12.04.2016


Ödənişsiz məzuniyyətin maksimum müddəti nə qədər olmalıdır?


Sual: “Əmək münasibətləri:  A-dən Z-yə”  kitabında qeyd etmisiniz ki, Əmək Məcəlləsinin (ƏM) 130-cü maddəsinə əsasən ailə, məişət və başqa sosial məsələri həll etmək üçün işçilərə 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilir. ƏM-də həmçinin, ödənişsiz məzuniyyətin müddəti 6 ay müəyyənləşdirilib.  Onda bunu əsas tutaraq işçiyə 2 aylıq ödənişsiz məzuniyyət vermək olar, yoxsa müddət 7 günü keçməməlidir?

Cavab: Ödənişsiz məzuniyyətlər barədə Əmək Məcəlləsinin 130-cu maddəsində qeyd olunub. Məcəllənin 130-cu maddəsi işçinin xahişi ilə işəgötürən tərəfindən təmin olunmalı ödənişsiz məzuniyyətlərdən bəhs edir. Həmçinin, 129-cü maddədə yazılıb ki, işçi ilə işəgötürənin razılığı ilə 6 aydan çox olmayan müddətdə işçiyə ödənişsiz məzuniyyət verilə bilər. İşçinin ona hər hansı bir hal üçün 2 aylıq ödənişsiz məzuniyyət verilməsi xahişi ilə işəgötürənə müraciət etmək hüququ var. Belə hallarda mütləq işəgötürənin razılığı lazımdır. Əgər işəgötürən razı olarsa, işçiyə 2 ay müddətinə ödənişsiz məzuniyyət verilə bilər. Bu prosesin rəsmiləşdirilməsi qaydası isə adını çəkdiyiniz kitabda qeyd olunub.

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.