12.04.2016

İşçilәrin mәzuniyyәt hüququ vә onun tәmin edilmәsi


"Ülfәt" qәzetinin hәyata keçirdiyi "İşçilәrin әmәk vә sosial hüquqlarına dair biliklәrinin artırılmasına yardım" layihәsinin icraçıları noyabrın 18-dә Şirvan şәhәrinin qonağı olmuşlar. Şәhәrin mәdәniyyәt, tәhsil, sәnaye sahәlәrindә çalışan, sahibkarlıqla mәşğul olan sakinlәrindәn bir qrupunun toplaşdığı Mәrkәzi kitabxanada" işçilәrin mәzuniyyәt hüququ vә onun tәmin edilmәsi mövzusunda seminar keçirilmişdir. Seminarda "Ülfәt"in hüquqşünası geniş mәruzә söylәmişdir. O demişdir: işçilәrin mәzuniyyәt hüququnun tәmin edilmәsi Әmәk Mәcәllәsinin әsas tәlәblәrindәn biridir. İşçilәr vәzifәsindәn (peşәsindәn), әmәk şәraitindәn vә әmәk müqavilәsinin müddәtindәn asılı olmayaraq, Әmәk Mәcәllәsi ilә müәyyәn edilmiş mәzuniyyәtlәrdәn istifadә etmәk hüququna malikdirlәr. Әlavә iş yerindә әvәzçiliklә işlәyәn işçilәrin dә bu Mәcәllә ilә müәyyәn edilmiş mәzuniyyәtlәrdәn istifadә etmәk hüququ vardır. İşçilәrin bu Mәcәllә ilә müәyyәn edilmiş mәzuniyyәt hüququ vә ondan istifadә qaydaları mәhdudlaşdırıla bilmәz. Mәzuniyyәtdә olduğu müddәt әrzindә işçinin iş yeri, vәzifәsi (peşәsi) vә bu Mәcәllәdә nәzәrdә tutulmuş hallarda orta әmәkhaqqı saxlanılır, habelә işәgötürәnin tәşәbbüsü ilә әmәk müqavilәsinin pozulması vә işçinin intizam mәsuliyyәtinә cәlb edilmәsi yolverilmәzdir. Bu müddәt işçinin әmәk stajına, hәmçinin ixtisası üzrә stajına daxil edilir. Әmәk Mәcәllәsi ilә işçilәrin mәzuniyyәt hüququnun 4 növü nәzәrdә tutulub: әsas vә әlavә mәzuniyyәtlәrdәn ibarәt olan әmәk mәzuniyyәti, sosial mәzuniyyәt, tәhsilini davam etdirmәk vә elmi yaradıcılıqla mәşğul olmaq üçün verilәn tәhsil vә yaradıcılıq mәzuniyyәti, ödәnişsiz mәzuniyyәt. Әmәk mәzuniyyәti işçinin әmәk qabiliyyәtinin bәrpası, sağlamlığının mühafizәsi vә möhkәmlәndirilmәsi üçün işdәn ayrılmaqla öz mülahizәsi әsasında istifadә etdiyi istirahәt vaxtıdır. Әmәk mәzuniyyәtinin müddәti tәqvim günü ilә hesablanır. İşçilәrә ödәnişli әsas mәzuniyyәt 21 tәqvim günündәn az olmayaraq verilmәlidir. Kәnd tәsәrrüfatı mәhsullarının istehsalında çalışan işçilәrә, mәsul vәzifәlәrdә qulluq keçәn dövlәt qulluqçularına, müәssisәnin rәhbәr işçilәrinә vә mütәxәssislәrinә, xüsusi rejimli tәdris müәssisәlәri istisna olmaqla, tәdris müәssisәsindә pedaqoji iş aparmayan rәhbәr işçilәrә vә inzibati-tәdris heyәti işçilәrinә, habelә mәktәbdәnkәnar uşaq müәssisәlәrinin rәhbәrlәrinә, tәdris müәssisәlәrinin metodistlәrinә, baş ustalarına, istehsalat tәlimi ustalarına, tәlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rәhbәrlәrinә, dayәlәrә, dәyişәk xidmәtçilәrinә, bәdii rәhbәrlәrinә, elmi dәrәcәsi olmayan elmi işçilәrә, hәkimlәrә, orta tibb işçilәrinә vә әczaçılara ödәnişli әsas mәzuniyyәt 30 tәqvim günü müddәtindә verilmәlidir. Natamam iş vaxtı şәraitindә işlәyәn işçilәrә әmәk mәzuniyyәti tam iş vaxtı şәraitindә işlәyәn işçilәrә verilәn әmәk mәzuniyyәti müddәtindә, yerinә yetirdiklәri vә ya çalışdıqları vәzifәyә uyğun olaraq verilir. Mövsümi işlәrdә çalışan işçilәrә әsas mәzuniyyәt, bir qayda olaraq, mövsümün sonunda hәr iş ayına görә iki tәqvim günündәn az olmayan müddәtә verilir. Әmәk mәzuniyyәti dövrünә tәsadüf edәn, iş günü hesab olunmayan bayram günlәri mәzuniyyәtin tәqvim günlәrinә daxil edilmir vә ödәnilmir. Әmәk Mәcәllәsindә yeraltı işlәrdә çalışan, әmәk şәraiti zәrәrli vә ağır, habelә әmәk funksiyası yüksәk hәssaslıq, hәyәcan, zehni vә fiziki gәrginliklә bağlı olan işçilәrә әmәyin şәraitinә vә әmәk funksiyasının xüsusiyyәtlәrinә görә әlavә mәzuniyyәtlәrin verilmәsi nәzәrdә tutulmuşdur. Әmәk şәraitinә vә әmәk funksiyasının xüsusiyyәtlәrinә görә әlavә mәzuniyyәtin müddәti 6 tәqvim günündәn az olmamalıdır. İşçilәr әmәk stajı beş ildәn on ilәdәk olduqda 2, on ildәn on beş ilәdәk olduqda 4, on beş ildәn çox olduqda isә 6 tәqvim günü müddәtindә әlavә mәzuniyyәtә çıxa bilәrlәr. Әsas vә әlavә mәzuniyyәtlәrin müddәtindәn asılı olmayaraq 14 yaşınadәk iki uşağı olan qadınlara 2, bu yaşda üç vә daha çox uşağı olan, hәmçinin sağlamlıq imkanları mәhdud uşağı olan qadınlara isә 5 tәqvim günü müddәtindә әlavә mәzuniyyәt verilir. Uşaqlarını tәkbaşına böyüdәn ataların, hәmçinin uşaqları övladlığa götürmüş şәxslәrin bu maddәnin birinci hissәsindә nәzәrdә tutulan әlavә mәzuniyyәt hüququ vardır. Әmәk Mәcәllәsinә әsasәn, illik normanın üçdә bir hissәsindәn az olmamaqla pedaqoji iş aparan tәdris müәssisәlәrinin rәhbәr işçilәrinә, tәrbiyәçilәrinә, tәlimatçılarına, dәrnәk vә musiqi rәhbәrlәrinә, konsertmeysterlәrә, akkompaniatorlara, xormeysterlәrә vә başqa musiqi işçilәrinә; bütün ixtisas vә adlardan olan müәllimlәrә (mәşqçi müәllimlәrdәn başqa);uşaq birliyi rәhbәrlәrinә, magistrlәrinә, praktik psixoloqlara, loqopedlәrә, surdopedaqoqlara; tәdris müәssisәlәrinin tәrbiyәçilәrinә (mәktәbyanı internat tәrbiyәçilәrindәn başqa), eşitmә kabinetlәrinin tәlimatçılarına, dәrnәk rәhbәrlәrinә, hәrbi rәhbәrlәrә, bәdәn tәrbiyәsi rәhbәrlәrinә; sosial müdafiә orqanlarının vә sәhiyyә tәşkilatlarının bilavasitә pedaqoji fәaliyyәtlә mәşğul olan işçilәrinә; elmi tәdqiqat müәssisәlәrinin, habelә ali mәktәblәrin elmi tәdqiqat bölmәlәrinin elmlәr doktoru elmi dәrәcәsi olan әmәkdaşlarına, rәhbәrlәrinә vә onların elmi işlәr üzrә müavinlәrinә, elmi katiblәrinә; müvafiq elmi şuranın qәrarı әsasında müstәqil elmi tәdqiqat işlәri aparan elmi işçilәrә әmәk mәzuniyyәti 56 tәqvim günü müddәtindә verilmәlidir. Uşaq evlәrinin, mәktәbәqәdәr uşaq tәrbiyә müәssisәlәrinin rәhbәr işçilәrinә, tәrbiyәçilәrinә, musiqi rәhbәrlәrinә, praktik psixoloqlara; metodika kabinetlәrinin vә mәrkәzlәrinin rәhbәrlәrinә, metodistlәrinә vә tәlimatçılarına; mәktәbyanı internatların tәrbiyәçilәrinә; mәktәbdәnkәnar uşaq müәssisәlәrinin dәrnәk rәhbәrlәrinә, kütlәvi işçilәrinә; mәşqçi müәllimlәrә; elmi tәdqiqat müәssisәlәrinin, habelә ali mәktәblәrin elmi tәdqiqat bölmәlәrinin elmlәr namizәdi elmi dәrәcәsi olan әmәkdaşlarına, rәhbәrlәrinә vә onların elmi işlәr üzrә müavinlәrinә, elmi katiblәrinә әmәk mәzuniyyәti 42 tәqvim günü müddәtindә verilmәlidir. Yaşı 16-dan az olan işçilәrә әmәk mәzuniyyәti 42 tәqvim günündәn, 16 yaşından 18 yaşınadәk işçilәrә isә 35 tәqvim günündәn az olmayaraq verilir. Әlilliyin qrupundan, sәbәbindәn vә müddәtindәn asılı olmayaraq işlәyәn әlillәrә vә sağlamlıq imkanları mәhdud olan 18 yaşınadәk işçilәrә әmәk mәzuniyyәti 42 tәqvim günündәn az olmayaraq verilir. Azәrbaycan Respublikasının azadlığı, suverenliyi vә әrazi bütövlüyü uğrunda xәsarәt (yaralanma, travma, kontuziya) alan işçilәrә, Azәrbaycanın Milli Qәhrәmanlarına, Sovet İttifaqı Qәhrәmanlarına, 1941-1945-ci illәr müharibәsindә döyüş әmәliyyatlarında iştirak etmiş, habelә hәrbi xidmәtdә olmuş, lakin döyüş әmәliyyatlarında iştirak etmәmiş hәrbi qulluqçulara, İstiqlal ordeni ilә, habelә Azәrbaycan Respublikasının suverenliyi vә әrazi bütövlüyünün müdafiәsi ilә bağlı digәr dövlәt tәltiflәri ilә tәltif olunmuş işçilәrә mәzuniyyәt 46 tәqvim günündәn az olmayaraq verilir. Teatr-tamaşa müәssisәlәrinin, televiziya, radio vә kinematoqrafiya qurumlarının bәdii vә artist heyәtlәrinә әmәk mәzuniyyәti 42 tәqvim günü, bilavasitә sәhnәyә xidmәt edәn işçilәrinә isә 35 tәqvim günü müddәtindә verilir. İşәgötürәnlә әmәk münasibәtlәrindә olmaqla yanaşı aspiranturada, doktoranturada müvafiq elmi dәrәcә almaq üçün tәhsilini davam etdirәn işçilәrә dissertasiya işlәrini tamamlamaq, hәmçinin müәlliflәrә dәrsliklәr vә ya dәrs vәsaiti yazmaq üçün ödәnişli yaradıcılıq mәzuniyyәtlәri verilә bilәr. Elmlәr namizәdi elmi dәrәcәsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki tәqvim ayınadәk, elmlәr doktoru elmi dәrәcәsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü isә üç tәqvim ayınadәk ödәnişli yaradıcılıq mәzuniyyәti verilir. Bu yaradıcılıq mәzuniyyәtlәrindәn işçi müvafiq elmi şuranın qәrarına uyğun olaraq ona verilәn arayış әsasında istifadә edir. İşlәmәklә yanaşı doktoranturada, aspiranturada tәhsil alan (o cümlәdәn aspiranturaya daxil olmaq üçün) işçilәrә hәr tәdris ilindә 30 tәqvim günü ödәnişli mәzuniyyәt verilir. Dәrsliklәr vә ya dәrs vәsaitlәri yazmaqla mәşğul olan işçilәrә müvafiq icra hakimiyyәti orqanının qәrarı ilә vә arayışı әsasında 3 ayadәk ödәnişli yaradıcılıq mәzuniyyәti verilә bilәr. Müvafiq elmi şura vә ya müvafiq icra hakimiyyәti orqanı yaradıcılıq mәzuniyyәtlәrinin müddәtini vә onlardan istifadә olunması mәsәlәlәrini qabaqcadan işәgötürәnlә mәslәhәtlәşmәklә müәyyәn etmәlidir. Yaradıcılıq mәzuniyyәti müddәtindә ödәnilәn әmәkhaqqı işçinin vәzifәsi (peşәsi) üçün müәyyәn olunmuş aylıq әmәkhaqqından hesablanır. İşlәmәklә yanaşı tәhsil alan işçilәrә müvafiq tәdris mövsümü sessiyalarında tәdris-tәlimdә iştirak etmәk, laboratoriya işlәrini yerinә yetirmәk, yoxlamaları vә imtahanları vermәk üçün, dövlәt imtahanlarını vermәk üçün, diplom layihәsini (işini) hazırlamaq vә müdafiә etmәk üçün ödәnişli tәhsil mәzuniyyәti verilmәsi nәzәrdә tutulur. Ali, orta, peşә ixtisas mәktәblәrindә oxumağından vә kurslardan asılı olaraq bu işçilәr üçün müxtәlif ödәnişli tәqvim mәzuniyyәtlәri nәzәrdә tutulmuşdur. Hamilәlik dövründә vә doğuşdan sonrakı dövr üçün işlәyәn qadınlara 126 tәqvim günü (doğuşdan әvvәl 70 tәqvim günü vә doğuşdan sonra 56 tәqvim günü) müddәtindә ödәnişli mәzuniyyәt verilir. Doğuş çәtin olduqda, iki vә daha çox uşaq doğulduqda doğuşdan sonrakı mәzuniyyәt 70 tәqvim günü müddәtindә verilir. Kәnd tәsәrrüfatı istehsalında çalışan qadınlara hamilәliyә vә doğuşa görә mәzuniyyәt aşağıdakı müddәtlәrdә verilir: normal doğuşda 140 tәqvim günü (doğuşdan әvvәl 70 tәqvim günü vә doğuşdan sonra 70 tәqvim günü); doğuş çәtin olduqda 156 tәqvim günü (doğuşdan әvvәl 70 tәqvim günü vә doğuşdan sonra 86 tәqvim günü);iki vә daha çox uşaq doğulduqda 180 tәqvim günü (doğuşdan әvvәl 70 tәqvim günü vә doğuşdan sonra 110 tәqvim günü). Uşağa bilavasitә qulluq edәn valideynlәrdәn biri, yaxud ailәnin başqa üzvü uşağın üç yaşı tamam olanadәk ona qulluq etmәkdәn ötrü qanunvericiliklә müәyyәn edilmiş mәblәğdә müavinәt verilәn qismәn ödәnişli sosial mәzuniyyәt almaq hüququna malikdirlәr.Uşağa qulluq edәn işçi yazılı әrizәsi әsasında qismәn ödәnişli sosial mәzuniyyәt hüququndan tam, yaxud hissә-hissә istifadә edә bilәr. Qohumluq borcunun yerinә yetirilmәsi ilә bağlı ailә, mәişәt vә başqa sosial mәsәlәlәri tәxirә salmadan hәll etmәk, tәhsil almaq, yaradıcı elmi işlә mәşğul olmaq üçün, habelә yaşına, fizioloji keyfiyyәtlәrinә görә işdәn ayrılmaq zәrurәti olduqda işçinin ödәnişsiz mәzuniyyәtlәrdәn istifadә etmәk hüququ vardır. Ödәnişsiz mәzuniyyәtlәr bu Mәcәllәdә nәzәrdә tutulmuş hallarda işçilәrin xahişi vә ya tәrәflәrin qarşılıqlı razılığı ilә verilir. İşәgötürәnlә işçinin qarşılıqlı razılığına әsasәn, hәmçinin kollektiv müqavilәlәrdә nәzәrdә tutulan hallarda, o cümlәdәn әmәk müqavilәsi ilә müәyyәn edilәn şәrtlәrlә işçilәrә müddәti altı aydan çox olmayaraq tәrәflәrin mülahizәsinә әsasәn müәyyәn edilәn ödәnişsiz mәzuniyyәt verilә bilәr. İşçilәrin xahişi ilә bir iş ilindә hәkim mәslәhәt komissiyasının rәyi әsasında xroniki xәstәliyә tutulmuş uşağı olan valideynlәrdәn birinә, yaxud ailәnin uşağa bilavasitә qulluq etmәklә, әlillik qrupundan vә sәbәbindәn asılı olmayaraq әlillәrә, sağlamlıq imkanları mәhdud olan 18 yaşınadәk işçilәrә, müharibәdә döyüşәn ordunun tәrkibindә iştirak etmiş şәxslәrә, ali mәktәblәrdә qәbul imtahanlarına buraxılan işçilәrә, orta ixtisas tәhsil müәssisәlәrinә qәbul imtahanlarına buraxılan işçilәrә, ailәnin xәstә üzvünә qulluq edәn qohumlardan birinә vә sair hallarda müxtәlif müddәtlәrә olmaqla ödәnişsiz mәzuniyyәtlәr verilir. Әmәk Mәcәllәsinә uyğun olaraq işәgötürәn tәrәfindәn işçiyә әmәk mәzuniyyәtinin verilmәmәsi qadağandır. İşçi müvafiq iş ilindә әmәk mәzuniyyәtindәn istәnilәn sәbәbdәn istifadә etmәdikdә ona hәmin iş ili (iş illәri) üçün istifadә edilmәmiş әmәk mәzuniyyәtinә görә müәyyәn olunmuş qaydada vә mәblәğdә kompensasiya ödәnilir. Әmәk mәzuniyyәti işçinin arzusu vә işәgötürәnin razılığı ilә hissәlәrә bölünәrәk verilә bilәr, bu şәrtlә ki, mәzuniyyәtin bölünmüş hissәlәrindәn birinin müddәti iki tәqvim hәftәsindәn az olmasın. Әmәk mәzuniyyәtinin bir hissәsindәn istifadә edildiyi hallarda onun qalan hissәsi hәmin mәzuniyyәtin verildiyi iş ili bitәnәdәk vә ya tәqvim ilinin sonunadәk, yaxud işçinin arzusu ilә növbәti iş ilinin әmәk mәzuniyyәtinә birlәşdirilib verilir. Müstәsna hallarda - istehsalatda baş vermiş qәzanın nәticәlәrinin aradan qaldırılması, habelә tәxirәsalınmaz işlәrin görülmәsi zәrurәti olduqda әmәk mәzuniyyәtindә olan işçi ancaq onun razılığı ilә mәzuniyyәtdәn geri çağırıla bilәr. Әmәk mәzuniyyәtindәn geriçağırma әmrlә (sәrәncamla, qәrarla) rәsmilәşdirilmәlidir. Әmәk mәzuniyyәtindәn geri çağırılan işçiyә tәrәflәrin razılığı ilә ya işә başladığı gündәn etibarәn әmәkhaqqı hesablanır vә işlәndiyi mәzuniyyәt günlәrinin әvәzindә ödәnişsiz әlavә istirahәt günlәri (әvәzgün) verilir, ya da işә başladığı gündәn etibarәn işçiyә әmәkhaqqı hesablanır, istifadә edilmәmiş mәzuniyyәt günlәrinә düşәn mәzuniyyәt pulunun mәblәği ondan tutulur vә mәzuniyyәtin istifadә edilmәmiş günlәri gәlәcәkdә müәyyәn edilmiş vaxtda verilәrәk bu Mәcәllәnin 140-cı maddәsindә nәzәrdә tutulmuş qaydada yenidәn mәzuniyyәt pulu hesablanıb ödәnilir. İşçinin tәşәbbüsü ilә әmәk mәzuniyyәtindәn geriçağırılma yalnız işәgötürәnin mülahizәsi ilә hәyata keçirilә bilәr. Bütün növ mәzuniyyәtlәrin verilmәsi işçinin әrizәsi әsasında işәgötürәnin әmri (sәrәncamı, qәrarı) ilә rәsmilәşdirilir. Әmrdә (sәrәncamda, qәrarda) işçinin adı, atasının adı vә soyadı, vәzifәsi (peşәsi), verilәn mәzuniyyәtin növü, müddәti, müvafiq iş ili, mәzuniyyәtin başlandığı, qurtardığı vә mәzuniyyәt müddәti bitdikdәn sonra işçinin işә başlamalı olduğu il, ay, gün göstәrilmәlidir. Mәzuniyyәtin verilmәsi barәdә әmr (sәrәncam, qәrar) mәzuniyyәtin başlanmasına azı beş gün qalmış verilir vә işçi onunla tanış edilir. İşçiyә mәzuniyyәt vaxtı üçün orta әmәkhaqqı mәzuniyyәtin başlanmasına әn geci 3 gün qalmış ödәnilir.Mәzuniyyәt vaxtı üçün hesablanmış orta әmәkhaqqı qanunvericilikdә nәzәrdә tutulmuş qaydada әmsallaşdırılıb ödәnilmәlidir. Sonra dinlәyicilәrin sualları cavablandırılmışdır. Şirvan Şәhәr Mәrkәzi Kitabxanasının әmәk daşı: - Bәzi hallarda mәzuniyyәt müddәtinә bir neçә bayram günü düşür. Qanunla bu bayram günlәri mәzuniyyәt günlәrinә әlavә edilmәlidirmi? - Xeyr, Әmәk Mәcәllәsinin 114-cü maddәsinә 10 oktyabr 2006-cı il tarixdә edilmiş әlavәdәn sonra bu maddәnin 6-cı bәndinә әsasәn, әmәk mәzuniyyәti dövrünә tәsadüf edәn iş günü hesab olunmayan bayram günlәri mәzuniyyәtin tәqvim günlәrinә daxil edilmir vә ödәnilmir. Niyazi NӘCӘFOV, ATİAHİ Şirvan Şәhәr Komitәsinin sәdri: - İşçilәrә ödәnişsiz mәzuniyyәt verilәrkәn hansı qaydalara әmәl edilmәlidir? Bu mәzuniyyәtlәrin verilmәsi hansı qaydada aparılmalı vә rәsmilәşdirilmәlidr? - Әmәk Mәcәlәsinin 129-cu maddәsinә әsasәn, ödәnişsiz mәzuniyyәtlәr bu Mәcәllәdә nәzәrdә tutulmuş hallarda işçilәrin xahişi vә ya tәrәflәrin qarşılıqlı razılığı ilә verilir. İşәgötürәnlә işçinin qarşılıqlı razılığına әsasәn, hәmçinin kollektiv müqavilәlәrdә nәzәrdә tutulan hallarda, o cümlәdәn әmәk müqavilәsi ilә müәyyәn edilәn şәrtlәrlә işçilәrә müddәti altı aydan çox olmayaraq tәrәflәrin mülahizәsinә әsasәn müәyyәn edilәn ödәnişsiz mәzuniyyәt verilә bilәr. Әmәk Mәcәllәsinin bu maddәsinә әsasәn, 6 aya qәdәr ödәnişsiz mәzuniyyәtin verilmәsindә әsas şәrt işәgötürәnlә işçinin qarşılıqlı razılığıdır. Tәrәflәrdәn birinin, o cümlәdәn işçinin rәsmi yazılı razılığı vә ya әrizәsi olmadan, hәmçinin kollektiv müqavilәlәrdә nәzәrdә tutulmayan, o cümlәdәn әmәk müqavilәsi ilә müәyyәn edilәn şәrtlәr olmadan, işәgötürәnin әmri ilә işçinin 6 aya qәdәr ödәnişsiz mәzuniyyәtә göndәrilmәsi Әmәk Mәcәllәsinin bu maddәsinә uyğun deyil vә işçinin әrizәsi әsasında mәhkәmә qaydasında etibarsız hesab oluna bilәr. Әmәk Mәcәllәsinin 130-cu maddәsindә nәzәrdә tutulan ödәnişsiz mәzuniyyәtlәr isә işçilәrin xahişi ilә bir iş ilindә müddәti bu maddәdә nәzәrdә tutulan qaydada verilir: Bu maddәdә nәzәrdә tutulan ödәnişsiz mәzuniyyәtlәrә çıxmaq üçün işçinin әrizәsi ilә bәrabәr hәkim mәslәhәt komissiyasının rәyi, әlillik qrupu barәdә sәnәd, müharibә veteranı vәsiqәsi, tәhsil müәssisәsinin arayışı, seçki komissiyasının arayışı vә sair tәsdiqedici sәnәdlәrdәn biri tәqdim edilmәlidir. Ailә, mәişәt vә başqa sosial mәsәlәlәri hәll etmәk üçün işçilәrә 7 tәqvim gününәdәk ödәnişsiz mәzuniyyәtlәr verilәrkәn digәr heç bir sәnәd tәqdim edilmәdәn işçinin әrizәsi tәqdim edilmәlidir. Mәzuniyyәtlәrin verilmәsi işçinin әrizәsi әsasında işәgötürәnin әmri ilә rәsmilәşdirilir. Әmrdә işçinin adı, atasının adı vә soyadı, vәzifәsi (peşәsi), verilәn mәzuniyyәtin növü, müddәti, müvafiq iş ili, mәzuniyyәtin başlandığı, qurtardığı vә mәzuniyyәt müddәti bitdikdәn sonra işçinin işә başlamalı olduğu il, ay, gün göstәrilmәlidir. Vüqar BAYRAMOV, Mәdәniyyәt İşçilәri Müstәqil Hİ Şirvan Şәhәr Komitәsinin sәdri: - İşçilәr mәzuniyyәtә çıxarkәn onların müәssisәnin vәsaiti hesabına istirahәt-sağlamlıq müәssisәlәrinә göndәrilmәsi hansı qaydada tәnzimlәnir? - Әmәk müqavilәsindә vә ya kollektiv müqavilәdә, hәmçinin kollektiv müqavilә olmayan müәssisәdә, habelә büdcәdәn maliyyәlәşdirilәn idarәlәrin, tәşkilatların saxlanması xәrclәrinin smetasında işçilәrә mәzuniyyәt vaxtı әlavә sosial-mәişәt şәraitinin yaradılması, müәyyәn mәblәğdә sosial-mәişәt müavinәtinin ödәnilmәsi, müәssisәnin vәsaiti hesabına istirahәt-sağlamlıq müәssisәlәrinә göndәrilmәsi, elәcә dә işçinin ailә- mәişәt şәraitinin yaxşılaşdırılması üçün digәr tәdbirlәrin görülmәsinә maddi yardımın verilmәsi nәzәrdә tutulmuşdursa, mәzuniyyәt pulunun ödәnilmәsi ilә yanaşı müәyyәn edilmiş müavinәtlәr, yardımlar da ödәnilir. Almaz CӘFӘROVA, Şirvan Şәhәr Mәrkәzi Kitabxanasının әmәkdaşı: - İşdәn azad olunan işçiyә istifadә etmәdiyi әmәk mәzuniyyәtinin pulu ödәnilmәlidirmi? - Bәli, Әmәk Mәcәllәsinin 144-cü maddәsinә әsasәn, әmәk müqavilәsinә xitam verilmәsinin sәbәbindәn vә әsasından asılı olmayaraq işçiyә işdәn çıxan günәdәk hәr hansı şәrt vә ya mәhdudiyyәt qoyulmadan istifadә etmәdiyi bütün iş illәrinin әsas mәzuniyyәtlәrinә görә pul әvәzi ödәnilmәlidir. Әmәk münasibәtlәrinә xitam verilәrkәn әlavә mәzuniyyәtlәrә görә pul әvәzi verilmir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin 29 noyabr 2002-ci il tarixli qәrarına әsasәn, әmәk müqavilәsinә xitam verilәrkәn 1999-cu il iyulun 1-dәk istifadә olunmamış mәzuniyyәtlәrә görә pul әvәzi hәmin dövrdә qüvvәdә olan qanunvericiliklә, hәmin tarixdәn sonra istifadә olunmamış mәzuniyyәtlәrә görә pul әvәzi isә qüvvәdә olan Әmәk Mәcәllәsinin 144-cü maddәsinin ikinci hissәsinә müvafiq olaraq ödәnilmәlidir. Müәyyәn iş ilinә görә әmәk mәzuniyyәtindәn istifadә etmiş işçinin әmәk müqavilәsinә hәmin iş ili başa çatanadәk xitam verilәrkәn ödәnilmiş mәzuniyyәt haqqının müvafiq hissәsi işçidәn tutula bilәr. Aynur FӘRZӘLİYEVA, Heydәr Әliyev adına muzeydә nәzarәtçi: - Müәssisә rәhbәrliyi tәrәfindәn işçilәr uzun müddәtә ödәnişsiz mәzuniyyәtә göndәrilә bilәrmi? - Kollektiv müqavilәlәrdә, belә müqavilәlәr bağlanmadığı hallarda әmәk müqavilәlәrindә nәzәrdә tutulan şәrtlәrlә vә qaydalarda, işin normal ahәngini pozan amillәr - tәbii fәlakәt, istehsalat qәzaları vә operativ surәtdә qarşısı alınmayan digәr hallar mövcud olduqda, işәgötürәnin tәqsiri olmadan istehsalın, axın xәttinin vә işin dayandırılması ilә әlaqәdar olaraq işçilәr qrup halında ödәnişli, yaxud ödәnişsiz mәzuniyyәtә buraxıla bilәrlәr. Bu halda ödәnişsiz mәzuniyyәtin müddәti, işçinin bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada müәyyәn edilmiş әsas mәzuniyyәtinin ikiillik müddәtinin cәmindәn çox olmamalıdır. İşәgötürәnin tәqsiri üzündәn istehsalın, axın xәttinin vә işin dayandırıldığı hallarda işçilәrin qrup halında ödәnişsiz mәzuniyyәtә buraxılması yolverilmәzdir. Bu hal işәgötürәnin tәqsiri üzündәn boşdayanma hesab edilir vә işçilәrә bu Mәcәllәnin 169-cu maddәsindә nәzәrdә tutulmuş mәblәğdә әmәkhaqqı ödәnilir. Mirzә İMANOV, Sahibkarlıq vә Elm, Elmi-İstehsalat Müәssisәlәri İşçilәrinin Müstәqil Hİ Şirvan Şәhәr Komitәsinin sәdri: - Hәr il müәssisәlәrdә әmәk mәzuniyyәtlәrinin verilmәsi üçün növbәlilik cәdvәllәri tәrtib edilir. Mәzuniyyәtlәr bu cәdvәldә göstәrilәn vaxtdan başqa vaxta keçirilә bilәrmi? - Әmәk Mәcәllәsinә әsasәn istehsalın vә işin normal gedişini tәnzimlәmәk, mәzuniyyәtlәrin uçotunun düzgün aparılmasını tәmin etmәk mәqsәdi ilә hәr il yanvarın sonunadәk әmәk mәzuniyyәtlәrinin verilmәsi üçün növbәlilik cәdvәllәri tәrtib edilә bilәr. Әmәk mәzuniyyәtlәrinin verilmә növbәsi hәmkarlar ittifaqları tәşkilatının, o olmadıqda isә işçinin rәyi öyrәnilmәklә işәgötürәn tәrәfindәn tәsdiq edilir. Aşağıdakı işçilәrә әmәk mәzuniyyәti arzusu ilә onlar üçün әlverişli olan vaxtda verilә bilәr: 14 yaşınadәk iki vә daha çox uşağı olan vә ya sağlamlıq imkanları mәhdud uşağı olan qadınlara; 16 yaşınadәk uşaqları tәkbaşına böyüdәn valideynә vә ya qәyyuma; hәrbi qulluqçunun arvadına (әrinә); әlillәrә; müharibә veteranlarına; Çernobıl AES-dә qәzanın nәticәlәrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya mәruz qalaraq sağlamlığı pozulmuş vә ya şüalanma xәstәliyinә düçar olmuş şәxslәrә; yaşı on sәkkizdәn aşağı olan işçilәrә; işlәmәklә yanaşı tәhsil alan şәxslәrә; Әmәk Mәcәllәsinin 120-ci maddәsindә göstәrilәn Azәrbaycan xalqı qarşısında xüsusi xidmәtlәri olan işçilәrә. Müәssisәdә işlәdiyi müddәtdәn asılı olmayaraq işçinin arzusu ilә әmәk mәzuniyyәti arvadının hamilәliyә vә doğuşa görә mәzuniyyәtdә olduğu dövrdә verilir. Bu cәdvәllәrdә göstәrilәn qaydada mәzuniyyәtlәrin verilmәsi yuxarıda göstәrilәn hallardan başqa digәr bir halda mümkün ola bilәr ki, digәr işçilәrin bu mәzuniyyәti digәr vaxtlarda almaq üçün kifayәt qәdәr әsasları olsun vә onların bu barәdә yazılı әrizәsinә müdiriyyәt tәrәfindәn müsbәt cavab verilsin. Zakir HӘSӘNOV, MMT İstehsalat Birliyinin HİK sәdri: - Mәzuniyyәt hüququ verәn әmәk stajı hesablanarkәn hansı dövrlәr nәzәrә alınır? - Әmәk Mәcәllәsinә әsasәn, әmәk mәzuniyyәtinә hüquq verәn әmәk stajına işçinin faktik işlәdiyi vaxt vә aşağıdakı dövrlәr daxil edilir: iş yerinin vә bu Mәcәllәdә nәzәrdә tutulmuş hallarda әmәkhaqqının saxlanılması şәrtilә işçinin işdәn ayrıldığı dövr; qanunsuz vә әsassız işdәn çıxarılmaqla, yaxud başqa işә keçirilmәklә әlaqәdar işә bәrpa edilәn işçilәrin mәcburi işburaxma dövrü; әmәk qabiliyyәtinin müvәqqәti itirildiyi dövr; tәhqiqat, ibtidai istintaq, prokurorluq vә mәhkәmә orqanlarının qanunsuz hәrәkәtlәri nәticәsindә işdәn (vәzifәdәn) azad edilmiş vә ya kәnarlaşdırılmış vә müәyyәn edilmiş qaydada tam bәraәt almış işә (vәzifәyә) bәrpa edilәn şәxsin mәcburi işburaxma dövrü vә ya hәbsdә olduğu dövr. Әmәk Mәcәllәsinin 127-ci maddәsindә nәzәrdә tutulan qismәn ödәnişli sosial mәzuniyyәt müddәti, habelә azadlıqdan mәhrum etmәdәn islah işlәrinә mәhkum edilәn şәxslәrin cәza çәkdiyi müddәt mәzuniyyәt hüququ verәn әmәk stajına daxil edilmir. Nәzakәt ALLAHVERDİYEVA, Şirvan Şәhәr Mәrkәzi Kitabxanasının әmәkdaşı: - Ali mәktәblәrin axşam şöbәlәrindә oxuyan işçilәrә imtahan müddәtindә neçә tәqvim günü müddәtindә ödәnişli mәzuniyyәt verilir? - Әmәk Mәcәllәsinin 124-cü maddәsinә әsasәn, ali mәktәblәrin axşam şöbәlәrindә oxuyan işçilәrә laboratoriya işlәrini yerinә yetirdiklәri, yoxlama vә imtahan verdiklәri dövrdә hәr tәdris ilindә birinci vә ikinci kurslarda 20 tәqvim günü, qalan kurslarda 30 tәqvim günü müddәtindә ödәnişli tәhsil mәzuniyyәti verilir. Bu maddәdә nәzәrdә tutulmuş mәzuniyyәtlәrdәn tәhsil proqramları ilә müәyyәn edilәn dövrlәrdә, tәhsil müәssisәsinin verdiyi arayış әsasında istifadә oluna bilәr. Şәhla MӘMMӘDOVA, Şirvan Şәhәr Mәrkәzi Kitabxanasının әmәkdaşı: - Diplom işinin hazırlandığı vә müdafiә edildiyi dövrdә ali mәktәblәrin axşam vә qiyabi şöbәlәrindә tәhsil alan işçilәrә neçә tәqvim günü müddәtindә ödәnişli tәhsil mәzuniyyәt verilir? - Diplom işinin hazırlandığı vә müdafiә edildiyi dövrdә ali mәktәblәrin axşam vә qiyabi şöbәlәrindә tәhsil alan işçilәrә 4 tәqvim ayınadәk, orta ixtisas mәktәblәrinin axşam vә qiyabi şöbәlәrindә tәhsil alan işçilәrә isә 2 tәqvim ayınadәk ödәnişli tәhsil mәzuniyyәti verilir. Allahverdi ALLAHVERDİYEV, Az.DDY QSC-nin Şirvan bölgәsinin HİK sәdri: - Әmәk qanunvericiliyindә belә bir hal nәzәrdә tutulubmu ki, işçinin birgә yaşadığı ailә üzvü vәfat edәrsә, ona hәr hansı bir kompensasiya ödәnilә bilәr? - Әmәk qanunvericiliyindә, işçinin birgә yaşadığı ailә üzvü vәfat edәrsә, ona hәr hansı bir müavinәtin verilmәsi nәzәrdә tutulmayıb. Bu müavinәt yalnız müәssisәnin daxili imkanları hesabına verilmәsi nәzәrdә tutulan normativ xarakterli sәnәdlәrlә vә ya kollektiv müqavilәlәrlә tәnzimlәnmәklә verilә bilәr. Әmәk Mәcәllәsinin 77 -ci maddәsinin 7-ci bәndinә әsasәn, işçinin özünün vәfatı ilә әlaqәdar әmәk müqavilәsinә xitam verildikdә isә vәfat edәnin vәrәsәlәrinә orta aylıq әmәkhaqqının azı üç misli miqdarında müavinәt ödәnilir. Şәfәq SӘLİMOVA, Şirvan Şәhәr Mәrkәzi Kitabxanasının şöbә müdiri: - Növbәti mәzuniyyәt zamanı işçi xәstәlәnәrsә mәzuniyyәt günlәri artırılırmı? - Növbәti mәzuniyyәt (әsas vә yaxud әlavә mәzuniyyәt) zamanı xәstәlik vә ya zәdә nәticәsindә әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsinә görә müavinәt, tәqdim olunmuş xәstәlik vәrәqәsinә әsasәn işçinin әmәk qabiliyyәtini itirdiyi bütün günlәr üçün verilir. Әmәkhaqqı saxlanılmadan mәzuniyyәtin vә ya uşağa qulluq etmәkdәn ötrü mәzuniyyәt zamanı әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsinә görә müavinәt verilmir. Xәstәlik vәrәqәlәrinә uyğun olaraq işçinin әmәk mәzuniyyәtinin müddәti artırılır. B.RZAYEV, Ә.İBADOV. «İşçilәrin mәzuniyyәt hüququ vә - http://ulfet-az.com/sendika/2247 onun tәmin edilmәsi» «Ülfәt Qazeti» - http://ulfet-az.com/index.php 

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.