Fənn aylıqlarının
Əsasnaməsi
Məqsəd və vəzifələri:
Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması,
fənlərin tədrisi vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə
marağının artırılması, müəllimlərin gündəlik fəaliyyətlərinə yaradıcı
yanaşmalarının təmin olunması, fənlər üzrə bilik, bacarıq və vərdişlərin
inkişafına daha geniş şəraitin yaradılması, müəllim və şagirdlərin
tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, fənn müəllimlərinin və
şagirdlərin tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı
fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin
öyrənilməsi, təlim prosesinə öyrədənlərin və məktəb rəhbərlərinin
məsuliyyətinin artırılması.
Aylığın təşkili və keçirilməsi:
Aylığın lazımi səviyyədə keçirilməsi üçün
“Tədbirlər planı” hazırlanır, “fənn aylıqlarının keçirilməsi planı”nda
aşağıdakılar öz əksini tapmalıdır.
-
hər
bir fənn və sinif müəllimlərinin İKT-dən istifadə etməklə nümunəvi dərslərinin keçirilməsi;
-
proqram
və dərsliklərin müzakirəsi;
-
fənn
bülletenlərinin hazırlanması;
-
“Ən
yaxşı fənn büllteni”, “Ən yaxşı fənn metodbirləşməsi”, “Ən yaxşı fənn
kabineti”, fənn və sinif müəlliminin “Ən yaxşı pedaqoji mühazirəsi”, “Şagirdin ən yaxşı yaradıcı
işi” nominasiyaları üzrə müsabiqələrin keçirilməsi;
-
şagirdlərin bilik keyfiyyətlərini müəyyənləşdirmək
üçün monitorinqlərin keçirilməsi:
-
praktik məşğələlərin, yoxlama yazı işlərinin proqrama
uyğunluğu və qiymətləndirilməsində obyektivliyin təmini;
-
fənn konfransının keçirilməsi;
-
fənn aylığının keçirilməsinin yekunu kimi hesabatın
(slaydlar şəklində) və məktəb direktoru tərəfindən təqdim olunması
Aylığın keçirilmə vaxtı:
Aylıq
məktəbin “Fəaliyyət planı”na və
“Metodbirləşmənin aylıq iş planı”na uyğun olaraq fənlər üzrə aşağıdakı
vaxtlarda keçirilir;
Noyabr ayında-ana dili və ədəbiyyat;
İbtidai siniflərdə-ana dili;
Dekabr ayında-tarix;
İbtidai siniflərdə-Həyat bilgisi;
Yanvar ayında-riyaziyyat-informatika;
İbtidai siniflərdə-riyaziyyat və informatika;
Fevral ayında-xarici dil;
İbtiadi siniflərdə-xarici dil;
Mart ayında-fizika
İbtidai siniflərdə-Təsviri incəsənt, fiziki
tərbiyə;
Aprel ayında-kimya-biologiya;
İbtidai siniflərdə-texnologiya;
May ayında-coğrafiya;
İbtidai siniflərdə-musiqi:
Aylığın
keçirilməsinə rəhbərlik:
Aylığın
keçirilməsinə ümumi rəhbərlik Şəhər Təhsil Şöbəsi tərəfindən yaradılmış
təşkilat komitəsi tərəfindən yerinə yetirilir (Təşkliat Komitəsinin tərkibi
əlavə olunur). Məktəblərdə isə bu işi məktəb direktorunun əmri ilə təsdiqlənmiş
münsiflər heyəti yerinə yetirir. Aylıq çərçivəsində təşkilat komitəsinin
üzvləri reydlər keçirir, aylığın gedişi ilə tanış olur, təkliflərini verir.
Aylığın keçirilməsində məsuliyyət və cavabdehlik məktəb rəhbərlərinin,
metodbirləşmə və dayaq məntəqəsi rəhbərlərinin üzərinə düşür.
Aylığın
yekunlaşdırılması və mükafatlandırılması:
Aylıq hər fənn üzrə məktəblərdə
yekunlaşır. Nominasiyalar üzrə qaliblər haqqında məlumatlar sistemləşdirilir,
protokollaşdırılır. Sənədlər (nominasiyalar, nümunəvi dərslər, yaradıcılıq işləri,
metodbirləşmənin fəaliyyəti, fənn kabinetləri haqqında sənədlər, məkətəb
direktorunun hesabatı və s.) Təşkilat Komitəsinə təqdim olunur. Təqdimat hər
ayın 25-dən 30-dək müddətə təqdim olunmalıdır. Təşkilat Komitəsi hər ayın
qalibini müəyyənləşdirir və may ayının 20-30 tarixlərində Təhsil İşçiləri Azad
Həmkarlar Təşkilatı Sumqayıt Komitəsi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin
birlikdə keçirilən konfransında qaliblər mükafatlandırılır.
Play Free Slot Machines Online | Casino Games | SEGA
ОтветитьУдалитьSEGA's collection of Mega Drive & Genesis classics comes to a new generation of consoles – and players. Over 50 titles across septcasino all genres from all-time classics like