DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN-
Menecmentdə liderlik
Liderlik nadir idarə etmək keyfiyyətidir. M.Vudkok və D.Frantsisin fikrincə liderlik - insan və başqa resurslardan müəyyən nəticə əldə etmək üçün istifadə etmək qabiliyyətidir.
Liderliyə müasir baxışlar idarəetmə üslubunun tabelikdəki konkret işçiyə uyğun olaraq dəyişdirilməsindən ibarətdir. Birinci növbədə bu suala cavab vermək lazımdır. Bu şəxslə münasibətdən məndən hansı idarəetmə üslubu tələb olunur? Müasir menecement nəzəriyyələrinə görə yaxşı menecer mürəkkəb situasiyalarda idarəetmə tələblərinin qoyuluşunu öyrənir və onlara uyğun olaraq yüksək səviyyədə idarəetmə üslubunu həyata keçirir. Empirik idarəetmə nəzəriyyəsinə görə idarəetmə davranışının 4 üslubunu göstərmək olar:
1 .Göstəriş vermək. Məsələlərin həllini rəhbər diqqətlə izləyir, təlimatlar verir , baş verən hadisələri detallarına qədər dərindən öyrənir. Tələbata cavab verməyən iş tezliklə aşkara çıxarılır və məsul şəxslərə göstərişlər verilir. Lider öz istədiyini dəqiq izah edir və şəxsi ustalığını artırmağa fikir verərək işin yaxşılaşdırılmasını tələb edir. Bu cür üslubu işi bilməyən və öyrənmək istəməyən şəxslərə və qruplara qarşı tətbiq etmək daha yaxşıdır. Yeni işçilərə yaxud « perspektivsiz » bölmələrə bu cür yanaşma özünü doğruldur. «Perspektivsiz» dedikdə müəyyən təcrübəsi olsa da köhnə düşüncəni dəyişdirməyə qabil olmayan yaşlı kadrlar nəzərdə tutulur. Göstəriş vermə üslubunu tam reallaşdırmaq üçün aşağıdakılar tələb olunur:
- nümunəvi işə dəqiqliklə yanaşmaq:
- tez-tez təlimatlar vermək:
- adamların texniki bacaracağını inkişaf etdirmək:
- işin yerinə yetirilməsini yoxlamaq:
- lazım gəldikdə işçini cəzalandırmaq, lakin bu zaman bir şəxsiyyət kimi onun hüququna və qüruruna toxunmamaq:
- səhv və yaxşı işləri qeyd etmək:
- işçilərdə yaxşı işə görə qürur hissini inkişaf etdirmək: -nəzakətli olmaq, ancaq sərtliyi yaddan çıxarmamaq:
- son nəticələri xüsusi olaraq nəzərdə tutmaq:
-işçilərin təhsil almasında maraqlı olduğunuzu nümayiş etdirmək və bu işdə onlara kömək etmək.

2.Şöhrətləndirmə. Bu üslub ondan ibarətdir ki, lider təşəbbüskar kimi çıxış edir, cari işlər üzrə göstəriş, təlimat verməkdə və nəzarətdə çox fəaldır. Ünsiyyət ən vacib element olduğundan lider adamlarla tanışlığı və əlaqələri genişləndirməyə can atır. İşçilərin bir başa iştirakı ilə nümunəvi iş formalaşır. Nümunəvi işə uyğun konkret işlər müzakirə olunur və bütün təşkilat üzrə işlər əlaqələndirilir.
Bu cür üslubu az-çox işə uyğunlaşmış, müəyyən vərdişləri xəz edən, lakin tam peşəkarlığa yiyələnmiş qruplara və şəxslərə tətbiq etmək özünü doğruldur. Belə qrupların üzvləri öyrənməyə can atırlar, lakin öz işlərinin üzərində daha çox çalışmalıdırlar. Bu cür yanaşma keyfiyyət və əmək məhsuldarlığı problemlərini həll etməyi bacarmayan qruplara münasibətdə də özünü doğruldur. Rəhbər tərəfindən nəzarətin və təlimatların olması işçilərin qabiliyyətini artırır.
Yaxşı nəticə aşağıdakı hallarda əldə edilir:

- Siz hər kəs üçün öz vaxtınızı sərf etdikdə;
- Ümumi maraqları aydınlaşdırdıqda;
- Fərdi xarakterlərə qiymət verdikdə;
- Tabelikdəkilərlə intensiv ünsiyyətə can atdıqda;
- Əldə olunan yüksək nəticələrə görə qürur hissini yaydıqda;
- Zəruriyyət yarandıqda əmrlər verdikdə;
- İşin müəyyən edilmiş nümunəvi işə uyğunluğunu izlədikdə;
- Nümunəvi işi saxlamaq üçün lazım gəldikdə cəza tətbiq etdikdə;
- Müsbət davranışı mükafatlandırdıqda;
3.İdarəetmədə iştirak etmək. Bu zaman rəhbər qrupların mənəvi vəziyyətinin yaxşılaşdırılmasına çalışır, şəxsi münasibətlərin inkişafında fəallıq göstərir, işçilərdə əlaqəlilik hissini həvəsləndirir, adamlarda öz problemlərini özü həll etmək cəhdləri formalaşır və əmrlər minimum sayda olur, lakin yeri gəldikdə rəhbər lazımi əmrlər verir. Bütün vacib məsələlər işçilərə tam həcmdə izah olunur, müəssisənin işində daha çox payı olan işçiləri lider həvəsləndirir. Bu cür üslub baza vərdişlərindən əlavə olduqca yüksək peşəkarlığa malik işçilərə və qruplara yanaşmada özünü doğruldur.
Belə kollektivlərin inkişafı iş prosesində məsuliyyət payının artırılması və kollektivdə yaxşı mənəvi iqlimin qorunması ilə bağlıdır. Bu aşağıdakı şərtlərin hesabına əldə edilir:
- birbaşa göstəriş və nəzarətin məhdudlaşdırılması:
- özünənəzarət sisteminin yaradılması:
- ayn - ayrı problemlər üzrə məsləhətləşmələrin keçirilməsi:
- geniş ünsiyyət:
- əks əlaqələr yaradılmasının həvəsləndirilməsi:
- məqsədlərin məqsədə çatma vasitələrinin dəqiqləşdirmədən qoyuluşu:
- böyük məsuliyyət verilməsi.

4. Səlahiyyətlərin ötürülməsi. Lider axırıncı ehtiyat kimi çıxış edir. Görülən işin əsas hissəsinə qrupun ayrı-ayrı üzvləri nəzarət edir. Onların səlahiyyətinə gündəlik yoxlama və nəzarət aiddir. Bu cür üslub yüksək səviyyədə peşəkar olan və öz güclərini yaxşı işə sərf etməyə can atan şəxslərə və qruplara yanaşmada tətbiq olunur. Bu cür şəraitdə idarəetmə öz təşkilatına məsuliyyətlə yanaşan və pozitiv münasibətli adamlar tərəfindən həyata keçirilir. Bu cür rəhbərliyə xas olan üsluba aşağıdakılar aiddir:
- məqsədlərin aydınlaşdırılması və onlara münasibətdə razılıq əldə edilməməsi:
- əgər sizdən xahiş etsələr kömək edin:
- başqalarının işlərinə qarışmaqdan çəkinin:
- xahişlərə ciddi reaksiya verin. Qeyd etmək lazımdır ki, yaxşı lider qrupun daha yüksək səviyyəli məsuliyyət və səriştəlilik istiqamətində inkişafına kömək edir. Aşağıdakı cədvəldə müxtəlif səviyyəli işçi qrupları üçün müvafiq gələn rəhbərlik üslubunun uyğunluğu əks olunmuşdur.

İŞÇI QRUPLARININ YETKINLIK SƏVIYYƏSI ÜSLUBU |
UYĞUN RƏHBƏRLIK
|
Qabiliyyətsiz və işləmək istəməyənlər.
|
Göstəriş vermək
|
Başa düşən, lakin işi bacarmayanlar
|
Bölgü və stimullaşdırma.
|
Başa düşən və işi qismən bacaranlar
|
Qərar qəbulunda iştirak etmək
|
Tam qabiliyyətli və işi yerinə yetirməyə çalışanlar.
|
Səlahiyyətlərin ötürülməsi
|
Praktiki olaraq daha yüksək yetkinlik səviyyəsinə çatmaq üçün bütün qruplara kömək etmək və onları həvəsləndirmək mümkündür. Nəzarət və təlimatları azaltmaqla qrup üzvlərinin davranışını izləmək lazımdır ki, onlar özlərində məsuliyyət hiss etsinlər və öz işlərini yaxşı yerinə yetirsinlər.
Liderin qəbul etdiyi üslub bir sıra amillərdən asılıdır, lakin onun üçün şəxsi bütövlüyü qorumaq vacibdir və o, özünü həmişə, hamı üçün yaxşı adama çevirməlidir.
İşçi qrupunda liderliyin funksiyası öz fərdi üzvlərinin güclü tərəfləri haqda ümumi bilik əldə etməkdir. Buna görə də yeni vəzifə və tələblər meydana çıxdıqda lider dəyişə bilər. Dar düşüncəli rəhbər öz rəhbərlik və nəzarət imkanlarından əl çəkməmək xətrinə belə müsbət prosesi ləngidə bilər. Ona görə də formal rəhbər öz hüquq və vəzifələrinin bir hissəsindən imtina etməklə işə daha çox xeyir verə bilər.

Mənbə Menecment kitabı,2005
Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov

0 коммент.:
Отправить комментарий