HƏMKARA
DƏSTƏK KİTABININ YENİ TƏKMİLLƏŞDİRİLMİŞ VARİANTI HAZIRLANIB
Bakı şəhəri Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbin direktoru
Elşən Qafarovun və direktor müavini Ləman Babayevin tərtib etdikləri “HƏMKARA
DƏSTƏK” metodik vəsaiti son 1 ildə ölkə müəllimləri tərəfindən rəğbətlə
qarşılanmış , kurikulum təlimi üzrə müəllimlərin Diaqnostik Qiymətləndirilməsində
müəllimlərin ən çox müraciət etdikləri mənbə olmaqla yanaşı, müəllimlərin
stolüstü kitabına çevrilmişdir.”HƏMKARA DƏSTƏK” vəsaitinin əsas özəlliyi ilk dəfə
olaraq ,nəzəriyyə,termin və test
çalışmalarının bir kitabda toplanmasıdır.
Ölkə müəllimlərinin
60%-nin Diaqnostik Qiymətləndirmədə iştirakının gözlənildiyi bir vaxtda kitabın
yeni təkmilləşdirilmiş variantı işıq üzü görmüşdür. Tərtibatçıların verdiyi məlumata
görə kitabda olan bütün test çalışmaları bir daha analiz edilmiş ,əvvəlki nəşrlərdə
gedən qüsürlar aradan qaldırılmış ,test
suallarının sayı 999-a çatdırılmaqla yanaşı,eyni zamanda kitabın satış
qiyməti 7 manat 50 qəpiyə endirilmişdir.Yeni nəşrin hazırlanmasında məqsəd
kitaba olan tələbatı nəzəra alaraq,daha da təkmilləşdirmək və vəsaitin əvvəlki
cilddə yayılmış pirat variantının satışına mane olmaqdır.Bu işdə tərtibçilər
,alıcıları kitab evlərindən əvvəlki (
göy rəngdə ) formada cildlənmiş nəşrini yox
yeni nəşri tələb etməyi tövsiyə edirlər.
“HƏMKARA
DƏSTƏK “ seriasının ardı olaraq , Limunət Əmrahlının
müəllifi olduğu, “HƏMKARA DƏSTƏK-2” - “Koqnitiv bacarıqlar: müasir dərsin son
akkordları”, metodik vəsaiti də nəşr edilmişdir.Elşən Qafarovun verdiyi məlumata
görə, qısa müddət ərzində “HƏMKARA DƏSTƏK” seriası ilə daha 6 kitab nəşr edilərək
ölkə müəllimlərinin istifadəsinə veriləcək.Pedaqoji ədəbiyyat sahəsində olan
boşluğu aradan qaldırmaqla yanaşı , müəllimə lazım olan və sosial sifarişə əsaslanan vəsaitlərin bundan sonra da hazırlanaraq istifadəyə veriləcəyini
bildirən Elşən Qafarov yaradıcı müəllimləri əməkdaşlığa dəvət etdiyini, metodik
vəsaitlərin praktik olaraq bu sahədə işləyən pedaqoqlar tərəfindən hazırlanmasının
daha önəmli olmasını vuruladı.
Biz də
öz növbəmizdə “HƏMKARA DƏSTƏK “ kitabının tərtibatçılarına və oxucularına
uğurlar arzulayırıq.
0 коммент.:
Отправить комментарий