MƏKTƏB DIREKTORUNUN INFORMASIYA MƏNBƏLƏRI
Hər hansı sosial sistemi keyfiyyətli
informasiyalarla təmin etmək üçün birinci növbədə həmin sistemdə
informasiya mənbələrini dəqiqləĢdirmək lazımdır. Axı
bir sosial sistemin informasiyaları digərindən təkcə
məzmununa görə deyil, həm də mənbələrinə görə fərqlənir.
Məsələn, cəmiyyətin sosial-siyasi və ideya-mənəvi
həyatına aid informasiyalar texniki və iqtisadi
informasiyalardan həm məzmununa, həm verilmə tərzinə, həm də
mənbələrinə görə fərqlənir. Birincilər daha çox
subyektiv amillərə, kütlələrin Ģəxsi mülahizə və fikirlərinə,
təsəvvür və emosional vəziyyətlərinə, hərəkət motivlərinə
istinad edirsə, ikincilərdə üstünlük obyektiv amillərə
verilir. Bu baxımdan bir sosial obyekt olmaq etibarı
ilə məktəbin idarə edilməsində istifadə olunan
informasiyaları tədqiq etmək, onların ilk mənbələrini
müəyyənləĢdirmək və onlardan istifadə yollarını
araĢdırmaq maraqlıdır.
Xalq təhsili sahəsindəki dövlət siyasətinin həyata
keçirildiyi bir Ģəraitdə məktəbin idarə edilməsini
zamanın irəli sürdüyü tələblər baxımından təkmilləĢdirmək
böyük aktuallıq kəsb edir.
Məlumdur ki, məktəbin idarə edilməsində iĢtirak edənlər
çoxdur. Sinif rəhbərindən tutmuĢ direktoradək, uĢaq
təĢkilatlarından tutmuĢ məktəbin ictimai təĢkilatlarınadək,
sinif valideyn üçlüyündən tutmuĢ valideyn komitəsinədək
olan pillələrdə idarəetmə məsələləri ilə məĢğul olan
Ģəxslər fəaliyyət göstərir. Əlbəttə, bunların hər biri öz idarəetmə
fəaliyyətini müxtəlif informasiyalar zəminində qurur
ki, həmin informasiyalar subyektin tutduğu vəzifə və mövqedən
asılı olaraq müxtəlif mənbələrdən daxil olur. Bu
baxımdan məktəbin idarə edilməsində baĢlıca aparıcı sima olan direktorun
informasiya mənbələrini nəzərdən keçirməsi
maraqlıdır. Bu və ya digər idarəetmə tapĢırığının icrası üçün
məktəb direktorunun istinad edə biləcəyi
informasiyaları aĢağıdakı kimi qruplaĢdırmaq olar:
Direktiv informasiyalar. Təhsil sisteminin, məktəbin
təkmilləĢdirilməsi və inkiĢaf etdirilməsinin əsas
istiqamətlərini, qarĢıdakı məqsəd və vəzifələri müəyyən
edən dövlət sənədləri, rəhbər maarif orqanlarının rəsmi
göstəriĢləri buraya daxildir. Ölkə prezidentinin fərmanları,
Respublika Nazirlər Kabinetinin qərarları, məktəbin
əsasnamə və nizamnaməsi, müxtəlif təlimatlar,
nazirliklərin, əmr və sərəncamları direktiv informasiya
mənbələri olub, bir qayda olaraq, öz əksini mətbuat
səhifələrində, kitab və kitabçalarda, radio, televiziya
veriliĢlərində,
bir sıra normativ aktlarda tapır. Belə informasiyalar məktəbin idarə edilməsində
iĢtirak edənlərin
hamısı üçün
vacibdir. Bunların toplanması və istifadə edilməsi səviyyəsi rəhbərin
yaradıcılıq fəallığından asılı
olur. Məktəbin
direktoru nə qədər səriĢtəli olarsa, bir o qədər çox informasiyaya malik olar.
Hər hansı idarəetmə
məsələsinin həllində
isə direktiv informasiya çoxluğu iĢin keyfiyyətinə mənfi təsir etmir. Ona görə
də məktəb
direktoru
direktiv informasiya mənbələrini daim izləməli, onların uçotunu aparmalı, özündən
aĢağı pilləli
idarəetmə
kadrlarının bu informasiyalara yiyələnməsinə nail olmalıdır.
Direktiv
informasiyaların elə növü də vardır ki, onlar məktəbin idarə edilməsi üçün rəhbər,
istiqamətverici
sənədlər hesab olunur, lakin mətbuat səhifələrində əks etdirilmir. Bunlar xidməti
istifadə üçün
yerlərə gönədirlən
rəsmi sənədlərdir. Buraya təhsil Ģöbələri vasitəsi ilə daxil olan, eləcə də
yerli rəhbər
təĢkilatlar tərəfindən
göndərilən informasiyalar daxildir. Nazirliyin bəzi əmr və sərəncamları,
kollegiya
qərarları, təhsil
Ģöbəsinin əmr və sərəncamları, maarifyanı Ģuranın, yerli icra hakimiyyətlərinin,
həmkarlar
ittifaqı komitələrinin,
müəssisə, idarə və digər ictimai təĢkilatların XTġ-larla razılaĢdırılaraq göndərdikləri
təlimati məktublar,
bölgülər və sair məlumatlar direktiv informasiyalar hesab olunub, məktəblərə
yazılı Ģəkildə
çatdırılır. Təcrübə
göstərir ki, bu qəbildən olan informasiyaların çoxluğu bəzən iĢə mane olur. Son
illərdə belə
bir təcrübə
geniĢ yayılmıĢdır ki, müxtəlif təĢkilatlar təhsil Ģöbələri ilə razılaĢmadan rəsmi
məktubla məktəblərə
müraciət edir, məktəbi
bu və ya digər tədbirlərə cəlb etməyə çalıĢır və bu məqsədlə müəyyən bölgülər,
normativlər
hazırlanaraq məktəblərə göndərilir. Çox vaxt da görülən iĢlər barədə məktəblərdən
müxtəlif hesabatlar
tələb edilir. Hətta
bəzən məktəbin perspektiv və cari iĢ planlarında öz əksini tapmıĢ belə tədbirlərin
yerinə
yetirilməsi vəziyyətini
öyrənmək üçün müxtəlif komissiyalar təhsil Ģöbələrinin xəbəri olmadan
yoxlamalar
aparılır, arayıĢ
və təqdimatlar hazırlayır ki, bunlar məzmunca direktiv göstəriĢ xarakteri
daĢıyır. Əlbəttə, bu cür
informasiyalar əslində
gərəksiz olub, məktəb direktorunun vaxtını almaqdan baĢqa heç nəyə xidmət
etmir.
Məktəb direktoru
dövlət statistikası tərəfindən müəyyən olunmuĢ formalar, nazirliyin müəyyənləĢdirdiyi
yazılı məlumat və
hesabatlardan baĢqa, heç bir təĢkilat qarĢısında hesabat verməyə borclu
olmadığını yadda
saxlamalı,
lüzumsuz informasiya çoxluğunun yaranmasına qarĢı mübarizə aparmalıdır.
Elmi-pedaqoji
informasiyalar: elmi-texniki nailiyyətlər, pedaqoji aləmdəki yeniliklər,
ayrı-ayrı fənlərin
tədrisi metodikası
sahəsindəki tədqiqatların nəticələri, təlim-tərbiyə prosesini əhatə edən
qabaqcıl təcrübə və
xalq maarifinin
inkiĢafı ilə bağlı nəzəri və praktik konfransların materialları bu qrupa
daxildir. Belə informasiyalar
əsasən iki mənbədən
toplanır:
1. Müvafiq mətbuat
səhifələrindən, yeni nəĢr olunmuĢ kitab və kitabçalardan;
2. Elmi-praktik,
elmi-nəzəri konfranslar, tematik seminarlar, pedaqoji oxular və sairədən. Bu
kateqoriyalardan
olan
informasiyaların zənginliyi idarəetmə qərarlarının samballılığına müsbət təsir
edir. Ona görə də
məktəb direktoru
elmi-pedaqoji informasiya mənbələrindən daha geniĢ Ģəkildə istifadə etməyə
çalıĢmalıdır.
AĢağıdan daxil
olan informasiyalar daha əhatəli olub, daxil olma mənbələrinə görə rəngarəngdir.
Belə ki, 82
məktəb direktoruna
tabe olan bütün kateqoriyalardan olan iĢçilər ona bu və ya digər məsələyə dair
məlumat verə
bilər. Həmin məlumatlar
həm yazılı, həm də Ģifahi olur. Belə informasiyaları müxtəlif qruplara ayırmaq
mümkündür:
1. Hesabat
xarakterli məcburi informasiyalar. Bunların miqdarı hər bir məktəbin özünün
müəyyənləĢdirdiyi
daxili qaydalara müvafiq olaraq müxtəlif ola bilər. ġagirdlərin təlim müvəffəqiyyəti
haqqında sinif rəhbərlərinin
yarımillik və illik yazılı statistik hesabatları bütün məktəblərdə tətbiq
etdiyi halda,
məktəb üzrə növbətçi
siniflərin həftəlik yazılı hesabat verməsi heç də hər məktəbdə qəbul olunmayıb.
Bu
baxımdan məktəblərdə
il ərzində məktəb direktorlarına veriləcək daxili yazılı hesabatların miqdarı
dəqiqləĢdirilir.
Lakin bu sahədə səhvlərə də yol verilir. Bəzi məktəb rəhbərləri yazılı
hesabatlara aludəçiliyə yol
verir. Hər həftə,
hər gün müxtəlif səviyyəli yazılı hesabatlar toplayır, lakin onlardan kifayət qədər
səmərəli
istifadə edə
bilmir. Həmin məlumatlar kağız tullantısı olmaqdan baĢqa heç nəyə xidmət etmir.
2. Ehtiyaca görə
mövsümü yazılı informasiyalar. Məktəb direktoru hazırladığı qərar layihəsi
haqqında
zəruri məlumatlara
ehtiyac hiss etdikdə tabeliyində olan müxtəlif kateqoriya iĢçilərdən – sinif rəhbəri,
dərnək
rəhbəri, fənn
birləĢməsinin sədri, kitabxana müdiri, kabinet müdiri və s. yazılı hesabatlar tələb
edə bilər.
3. ġifahi
informasiyalar. Məktəb direktoru bu və ya digər məsələlərə dair məlumat
toplamaq üçün
müvafiq iĢçiləri
dəvət edib onlarla müsahibə aparır və lazımi faktlar toplayır. ġifahi məlumatlar
telefon vasitəsi
ilə də verilir.
Direktor əvvəlcədən müvafiq iĢçilərə elan edir ki, müəyyən edilmiĢ gündə və
vaxtda maraqlandığı
məsələ ilə əlaqədar
faktları dəqiqləĢdirib telefonla məlumat versinlər. Belə məlumatlar operativ
informasiyalar
olub, məktəb
direktorunun fəaliyyətinə müsbət təsir göstərir.
4. Nəzarət
materialları. Məktəb direktorunun idarəetmə fəaliyyətində ən mühüm informasiya
mənbələrindən
biri məktəbdə aparılmıĢ yoxlamaların nəticələrinə dair materiallardır. Buraya həm
məktəbdaxili
nəzarətin, həm
inspektor nəzarətinin yekunlarına dair arayıĢlar, məlumatlar, yoxlama aktları və
həm də məktəb
direktorunun Ģəxsi
qeydləri daxildir. Bu informasiya mənbələri hər hansı idarəetmə məsələsinin həllinin
əsasını
təĢkil edir.
Yeri gəldikcə məktəb direktoru həmin mənbələrdəki faktların daha da dəqiqləĢdirilməsini
təĢkil
etmək məqsədi ilə
operativ nəzarət tədbiri həyata keçirməli olur.
5. Müzakirə
materialları. Bu informasiya mənbələrinə istər məktəbin kollegial orqanlarında
(pedaqoji
ġura,
direktoryanı müĢavirə, kollec Ģurası, direktorluq, istehsalat müĢavirəsi,
metodbirləĢmə iclasları,
metodĢuralar və
s. ), istərsə də yuxarı təĢkilatların kollegial idarəetmə orqanlarında
(maarifyanı ġura,
məktəblərarası
metodbirləĢmələr, metodmərkəzlərdəki müxtəlif Ģuralar, nazirliyin kollegiya
iclasları və s. )
müzakirə edilmiĢ
məsələlər üzrə sənədlər (protokollar, arayıĢlar, protokoldan çıxarıĢlar)
daxildir. Belə
informasiyaların
birinci qrupu (yəni məktəb daxili kollegial idarəetmə orqanlarının
materialları) çoxluq təĢkil
edir. Belə ki,
il boyu məktəbin kollegial idarəetmə orqanları çoxsahəli məktəb iĢinin
ayrı-ayrı problemlərinə dair
məsələlər
müzakirə edib müvafiq qərarlar qəbul edir. Müəyyən vaxtdan sonra ya həmin qərarların
yerinə
yetirilməsi vəziyyəti
ilə bağlı və ya da təlim-tərbiyə iĢinin hər hansı digər problemi ilə əlaqədar
idarəetmə qərarı
hazırlandıqda əvvəlki
informasiyalardan (müzakirə materiallarından) yan keçmək olmaz. Ġkinci qrup
informasiyalar
heç də bütün məktəblər
üçün nəzərdə tutulmur. Yuxarı kollegial idarəetmə orqanları hər hansı məktəbin
fəaliyyəti
haqqında məsələ müzakirə edibsə, yalnız həmin məktəbin belə informasiyalardan
istifadə etməsi
zəruridir. Məsələn,
tutaq ki, maarifyanı ġura bir məktəbdə aparılmıĢ frontal və ya tematik yoxlama
nəticələrini,
yaxud rayonun məktəblərində
əmək təlimi və peĢəyönümü üzrə iĢlərin vəziyyətini müzakirə edib müəyyən qərar
qəbul etmiĢdir.
Müəyyən müddətdən sonra, fəaliyyəti müzakirə edilmiĢ məktəb hər hansı problemlə
əlaqədar
olursa-olsun
idarəetmə qərarı hazırlayanda həmin informasiya mənbəyinə hökmən istinad etməlidir.
Yaxud
rayonun məktəblərində
əmək təlimi və peĢəyönümü üzrə iĢlərin vəziyyətini müzakirə etmiĢ XTġ-nın
tabeliyindəki məktəblərdən
hər biri bu problemlə bağlı məsələ hazırladıqda Ģuranın müvafiq
materiallarından
istifadə etməyə
borcludur.
Son illərin təcrübəsi
göstərir ki, bu qəbildən olan informasiyalar da artmağa baĢlamıĢdır. Bunun həm
obyektiv,
həm də subyektiv
səbəbləri vardır. Söz yox ki, məktəb sisteminin dəyiĢməsinə yönəldilən tədbirlər,
xalq
təhsili haqqında
yeni qanunun həyata keçirilməsi, gənc nəslin müasir elmi-texniki tərəqqinin səviyyəsinə
uyğun
təlim-tərbiyəsi,
onların peĢəyönümü və həyata hazırlanması sahəsində qarĢıya qoyulan çoxsahəli vəzifələr
təhsil
sistemində, o
cümlədən məktəbdə mövcud olan kollegial idarəetmə orqanlarının fəaliyyət dairəsinin
geniĢlənməsinə səbəb
olmuĢ, ona görə də müzakirə materiallarından ibarət informasiyalar təbii olaraq
artmıĢdır.
Bu, əlbəttə,
informasiya çoxluğunun obyektiv səbəbləridir. Lakin bundan əlavə, subyektiv
amillər də yox deyildir.
Bəzən yuxarı təĢkilatların,
kollegial idarəetmə orqanlarının müzakirə etdiyi bütün məsələlər barədə iclas
protokollarından
çıxarıĢlar, aidiyyatından asılı olmayaraq, bütün məktəblərə göndərilir və həmin
sənədlərin
müzakirəsi tələb
olunur. Bununla da rəhbər idarəetmə orqanlarının (deyək ki, nazirlik və ya xalq
təhsili
Ģöbələrinin)
ayrı-ayrı Ģöbə və bölmələri öz üzərinə düĢən vəzifəni yerinə yetirmiĢ hesab
edirlər. Bu cür kağız
üsulu ilə rəhbərlik
idarəetməni təkmilləĢdirmək haqqında müasir konsepsiyalara uyğun olmayıb, həyatda
özünü
doğrultmur.
0 коммент.:
Отправить комментарий