DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN HÜQUQDAN -33-TEST
Təhsildə İdarəetmənin
hüquqi əsaslarına dair
test sualları
1. Azərbaycan
Respublikasının Konstitusiyası nə vaxt qəbul olunub?
a) 15 iyun
1993-cü ildə
b) 12
noyabr 1995-ci ildə
c) 27 noyabr
1997-ci ildə
2.Təhsil
hüququ Konstitusiyanən hansı maddəsində nəzərdə tutulub ?
a) 48-ci
maddəsi
b) 42-ci
maddəsi
c ) 35-ci
maddəsi
3. Rusdilli
məktəblərdə rəsmi və vahid nümunəvi sənədlər hansı dildə tərtib edilir ?
a) Rus
dilində
b) Həm rus
, həm də Azərbaycan dilində
c ) yalnız
Azərbaycan dilində
4. Müsahibə
yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətləri necə tənzimlənir ?
a) müvafiq
vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən
edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır.
b) müsabiqədən sonra qalib olan şəxslə işəgötürənin
ixtisas komissiyasında söhbət aparılır və bu söhbətin nəticəsi olaraq işçi ilə
müqavilə bağlanır.
c) müsabiqənin
qalibi olan şəxslə 3 aylıq sınaq müddəti müəyyən edilməklə müqavilə bağlanır.
5. Əmək
müqaviləsinin işçi tərəsindən ləğv edilməsi qaydası necədir ?
a) işçi bir
təqvim ayı qabaqcadan işəgötürəni yazılı .rizəsi ilə xəbərdar etməklə əmək
müqaviləsini ləğv edə bilər
b) işçi istədiyi
vaxt işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə
bilər
c) işçi
yalnız müqavilədə göstərilən müddətdə işəgötürəni yazılı ərizəsi ilə xəbərdar
etməklə əmək müqaviləsini ləğv edə bilər
6. İşçi ərizədə
göstərdiyi gün əmək müqaviləsini ləğv edə bilərmi ?
a) İşçi
yaşa ,əlilliyə görə təqaüdə çıxdıqda, yeni yaşayış yerinə köçdükdə,seçkili vəzifəyə
təyin edildikdə və ağır xəstəliyə tutulduqda ərizədə göstərdiyi gün əmək
müqaviləsini ləğv edə bilər.
b) İşçi
yaşa ,əlilliyə görə təqaüdə çıxdıqda. Təhsilini davam etdirdiyi üçün müvafiq təhsil
müəssisəsinə daxil olduqda,yeni yaşayış yerinə köçdükdə , başqa işəgötürənlə əmək
müqaviləsi bağladıqda , seksual qısnamaya məruz qaldıqda və qanun-vericilikdə nəzərdə
tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv edə
bilər.
c) İşçi
yaşa ,əlilliyə görə təqaüdə çıxdıqda, yeni yaşayış yerinə köçdükdə və
qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək
müqaviləsini ləğv edə bilər.
7. Əmək
müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək
istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə
yeni ərizə verə bilərmi ?
a) Əmək
müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək
istədiyi vaxt ərizəsini geri götürə və ya etibarsız hesab etmək barədə işəgötürənə
yeni ərizə verə bilər.Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.Bu şərtlə ki,
işəgötürən həmin vəzifəyə ( peşəyə ) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi
qaydada xəbərdarlıq etməmiş olsun.Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş
qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri
götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi
yoxdur.
b) Əmək
müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitməyə 10
gün qalmış ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə
yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz .Əmək müqaviləsi
bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra
işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə
edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
c) Əmək
müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitməyə 1
gün qalmış ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə
yeni ərizə verə bilər. Bu halda əmək
müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki , işəgötürən həmin
vəzifəyə ( peşəyə ) yeni
işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada xəbərdarlıq etməmiş olsun.Əmək
müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən
sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək
barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
8.
Aşağıdakılardan hansı halda işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam
verilir ?
a) dövlət
büdcəsindən maaliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
b) işçinin
heç bir üzürlü səbəb olmadan 4 saat müddətində iş yerində olmaması
c) Əmək
müqaviləsi müddətinin bitməsi .
9. Müddətli
əmək müqaviləsinə xitam verilməsi qaydası necədir ?
a) Müddətli
əmək müqaviləsinin son gününə 20 gün qalmış tərəflər bir-birini müqavilənin
uzadılması ilə bağlı xəbərdar etməlidirlər,əks təqdirdə həmin müqavilə daha bir
il müddətinə uzadılmış hesab edilir.
b) Müddətli
əmək müqaviləsinin müddəti qurtardıqda müqaviləyə xitam verilir. Müddətli əmək
müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə
və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərin heç biri müqaviləyə
xitam verilməsini tələb etmirsə , həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş
müddətə uzadılmış hesab olunur.
c) Müddətli əmək müqaviləsinin müddəti
qurtardıqda müqaviləyə xitam verilir.Yalnız işəgötürən onu daha bir il müddətinə
uzatmaq səlahiyyətinə malikdir.
10. Tərəflərin
iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları
hansılardır ?
a) əvvəllər
həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata
buraxıldıqdan sonra öz iş yerinə ( vəzifəsinə ) qayıtmaq hüququndan istifadə
etdikdə.
b) qanunvericiliklə daha uzun müddət müəyyən
edilməyibsə , əmək qabiliyyətinin fasiləsiz olaraq dörd aydan çox müddətə tam
itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə.
c) işçi
pensiya yaşına çatdıqda və işəgötürən onun işdə saxlanmasını lazım bilmədikdə.
11. Əmək
müqaviləsinə xitam verilərkən işçilərin hansı təminatları var ?
a)
Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla ,
işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən
və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi
saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş
şəxslər ,hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin
mküəssisdə əvvəlki və ya buna bənzər vəzifəyə
( peşəyə ) qayıtmaq hüququna malikdir.
b) Əmək
müqaviləsi bu Məcəllənin 70-cimaddəsinin “ a” və “ b “ bəndləri ilə ləğv edilərkən
işçilərə: orta aylıq əmək haqqının 2 misli həcmində işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn
günədək beçinci və altıncı aylar üçün əmək haqqı ödənilir.
c) İşçinin
vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat etmiş vərəsələrinə
orta aylıq əmək haqqının ən azı dörd misli miqdarında müavinət ödənilir.Əmək
müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ ç “ bəndi ilə
xitam verildikdə , işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli
miqdarında müavinət ödəyir.
12.İşçilərin
ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan
şəxslər kim hesab edilir ??
a) işəgötürən
ixtisasları ( peşələri ) və ya peşəkarlıq
səviyyələri eyni olduqda həmin müəssisədə ən azı 10 il işləmiş şəxslərin işdə
saxlanmasına üstünlük verir.
b) işəgötürən
ixtisasları ( peşələri ) və ya peşəkarlıq
səviyyələri eyni olduqda öhdəsində 1-ci və ya 2-ci qrupəlil uşağı olanların işdə
saxlanmasına üstünlük verir.
c) işəgötürən
ixtisasları ( peşələri ) və ya peşəkarlıq
səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların
işdə saxlanmasına üstünlük verir.
13.Əmək
müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar hansılardır ?
a) işəgötürən
tərəfindən himayəsində üç yaşınadək
uşağı olan kişilərin əmək müqaviləsinin
ləğv edilməsi qadağandır.
b) işəgötürən
tərəfindən hamilə , habelə üç yaşınadək
uşağı olan qadınların əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
c) işəgötürən
tərəfindən yetkinlik yaşına çatmayan
işçi ilə əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
14.
Aşağıdakı hallarda müddətli əmək müqaviləsinə
xitam verilə bilərmi ?
a) işçi
hamilədir və himayəsində üç yaşınadək uşağı var.
b) müddətli
əmək müqaviləsinə xitam verilərkən işçi heç bir imtiyaza malik deyil.
c) yalnız şəkərli
diabet xəstələri ilə müddətli əmək müqaviləsinə onlar sağalanadək xitam vermək
olmaz.
15. Əmək
müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nə göstərilə bilməz ?
a) Əmək
müqaviləsinin ləğv edilməsinin əsası
b) işçinin
iş fəaliyyətini xarakterizə edən hallar.
c) Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin
( sərəncamın , qərarın ) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər .
16. Əmək
müqaviləsinin sənədləşdirilməsinin uçotu qaydaları necədir ?
a) işəgötürən
müqaviləyə dair verilmiş əmrləri xüsusi kitablara işləməli və bu kitabları 10 il saxlamağa borcludur.
b) işəgötürən
bağlanmış əmək müqavilələrini , onlara edilən dəyişiklikləri , bu müqavilələrlə
əlaqədar verilmiş əmrləri ( sərəncamları , qərarları ) xüsusi kitab ( jurnal )
və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə
aparılmırsa ,
qeydiyyat
kitabı səhifələnməli, qaytanmalı və kitabın son səhifəsindəki düyünü üzərinə müəssisənin
möhürü vurulmalıdır.
c) işəgötürən bağlanmış əmək müqavilələrini ,
onlara edilən dəyişiklikləri ,bu müqavilələrlə əlaqədar verilmiş əmrləri ( sərəncamları
, qərarları ) xüsusi kitabla uçotunun qeydiyyatını aparmalıdır.
17. Əmək
kitabçasında əvəzçilik üzrə əmək fəaliyyəti haqqında qeydlər aparılırmı ?
a) əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək
kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin
arzusu ilə əsas iş yerində aparılır.
b) əvəzçilik
üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər aparılmır.
c) əvəzçilik
üzrə əmək fəaliyyəti haqqında qeydlər ikinci əmək kitabçasında aparılır.
18. Əlavə
iş yerində əvəzçiliklə işləyən işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən
istifadə etmək hüququ varmı ?
a) işçilərin
bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət
hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz..
b) əlavə iş
yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən
istifadə etmək hüququ vardır.
c) əvəzçiliklə
işləyən işçilərin məzuniyyət hüququ əlavə iş yerində təmin edilməlidir.
19. Xüsusi
təhsil müəssisələri istisna olmaqla , təhsil müəssisəsində pedaqoji iş
aparmayan rəhbər işçilərə və inzibati - tədris heyəti işçilərinə , habelə məktəbdənkənar
uşaq müəssisələrinin rəhbərlərinə ödənişli əsas məzuniyyət neçə təqvim günü
müddətində verilməlidir?
a) 21 təqvim
günü b) 42 təqvim günü c) 30 təqvim günü
20. Əmək
stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası necədir ?
a) beş ildən
on ilədək əmək syajı olduqda işçiyə - 4 təqvim günü , on ildən on beş ilədək əmək
stajı olduqda- 6 təqvim günü, on beş ildən çox olduqda – 10 təqvim günü müddətində
əlavə məzuniyyət verilir .
b) beş ildən
on ilədək əmək syajı olduqda işçiyə - 2 təqvim günü , on ildən on beş ilədək əmək
stajı olduqda - 4 təqvim günü, on beş ildən çox olduqda – 6 təqvim günü müddətində
əlavə məzuniyyət verilir .
c) beş ildən on ilədək əmək syajı olduqda işçiyə
- 3 təqvim günü , on ildən on beş ilədək əmək stajı olduqda - 5 təqvim günü, on
beş ildən çox olduqda – 7 təqvim günü müddətində əlavə məzuniyyət verilir
21.Pedaqoji
və elmi fəaliyyətlə məşğul olan hansı işçilərin əmək məzuniyyətlərinin müddəti
56 təqvim günüdür ?
a) illik normanın
üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər
və pedaqoji işçilərinin , tərbiyəçilərin , təlimatçıların , dərnək və musiqi rəhbərlərinin
, konsertmeysterlərin, akkompaniatorların , xormeysterlərin və başqa musiqi işçilərinin.
b) ümumtəhsil internat məktəbləri , xüsusi məktəblər
və xüsusi internat məktəblərinin tərbiyəçilərinin .
c) elmi-tədqiqat müəssisələrinin , habelə ali təhsil
müəssisələrinin elmi-tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına
,rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə , elmi katiblərinə.
22.
Pedaqoji vəelmi fəaliyyətlə məşğul olan hansı işçilərin əmək məzuniyyətlərinin
müddəti 42 təqvim günüdür ?
a) ümumtəhsil
internat məktəbləri , xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinin.
b) təhsil
müəssisələrinin tərbiyəçilərinə , ( ümumtəhsil internat məktəbləri , xüsusi məktəblər
və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa ) eşitmə kabinetlərinin
təlimatçılarının , dərnək rəhbərlərinin , hərbi rəhbərlərin, bədən tərbiyəsi rəjbərlərinin.
c) uşaq evlərini,məktəbəqədər
uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinin , tərbiyəçilərinin , musiqi rəhbərlərinin
, praktik psixoloqların.
23.
Yaradıcılıq məzuniyyətlərinin müddətləri nə qədərdir.?
a) işləməklə
yanaşı doktoranturada təhsil alan ( o cümlədən doktoranturaya daxil olmaq üçün
) işçilərə hər tədris ilində 30 təqvim
günü ödənişli məzuniyyət verilir.
b) dərsliklər
və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra hakimiyyəti
orqanının qərarı ilə və arayışı əsasında 1 ayadək ödənişli yaradıcılıq məzuniyyəti
verilə bilər.
c) fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün
dissertasiya işini tamamlamaqdan ötrü üç təqvim ayınadək , elmlər doktoru elmi
dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaq üçün isə iki ayadək ödənişli
məzuniyyət verilə bilər.
24.
Aşağıdakılardan hansı ödənişli təhsil məzuniyyəti deyil ?
a) müvafiq
tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək,laboratoriya işlərini
yerinə yetirmək,yoxlamaları və imtahanları vermək üçün verilən məzuniyyət .
b) dövlət
imtahanlarını vermək üçün verilən məzuniyyət .
c) dövlət
imtahanlarına və diplom işini hazırlamaq üçün verilən məzuniyət
25. Təhsil
məzuniyyətlərinin müddəti nə qədərdir ?
a) ali təhsil
müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə
yetirdikləri , yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və
ikinci kurslarda 20 təqvim günü , qalan kurslarda 30 təavim günü, orta ixtisas
təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və
ikinci kurslarda 10 təqvim günü , digər kurslarda 20 təqvim günü məzuniyyət
verilir.
b) ali təhsil
müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə
yetirdikləri , yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və
ikinci kurslarda 30 təqvim günü , qalan kurslarda 40 təavim günü, orta ixtisas
təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və
ikinci kurslarda 20 təqvim günü , digər kurslarda 20 təqvim günü məzuniyyət
verilir.
c) ) ali təhsil
müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə
yetirdikləri , yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və
ikinci kurslarda 30 təqvim günü , qalan kurslarda 40 təavim günü, orta ixtisas
təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə birinci və
ikinci kurslarda 40 təqvim günü , digər kurslarda 20 təqvim günü məzuniyyət
verilir.
26. İşçilərin
xahişi ilə verilən ödənişçiz məzuniyyətlərin müddətləri nə qədərdir ?
a)
doktarantura təhsili alan işçilərə - 2 təqvim günü
b)
arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 21 təqvim günü
c) ailə , məişət
və başqa social məsələləri həll etmək üçün işçilərə - 7 təqvim gününədək.
27.
Aşağıdakılardan hansı hallarda işçilərin iş yeri və orta əmək haqqı saxlanılır
?
a) müvafiq
dövlət hakimiyyəti orqanlarının ictimai təşkilatların keçirdiyi forumlarda ,
müşavirələrdə , iclaslarda və digət tədbirlərdə iştirak etmək üçün işəgötürən tərəfindən
və ya onun razılığı ilə cəlb olnduqda
b) işəgötqrənin razılığı əsasında parlament
seçkilərində namizəd kimi iştirak etdikdə.
c) işəgötürənin
razılığı ilə beynəlxalq tədbirlərdə iştirak etmək üçün zəruri hazırlıqlar
aparıldıqda.
28. Əmək və
icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri hansılardır ?
a) xəbərdarlıq
etmək,töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdurdsa ,aylıq əmək
haqqının ¼ - i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək,əmək müqaviləsini
bu Məcəllənin 70-ci maddəsinin “ ç “ bəndi ilə ləğv etmək.
b) töhmət
vermək,sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək ,kollektiv müqavilələrdə nəzərdə
nəzərdə tutulmuşdurdsa , aylıq əmək haqqının ¼ - i məbləğindən çox olmamaq şərti
ilə cərimə etmək,əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ ç “ bəndi
ilə ləğv etmək
c) töhmət vermək,sonuncu xəbərdarlıqla şiddətli
töhmət vermək , aylıq əmək haqqının ¼ -i
məbləğindən çox olmamaq şərti ilə cərimə etmək ,əmək müqaviləsini bu Məcəllənin
70-ci maddəsinin “ ç “ bəndi ilə ləğv etmək.
29. Uşaq
hüquqlarını müdafiə edən orqanlar,birliklər və təşkilatlar hansıdır ?
a) Azərbaycan
Respublikasında Uşaq hüquqlarının müdafiəsi məhkəmə , polis və prokurorluq
orqanları , habelə Respublika uşaq birliyi və həmkarlar ittifaqı təşkilatları təmin
etməlidirlər.
b) Azərbaycan
Respublikasında Uşaq hüquqlarının müdafiəsini məktəblər,uşaq evləri ,internat
evləri , məhkəmə və prokurorluq orqanları , habelə həmkarlar ittifaqı təşkilatları
təmin etməlidirlər
v) Azərbaycan Respublikasında Uşaq hüquqlarının
müdafiəsini müvafiq icra hakimiyyəti , , məhkəmə və prokurorluq orqanları , bələdiyyələr
, habelə ictimai birliklər , həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər.
30. Uşaq
neçə yaşına çatdıqda öz hüquqlarının müdafiəsi üçün şəxsən məhkəməyə müraciət
edə bilər ?
a) 14 b) 16 c) 15
31.
Sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxslərə hansı güzəştlər verilir ?
a) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa
qulluq dövrü pensiya hüquiqu verən iş stajına daxil edilir.
b)
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüquiqu verən
iş stajına daxil edilir və uşağa qulluq
edən şəxsə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş müavinət
ödənilir.
c)
sağlamlıq imkanları məhdud 16yaşınadək uşağa qulluq dövrü pensiya hüquiqu verən
iş stajına daxil edilir və uşağa qulluq edən şəxsə əmək haqqının bir misli məbləğində
müavinət ödənilir.
32. Tam
dövlət təminatında olan sağlamlıq imkanları məhdud şəxslər kimlərdir ?
a) karlar, korlar , nitq qüsurları olanlar ,
dayaq-hərəkət aparatının funksiyaları pozulanlar , əqli cəhətdən geri qalanlar
( debuillər, imbisillər ) , emosional – iradi sahədə və davranışlarında nəzərə
çarpan ağır pozuntular olanlar , psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə
çətinlik çəkənlər , mürəkkəb çatışmazlıqları olanlar .
b) karlar,
korlar , nitq qüsurları olanlar , dayaq-hərəkət aparatının funksiyaları
pozulanlar , əqli cəhətdən geri qalanlar ( debuillər, imbisillər ) , emosional
– iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntular olanlar , psixi
inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər
c) karlar və zəif eşidənlər , korlar və zəif görənlər
, nitq qüsurları olanlar , dayaq-hərəkət aparatının funksiyaları pozulanlar , əqli
cəhətdən geri qalanlar ( debuillər, imbisillər ) , emosional – iradi sahədə və
davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar , psixi inkişafın ləngliyi
ilə əlaqədar təlimdə çətinlik çəkənlər , mürəkkəb çatışmazlıqları olanlar .
33. Xüsusi
təhsil almaq hüququnu təsbit edən sənədlər hansılardır ?
a) xüsusi təhsil
almaq hüququ psixoloji -tibbi pedaqoji komissiya, yetkinlik yaşına çatana isə
tibbi-sosial ekspert komissiyası tərəfindən verilən sənədlə təsdiq olunur.
b) xüsusi təhsil
almaq hüququ psixoloji -tibbi pedaqoji komissiya, dayaq-hərəkət aparatının
funksiyası pozulanlara isə tibbi-sosial ekspert komissiyası tərəfindən verilən
sənədlə təsdiq olunur.
c) xüsusi təhsil almaq hüququ psixoloji -tibbi pedaqoji
komissiya, mürəkkəb çatışmazlıqları olanlara isə tibbi-sosial ekspert
komissiyası tərəfindən verilən sənədlə təsdiq olunur.
0 коммент.:
Отправить комментарий