MƏKTƏB DİREKTORUNUN ŞƏXSİYYƏTİNƏ VERİLƏN TƏLƏBLƏR
Cəmiyyətimizin inkiĢaf istiqamətlərinə uyğun olaraq,
idarəetmənin əsaslı surətdə yeniləĢdirmək
zəruriyyətinin meydana çıxdığı indiki Ģəraitdə rəhbər
iĢçiyə verilən tələblər yeni keyfiyyət göstəriciləri ilə
səciyyələnir. Həmin tələblər idarə olunan sahənin
xüsusiyyətlərindən asılı olaraq spesifik mahiyyət kəsb etsə də,
xalq təsərrüfatının bütün sahələrində rəhbərlik üçün
ümumi olan cəhətlərə də malikdir. Adamlarla iĢləməyi bacarmaq,
xüsusi idarəetmə bilik və bacarığına yiyələnmək,
kollektivdə yaxĢı psixoloji iqlim, yoldaĢcasına
iĢgüzarlıq Ģəraiti yaratmaq idarəetmə elminin əsaslarını
öyrənmək, idarə olunan sahəni dərindən bilmək,
kütlələri idarəetməyə cəlb etmək kimi keyfiyyətlər bu
gün böyük aktuallıq kəsb edir. Həmin keyfiyyətlər müasir
məktəb rəhbərlərində də axtarılmalıdır. Göstərilən
keyfiyyətləri məktəb direktoruna verilən tələblər kimi
səciyyələndirmək olar. Əlbəttə, bütün bunlarla
yanaĢı məktəb direktoruna verilən bir sıra digər tələblər də
mövcuddur ki, onlar barəsində geniĢ söhbət açmaq
mümkündür.
1. Məktəb direktoru ümumi səviyyə etibarilə
tabeliyində olan iĢçilərdən yüksəkdə durmağa
çalıĢmalıdır. «Ümumi səviyyə» geniĢ anlayıĢdır.
Buraya Ģəxsin ümumi dünyagörüĢü, intellektual mədəni
səviyyəsi, davranıĢı, hərəkətləri, rəftarı,
danıĢığı, fakt və hadisələrə reaksiyası, onlardan baĢ çıxara bilməsi və s.
daxildir. Birinci növbədə, direktor minlərlə müxtəlif
yaĢ dərəcəli rəngarəng psixoloji xüsusiyyətlərə malik uĢaq
gözləri qarĢısında hərəkət edən müəllim olduğunu bir
an da olsa unutmamalıdır. Bu baxımdan o, müəllimə,
tərbiyəçiyə, pedaqoqa verilən tələblərə tam və hər dəqiqə
riayət etməyə borcludur. Axı uĢaq nəzəri hər cür mənfi
halları, davranıĢdakı naqislikləri daha tez sezir. Ona
görə də direktor, ilk növbədə, özünün bütövlükdə «uĢaq
güzgüsündə tam mütənasib görünməsini» təmin etməli,
geyimi, yeriĢi, hərəkəti, davranıĢı, danıĢığı, intonasiyası
ilə nümunə olmağa çalıĢmalıdır. O, təkcə məktəbli
üçün deyil, müəllim və tərbiyəçi üçün, müxtəlif səviyyəli
valideynlər, tədris-yardımçı heyət və texniki iĢçilər
üçün də nümunə olmalıdır.
Məlumdur ki, hər bir pedaqoji kollektivdə müxtəlif
ixtisaslar üzrə çoxlu müəllim çalıĢır. Onların
əksəriyyəti öz bilik səviyyələrinə görə yüksək
ixtisaslı mütəxəssis olub, öz ixtisasını ona rəhbərlik edən baĢqa
ixtisas sahiblərindən
daha yaxĢı bilir. Bu mənada məktəb direktorunun ayrı-ayrı fənn müəllimlərinin
ixtisas üzrə
bilik səviyyəsindən
yüksəkdə durmağa çalıĢması o qədər də real deyildir. Bu baxımdan məktəb
direktorunun öz
ixtisasını dərindən
bilməsi, tədris etdiyi fənnin metodikası sahəsindəki yenilikləri müntəzəm
olaraq izləməsi,
həmin fənn müəllimləri
arasında qabaqcıllar arasında dura bilməsi kifayətdir. Lakin onun ümumi
dünyagörüĢü,
mədəni səviyyəsi
etibarilə bütün müəllimlərdən üstün olmağa səy göstərməsinə ehtiyac vardır.
Məktəb direktoru
hər gün dərin biliyə malik müəllimlər qarĢısında hesabat verəcəyini
unutmamalıdır.
Onun mənəvi
haqqı yoxdur ki, hər hansı müəllimin bu və ya digər beynəlxalq məsələ,
elmi-texniki yenilik
haqqında və ya
pedaqoji problemlərə dair suallarını cavabsız qoysun. Birinci sinif müəllimi
uĢaqların ona
yağdırdıqları
sualların hamısına cavab verməyə çalıĢdığı kimi, direktor da ona müraciət edənlərin
bütün sualları
ətrafında fikir
söyləmək imkanına malik olmalıdır. Təəssüf ki, məktəblərimizdə elə məktəb rəhbərləri
tapılır ki,
müəllimlərlə
elmi mübahisələrə giriĢməkdən qorxur, çox vaxt müəllimlər arasında gedən
sual-cavablarda iĢtirak
etməkdən qaçır.
Bəzən elə hallar olur ki, müəllimin haqqında məlumat verdiyi yeniliklərin dərc
olunduğu qəzet
və ya
jurnalların adını məktəb direktoru ilk dəfə eĢidir.
Bir sıra məktəb
direktorları «sadəlik» pərdəsi altında gizlənərək çox səliqəsiz geyinir. Məktəbdə
onu texniki
iĢçidən və ya hər
hansı kənar Ģəxsdən fərqləndirmək olmur. Ġxtisasartırma kurslarına gələn yüzlərlə
məktəb
direktorları
arasında elələri olur ki, onların geyiminə və davranıĢına görə ziyalıya oxĢada
bilmirsən. Bu
baxımdan məktəb
direktoru öz geyim səliqəsinə ciddi fikir verməli, ütüsüz Ģalvar, düyməsiz köynək,
palçıqlı
ayaqqabı, kobud
Ģəkildə dolanmıĢ qalstuk, qırxılmamıĢ üz, daranmamıĢ saç və s. ilə uĢaq və müəllim
qarĢısına
çıxıb özünü
gülüĢ hədəfinə çevirməməlidir.
Hələ də Ģagirdlərin
gözü qarĢısında texniki iĢçinin, Ģagirdin, hətta müəllimin üstünə qıĢqıran,
siniflərdə
dərs getdiyi
halda dəhlizlərdə səsini yüksəldən, iclaslarda hədə-qorxu ilə ucadan «nitq söyləyən»
direktorlara
təsadüf edilir.
Əlbəttə, bu ondan irəli gəlir ki, rəhbər tabeliyində olan iĢçinin rəğbətini,
inamını qazana bilməmiĢ,
verdiyi göstəriĢ
və təkliflərin düzgünlüyü və səmərəliliyinə inam oyada bilməmiĢdir. Onun ümumi
səviyyəsi
qarĢısındakı
müsahibinin səviyyəsindən yüksəkdə deyildir. Yuxarıdakıları ümumiləĢdirərək deyə
bilərik ki,
«ümumi səviyyə»
etibarilə tabeliyində olan iĢçilərdən yüksəkdə durmaq üçün məktəb direktoru:
– Yüksək
ideyalı, iradsız, saf mənəviyyatlı, siyasi cəhətdən hazırlıqlı, ölkədə və beynəlxalq
aləmdəki
hadisələrdən baĢ
çıxarmağı bacaran, rəhbər dövlət sənədlərini müntəzəm olaraq izləyən, Ģəxsi həyatında
təmiz
adam olmalı;
– Ġdarəetmə səriĢtəliliyi
kəsb etməli, tabeliyində olan iĢçilərin hər birinə göstəriĢ, təklif və məsləhət
verə
bilmək səviyyəsində
durmağı bacarmalıdır.
2. Məktəb
direktoru adamları tanımağı, onlarla iĢləməyi, hər kəslə psixoloji kontakta
girməyi
bacarmalıdır. Hər
bir əmək kollektivində öz bilik səviyyəsi, ümumi dünyagörüĢü, intellektual mədəni
səviyyəsi, xarakteri və s. etibarilə müxtəlif səviyyəli
adamlar əlbir fəaliyyət göstərir. Bu baxımdan məktəb kol-
0 коммент.:
Отправить комментарий