Şəhadətnamə
və attestat məzunlara ümumi təhsilin müvafiq səviyyəsini bitirdikdən sonra 10
gün müddətində təntənəli surətdə təqdim edilir.
Şəhadətnamənin,
attestatın və ya onların dublikatlarının məzuna şəxsən təqdim edilməsi mümkün
olmadıqda, sənədlər məzunun qanuni nümayəndəsinə (qanuni nümayəndə
səlahiyyətlərini təsdiq edən sənədlər əsasında) və ya məzunun adından çıxış
edən digər şəxsə (müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında)
verilir.
Şəhadətnamənin
və attestatın surəti məzunun şəxsi işində saxlanılır.
Hər il
sentyabrın 15-dək məzunlara verilməyən şəhadətnamə və attestat doldurulmuş
halda ümumi təhsil müəssisəsi tərəfindən Azərbaycan Respublikası Təhsil
Nazirliyinin müvafiq şəhər (rayon) təhsil şöbələrinə qaytarılır.
Ümumi
təhsil müəssisəsi ləğv olunduqda şəhadətnamə, attestat və ya onların
dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli
ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər.
Ümumi
təhsil müəssisəsinin yenidən təşkili hallarında, bu və ya digər səbəbdən
şəhadətnamə və attestat almayan şəxslərə şəhadətnamə, attestat və ya onların
dublikatları yenidən təşkil edilən ümumi təhsil müəssisəsinin hüquqi varisi
olan təhsil müəssisəsi tərəfindən verilir.
Şəhadətnamənin
və attestatın verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam
etdirilir və daimi olaraq ümumi təhsil müəssisəsində saxlanılır.
Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil
edilir:
- sıra nömrəsi;
- şəhadətnamənin və attestatın seriyası və nömrəsi;
- şəhadətnamə və attestat alanın soyadı, adı və
atasının adı;
- şəhadətnamənin və attestatın verilmə tarixi;
- şəhadətnamə, attestat alan və şəhadətnamə,
attestat verən şəxslərin imzası.
Şəhadətnaməni
və attestatı itirmiş şəxslərə şəhadətnamənin və attestatın dublikatının
verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat kitabında aparılır.
Şəhadətnaməni
və attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna
(müdirinə) müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat
və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin
soyadı, adı, atasının adı, şəhadətnamənin və attestatın adı, seriyası və
nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir.
Ümumi
təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində şəhadətnamənin və
attestatın dublikatını verir.Ümumi təhsil müəssisələrində şəhadətnamənin və
attestatın dublikatı arxiv sənədləri əsasında verilir. Dublikat kimi verilən
şəhadətnamənin və attestatın sağ səhifəsinin yuxarı küncündə “Dublikat” ştampı vurulur.
İtirilmiş şəhadətnamənin və
attestatın əvəzinə arayış vermək qadağandır. Şəhadətnamənin, attestatın və ya
onların dublikatlarının hazırlanması və verilməsinə görə şəhadətnamə və
attestat alanlardan heç bir ödəniş tələb edilə bilməz.
0 коммент.:
Отправить комментарий