseylərdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl
I sinfə qəbulu bu Qaydalara uygun olaraq həmin müəssisələr tərəfindən aparılır.
Naxçıvan Muxtar
Respublikası ərazisində xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə
qəbulu qaydaları bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının
Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
Ümumi təhsilin təhsil
səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları
Bu Qaydalar "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və
dövlət standartlarına uyğun olaraq ümumi təhsilin təhsil səviyyələri üzrə
müddətini və bir səviyyədən digər səviyyəyə keçid qaydalarını müəyyən edir.
Ümumi təhsil pilləsi
aşağıdakı təhsil səviyyələrindən ibarətdir:
- ibtidai təhsil (I-IV
siniflər);
- ümumi orta təhsil (V-IX
siniflər);
- tam orta təhsil (X-XI
siniflər).
İbtidai təhsil
İbtidai
təhsil səviyyəsində təhsilin müddəti 4 ildir.
İbtidai
təhsili müvəffəqiyyətlə başa vuran təhsilalanlar ümumi təhsil müəssisəsinin
pedaqoji şurasının qərarı ilə ümumi orta təhsil səviyyəsinə keçirilirlər.
Pedaqoji şuranın qərarı ümumi təhsil müəssisəsi direktorunun əmri ilə
rəsmiləşdirilir. Pedaqoji şuranın qərarında və direktorun əmrində ibtidai
təhsil səviyyəsini bitirən təhsilalanların ümumi orta təhsil səviyyəsinin ilk
sinfinə - V sinfinə qəbulu qeyd edilir.
Ümumi orta təhsil
Ümumi
orta təhsil səviyyəsinə keçid prosesində təhsilalanların paralel siniflərdə
komplektləşdirilməsi onların meyil və marağı, potensial imkanları nəzərə
alınmaqla həyata keçirilir.Ümumi orta təhsil səviyyəsində təhsilin müddəti 5
ildir. Ümumi orta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili
başa vuran təhsilalanlara müvafiq dövlət sənədi verilir. Ümumi orta təhsil
haqqında dövlət sənədi təhsilin növbəti səviyyədə və ya pillədə davam
etdirilməsi üçün əsas sayılır.
Müxtəlif səbəblərdən ümumi
orta təhsilini başa vurmayan təhsilalanlara Azərbaycan Respublikası Nazirlər
Kabinetinin müəyyən etdiyi qaydada arayış verilir.
Tam orta təhsil
Tam orta təhsil ümumi
təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam
mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil səviyyəsində təhsilin
təmayülləşməsi müsabiqə yolu ilə təmin olunur. Müsabiqənin nəticələrinə görə
tam orta təhsil səviyyəsinə qəbul edilmiş təhsilalanların təmayül sinifləri
üzrə komplektləşdirilməsi həyata keçirilir.Tam orta təhsil səviyyəsində
təhsilin müddəti 2 ildir.
Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil
fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin
(attestasiyasının) həyata keçirilməsi qaydaları
Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 10 may
tarixli, 03 nömrəli qərarı ilə “ümumi təhsili həyata keçirən təhsil
müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun
qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti
qaydaları” müəyyən
edilmişdir.
Həmin
qaydalar ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun
qiymətləndirilməsi (attestasiyası) ümumi təhsil pilləsinin ümumi orta və
tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə
nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir.
Qaydalara
görə ümumi orta və tam orta təhsil
səviyyələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi
(attestasiyası) Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən aparılır.
Bir sıra
fənlər üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi
(attestasiyası) üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən buraxılış imtahanı keçirilir. Buraxılış imtahanının
məzmunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli
103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət
standartları və proqramları (kurikulumları)”na uyğun olaraq Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən
edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması
texnologiyası həmçinin Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən müəyyən edilir.
Ümumi
orta və tam orta təhsil səviyyələrində təhsil sənədinə yazılacaq yekun
qiymət Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən aşağıdakı qaydada çıxarılır:
-
buraxılış imtahanı aparılan hər bir fənn üzrə
şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) və
buraxılış imtahanının qiymətlərinin ədədi ortası (buraxılış imtahanında
üzrsüz səbəbdən iştirak etməyən şagirdin buraxılış imtahanının qiyməti kimi 2
qiyməti götürülür);
-
buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə
şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin
ədədi ortası.
Ədədi
orta tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman atılan rəqəm
5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa,
ondan əvvəlki rəqəm bir vahid artırılır. [2]
Yekun
qiymətləndirmənin (attestasiyanın) nəticələri 5 ballıq qiymət şkalası üzrə
rəqəmlə (2,3,4,5) ifadə olunur və qiymətlər Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən elektron şəhadətnaməyə (attestata) yazılır, şagirdə
və təhsil müəssisəsinə təqdim edilir. Elektron şəhadətnamə
(attestat) dövlət nümunəli sənədin verilməsi üçün əsasdır.
Buraxılış imtahanı
İmtahanda
iştirak edəcək şagirdlər haqqında məlumat bazası Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasınatəqdim edilən məlumatlar (verilənlər bazaları) əsasında
formalaşdırılır.
Buraxılış
imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus
bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri
üzrə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Şagirdlərə
hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə,
şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
Tədris
ingilis və ya gürcü dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan
şagirdlər buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verirlər. Onlara
tədris dilində 30 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 45 dəqiqədir.
İmtahanın
müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə,
yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.İmtahan başlandıqdan 30
dəqiqə keçəndən sonra gələn şagird imtahana buraxılmır.
Şagirdin
imtahan nəticələri onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan
edilir; Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq
qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı kimidir:
Təhsilin
səviyyəsi
|
Qiymət
|
Fənlər
üzrə düzgün cavabların sayı
|
||
Ana
dili
(Azərbaycan
bölməsi)
|
Ana
dili
(rus
bölməsi)
|
Riyaziyyat
|
||
Tam
orta
|
2
|
0-7
|
0-7
|
0-7
|
3
|
8-17
|
8-17
|
8-16
|
|
4
|
18-25
|
18-25
|
17-24
|
|
5
|
26-30
|
26-30
|
25-30
|
|
Ümumi
orta
|
2
|
0-7
|
0-7
|
0-7
|
3
|
8-16
|
8-16
|
8-16
|
|
4
|
17-23
|
17-23
|
17-22
|
|
5
|
24-30
|
24-30
|
23-30
|
Şagirdin
təhsil sənədinə yazılacaq yekun qiymətləri bütün respublikada buraxılış
imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. [6]
Yazı işi
şagirdin qiymətləndirilməsi zamanı mübahisəli hallar
yarandıqda qiymətləndirilir və ondan əlavə meyar kimi istifadə
edilir.
Səhhəti,
ailə vəziyyəti, təbii fəlakətin baş verməsi ilə bağlı üzrlü səbəblərdən buraxılış
imtahanında iştirak edə bilməyən ümumi orta və tam orta təhsil səviyyələrinin
buraxılış sinif şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin
təqdimatı əsasında fərdi qaydada Azərbaycan Respublikasının Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasında baxılır. Buraxılış imtahanında üzrlü səbəbdən
iştirak etməyən şagirdlər Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən müəyyən edilən vaxtda imtahan
verirlər.
Şagirdlərin
buraxılış imtahanına təkrar və eksternat qaydasında buraxılması
Tam orta
təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin illik qiyməti
2 olduğu üçün yekun attestasiyaya buraxılmayan və ya eksternat qaydasında
bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə
müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi
tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər
buraxılış imtahanını bu Qaydaların 2.2-2.7-ci bəndlərində nəzərdə tutulmuş
qaydada verirlər.
Ümumi
orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin
buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında ən azı bir
fəndən 2 qiymət alan şagirdlərin dövlət nümunəli təhsil sənədinə yazılacaq
yekun qiymətlər bu Qaydaların 1.5.1 və 1.5.2-ci yarımbəndlərində müəyyən
edilmiş qaydada çıxarılır.
Bu
qaydaların 3.1-ci bəndində qeyd edilən hallarda şagirdin biliyinin yekun
qiymətləndirilməsi (attestasiyası) aparılarkən illik 2 qiyməti əvəzinə xüsusi
komissiyanın verdiyi qiymət götürülür. Eksternat qaydasında imtahana
buraxılan şəxslərin biliyinin yekun qiymətləndirilməsi (attestasiyası)
aparılarkən illik qiymətlər əvəzinə, xüsusi komissiyanın verdiyi qiymət
götürülür.
Psixoloji-tibbi-pedaqoji
komissiyanın qərarı ilə buraxılış imtahanından azad edilmiş sağlamlıq imkanları
məhdud təhsialanların bütün fənlər üzrə biliyinin yekun qiymətləndirilməsi
(attestasiyası) bu Qaydaların 1.5.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada
aparılır.
Yekun
müddəalar
Ümumi
orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti 2 olan
buraxılış sinif şagirdləri imtahana buraxılırlar.
Tam orta
təhsil səviyyəsinin istənilən bir fənnindən illik qiyməti 2 olan buraxılış
sinif şagirdləri imtahanlara buraxılmırlar.
Tam orta
təhsil səviyyəsinin imtahana buraxılmayan buraxılış sinif şagirdlərinin
biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılmır və onlara
müraciətləri əsasında qanunvericiliklə müəyyənləşdirilmiş formada arayış
verilir.
Yekun
qiymətləndirmənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə
baxılması üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası tərəfindən Apelyasiya Komissiyası yaradılır.
Şagird
Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və
ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət etməlidir.
Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə
şikayət verilə bilər.
Buraxılış
imtahanları zamanı şagirdin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
- saxta sənəd təqdim etmək;
- imtahanlara mobil telefon və digər rabitə
vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər
yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
- imtahan binasına yandırıcı, partlayıcı, kəsici,
deşici, atıcı və digər bu kimi əşyalarla girmək, özü ilə siqaret gətirmək;
- səbəbindən asılı olmayaraq imtahan zalında yerini
dəyişmək, gəzişmək, yerindən durmaq, “İmtahan başlandı!” elan olunan andan 1
saat müddət keçənədək və imtahanın qurtarmasına qalmış son 15 dəqiqə ərzində
zaldan çıxmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
- başqasının cavab kartına, sual kitabçasına baxmaq
və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait
yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;
- nəzarətçiyə tapşırıqların yerinə yetirilməsində
kömək üçün müraciət etmək;
- cavab kartını və sual kitabçasını nəzarətçiyə
təhvil vermədən imtahan zalından çıxmaq.
Şagirdin
bu Qaydaların 4.10-cu bəndində göstərilən hərəkətlərə yol verməsi halları
Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
aşkar edildikdə onun imtahan nəticələri ləğv edilir. Bu qərardan inzibati
qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran
məzunların qızıl və ya gümüşmedalla təltif olunması
Bu qayda
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-ci maddəsinə uyğun
hazırlanmışdır.
Ümumtəhsil
məktəbində təhsil aldığı müddətdə təhsildə
xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil
səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq
üçün təqdim edilir.
Respublika
fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq
səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də
təhsilalanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi
zamanı nəzərə alınır.
Təhsilalanların
qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə
sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və
müvafiq qərar qəbul edilir.
Aşağıdakı
təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə
bilər:
- ümumi orta təhsil səviyyəsini 75 faiz “əla”
qiymətlərlə bitirənlər;
- tam orta təhsil səviyyəsində oxuduğu müddətdə
fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi “əla” olanlar;
- bütün fənlərdən illik qiymətləri “əla” olanlar;
- bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan
tələblərə uyğun olanlar.
Təhsilalanların
qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi barədə
pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Azərbaycan
Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın
20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə təqdim edilir.
Qızıl və ya gümüş medalla təltif
üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri
yalnız “əla” olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən
çoxu ikisi “yaxşı” (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə
gümüş medala layiq görülürlər.
Məzunların
qızıl və ya gümüş medalla təltifi Azərbaycan Respublikası Təhsil Nazirliyinin
əmri lə rəsmiləşdirilir.
Qızıl və
ya gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin
“Şərəf kitabı” na yazılır.Qızıl və ya gümüş medal təntənəli şəraitdə təqdim
edilir.”
Ümumi
təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların
verilməsiQAYDASI
Ümumi təhsil pilləsində təhsil
haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir:
- ümumi orta təhsil haqqında şəhadətnamə (adi və
xüsusi nümunəli);
- tam orta təhsil haqqında attestat (adi və xüsusi
nümunəli).
Ümumi orta
təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil
haqqında xüsusi nümunəli şəhadətnamə, digər hallarda isə ümumi orta təhsil
haqqında adi şəhadətnamə verilir.
Ümumi
orta və tam orta təhsil səviyyəsini başa vuran təhsilalanların biliyinin yekun
qiymətləndirilməsinin (attestasiyasının), o cümlədən buraxılış imtahanlarının
nəticələri ümumi təhsil haqqında dövlət sənədində əks olunur.
Tam orta təhsil səviyyəsini qızıl
və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil
haqqında xüsusi nümunəli attestat, digər hallarda isə tam orta təhsil haqqında
adi attestat verilir.
Şəhadətnamənin
və attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması
və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisələrinin
direktorları (müdirləri) məsuliyyət daşıyırlar.Ümumi təhsil müəssisələrində
şəhadətnamənin və attestatın alınması, qeydiyyatı, saxlanılması, uçotunun
aparılması üçün ümumi təhsil müəssisəsinin direktoru (müdiri) tərəfindən məsul
şəxs təyin edilir.
Şəhadətnamənin
və attestatın alınması və istifadəsi barədə məlumatlar ümumi təhsil
müəssisələrində saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat
kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ümumi təhsil müəssisələrinin
direktoru (müdirləri) tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində
alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan şəhadətnamə və
attestatın qeydiyyatı aparılır.
Şəhadətnamə
və attestat kalliqrafik xətlə qara tuşla yazılır. Şəhadətnamədə və attestatda
düzəlişə və qaralamalara yol verilmir. Şəhadətnamənin və attestatın möhür üçün
ayrılmış yerində ümumi təhsil müəssisəsinin möhürü vurulur. Möhür aydın
oxunmalıdır.
Doldurulan
zaman korlanmış şəhadətnamə və attestat aktlaşdırılır və silinməsi üçün
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qaytarılır.Şəhadətnamədə və
attestatda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən
sənəd əsasında yazılır.Şəhadətnamədə və attestatda ümumi təhsil müəssisəsinin
adı onun Nizamnaməsinə uyğun yazılır.
Şəhadətnamənin
və attestatın verilməsi
Şəhadətnamə
və attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10
gün müddətində təntənəli surətdə təqdim edilir.
Şəhadətnamənin,
attestatın və ya onların dublikatlarının məzuna şəxsən təqdim edilməsi mümkün
olmadıqda, sənədlər məzunun qanuni nümayəndəsinə (qanuni nümayəndə
səlahiyyətlərini təsdiq edən sənədlər əsasında) və ya məzunun adından çıxış
edən digər şəxsə (müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında)
verilir.
Şəhadətnamənin
və attestatın surəti məzunun şəxsi işində saxlanılır.
Hər il
sentyabrın 15-dək məzunlara verilməyən şəhadətnamə və attestat doldurulmuş halda
ümumi təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin
müvafiq şəhər (rayon) təhsil şöbələrinə qaytarılır.
Ümumi
təhsil müəssisəsi ləğv olunduqda şəhadətnamə, attestat və ya onların
dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli
ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.
Ümumi
təhsil müəssisəsinin yenidən təşkili hallarında, bu və ya digər səbəbdən
şəhadətnamə və attestat almayan şəxslərə şəhadətnamə, attestat və ya onların
dublikatları yenidən təşkil edilən ümumi təhsil müəssisəsinin hüquqi varisi
olan təhsil müəssisəsi tərəfindən verilir.
Şəhadətnamənin
və attestatın verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam
etdirilir və daimi olaraq ümumi təhsil müəssisəsində saxlanılır.
Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil
edilir:
- sıra nömrəsi;
- şəhadətnamənin və attestatın seriyası və nömrəsi;
- şəhadətnamə və attestat alanın soyadı, adı və
atasının adı;
- şəhadətnamənin və attestatın verilmə tarixi;
- şəhadətnamə, attestat alan və şəhadətnamə,
attestat verən şəxslərin imzası.
Şəhadətnaməni
və attestatı itirmiş şəxslərə şəhadətnamənin və attestatın dublikatının
verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.
Şəhadətnaməni
və attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna
(müdirinə) müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat
və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin
soyadı, adı, atasının adı, şəhadətnamənin və attestatın adı, seriyası və
nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir.
Ümumi
təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində şəhadətnamənin və attestatın
dublikatını verir.Ümumi təhsil müəssisələrində şəhadətnamənin və attestatın
dublikatı arxiv sənədləri əsasında verilir. Dublikat kimi verilən
şəhadətnamənin və attestatın sağ səhifəsinin yuxarı küncündə “Dublikat” ştampı
vurulur.
İtirilmiş şəhadətnamənin və
attestatın əvəzinə arayış vermək qadağandır. Şəhadətnamənin, attestatın və ya
onların dublikatlarının hazırlanması və verilməsinə görə şəhadətnamə və
attestat alanlardan heç bir ödəniş tələb edilə bilməz.
Müxtəlif səbəblərdən
təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın
verilməsi qaydası
Arayış
ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrini müxtəlif
səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin və ya digər qanuni
nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün
müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun
verilir.
Arayışda
şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır. Arayış
blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qoruyucu
nişanı olan xüsusi kağızda çap etdirilir və ümumi təhsil müəssisələrinə onların
müraciəti əsasında verilir.Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyində və ümumi təhsil müəssisələrində ciddi hesabat sənədi kimi
saxlanılır.
Korlanmış
arayış blankları ciddi hesabat sənədi kimi ümumi təhsil müəssisəsi tərəfindən
müvafiq qaydada aktla silinir.
Arayışların
verilməsi üçün ümumi təhsil müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat
kitabına aşağıdakı məlumatlar daxil edilir:
- qeydiyyat nömrəsi;
- arayış verilən şagirdin soyadı, adı, atasının
adı;
- arayışın seriyası və nömrəsi;
- arayışın verilmə tarixi;
- arayışı alan şəxsin imzası.
Arayışlar
əlyazma və ya elektron formada qara şriftlə doldurulur.
0 коммент.:
Отправить комментарий