DİREKTOR OLMAQ İSTƏYİNLƏR ÜÇÜN İDARƏETMƏNİN HÜQUQİ ƏSASLARI TESTLƏR CAVABLARI İLƏ
a) hər iki valideynini itirmiş yetim uşaqlar
1.
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “Bilik
günü”nün təsis edilməsi və təhsil müəsisələrində iş rejiminin tənzimlənməsi
haqqında fərmanı nə vaxt qəbul olunub?
a) 16 yanvar 2005-ci il, nömrə 15
b) 17 may
2003-cü il, nömrə 79
v) 21 avqust 2004-cü il, nömrə 114
2.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil
Nazirliyi haqqında Əsasnamə”sinin təsdiq edilməsi barədə fərman nə vaxt qəbul olunub?
a) 1 mart
2005-ci il, nömrə 203
b) 17 oktyabr 2004-cü il, nömrə 345
v) 02 dekabr 2005-ci il, nömrə 567
3.
Aşağıdakılardan hansı Təhsil Nazirliyinin əsas vəzifəsinə daxil deyil?
a) təhsil sahəsində vahid dövlət siyasətinin
formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək, təhsil sahəsində
dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini
təmin etmək
b) təhsil
sisteminin fəaliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın
yaradılmasında iştirak etmək və müvafiq sahə standartları hazırlamaq, milli təhsil
sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının icrasına nəzarəti
həyata keçirmək
v) mülkiyyət və təşkilati-hüquqi formasından asılı
olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata
keçirmək, vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını
qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq
4.
Aşağıdakılardan hansı Təhsil Nazirliyinin funksiyasına daxil deyil?
a) təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə,
təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində
ümumtəhsil fənləri üzrətəhsilalanların biliyinin yekun qiymətləndirilməsi
(attestasiyası) istisna olmaqla) təmin edir
b) təhsil
sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları
dəyişdirmək və ləğv etmək, səlahiyyətləri daxilində təhsil müəssisələri tərəfindən
icrası məcburi olan göstərişlər, əmr və sərəncamlar vermək, onların icrasına nəzarət
etmək
v) təhsil prosesinin təşkilinə dair ümumi tələbləri
müəyyən edir, təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata
keçirir, təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata
keçirilməsinin monitorinqini aparır
5.
Aşağıdakılardan hansı Təhsil Nazirliyinin hüquqlarına daxil deyil?
a) təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı
olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə
kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə
və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun
müavininin namizədliyinə razılıq vermək
b) qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil məsələləri
ilə bağlı beynəlxalq və dövlətlərarası münasibətlərdə Azərbaycan Respublikasını
təmsil etmək, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr (sazişlər,
memorandumlar, bəyannamələr və s.) imzalamaq;
v) mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən,
fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada təhsilin inkişafı ilə bağlı
zəruri məlumatlar və arayışlar tələb etmək
6.
Təhsil Nazirliyinin strukturu kim tərəfindən müəyyən edilir?
a) təhsil naziri
b) Nazirlər Kabineti
v) Azərbaycan Respublikası Prezidenti
7.
Aşağıdakılardan hansı Təhsil Nazirinin səlahiyyətlərinə daxil deyil?
a) səlahiyyətləri daxilində Nazirliyin aparatının,
habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər,
sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktları təsdiq edir
(imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir
b) nazir müavinləri arasında vəzifə bölgüsü aparır, müəyyən
edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin mərkəzi
aparatının, habelə birbaşa tabeliyində olan büdcədən maliyyələşən qurumların
strukturunu təsdiq edir
v) təhsil nazirinin müavinlərini təyin
edir və onların arasında vəzifə bölgüsünü aparır
8.
Aşağıdakılardan hansı tərkib Təhsil Nazirliyinin kollegiyasına daxildir?
a) nazir
(kollegiyanın sədri), nazir müavinləri, nazirliyin mərkəzi aparatının rəhbəri, nazirliyin
tabeliyində olan qurumların rəhbər işçiləri, Elmlər Akademiyasının Prezidenti,
tanınmış alimlər, Nazirlər Kabinetinin humanitar şöbəsinin müdiri
b) nazir
(kollegiyanın sədri), nazir müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil
naziri, Nazirliyin mərkəzi aparatının rəhbəri, nazirliyin tabeliyində olan
qurumların rəhbər işçiləri və alimlər
v) nazir (kollegiyanın sədri), nazir müavinləri,
nazirliyin mərkəzi aparatının rəhbəri, nazirliyin tabeliyində olan qurumların rəhbər
işçiləri, Elmlər Akademiyasının Prezidenti və elmi katibləri, Prezident
Adminstrasiyasının humanitar şöbəsinin müdir müavini
9.
Təhsil Nazirliyinin kollegiyasının sayını və şəxsi tərkibini kim təsdiq edir?
a)
nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq
olunur
b) nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi
Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən təsdiq olunur
v) nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur
10.
Nazirliyin kollegiyasının fəaliyyəti nədən ibarətdir?
a) kollegiya öz iclaslarında təhsil nazirinin əmrlərini
və digər normativ-hüquqi aktları təsdiq edir
b) kollegiya
öz iclaslarında təhsillə bağlı aktual məsələləri müzakirə edir və onlar
haqqında müvafiq qərarlar qəbul edir
v) kollegiya öz iclaslarında ali təhsil müəsisələrinin
rəhbərlərinin hesabatlarını müzakirə edir
11.
Ən yaxşı ümumi təhsil müəsisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil
müəsisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim
müsabiqəsinin keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı nə vaxt qəbul olunub?
a) 25 fevral 2008-ci il, nömrə 714
b) 30 yanvar 2007-ci il, nömrə 67
v) 05 avqust 2008-ci il, nömrə 357
12.
Ən yaxşı ümumtəhsil məktəbi və ən
yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı nə vaxt qəbul olunub?
a) 12 oktyabr 2006-cı
il, nömrə 2578
b) 25 may 2007-ci il,
nömrə 1876
v) 4
sentyabr 2007-ci il, nömrə
2373
13.
Aşağıdakılardan hansı “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi”ndə
iştirak şərtlərinə daxil deyil?
a) məktəbin son
üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması, son üç ildə
ali məktəblərə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması
b) məktəbin fəlsəfə
doktoru dərəcəli, xarici dilli va magistr təhsilli müəllimlərinin faizinin
yüksək olması
v)
məktəbin
müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər
inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı
14.
“Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi”ndə
iştirak neçə mərhələlidir və qalib hansı mərhələdə və kim tərəfindən müəyyən
edilir?
a) müsabiqədə
iştirak 3 mərhələlidir və qalib 3-cü mərhələdə “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin
keçirilməsi üzrə” Təşkilat komitəsi tərəfindən hər üç mərhələnin nəticələrinə
görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış
50 ümumtəhsil məktəbi seçilir və müsabiqənin yekunu müvafiq aktla
rəsmiləşdirilir. Bunun əsasında isə Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə
mükafatlandırılır.
b) müsabiqədə iştirak 2 mərhələlidir və qalib 2-cü mərhələdə “Ən yaxşı ümumtəhsil məktəbi
müsabiqəsinin keçirilməsi üzrə” Təşkilat komitəsi tərəfindən hər iki mərhələnin
nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox
bal toplamış 30 ümumtəhsil məktəbi seçilir və müsabiqənin yekunu müvafiq aktla
rəsmiləşdirilir. Bunun əsasında isə Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə
mükafatlandırılır.
v) müsabiqədə iştirak 3 mərhələlidir və qalib 3-cü mərhələdə “Ən yaxşı ümumtəhsil məktəbi
müsabiqəsinin keçirilməsi üzrə” Təşkilat komitəsi tərəfindən hər üç mərhələnin
nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox
bal toplamış 40 ümumtəhsil məktəbi seçilir və müsabiqənin yekunu müvafiq aktla
rəsmiləşdirilir. Bunun əsasında isə Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı
ilə mükafatlandırılır.
15. Aşağıdakılardan hansı ümumtəhsil
məktəblərinə verilmiş mükafatın istifadə istiqamətlərinə aid deyil?
a)
ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı
ilə laboratoriya, kompyuter və idman avadanlığının alınması, informasiya
və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi
üzrə xərclənə bilər
b)
ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı ilə
istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsinə
xərclənə bilər
v) ümumtəhsil məktəblərinə
verilmiş mükafatlar məktəb şurasının qərarı ilə işdə fərqlənən müəllimlərin
əmək haqqlarına əlavələrə və ya onların xarici ölkələrdə ixtisasartırma
kurslarına göndərilməsinə xərclənə bilər.
16. Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdünü alan müəllimlər “ən yaxşı müəllim” müsabiqəsində
iştirak edə bilərlərmi?
a)
iştirak edə bilərlər
b) iştirak edə bilməzlər
v)
yalnız 10 ilə qədər əmək stajı olan müəllimlər iştirak edə bilərlər
17. “Ən yaxşı müəllim” müsabiqənin
keçirilməsinə rəhbərlik və nəzarəti hansı qurum həyta keçirir?
a) tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən Ən yaxşı müəllim
müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi
b)
tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilən,
Nazirlər Komitəsi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət
göstərən “Ən yaxşı müəlli” müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi
v)
tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin kollegiyası tərəfindən
təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən “Ən yaxşı müəllim”
müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi
18. Aşağıdakılardan hansı “Ən yaxşı
müəllim” müsabiqəsində iştirak etmək üçün şərt hesab edilmir?
a)
müsabiqədə iştirak etmək istəyən müəllim azı beş il pedaqoji iş stajına malik
olmalıdır
b) müsabiqədə iştirak etmək
istəyən müəllim ildə azı 1 dəfə dərs demək, məşğələ aparmaq üçün ixtisasartırma
tədbirlərində, seminar və treninqlərdə iştirak etməlidir
v)
müsabiqədə iştirak etmək istəyən müəllimin ixtisasartırma kurslarını keçməsi,
pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərdə
iştirakına dair, habelə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı müvafiq
sənədi olmalı
19. İlin “Ən
yaxşı müəllimi” müsabiqəsi neçə
mərhələdə təşkil edilir və qalib hansı mərhələdə
və necə müəyyən edilir?
a) müsabiqə
3 mərhələdə təşkil edilir və qalib 3-cü mərhələdə Təşkilat Komitəsi tətəfindən zonalar üzrə kvotalara uyğun
olaraq daha çox bal toplamış 100 müəllim seçilir və müsabiqənin yekunu müvafiq
aktla rəsmiləşdirilir
b) müsabiqə 3 mərhələdə
təşkil edilir və qalib 3-cü mərhələdə Təşkilat Komitəsi tətəfindən zonalar
üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 50 müəllim seçilir və müsabiqənin
yekunu müvafiq aktla rəsmiləşdirilir
v)
müsabiqə 2 mərhələdə təşkil
edilir və qalib 2-ci mərhələdə Təşkilat Komitəsi tətəfindən zonalar
üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 100 müəllim seçilir və
müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir
20. İlin “Ən
yaxşı müəllimi” müsabiqəsinin qalibi
yenidən həmin müsabiqədə iştirak edə bilərmi?
a)
iştirak edə bilməz
b) mükafat alan müəllim mükafat aldığı ildən 4 il keçdikdən sonra
iştirak edə bilər
v)
mükafat alan müəllim mükafat aldığı ildən 5 il keçdikdən sonra iştirak edə
bilər
21.Gənc
istedadlar üçün xüsusi təqaüdlərin aylıq məbləği nə qədərdir və bu təqaüd hansı
yaş həddinə qədər veriulir?
a) aylıq məbləğ 500 manatdər və təqaüd 25 yaşına
kimi verirlir
b) aylıq məbləğ 300 manatdır və təqaüd 25 yaşına
kimi verirlir
v) aylıq məbləğ
200 manatdər və təqaüd 20 yaşına kimi verirlir
22.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə komissiyanın yeni tərkibi
kimlərdən ibarətdir?
a) Komissiyanın sədri: PA-nın rəhbəri, Komissiyanın
üzvləri: Baş nazirin müavini, EA-nın prezidenti, PA-nin Humanitar siyasət şöbəsinin
müdiri, Təhsil Naziri, Daxili İşlər Naziri, Mədəniyyət naziri
b) Komissiyanın sədri: PA-nın rəhbəri, Komissiyanın
üzvləri: Baş nazirin müavini, EA-nın prezidenti, PA-nin Humanitar siyasət şöbəsinin
müdiri, Təhsil Naziri, Ədliyyə Naziri, Sənaye və İqtisadiyyat naziri, Maliyyə
Naziri, Mərkəzi Bankın sədri, TQDK-nın sədri
v)
Komissiyanın sədri: PA-nın rəhbəri, Komissiyanın üzvləri: Baş nazirin müavini,
EA-nın prezidenti, PA-nin Humanitar siyasət şöbəsinin müdiri, Təhsil Naziri,
Ədliyyə Naziri, Sənaye və İqtisadiyyat naziri, Maliyyə Naziri, Gənclər və İdman
naziri, TQDK-nın sədri
23.
Azərbaycan Respublikası Prezidentinin 2011 – 2021-ci illərdə Azərbaycan təhsilinin
inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında Sərəncamı nə vaxt qəbul
olunub?
a) 11 iyul
2011-ci ildə, nömrə 1624
b) 17 may 2011-ci ildə, nömrə 578
v) 23 dekabr 2010-cu ildə, nömrə 1234
24.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsindən hansı nəticəsələr
gözlənirdi?
a) yeni metod və texnoligiyalar vasitəilə pedoqoji
heyyətin İKT biliklərinə yiyələnməsi
b) şagirdlərin ilkin olaraq Bakı şəhəri, daha sonra
bütün ölkə boyu keyfiyyətli və İKT əsaslı tədris proqramı ilə təhsil almaq
imkanları təmin olunmalı
v) əhalinin
bütün təbəqələri üçün keyfiyyətli və İKT əsaslı tədris proqramı ilə təhsil
almaq imkanları təmin olunmalı
25. Psixoloji
–tibbi–pedoqoji komissiyanın tərkibi hansi dövlət orqanı tərəfindən müəyyən
edilir?
a) Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən
b) Təhsil
Nazirliyi tərəfindən
b) Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi
və Səhiyyə Nazirliyi tərəfindən
26.
Psixoloji –tibbi–pedoqoji komissiyanın vəzifəsi nədən ibarətdir?
a) ciddi tərbiyəyə ehtiyacı olan, 11
yaşından 14 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəsisəsinə
göndərilməsi üçün rəy verir
b) ciddi tərbiyəyə ehtiyacı olan, 10 yaşından 15
yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəsisəsinə göndərilməsi
üçün rəy verir
v) sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil
müəsisəsinə göndərilməsi üçün rəy verir və xüsusi təhsilin tipini müəyyən edir
27.
Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, litseylərinin və
gimnaziyalarının nümunəvi ştatları haqqında qərar na vaxt qəbul olunub?
a) qərarı Təhsil
Nazirliyi 12 may 1997-ci ildə 456 nömrə altında qəbul edib
b) qərarı Milli Məclis 23 sentyabr 1998-ci ildə 734
nömrə altında qəbul edib
v) qərarı Nazirlər Kabineti 29 may
1996-cı ildə 064 nömrə altında qəbul edib
28. Dövlət ümumtəhsil
məktəbləri, litseyləri və gimnaziyalarında mühasib statı olması üçün neçə
sinf-komplekti olmalıdır?
a) 20-22 sinif-komplekti
b) 17-19 sinif komplekti
v) 14-16 sinif komplekti
29.
Dövlət ümumtəhsil məktəbləri, litseyləri və gimnaziyalarında kitabxanaçı statı
olması üçün neçə sinf-komplekti olmalıdır?
a) 20-22
sinif-komplekti
b) 17-19 sinif komplekti
v) 30 və daha
çox sinif komplekti
30.
Aşağıdakılardan hansı ümumtəhsil məktəbinin
proqramı ilə evdə təhsil almaq hüququ verən xəstəliklərin
siyahısına daxil deyil?
a) tez-tez təkrarlanan ağır
tutmalar və ya uzunmüddətli asmatik vəziyyətlə gedən bronxial astma
b) talassemiyanın
orta ağır
və qan donmaları ilə müşayət olunan formaları
v) kəskin qırmızı qurdeşənəyi
31. Aşağıdakılardan hansı xüsusi təhsil məktəbinin proqramı ilə
evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısına daxildir?
a)
tez-tez baş verən gündüz epilepsiya tutmaları
b) şiddətli yayılmış sklerodermiya
v) piqmentli kseroderma ağır xroniki
gedişli
32.
Evdə təhsilin təşkili qaydalarına görə gündəlik dərslərin miqdarı I pillədə, II
və III pillədə neçə saat olmalıdır?
a)
I pillədə 3 saat, II və III pillədə 4 saatdan çox ola bilməz
b) I pillədə 2 saat, II və III pillədə
4 saatdan çox ola bilməz
v)
I pillədə 2 saat, II və III pillədə 3 saatdan çox ola bilməz
33. Xüsusi təhsil müəsisələri haqqında Əsasnaməyə görə
kor və zəif görən şəxslər üçün internat tipli xüsusi təhsil müəsisələrində təhsil
müddəti neçə ildir?
a) 12 il
b) 10 il
v) 11 il
34.
Xüsusi təhsil müəssisələrində şagirdlər üçün ev
tapşırıqlarının həcmi onların yerinə yetirilməsinə ayrılan vaxta görə nə qədər
müəyyənləşdirilir?
a)
I siniflərdə ev tapşırığı verilmir; II sinifdə 35-40 dəqiqə, III sinifdə 1
saatadək, IV-V siniflərdə 1,5 saatadək, VI-VIII siniflərdə 3 saat, IX-XII
siniflərdə 4 saat ev tapşırığı verilə bilər
b) I siniflərdə 20-30 dəqiqə; II sinifdə
30-40 dəqiqə, III sinifdə 1 saatadək, IV-V siniflərdə 1,5 saatadək, VI-VIII
siniflərdə 2 saat, IX-XII siniflərdə 2.5 saat ev tapşırığı verilə bilər
v)
I siniflərdə ev tapşırığı verilmir; II sinifdə 30-40 dəqiqə, III sinifdə 1
saatadək, IV-V siniflərdə 1,5 saatadək, VI-VIII siniflərdə 2 saat, IX-XII
siniflərdə 2.5 saat ev tapşırığı verilə bilər
35. Xüsusi təhsil müəssisələrində siniflərin komplekləşdirilməsi nə
vaxt başa çatır?
a) darslar oktyabr ayının 15-də
başlamalıdır, ancaq psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı ilə xüsusi
təhsil müəssisələrinə ilin sonuna kimi şagird qəbul edilə bilər
b) dərslar oktyabr ayının 1-də
başlamalıdır, ancaq psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı ilə xüsusi
təhsil müəssisələrinə il ərzində şagird qəbul edilə bilər
v) darslar oktyabr ayının 15-də
başlamalıdır, ancaq psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı ilə xüsusi
təhsil müəssisələrinə il ərzində şagird qəbul edilə bilər
36. İnteqrasiya təlimli təhsil müəsisəsi xüsusi, ya ümumi təhsil müəsisəsi
hesab edilir?
a) inteqrasiya təlimli təhsil müəsisəsi
sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün
xüsusi şərait yaradılmış ümumtəhsil müəsisəsidir
b) inteqrasiya təlimli təhsil müəsisəsi
sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün
xüsusi şərait yaradılmış xüsusi təhsil müəsisəsidir
v) inteqrasiya təlimli təhsil müəsisəsi
sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin qismən birgə təhsil
alması üçün xüsusi şərait yaradılmış həm xüsusi, həm də ümumi təhsil müəsisəsidir
37. İnteqrasiya təlimli təhsil müəsisələrində saglamlıq imkanları məhdud
şəxslərin sayı ümumi kontingentin neçə faizindən çox ola bilməz?
a)
inteqrasiya təlimli təhsil müəsisələrində saglamlıq imkanları məhdud şəxslərin
sayı ümumi kontingentin 10 faizindən çox ola bilməz
b) inteqrasiya təlimli təhsil müəsisələrində
saglamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox
ola bilməz
v) inteqrasiya təlimli təhsil müəsisələrində
saglamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 30 faizindən çox
ola bilməz
38. Xüsusi təhsil siniflərində şagirdlərin orta sıxlığı nə qədər
olmalıdır?
a) orta sıxlıq 8-10 nəfər götürülür
b)
orta sıxlıq 10-15 nəfər götürülür
v) )
orta sıxlıq 8-12 nəfər götürülür
39. Sağlamlıq imkanları məhdud şəxslər təlim vasitələrindən başqa
daha nələrlə təmin olunurlar?
a) yemək, geyim, ayaqqabı, kompyuter,
telefon və dars kitabları
b) yemək, geyim, ayaqqabı, kompyuter,
telefon, dars kitabları və sair dəftərxana ləvazimatları
v)
yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələr
40. Saglamlıq imkanları məhdud şəxslər hansı halda stasionar şəraitdə
təhsilə cəlb olunurlar?
a) saglamlıq imkanları məhdud şəxslər
stasionar tibb müəsisələrində uzunmüdətli (21 gündən artıq) stasionar müalicədə
olarkən, Təhsil Nazirliyi psixoloji – tibbi – pedaqoji komissiyanın qərarı əsasında
onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir
b) saglamlıq imkanları məhdud şəxslər
stasionar tibb müəsisələrində uzunmüdətli (42 gündən artıq) stasionar müalicədə
olarkən, Təhsil Nazirliyi psixoloji – tibbi – pedaqoji komissiyanın qərarı əsasında
onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir
v) saglamlıq imkanları məhdud şəxslər
stasionar tibb müəsisələrində uzunmüdətli (21 gündən az) stasionar müalicədə
olarkən, Təhsil Nazirliyi psixoloji – tibbi – pedaqoji komissiyanın qərarı əsasında
onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir
41. Beynəlxalq standartlara uyğun gələn, yüksək
keyfiyyətli fasiləsiz müəllim hazırlığı sisteminin uğurla formalaşdırılması və
tətbiqi üçün vaсib olan hansı strateji fəaliyyət istiqamətləri müəyyən
edilmişdir?
a) insanın, сəmiyyətin, mühitin, elmin, şüurun, mədəniyyətin,
həyat şəraitinin və s. dəyişmə sürətinin artması
b) müəllim
hazırlığı kurrikulumunun keyfiyyəti; müəllimlərin hazırlanması və təhsil
sisteminin müəllimlərlə təmin edilməsi; fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığı müəssisələrinin təşkilati strukturu və funksiyaları; fasiləsiz pedaqoji
təhsil və müəllim hazırlığında monitorinq və keyfiyyətin təminatı; müəllimlərin
hazırlanmasının və təkmilləşdirilməsinin həyata keçirilməsi modelləri; fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığı sisteminin idarə olunması və meneсer hazırlığı
v) müəllim
hazırlığı kurrikulumunun keyfiyyəti; müəllimlərin hazırlanması və təhsil
sisteminin müəllimlərlə təmin edilməsi; fasiləsiz pedaqoji təhsil və müəllim
hazırlığı müəssisələrinin təşkilati strukturu və funksiyaları; fasiləsiz
pedaqoji təhsil və müəllim hazırlığında monitorinq və keyfiyyətin təminatı
42.
Azərbaycan Respublikasında fasiləsiz pedoqoji təhsil və müəllim hazırlığının
Konsepsiya və Strategiyası hansı məqsədlə hazırlanmış və nə vaxtdan bu yöndə əməli
işlər başlanmışdır?
a) təhsil sektorunun bütün sahələrinin səriştəli,
yüksək peşəkarlığa malik pedoqoji kadrlarla təmin edilməsi və ümumi təhsilin
keyfiyyətinin artırılması məqsədilə hazırlanmış və 2007-ci ildən bu yöndə işlər
başlanmışdır
b) təhsil sektorunun bütün sahələrinin səriştəli,
yüksək peşəkarlığa malik pedoqoji kadrlarla təmin edilməsi məqsədilə
hazırlanmış və 2008-ci ildən bu yöndə işlər başlanmışdır
v) təhsil sektorunun bütün sahələrinin səriştəli,
yüksək peşəkarlığa malik pedoqoji kadrlarla təmin edilməsi məqsədilə
hazırlanmış və 2009-cu ildən bu yöndə işlər başlanmışdır
43. Ümumi təhsilin səviyyələrini müxtəlif
səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası necədir?
a) arayış
ümumi təhsilin ümumi orta və tam orta səviyyələrini müxtəlif səbəblərdən başa
vurmayan şəxslərin valideynlərinin müraciəti əsasında məktəb pedaqoji şurasının
qərarı ilə 5 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş
formalara uyğun verilir
b) arayış ümumi təhsilin ibtidai, ümumi orta və tam
orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin
və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji
şurasının qərarı ilə 10 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli
əlavələrində verilmiş formalara uyğun verilir
v) arayış
ümumi təhsilin tam orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan
şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti
əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində bu Qaydanın 4,
5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun verilir.
44. Ümumi təhsilin səviyyələrini müxtəlif
səbəblərdən başa vurmayan şəxslərə verilən arayışda nə yazılır?
a) arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı
qiymətlər yazılır
b) arayışda şagirdin dinlədiyi fənlər
yazılır
v) arayışda şagirdin fənlər üzrə
aldığı qiymətlər yazılır
45. Şəhadətnamənin, attestatın və ya onların
dublikatlarının məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, məsələ necə həll
edilir?
a) sənədlər məzunun valideynlərinə
verilir
b) sənədlər məzunun müəyyən
olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında qanuni nümayəndəsinə verilir
v) sənədlər məzunun qanuni
nümayəndəsinə (qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədlər əsasında)
və ya məzunun adından çıxış edən digər şəxsə (müəyyən olunmuş qaydada tərtib
edilmiş etibarnamə əsasında) verilir
46. Ümumtəhsil
məktəblərində sinif (qrup) rəhbərliyinə görə əlavə haqlar hansı qaydada ödənilir.
a) І - ІV siniflərdə bir müəllim stavkasının 10
faizi həcmində; V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində
b) І - ІV siniflərdə bir müəllim
stavkasının 15 faizi həcmində;
V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində
v) І - ІV siniflərdə bir müəllim stavkasının 25
faizi həcmində; V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində
47. Müəllim
iki sinifdə sinif rəhbərliyi apara bilərmi?
a) müəllim heç bir halda iki sinifdə sinif rəhbərliyi
apara bilməz
b) məktəbdə müəllimlərin sayı kifayət qədər
olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla
bilər
v) müəllim yalnız 10-11-ci siniflərdə, hər sinifdə
şagirdlərin sayı 10 nəfərdən artıq olmadıqda sinif rəhbərliyini apara bilər
48. Hansı müəllimlərə
dəftərlərin və yazı
işlərinin yoxlanılması üçün
bir müəllim stavkasının 10 faizi miqdarında əlavə haqq ödənilir?
a)
bütün tipdən olan
ümumtəhsil və internat məktəblərinin
І - ІV sinif müəllimlərinə
b) yalnız
internat məktəblərinin müəllimlərinə
v) bütün
tipdən olan ümumtəhsil və internat məktəblərinin müəllimlərinə
49. Evlərdə, xəstəxanada və
ya sanatoriyada І - V
sinif şagirdləri ilə fərdi və ya
qrup halında dərs aparan müəllimlərə
yazı işlərinin yoxlanılması üçün əlavə haqq ödənilmirmi?
a) І - V
siniflərdə bir müəllim stavkasının 25 faizi həcmində
b) І - V siniflərdə bir müəllim stavkasının 10 faizi həcmində
v) ödənilmir
50. Təlim qeyri-azərbaycan dilində aparılan І - ІV
siniflər azərbaycan dilini, təlim azərbaycan
dilində aparan І - ІV siniflərdə
xarici dili digər müəllim tədris
edirsə, həmin müəllimə əlavə haqq ödənilirmi?
a) əlavə haaq
ödənilmir
b) şagirdlərin sayı nəzərə alınmaqla yazı işlərinin
yoxlanması üçün ibtidai siniflərdə nəzərdə tutulmuş ödənişə uyğun olaraq dərs
dediyi faktiki saatların miqdarına görə əlavə haqq ödənilir
v) şagirdlərin
sayı 20 nəfərdən çox olduqda yazı işlərinin
yoxlanması üçün ibtidai siniflərdə nəzərdə
tutulmuş ödənişə uyğun olaraq dərs dediyi faktiki saatların miqdarına görə əlavə
haqq ödənilir
51. Məktəb və internat məktəblərdə tədris kabinetinin
müdirinə (peşəyönümü, informatika və hesablama texnikası daxil olmaqla) əlavə
haqq ödənilrmi?
a) tədris kabinetinin müdirinə
(peşəyönümü, informatika və hesablama texnikası daxil olmaqla) stavka və ya vəzifə
maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir
b) tədris kabinetinin müdirinə (peşəyönümü, informatika və hesablama
texnikası daxil olmaqla) stavka və ya vəzifə maaşının 15 faizi miqdarında əlavə
haqq ödənilir
v) tədris kabinetinin müdirinə fənn müəllimlərinin sayı 5-dən artıq
olduqda stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir
52. İbtidai, əsas, orta məktəblərdə və internat məktəblərdə
bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılması həvalə olunan
müəllimə hansı halda bir müəllim stavkasının 70 faizi miqdarında əlavə haqq ödənilir.
a) siniflərin
sayı 15-20 olduqda
b) siniflərin
sayı 20-25 olduqda
v) siniflərin sayı 30 və daha çox olduqda
53. Müəllim və
digər işçilərə kargüzarlıq və mühasibat uçotu işlərini yerinə yetirmək üçün əlavə
haqq ödənilirmi?
a) ümumtəhsil məktəblərində sinif
komplektlərinin sayı 50-dən 10-a qədər olduqda stavka və ya vəzifə maaşının 10
faizi miqdarında əlavə haqq ödənilir
b) ümumtəhsil
məktəblərində sinif komplektlərinin sayı 50-dən 20-a qədər olduqda stavka və ya
vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq ödənilir
v) ümumtəhsil
məktəblərində sinif komplektlərinin sayı 50-dən 10-a qədər olduqda stavka və ya
vəzifə maaşının 5 faizi miqdarında əlavə haqq ödənilir
54.
Hansı hallarda məktəb direktoruna və tədris işləri üzrə direktor müavininə vəzifə maaşı
stavkasının 5 faizi,
günüuzadılmış məktəblərdə isə 10 faizi
miqdarında əlavə haqq ödənilir?
a) məktəbdə beş və
daha çox günüuzadılmış qrup olarsa
b) məktəbdə üç və daha
çox günüuzadılmış qrup olarsa
v) məktəbdə iki və daha
çox günüuzadılmış qrup olarsa
55. Bütün tipdən olan ümumtəhsil məktəblərinin
(internat məktəbləri daxil olmaqla), litseylərin, gimnaziyaların, peşə məktəbi
və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq
qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində
ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına
salınmaqla həftədə neçə saata qədər dərs apara bilərlər?\
a) 6 saata qədər
b) 12 saata qədər
v) 18 saata qədər
56. Bütün tipdən olan ümumtəhsil
məktəblərinin (internat məktəbləri daxil olmaqla), litseylərin, gimnaziyaların,
peşə məktəbi və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə
müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı hansı halda 18 saata
qədər dərs apara bilərlər?
a) onlar işlədikləri təhsil müəssisələrində
ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına
salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə
müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac
yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında
əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240
saata) qədər də dərs apara bilərlər
b) onlar işlədikləri
təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə
siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər,
bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri
ehtiyac yarandığı hallarda əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris
ili ərzində 240 saata) qədər də dərs apara bilərlər
v) onlar işlədikləri
təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə
siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər,
bundan əlavə təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında
əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240
saata) qədər də dərs apara bilərlər
57.
Ümumtəhsil məktəblərinin, litseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə
litseylərinin rəhbər işçilərindən kim(lər) işlədikləri təhsil müəssisələrində
ixtisasları üzrə tarifləşmə siyahısına salınmaqla həftədə 18 saata (ildə 720
saata) qədər dərs apara bilərlər?
a) 0,5 ştat vəzifə maaşı alanlar
b) müvafiq
ixtisas fənni üzrə müəllim çatışmadıqda yalnız direktor müavinləri
v) zəruri
ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı
əsasında yalnız 0,5 ştatla işlə\yən direktor müavinləri
58.
Ümumtəhsil məktəblərinin, litseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə
litseylərinin rəhbər işçilərindən 0,5 ştat vəzifə maaşı alanları hansı hallarda
işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə tarifləşmə siyahısına
salınmaqla həftədə 24 saata qədər dərs apara bilərlər?
a) rəhbər işçilərdən 0,5
ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə
tarifləşmə siyahısına salınmaqla həftədə 18 saat + kənar təhsil müəsisəsində
müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda yuxarı təşkilatın razılığı əsasında
əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata qədər də dərs apara bilərlər
b) rəhbər işçilərdən 0,5
ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə
tarifləşmə siyahısına salınmaqla həftədə 18 saat + təhsil müəssisəsinin tabe
olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə
6 saata qədər də dərs
apara bilərlər
v) rəhbər işçilərdən 0,5 ştat vəzifə maaşı alanları işlədikləri təhsil
müəssisələrində ixtisasları üzrə tarifləşmə siyahısına salınmaqla həftədə 18
saat + müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri
ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın
razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata qədər də dərs
apara bilərlər
59.
Tam vəzifə maaşı alan ümumtəhsil məktəblərinin, litsey və gimnaziyaların, peşə
məktəbi və peşə litseylərinin rəhbər işçiləri yaxınlıqdakı təhsil müəsisəsində
dərs apara bilərlərmi?
a) heç bir halda
yaxınlıqdakı təhsil müəssisəsində dərs apara bilməzlər
b) tabe olduqları yuxarı təşkilatın
razılığı ilə yaxınlıqdakı təhsil müəssisəsində həftədə 6 saata qədər apara bilərlər
v) yaxınlıqdakı təhsil müəssisəsində
həftədə 12 saata qədər dərs apara bilərlər
60.
0,5 vəzifə maaşı alan rəhbər işçilər yaxınlıqdakı təhsil müəsisəsində həftədə
neçə saata qədər ixtisasları üzrə dərs apara bilərlər?
a) tabe olduqları yuxarı təşkilatın
razılığı ilə yaxınlıqdakı təhsil müəssisəsində həftədə 18 saata qədər
ixtisasları üzrə dərs apara bilərlər
b) tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqdakı təhsil
müəssisəsində həftədə 12 saata qədər ixtisasları üzrə dərs apara bilərlər
v) həftədə 12 saata qədər
ixtisasları üzrə dərs apara bilərlər
61.
Ümumtəhsil gimnaziyasının psixoloqu ibtidai sinifdə “ətraf aləmin dərk
olunması” fənnini də tədris etməklə həftədə 12 saat dərs aparırdı. Dərs ilinin
4-cü rübündə Təhsil Nazirliyinin “Monitorinq və qiymətləndirmə” şöbəsi həmin
gimnaziyada monitorinq aparır və məktəb psixoloqunun həftədə 12 saat dərs
aparmasını qanun pozuntusu kimi qeyd edirək bu barədə Təhsil Nazirliyinə təqdimat
verir.
Bundan ay yarım sonra qeyd
edilən pozuntuya yol verdiyinə görə həmin gimnaziyanın direktoruna, tədris hissə
müdirinə və psixoloquna Təhsil Nazirinin əmri ilə töhmət verilir.
- Gimnaziyanın psixoloqunun
həftədə 12 saat dərs aparması qanuni idimi?
- Təhsil Nazirinin direktor
və digərləri barədə intizam tənbehi əsaslı və qanuni olubmu?
62.
Ümumtəhsil məktəbinin uşaq birliyinin rəhbəri hansı halda həftədə 18 saata qədər
dərs verə bilər?
a) 0,5 ştat üzrə vəzifə
maaşı alan uşaq birliyinin rəhbəri
b) uşaq birliyinin rəhbəri
heç bir halda həftədə 18 saata qədər dərs verə bilməz
v) uşaq birliyinin rəhbəri
bütün hallarda həftədə 12 saata qədər dərs verə bilər
63. Ümumtəhsil məktəblərinin, litsey və
gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin hərbi rəhbərinə hərbi
hazırlıq üzrə həftədə 8 saata qədər tədris etdikləri dərs saatlarına görə əlavə
əmək haqqı ödənilirmi?
a) həftədə 8 saatlıq tədris
hərbi rəhbərin vəzifə maaşına daxil edilir, lakin həmin saatlar üçün ona 0,5
stavka əlavə haqq ödənilir
b) həftədə 8 saatlıq tədris
hərbi rəhbərin vəzifə maaşına daxil edilmir və həmin saatlar üçün ona əlavə
haqq ödənilir
v) həftədə 8 saatlıq tədris hərbi rəhbərin vəzifə maaşına daxil
edilir və həmin saatlar üçün ona əlavə haqq ödənilmir
64.
Ümumtəhsil internat məktəbləri məqsədindən asılı olaraq neçə tipdə yaradılır?
a) 2
tipdə - aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqları
üçün ümumi tipli ümumtəhsil internat məktəbləri və sanator tipli ümumtəhsil
internat məktəbləri
b) 2
tipdə - yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi ümumtəhsil
internat məktəbləri və sanator tipli ümumtəhsil internat məktəbləri
v) 3 tipdə - aztəminatlı, zəruri sosial-məişət
şəraiti olmayan ailələrin uşaqları üçün ümumi tipli ümumtəhsil internat
məktəbləri, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi
ümumtəhsil internat məktəbləri və sanator tipli ümumtəhsil internat məktəbləri
65. Ümumi tipli ümumtəhsil internat məktəblərinə
hansı uşaqlar qəbul olunmurlar?a) hər iki valideynini itirmiş yetim uşaqlar
b) tək
anaların (ataların) övladları
v)
səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud onları əvəz
edənlərin) uşaqları
66. Xüsusi tipli ümumtəhsil internat məktəblərinə
hansı uşaqlar qəbul olunurlar?
a) çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan
ailələrdən gələnlər
b)
qəyyumluğa (himayəyə), övladlığa götürülən uşaqlar
v) müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum
olan uşaq və yeniyetmələr
67. İnternat məktəbinin direktoru seçildikdən sonra özünü dogrultmadıqda məktəbin
hansı qurumu tərəfindən geri çağırıla bilər?
a) özünü doğrultmayan
direktor vaxtından əvvəl məktəb şurası tərəfindən geri çağırıla bilər
b) özünü doğrultmayan direktor vaxtından əvvəl internat məktəbinin
ümumi yığıncağı (konfransı) tərəfindən geri çağırıla bilər
v) ) özünü doğrultmayan
direktor vaxtından əvvəl məktəbin pedaqoji şurası tərəfindən geri çağırıla bilər
1-ci sulın cavabı v) bəndi olmalıdır
ОтветитьУдалить