20.01.2015

Uşaqların (şagirdlərin)ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsiQaydaları


"Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyisməsi Qaydalari" (bundan sonra - Qaydalar)Azərbaycan Respublikasinin ümumi təhsil müəssisələrinə (bundan sonra - məktəblərə)sagirdlərin qəbulu və təhsil müddətində sagirdlərin ölkə daxilində, habelə ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasinin məktəblərinə yerdəyisməsi ilə bagli məsələləri tənzimləyir.

I.                   Sagirdlərin məktəblərə qəbulu

Məktəblərə sagirdlərin kütləvi qəbulu I və X siniflər üzrə aparilir. Sagirdlərin I sinfə qəbulu məktəb direktorunun əmri ilə təskil olunmus komissiya tərəfindən həyata keçirilir. Komissiyanin tərkibinə təlim-tərbiyə isləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarinin (şuraların) nümayəndəsi daxil edilir. Komissiyaya məktəbin direktoru rəhbərlik edir.[1]

Komissiya müvafiq dərs ilinin ikinci yarımilindən etibarən fəaliyyətəbaşlayır. Komissiyanin iş günləri elan formasında valideynlərin (digər qanuni nümayəndələrin) diqqətinə çatdırılır.

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərari ilə təsdiq edilmis “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 2.5-ci bəndinə uygun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrin 15-dək 6 (alti) yasi tamam olan usaqlar qəbul edilirlər.Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadı ilə fərqlənən uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərlər.

Ümumtəhsil məktəbinin direktoru yerli icra hakimiyyətinin nümayəndələri ilə birgə ərazi üzrə məktəb yasina çatmis bütün usaqlarin təhsilə cəlb olunmasi ilə bagli zəruri tədbirləri həyata keçirir. Məktəbin I sinfinə, ilk növbədə, məktəbin bilavasitə xidməti ərazisində yasayan usaqlar qəbul olunurlar.
Üzrlü səbəb oldugu halda (xəstəliklə bağlı müalicə, fövqəladə hadisə, xidməti ezamiyyə ilə əlaqədar valideynlərin (digər qanuni nümayəndələrin)basqa yerdə olmasi), dərs məsgələlərinin baslandigi tarixdən 1 (bir) ay müddətində uşağın I sinfə qəbuluna icazə verilir. Həmin müddətdən sonra I sinfə uşaq qəbulu aparilmir.

Uşağın I sinfə qəbulu barədə valideynin (digər qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci yarimilindən etibarən növbəti dərs ili baslananadək məktəbdə qeydiyyata alinir. Ərizəyə asagidaki sənədlər əlavə olunur:
- dogum haqqinda səhadətnamənin surəti;
- usagin saglamligi haqqinda tibbi arayis (forma 26U);
- 2 (iki)ədəd 3x4 ölçüdə fotosəkil.

Ərizədə usagin təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil (məktəbdə bir neçə xarici dil tədris edilirsə)qeyd edilir.

Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbuluna təsir etmir.Məktəbəhazirliq mərhələsini keçmis usaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləsdirilirlər.

I sinfə qəbul olunmus, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən məktəbə gəlmədiyi üçün biliyi qiymətləndirilməmis sagirdin təkrar I sinifdə oxumasina yol verilir. I sinfi bitirmis sagirdin təkrar I sinifdə oxumasi yolverilməzdir.

Bu və ya digər səbəbdən müəyyən olunmus müddətdə I sinfə qəbul edilməyən 8 yaşdan yuxarı usaqlarin təhsilə cəlbi “Fərdi təhsilin təskili haqqinda Qaydalar”a uyğun həyata keçirilir.

Xüsusi istedada malik usaqlarin vaxtindan əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq qaydalara uyğun aparılır.(bu barədə ətraflı biraz aşağıda)

Məktəbin X sinfinə qəbul sagirdin ərizəsi və ümumi orta təhsil haqqinda səhadətnaməsi əsasinda həyata keçirilir.

Övladının bu və ya digər sinfə qəbulu barədə valideynin ərizəsi ÜM-1 hesabat formasinin təsdiqindən sonra verilərsə, həmin sagird məktəbə yeni gələn sagird kimi rəsmiləsdirilir.Digər məktəbdən gələn sagirdin X sinfə qəbulu zamani onun əvvəl oxudugu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alinir. Sagird digər xarici dil tədris olunan məktəbin X sinfinə bu ərazidə əvvəl öyrəndiyi xarici dil tədris edilənbasqa bir tam orta məktəb olmadigi halda qəbul edilir.

Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra ilk pesə və ya orta ixtisas təhsili müəssisəsinə sənəd verib daxil ola bilməyən sagirdlərin X sinfə qəbulu yalniz sentyabr ayi ərzində aparilir.Məcburi köçkün olmayan sagirdlərin məcburi köçkün məktəblərinə qəbuluna yalniz həmin ərazidə yerli məktəb olmadigi halda, Təhsil Nazirliyinin icazəsi ilə yol verilir.

Xüsusi tədris proqramlari tətbiq edilən məktəb, gimnaziya və liseylərə, özəl məktəblərə usaqlarin qəbulu həmin təhsil müəssisələrinin nizamnamələrinə uygun aparilir.


II.                Şagirdlərin yerdəyisməsi

Ölkə daxilində I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyisməsi aşağıdakı qaydada həyata keçirilir:

Övladını digər məktəbə dəyismək istəyən valideyn (digər qanuni nümayəndə) həmin məktəbin direktoruna yerdəyismənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə sagirdin qiymət cədvəli (təhsil aldigi fənlər üzrə cari qiymətlər barədə oxudugu məktəbin direktoru tərəfindən verilmis arayis) əlavə olunur.

Məktəbin direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü sagird qəbuluna imkan verdiyi halda, onun bu məktəbdə müvafiq sinfə qəbul olundugu və bununla əlaqədar səxsi isinin göndərilməsi haqqinda valideynə (digər qanuni nümayəndəyə) sagirdin indiyədək təhsil aldigi məktəbin direktoruna təqdim etmək üçün arayis verir.

Həmin arayış əsasında valideyn (digər qanuni nümayəndə)övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin kontingentə daxil olmasi barədə əmr verilir. Əmrin surəti şagirdin əvvəl təhsil aldığı məktəbə göndərilir və burada onun kontingentdən xaric edilməsi barədə əmr verilir.

Xüsusi tədris proqramlari tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə sagirdlərin yerdəyisməsi bu Qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uygun həyata keçirilir.

Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmis məcburi köçkün olmayan sagirdlər yalniz yerli məktəblərə keçirilə bilər.Yerli məktəblərdə təhsil alan məcburi köçkün sagirdlərin məcburi köçkün məktəblərinə yerdəyisməsinə icazə verilir.Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün sagirdlərin digərməcburi köçkün məktəblərinə yerdəyisməsinə yol verilir.

Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan sagirdlərin yerdəyisməsinə valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasinda dəyismək istədiyi məktəbin yerləsdiyi rayon (səhər)üzrə yerli təhsili idarəetmə orqaninda baxilib asagidaki hallarda raziliq verilir:
-       yasayis yeri ərazisində (kənd, qəsəbə, rayon, səhər)yerləsən digər məktəbəkeçdikdə;
-       ailəsi ilə birlikdə yasayis yerinin (rayonu, səhəri)dəyisməsi rəsmi sənədlərlətəsdiqləndikdə;
-       valideynlərin (digər qanuni nümayəndələrin)uzun müddətə xaricə getməsi vəya digər səbəblərdən sagirdin valideyn nəzarətindən kənarda qalmasi rəsmi sənədlərlətəsdiq edildikdə;
-       müxtəlif səbəblərdən xüsusi tədris proqramlari tətbiq edilən lisey vəgimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində təhsilini davam etdirməsi mümkünolmadiqda.

Dərs ilinin ikinci yarımilində XI sinif şagirdlərinin digər rayon və şəhərlərin məktəblərinə yerdəyişməsinə Təhsil Nazirliyində baxılır.

Tabeliyindən asili olmayaraq, ixtisaslasdirilmis (hərbi, idman, müsiqi və s.) məktəblərdən sagirdlərin ümumtəhsil məktəblərinə və ya əksinə yerdəyisməsinə valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində baxilib müvafiq qərar qəbul edilir.

Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil səviyyəsindən ilk pesə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmus sagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyisməsinə icazə verilmir.
.

III. Sagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən AzərbaycanRespublikasinin məktəblərinə yerdəyisməsi

Xarici ölkəyə gedən sagirdin səxsi isi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasinda verilir.Məktəbin rəhbərliyini rəsmi qaydada xəbərdarliq etmədən sagirdin ölkədən xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin istiraki ilə tərtib edilən müvafiq aktla rəsmiləsdirilir, sagirdin səxsi isiməktəbdə saxlanilmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verilir.

Həmin şagird müəyyən müddətdən sonra geri qayıtdıqda onun məktəbəqəbulu bu Qaydaların 3.4-cü bəndinə uygun həyata keçirilir.

Azərbaycan Respublikasindan kənarda yasayan səxslər Azərbaycan Respublikasina gəldikdə onlarin rus və ya gürcü dillərində təhsil alan övladlarinin köçdükləri ərazidə məktəbə qəbulu asagidaki qaydada həyata keçirilir:

I - IX sinif sagirdinin valideyni (digər qanuni nümayəndə) övladinin təhsilini davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir.

Ərizəyə sagirdin əvvəl oxudugu məktəbin direktoru tərəfindən təsdiq olunmus qiymət cədvəli və ya fənlər üzrə cari qiymətlər cədvəli əlavə olunmaqla sagirdin müəyyəndövrə qədər təhsil aldigi barədə arayis əlavə olunur. Nəzərdə tutulan sinifdə sagird sayivə sinif otaginin ölçüsü həmin sagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbinmüvafiq sinfinə qəbul olunur.

Azərbaycan Respublikasina gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almis sagird həmin sənəd və valideynin ərizəsi əsasindanəzərdə tutulan sinifdə sagird sayi və sinif otaginin ölçüsü sagirdin qəbuluna imkanverdiyi halda, məktəbin X sinfinə qəbul edilir.

3.4.3. Təhsil sənədləri olmadiqda və ya təqdim olunmus sənədlərdən sagirdin qəbul olunmali sinfi müəyyən etmək mümkün olmadiqda:
- I - IV siniflərdə oxudugu iddia edilən sagirdin həmin siniflərin təhsil proqramlarina (kurikulumlarina) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetməorqanları tərəfindən yaradilmis komissiya vasitəsilə yoxlanilir. Komissiyanin rəyiəsasinda sagirdin müvafiq sinfə qəbulu məktəbdə rəsmiləsdirilir və ona səxsi is açilir;
- V-XI siniflərdə oxudugu iddia edilən sagirdin hazirliq səviyyəsi yerli təhsili idarəetmə orqanlarinin təqdimati (yaxud valideynin ərizəsi)əsasında TəhsilNazirliyində xüsusi tapsiriq və testlər vasitəsilə yoxlanilir və yazili rəy yerli təhsiliidarəetmə orqanina göndərilir. Həmin rəy sagirdin müvafiq sinfə qəbulu və ona yenisəxsi is açilmasi üçün əsas sayilir.

Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, I - V sinif sagirdləri tədris Azərbaycan dilində olan siniflərə qəbul edilə bilərlər. Həminsagirdlərin tədris dilini dəyisməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxilir.

Tədris rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmis sagirdlərəəvvəl oxuduqlari məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycantarixi, Azərbaycan cografiyasi və s.) əlavə məsgələlər təskil edilir.

Xarici ölkələrdə Azərbaycan Respublikasinin məktəblərindəki tədris dillərindən fərqli dildə təhsil almis usaqlarin Azərbaycan Respublikasinin dövlətməktəblərinə qəbuluna valideynlərin (digər qanuni nümayəndələrin)və sagirdlərinarzularina əsasən, yalniz uygun tədris dillərindən biri üzrə xüsusi hazirliq keçib həmindili mənimsədikləri təsdiq olundugu halda, Təhsil Nazirliyi tərəfindən fərdi qaydadabaxilib raziliq verilir.



Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.12-ci maddəsinə əsasən hazırlanmışdır və məktəb yaşına çatmayan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı məsələləri tənzimləyir.

Aşağıdakı zehni keyfiyyətlər məktəb yaşına çatmayan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların xüsusi istedadını şərtləndirən amillər hesab olunur:
- Mühakimə, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş etdirilməsi.
- Nitqin aydınlığı və rabitəliliyi, fikrin sərbəst və düzgün ifadə edilməsi. Təqdim olunmuş mövzuda sadə şifahi mətnin qurulması. Yaşa görə söz ehtiyatının zənginliyi.
- Dinlənilən mətndən müvafiq nəticə çıxarılması, mətndə ifadə olunan fikrə münasibət bildirilməsi.
- Müxtəlif yolla sadə hesablama vərdişlərinin nümayiş etdirilməsi.
- Müşahidə etdiyi hadisələrə münasibət bildirilməsi.
-  Müxtəlif sahələr üzrə yaşa uyğun məlumatlılıq səviyyəsini ehtiva edən bilik və bacarıqların nümayiş etdirilməsi.

Vaxtından əvvəl I sinfə qəbul hər il 16 sentyabr-31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.Uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə bilavasitə onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında baxılır.    

Ümumtəhsil müəssisəsinin məktəbəhazırlıq qrupunda məşğul olmuş xüsusi istedadlı uşaqlar ümumtəhsil müəssisəsinin rəhbərinin təqdimatı əsasında həmin müəssisənin I sinfinə müsahibəsiz qəbul olunurlar.

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) nəzdində yaradılan və 5 nəfərdən az olmayaraq yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən ibarət (ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist və s.) komissiya (komissiyalar) tərəfindən uşağın tədris alacağı dildə aparılır. Komissiyaya rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müdiri rəhbərlik edir.Komissiya bu Qaydaların 2-ci bəndində qeyd olunmuş xüsusi istedad amilini şərtləndirən keyfiyyətlərin aşkara çıxarılmasını təmin edən qiymətləndirmə vəsaitlərindən istifadə edir.

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələri, habelə ümumtəhsil müəssisələrinin təqdimatları hər il iyul ayının 20-dən başlayaraq avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır. Uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilir. Valieynlərin arzusu ilə müsahibə zamanı videoçəkiliş aparıla bilər.

Hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.

Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib yekun rəy hazırlayır. Komissiyanın rəyi müsahibə aparıldığı gün açıqlanır.

Uşaqların vaxtından əvvəl I sinfə qəbulu komissiyanın rəyi əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsinin) müdirinin əmri ilə rəsmiləşdirilir. Əmrin surəti uşağın təhsil alacağı məktəbə təqdim olunmaq üçün onun valideyninə (digər qanuni nümayəndəsinə) verilir.

I sinfə müsahibə (müsabiqə) əsasında qəbul aparılan Təhsil Nazirliyinin tabeliyindəki istedadlı şagirdlər üçün məktəb, gimnaziya və liseylərdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu bu Qaydalara uygun olaraq həmin müəssisələr tərəfindən aparılır.

Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu qaydaları bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.





[1]Maddə 1.2

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.