01.04.2016

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN HÜQUQDAN  - 67- TEST

1. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəsisələrində iş rejiminin tənzimlənməsi haqqında fərmanı nə vaxt qəbul olunub?
a) 16 yanvar 2005-ci il, nömrə 15
b) 17 may 2003-cü il, nömrə 79
v) 21 avqust 2004-cü il, nömrə 114
2. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”sinin təsdiq edilməsi  barədə fərman nə vaxt qəbul olunub?
a) 1 mart 2005-ci il, nömrə 203
b) 17 oktyabr 2004-cü il, nömrə 345
v) 02 dekabr 2005-ci il, nömrə 567
3. Aşağıdakılardan hansı Təhsil Nazirliyinin əsas vəzifəsinə daxil deyil?
a) təhsil sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasəti həyata keçirmək, təhsil sahəsində dövlət tənzimlənməsini həyata keçirmək, təhsilin keyfiyyətinə dövlət nəzarətini təmin etmək
b) təhsil sisteminin fəaliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak etmək və müvafiq sahə standartları hazırlamaq, milli təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının icrasına nəzarəti həyata keçirmək
v) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə elmi, tədris-metodiki rəhbərliyi həyata keçirmək, vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarını qorumaq məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaq
4. Aşağıdakılardan hansı Təhsil Nazirliyinin funksiyasına daxil deyil?
a) təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat, təchizat və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrətəhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) istisna olmaqla) təmin edir
 b) təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul etmək, onları dəyişdirmək və ləğv etmək, səlahiyyətləri daxilində təhsil müəssisələri tərəfindən icrası məcburi olan göstərişlər, əmr və sərəncamlar vermək, onların icrasına nəzarət etmək
v) təhsil prosesinin təşkilinə dair ümumi tələbləri müəyyən edir, təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarəti həyata keçirir, təhsil sahəsində dövlət siyasətinin və dövlət proqramlarının həyata keçirilməsinin monitorinqini aparır
5. Aşağıdakılardan hansı Təhsil Nazirliyinin hüquqlarına daxil deyil?
a) təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51%-dən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinə razılıq vermək
b) qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil məsələləri ilə bağlı beynəlxalq və dövlətlərarası münasibətlərdə Azərbaycan Respublikasını təmsil etmək, qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr (sazişlər, memorandumlar, bəyannamələr və s.) imzalamaq;  v) mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada təhsilin inkişafı ilə bağlı zəruri məlumatlar və arayışlar tələb etmək
6. Təhsil Nazirliyinin strukturu kim tərəfindən müəyyən edilir?
a) təhsil naziri
b) Nazirlər Kabineti
v) Azərbaycan Respublikası Prezidenti
7. Aşağıdakılardan hansı Təhsil Nazirinin səlahiyyətlərinə daxil deyil?
a) səlahiyyətləri daxilində Nazirliyin aparatının, habelə tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir
b) nazir müavinləri arasında vəzifə bölgüsü aparır, müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Nazirliyin mərkəzi aparatının, habelə birbaşa tabeliyində olan büdcədən maliyyələşən qurumların strukturunu təsdiq edir
v) təhsil nazirinin müavinlərini təyin edir və onların arasında vəzifə bölgüsünü aparır
8. Aşağıdakılardan hansı tərkib Təhsil Nazirliyinin kollegiyasına daxildir?
a) nazir (kollegiyanın sədri), nazir müavinləri, nazirliyin mərkəzi aparatının rəhbəri, nazirliyin tabeliyində olan qurumların rəhbər işçiləri, Elmlər Akademiyasının Prezidenti, tanınmış alimlər, Nazirlər Kabinetinin humanitar şöbəsinin müdiri
b) nazir (kollegiyanın sədri), nazir müavinləri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Nazirliyin mərkəzi aparatının rəhbəri, nazirliyin tabeliyində olan qurumların rəhbər işçiləri və alimlər
v) nazir (kollegiyanın sədri), nazir müavinləri, nazirliyin mərkəzi aparatının rəhbəri, nazirliyin tabeliyində olan qurumların rəhbər işçiləri, Elmlər Akademiyasının Prezidenti və elmi katibləri, Prezident Adminstrasiyasının humanitar şöbəsinin müdir müavini
9. Təhsil Nazirliyinin kollegiyasının sayını və şəxsi tərkibini kim təsdiq edir?
a) nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər  Kabineti tərəfindən təsdiq olunur
b) nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Təhsil naziri tərəfindən təsdiq olunur
v) nazirliyin kollegiyasının sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur
10. Nazirliyin kollegiyasının fəaliyyəti nədən ibarətdir?
a) kollegiya öz iclaslarında təhsil nazirinin əmrlərini və digər normativ-hüquqi aktları təsdiq edir
b) kollegiya öz iclaslarında təhsillə bağlı aktual məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir
v) kollegiya öz iclaslarında ali təhsil müəsisələrinin rəhbərlərinin hesabatlarını müzakirə edir
11. Ən yaxşı ümumi təhsil müəsisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəsisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı nə vaxt qəbul olunub?
a) 25 fevral 2008-ci il, nömrə 714
b) 30 yanvar 2007-ci il, nömrə 67
v) 05 avqust 2008-ci il, nömrə 357
12. Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı nə vaxt qəbul olunub?
a) 12 oktyabr 2006-cı il, nömrə 2578
b) 25 may 2007-ci il, nömrə 1876
v) 4 sentyabr 2007-ci il, nömrə 2373
13. Aşağıdakılardan hansı  “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi”ndə iştirak şərtlərinə daxil deyil?
a) məktəbin son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olması, son üç ildə ali məktəblərə qəbul imtahanlarında məzunlarının yüksək bal toplaması
b) məktəbin fəlsəfə doktoru dərəcəli, xarici dilli va magistr təhsilli müəllimlərinin faizinin yüksək olması
v) məktəbin müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı
14. “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsi”ndə iştirak neçə mərhələlidir və qalib hansı mərhələdə və kim tərəfindən müəyyən edilir?
a) müsabiqədə iştirak 3 mərhələlidir və qalib 3-cü mərhələdə “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi üzrə” Təşkilat komitəsi tərəfindən hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 50 ümumtəhsil məktəbi seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir. Bunun əsasında isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə mükafatlandırılır.
b) müsabiqədə iştirak 2 mərhələlidir və qalib 2-cü mərhələdə “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi üzrə” Təşkilat komitəsi tərəfindən hər iki mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 30 ümumtəhsil məktəbi seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir. Bunun əsasında isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə mükafatlandırılır.
v) müsabiqədə iştirak 3 mərhələlidir və qalib 3-cü mərhələdə “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi üzrə” Təşkilat komitəsi tərəfindən hər üç mərhələnin nəticələrinə görə müəyyən olunmuş zonalar üzrə kvotalara uyğun olaraq, daha çox bal toplamış 40 ümumtəhsil məktəbi seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir. Bunun əsasında isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müvafiq sərəncamı ilə ən yaxşı ümumtəhsil məktəbi mükafatı ilə mükafatlandırılır.

15. Aşağıdakılardan hansı ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətlərinə aid deyil?
a) ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı ilə laboratoriya, kompyuter və idman avadanlığının alınması, informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi üzrə xərclənə bilər
b) ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı ilə istedadlı şagirdlərə və işdə fərqlənən müəllimlərə mükafatların verilməsinə xərclənə bilər
v) ümumtəhsil məktəblərinə verilmiş mükafatlar məktəb şurasının qərarı ilə işdə fərqlənən müəllimlərin əmək haqqlarına əlavələrə və ya onların xarici ölkələrdə ixtisasartırma kurslarına göndərilməsinə xərclənə bilər.

16. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan müəllimlər “ən yaxşı müəllim” müsabiqəsində iştirak edə bilərlərmi?
a) iştirak edə bilərlər
b) iştirak edə bilməzlər
v) yalnız 10 ilə qədər əmək stajı olan müəllimlər iştirak edə bilərlər

17. “Ən yaxşı müəllim” müsabiqənin keçirilməsinə rəhbərlik və nəzarəti hansı qurum həyta keçirir?
a) tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi
b) tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilən, Nazirlər Komitəsi tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən “Ən yaxşı müəlli” müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi
v) tərkibi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilən və ictimai əsaslarla fəaliyyət göstərən “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi

18. Aşağıdakılardan hansı “Ən yaxşı müəllim” müsabiqəsində iştirak etmək üçün şərt hesab edilmir?
a) müsabiqədə iştirak etmək istəyən müəllim azı beş il pedaqoji iş stajına malik olmalıdır
b) müsabiqədə iştirak etmək istəyən müəllim ildə azı 1 dəfə dərs demək, məşğələ aparmaq üçün ixtisasartırma tədbirlərində, seminar və treninqlərdə iştirak etməlidir
v) müsabiqədə iştirak etmək istəyən müəllimin ixtisasartırma kurslarını keçməsi, pilot və digər inkişafyönümlü layihələr çərçivəsində öyrədici treninqlərdə iştirakına dair, habelə yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı müvafiq sənədi olmalı

19. İlin “Ən yaxşı  müəllimi” müsabiqəsi neçə mərhələdə təşkil edilir və qalib hansı mərhələdə və necə müəyyən edilir?
a) müsabiqə 3 mərhələdə təşkil edilir və qalib 3-cü mərhələdə Təşkilat Komitəsi tətəfindən zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 100 müəllim seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir
b) müsabiqə 3 mərhələdə təşkil edilir və qalib 3-cü mərhələdə Təşkilat Komitəsi tətəfindən zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 50 müəllim seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir
v) müsabiqə 2 mərhələdə təşkil edilir və qalib 2-ci mərhələdə Təşkilat Komitəsi tətəfindən zonalar üzrə kvotalara uyğun olaraq daha çox bal toplamış 100 müəllim seçilir və müsabiqənin yekunu müvafiq aktla rəsmiləşdirilir

20. İlin “Ən yaxşı  müəllimi” müsabiqəsinin qalibi yenidən həmin müsabiqədə iştirak edə bilərmi?
a) iştirak edə bilməz
b) mükafat alan müəllim mükafat aldığı ildən 4 il keçdikdən sonra iştirak edə bilər
v) mükafat alan müəllim mükafat aldığı ildən 5 il keçdikdən sonra iştirak edə bilər
21.Gənc istedadlar üçün xüsusi təqaüdlərin aylıq məbləği nə qədərdir və bu təqaüd hansı yaş həddinə qədər veriulir?
a) aylıq məbləğ 500 manatdər və təqaüd 25 yaşına kimi verirlir
b) aylıq məbləğ 300 manatdır və təqaüd 25 yaşına kimi verirlir
v) aylıq məbləğ 200 manatdər və təqaüd 20 yaşına kimi verirlir
22. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə komissiyanın yeni tərkibi kimlərdən ibarətdir?
a) Komissiyanın sədri: PA-nın rəhbəri, Komissiyanın üzvləri: Baş nazirin müavini, EA-nın prezidenti, PA-nin Humanitar siyasət şöbəsinin müdiri, Təhsil Naziri, Daxili İşlər Naziri, Mədəniyyət naziri
b) Komissiyanın sədri: PA-nın rəhbəri, Komissiyanın üzvləri: Baş nazirin müavini, EA-nın prezidenti, PA-nin Humanitar siyasət şöbəsinin müdiri, Təhsil Naziri, Ədliyyə Naziri, Sənaye və İqtisadiyyat naziri, Maliyyə Naziri, Mərkəzi Bankın sədri, TQDK-nın sədri
v) Komissiyanın sədri: PA-nın rəhbəri, Komissiyanın üzvləri: Baş nazirin müavini, EA-nın prezidenti, PA-nin Humanitar siyasət şöbəsinin müdiri, Təhsil Naziri, Ədliyyə Naziri, Sənaye və İqtisadiyyat naziri, Maliyyə Naziri, Gənclər və İdman naziri, TQDK-nın sədri
23. Azərbaycan Respublikası Prezidentinin 2011 – 2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında Sərəncamı nə vaxt qəbul olunub?
a) 11 iyul 2011-ci ildə, nömrə 1624
b) 17 may 2011-ci ildə, nömrə 578
v) 23 dekabr 2010-cu ildə, nömrə 1234
24. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsindən hansı nəticəsələr gözlənirdi?
a) yeni metod və texnoligiyalar vasitəilə pedoqoji heyyətin İKT biliklərinə yiyələnməsi
b) şagirdlərin ilkin olaraq Bakı şəhəri, daha sonra bütün ölkə boyu keyfiyyətli və İKT əsaslı tədris proqramı ilə təhsil almaq imkanları təmin olunmalı
v) əhalinin bütün təbəqələri üçün keyfiyyətli və İKT əsaslı tədris proqramı ilə təhsil almaq imkanları təmin olunmalı
25. Psixoloji –tibbi–pedoqoji komissiyanın tərkibi hansi dövlət orqanı tərəfindən müəyyən edilir?
a) Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən
b) Təhsil Nazirliyi tərəfindən
b) Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirliyi tərəfindən
26. Psixoloji –tibbi–pedoqoji komissiyanın vəzifəsi nədən ibarətdir?
a) ciddi tərbiyəyə ehtiyacı olan, 11 yaşından 14 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəsisəsinə göndərilməsi üçün rəy verir
b) ciddi tərbiyəyə ehtiyacı olan, 10 yaşından 15 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəsisəsinə göndərilməsi üçün rəy verir
v) sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəsisəsinə göndərilməsi üçün rəy verir və xüsusi təhsilin tipini müəyyən edir
27. Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, litseylərinin və gimnaziyalarının nümunəvi ştatları haqqında qərar na vaxt qəbul olunub?
a) qərarı Təhsil Nazirliyi 12 may 1997-ci ildə 456 nömrə altında qəbul edib
b) qərarı Milli Məclis 23 sentyabr 1998-ci ildə 734 nömrə altında qəbul edib
v) qərarı Nazirlər Kabineti 29 may 1996-cı ildə 064 nömrə altında qəbul edib
28. Dövlət ümumtəhsil məktəbləri, litseyləri və gimnaziyalarında mühasib statı olması üçün neçə sinf-komplekti olmalıdır?
a) 20-22 sinif-komplekti
b) 17-19 sinif komplekti
v) 14-16 sinif komplekti
29. Dövlət ümumtəhsil məktəbləri, litseyləri və gimnaziyalarında kitabxanaçı statı olması üçün neçə sinf-komplekti olmalıdır?
a) 20-22 sinif-komplekti
b) 17-19 sinif komplekti
v) 30 və daha çox sinif komplekti
30. Aşağıdakılardan hansı ümumtəhsil məktəbinin proqramı ilə evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısına daxil deyil?
a) tez-tez təkrarlanan ağır tutmalar və ya uzunmüddətli asmatik vəziyyətlə gedən bronxial astma
b) talassemiyanın orta ağır və qan donmaları ilə müşayət olunan formaları
v) kəskin qırmızı qurdeşənəyi
31. Aşağıdakılardan hansı xüsusi təhsil məktəbinin proqramı ilə evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısına daxildir?
a) tez-tez baş verən gündüz epilepsiya tutmaları
b) şiddətli yayılmış sklerodermiya
v) piqmentli kseroderma ağır xroniki gedişli

32. Evdə təhsilin təşkili qaydalarına görə gündəlik dərslərin miqdarı I pillədə, II və III pillədə neçə saat olmalıdır?
a) I pillədə 3 saat, II və III pillədə 4 saatdan çox ola bilməz
b) I pillədə 2 saat, II və III pillədə 4 saatdan çox ola bilməz
v) I pillədə 2 saat, II və III pillədə 3 saatdan çox ola bilməz

33. Xüsusi təhsil müəsisələri haqqında Əsasnaməyə görə kor və zəif görən şəxslər üçün internat tipli xüsusi təhsil müəsisələrində təhsil müddəti neçə ildir?
a) 12 il
b) 10 il
v) 11 il
34. Xüsusi təhsil müəssisələrində şagirdlər üçün ev tapşırıqlarının həcmi onların yerinə yetirilməsinə ayrılan vaxta görə nə qədər müəyyənləşdirilir?
a) I siniflərdə ev tapşırığı verilmir; II sinifdə 35-40 dəqiqə, III sinifdə 1 saatadək, IV-V siniflərdə 1,5 saatadək, VI-VIII siniflərdə 3 saat, IX-XII siniflərdə 4 saat ev tapşırığı verilə bilər
b) I siniflərdə 20-30 dəqiqə; II sinifdə 30-40 dəqiqə, III sinifdə 1 saatadək, IV-V siniflərdə 1,5 saatadək, VI-VIII siniflərdə 2 saat, IX-XII siniflərdə 2.5 saat ev tapşırığı verilə bilər
v) I siniflərdə ev tapşırığı verilmir; II sinifdə 30-40 dəqiqə, III sinifdə 1 saatadək, IV-V siniflərdə 1,5 saatadək, VI-VIII siniflərdə 2 saat, IX-XII siniflərdə 2.5 saat ev tapşırığı verilə bilər
35. Xüsusi təhsil müəssisələrində siniflərin komplekləşdirilməsi nə vaxt başa çatır?
a) darslar oktyabr ayının 15-də başlamalıdır, ancaq psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı ilə xüsusi təhsil müəssisələrinə ilin sonuna kimi şagird qəbul edilə bilər
b) dərslar oktyabr ayının 1-də başlamalıdır, ancaq psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı ilə xüsusi təhsil müəssisələrinə il ərzində şagird qəbul edilə bilər
v) darslar oktyabr ayının 15-də başlamalıdır, ancaq psixoloji-tibbi-pedaqoji komissiyalarının qərarı ilə xüsusi təhsil müəssisələrinə il ərzində şagird qəbul edilə bilər
36. İnteqrasiya təlimli təhsil müəsisəsi xüsusi, ya ümumi təhsil müəsisəsi hesab edilir?
a) inteqrasiya təlimli təhsil müəsisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış ümumtəhsil müəsisəsidir
b) inteqrasiya təlimli təhsil müəsisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış xüsusi təhsil müəsisəsidir
v) inteqrasiya təlimli təhsil müəsisəsi sağlamlıq imkanları məhdud şəxslərlə sağlam şəxslərin qismən birgə təhsil alması üçün xüsusi şərait yaradılmış həm xüsusi, həm də ümumi təhsil müəsisəsidir
37. İnteqrasiya təlimli təhsil müəsisələrində saglamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin neçə faizindən çox ola bilməz?
a) inteqrasiya təlimli təhsil müəsisələrində saglamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 10 faizindən çox ola bilməz
b) inteqrasiya təlimli təhsil müəsisələrində saglamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 20 faizindən çox ola bilməz
v) inteqrasiya təlimli təhsil müəsisələrində saglamlıq imkanları məhdud şəxslərin sayı ümumi kontingentin 30 faizindən çox ola bilməz
38. Xüsusi təhsil siniflərində şagirdlərin orta sıxlığı nə qədər olmalıdır?
a) orta sıxlıq 8-10 nəfər götürülür
b) orta sıxlıq 10-15 nəfər götürülür
v) ) orta sıxlıq 8-12 nəfər götürülür
39. Sağlamlıq imkanları məhdud şəxslər təlim vasitələrindən başqa daha nələrlə təmin olunurlar?
a) yemək, geyim, ayaqqabı, kompyuter, telefon və dars kitabları
b) yemək, geyim, ayaqqabı, kompyuter, telefon, dars kitabları və sair dəftərxana ləvazimatları
v) yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələr
40. Saglamlıq imkanları məhdud şəxslər hansı halda stasionar şəraitdə təhsilə cəlb olunurlar?
a) saglamlıq imkanları məhdud şəxslər stasionar tibb müəsisələrində uzunmüdətli (21 gündən artıq) stasionar müalicədə olarkən, Təhsil Nazirliyi psixoloji – tibbi – pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir
b) saglamlıq imkanları məhdud şəxslər stasionar tibb müəsisələrində uzunmüdətli (42 gündən artıq) stasionar müalicədə olarkən, Təhsil Nazirliyi psixoloji – tibbi – pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir
v) saglamlıq imkanları məhdud şəxslər stasionar tibb müəsisələrində uzunmüdətli (21 gündən az) stasionar müalicədə olarkən, Təhsil Nazirliyi psixoloji – tibbi – pedaqoji komissiyanın qərarı əsasında onların müvafiq ümumi tədris proqramlarına uyğun təhsil almalarını təşkil edir
41. Beynəlxalq standartlara uyğun gələn, yüksək keyfiyyətli fasiləsiz müəllim hazırlığı sisteminin uğurla formalaşdırılması və tətbiqi üçün vaсib olan hansı strateji fəaliyyət istiqamətləri müəyyən edilmişdir?
a) insanın, сəmiyyətin, mühitin, elmin, şüurun, mədəniyyətin, həyat şəraitinin və s. dəyişmə sürətinin artması
b) müəllim hazırlığı kurrikulumunun keyfiyyəti; müəllimlərin hazırlanması və təhsil sisteminin müəllimlərlə təmin edilməsi; fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı müəssisələrinin təşkilati strukturu və funksiyaları; fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığında monitorinq və keyfiyyətin təminatı; müəllimlərin hazırlanmasının və təkmilləşdirilməsinin həyata keçirilməsi modelləri;  fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sisteminin idarə olunması və meneсer hazırlığı
v) müəllim hazırlığı kurrikulumunun keyfiyyəti; müəllimlərin hazırlanması və təhsil sisteminin müəllimlərlə təmin edilməsi; fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı müəssisələrinin təşkilati strukturu və funksiyaları; fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığında monitorinq və keyfiyyətin təminatı
42. Azərbaycan Respublikasında fasiləsiz pedoqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası hansı məqsədlə hazırlanmış və nə vaxtdan bu yöndə əməli işlər başlanmışdır?
a) təhsil sektorunun bütün sahələrinin səriştəli, yüksək peşəkarlığa malik pedoqoji kadrlarla təmin edilməsi və ümumi təhsilin keyfiyyətinin artırılması məqsədilə hazırlanmış və 2007-ci ildən bu yöndə işlər başlanmışdır
b) təhsil sektorunun bütün sahələrinin səriştəli, yüksək peşəkarlığa malik pedoqoji kadrlarla təmin edilməsi məqsədilə hazırlanmış və 2008-ci ildən bu yöndə işlər başlanmışdır
v) təhsil sektorunun bütün sahələrinin səriştəli, yüksək peşəkarlığa malik pedoqoji kadrlarla təmin edilməsi məqsədilə hazırlanmış və 2009-cu ildən bu yöndə işlər başlanmışdır
43. Ümumi təhsilin səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası necədir?
a) arayış ümumi təhsilin ümumi orta və tam orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 5 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun verilir
b) arayış ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun verilir
v) arayış ümumi təhsilin tam orta səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara uyğun verilir.

44. Ümumi təhsilin səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə verilən arayışda nə yazılır?
a) arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə aldığı qiymətlər yazılır
b) arayışda şagirdin dinlədiyi fənlər yazılır
v) arayışda şagirdin fənlər üzrə aldığı qiymətlər yazılır

45. Şəhadətnamənin, attestatın və ya onların dublikatlarının məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, məsələ necə həll edilir?
a) sənədlər məzunun valideynlərinə verilir
b) sənədlər məzunun müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında qanuni nümayəndəsinə  verilir
v) sənədlər məzunun qanuni nümayəndəsinə (qanuni nümayəndə səlahiyyətlərini təsdiq edən sənədlər əsasında) və ya məzunun adından çıxış edən digər şəxsə (müəyyən olunmuş qaydada tərtib edilmiş etibarnamə əsasında) verilir
46. Ümumtəhsil məktəblərində sinif (qrup) rəhbərliyinə görə əlavə haqlar hansı qaydada ödənilir.
a) І - ІV siniflərdə bir müəllim stavkasının 10 faizi həcmində; V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində
b) І - ІV siniflərdə bir müəllim stavkasının 15 faizi həcmində; V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində
v) І - ІV siniflərdə bir müəllim stavkasının 25 faizi həcmində; V - XІ (XІІ) siniflərdə bir müəllim stavkasının 20 faizi həcmində
47. Müəllim iki sinifdə sinif rəhbərliyi apara bilərmi?
a) müəllim heç bir halda iki sinifdə sinif rəhbərliyi apara bilməz
b) məktəbdə müəllimlərin sayı kifayət qədər olmadıqda Təhsil Nazirliyinin icazəsi ilə iki sinifdə sinif rəhbərliyi aparıla bilər
v) müəllim yalnız 10-11-ci siniflərdə, hər sinifdə şagirdlərin sayı 10 nəfərdən artıq olmadıqda sinif rəhbərliyini apara bilər

48. Hansı müəllimlərə dəftərlərin  və  yazı  işlərinin  yoxlanılması  üçün   bir   müəllim  stavkasının 10 faizi miqdarında əlavə haqq ödənilir?
a) bütün  tipdən  olan  ümumtəhsil və internat  məktəblərinin І - ІV sinif müəllimlərinə
b)  yalnız internat məktəblərinin müəllimlərinə
v) bütün  tipdən  olan  ümumtəhsil və internat  məktəblərinin müəllimlərinə

49. Evlərdə, xəstəxanada  və  ya  sanatoriyada  І - V  sinif  şagirdləri ilə fərdi və ya qrup halında dərs aparan  müəllimlərə yazı işlərinin yoxlanılması üçün əlavə haqq ödənilmirmi?
a) І - V siniflərdə bir müəllim stavkasının 25 faizi həcmində
b) І - V siniflərdə bir müəllim stavkasının 10 faizi həcmində
v) ödənilmir
50. Təlim qeyri-azərbaycan dilində aparılan І - ІV siniflər azərbaycan dilini, təlim  azərbaycan dilində aparan І - ІV siniflərdə  xarici  dili digər müəllim tədris edirsə, həmin müəllimə əlavə haqq ödənilirmi?
a) əlavə haaq ödənilmir
b) şagirdlərin  sayı  nəzərə  alınmaqla yazı  işlərinin  yoxlanması  üçün ibtidai siniflərdə  nəzərdə tutulmuş ödənişə uyğun olaraq dərs dediyi faktiki saatların miqdarına görə əlavə haqq ödənilir
v) şagirdlərin sayı 20 nəfərdən çox olduqda yazı  işlərinin yoxlanması üçün ibtidai siniflərdə  nəzərdə tutulmuş ödənişə uyğun olaraq dərs dediyi faktiki saatların miqdarına görə əlavə haqq ödənilir
51. Məktəb və internat məktəblərdə tədris kabinetinin müdirinə (peşəyönümü, informatika və hesablama texnikası daxil olmaqla) əlavə haqq ödənilrmi?
a) tədris kabinetinin müdirinə (peşəyönümü, informatika və hesablama texnikası daxil olmaqla) stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir
b) tədris kabinetinin müdirinə (peşəyönümü, informatika və hesablama texnikası daxil olmaqla) stavka və ya vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq ödənilir
v) tədris kabinetinin müdirinə fənn müəllimlərinin sayı 5-dən artıq olduqda stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir

52. İbtidai, əsas, orta məktəblərdə və internat məktəblərdə bədən tərbiyəsi üzrə şagirdlərlə sinifdənkənar işlərin aparılması həvalə olunan müəllimə hansı halda bir müəllim stavkasının 70 faizi miqdarında əlavə haqq ödənilir.
a) siniflərin sayı 15-20 olduqda
b) siniflərin sayı 20-25  olduqda
v) siniflərin sayı 30 və daha çox olduqda
53. Müəllim və digər işçilərə kargüzarlıq və mühasibat uçotu işlərini yerinə yetirmək üçün əlavə haqq ödənilirmi?
a) ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 50-dən 10-a qədər olduqda stavka və ya vəzifə maaşının 10 faizi miqdarında əlavə haqq ödənilir
b) ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 50-dən 20-a qədər olduqda stavka və ya vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq ödənilir
v) ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 50-dən 10-a qədər olduqda stavka və ya vəzifə maaşının 5 faizi miqdarında əlavə haqq ödənilir

54. Hansı hallarda məktəb direktoruna və tədris işləri üzrə direktor müavininə vəzifə  maaşı  stavkasının  5 faizi, günüuzadılmış  məktəblərdə isə 10 faizi miqdarında əlavə haqq ödənilir?
a) məktəbdə  beş və  daha  çox  günüuzadılmış qrup olarsa
b) məktəbdə  üç  və  daha  çox  günüuzadılmış qrup olarsa
v) məktəbdə  iki  və  daha  çox  günüuzadılmış qrup olarsa
55. Bütün tipdən olan ümumtəhsil məktəblərinin (internat məktəbləri daxil olmaqla), litseylərin, gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə neçə saata qədər dərs apara bilərlər?\
a) 6 saata qədər
b) 12 saata qədər
v) 18 saata qədər
56. Bütün tipdən olan ümumtəhsil məktəblərinin (internat məktəbləri daxil olmaqla), litseylərin, gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin direktorları, onların müavinləri əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı hansı halda 18 saata qədər dərs apara bilərlər?
a) onlar işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər
b) onlar işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər
v) onlar işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata (ildə 480 saata) qədər dərs apara bilərlər, bundan əlavə təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saathesabı ödənilməklə həftədə 6 saata (tədris ili ərzində 240 saata) qədər də dərs apara bilərlər
57. Ümumtəhsil məktəblərinin, litseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə litseylərinin rəhbər işçilərindən kim(lər) işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə tarifləşmə siyahısına salınmaqla həftədə 18 saata (ildə 720 saata) qədər dərs apara bilərlər?
a) 0,5 ştat vəzifə maaşı alanlar
b) müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda yalnız direktor müavinləri
v) zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında yalnız 0,5 ştatla işlə\yən direktor müavinləri
58. Ümumtəhsil məktəblərinin, litseylərin, gimnaziyaların, peşə məktəbləri və peşə litseylərinin rəhbər işçilərindən 0,5 ştat vəzifə maaşı alanları hansı hallarda işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə tarifləşmə siyahısına salınmaqla həftədə 24 saata qədər dərs apara bilərlər?
a) rəhbər işçilərdən 0,5 ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə tarifləşmə siyahısına salınmaqla həftədə 18 saat + kənar təhsil müəsisəsində müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata qədər də dərs apara bilərlər
b) rəhbər işçilərdən 0,5 ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə tarifləşmə siyahısına salınmaqla həftədə 18 saat + təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata qədər də dərs apara bilərlər
v) rəhbər işçilərdən 0,5 ştat vəzifə maaşı alanları işlədikləri təhsil müəssisələrində ixtisasları üzrə tarifləşmə siyahısına salınmaqla həftədə 18 saat + müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda və ya digər zəruri ehtiyac yarandığı hallarda təhsil müəssisəsinin tabe olduğu yuxarı təşkilatın razılığı əsasında əmək haqqı saat hesabı ödənilməklə həftədə 6 saata qədər də dərs apara bilərlər
59. Tam vəzifə maaşı alan ümumtəhsil məktəblərinin, litsey və gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin rəhbər işçiləri yaxınlıqdakı təhsil müəsisəsində dərs apara bilərlərmi?
a) heç bir halda yaxınlıqdakı təhsil müəssisəsində dərs apara bilməzlər
b) tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqdakı təhsil müəssisəsində həftədə 6 saata qədər apara bilərlər
v) yaxınlıqdakı təhsil müəssisəsində həftədə 12 saata qədər dərs apara bilərlər
60. 0,5 vəzifə maaşı alan rəhbər işçilər yaxınlıqdakı təhsil müəsisəsində həftədə neçə saata qədər ixtisasları üzrə dərs apara bilərlər?
a) tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqdakı təhsil müəssisəsində həftədə 18 saata qədər ixtisasları üzrə dərs apara bilərlər
b) tabe olduqları yuxarı təşkilatın razılığı ilə yaxınlıqdakı təhsil müəssisəsində həftədə 12 saata qədər ixtisasları üzrə dərs apara bilərlər
v) həftədə 12 saata qədər ixtisasları üzrə dərs apara bilərlər
61. Ümumtəhsil gimnaziyasının psixoloqu ibtidai sinifdə “ətraf aləmin dərk olunması” fənnini də tədris etməklə həftədə 12 saat dərs aparırdı. Dərs ilinin 4-cü rübündə Təhsil Nazirliyinin “Monitorinq və qiymətləndirmə” şöbəsi həmin gimnaziyada monitorinq aparır və məktəb psixoloqunun həftədə 12 saat dərs aparmasını qanun pozuntusu kimi qeyd edirək bu barədə Təhsil Nazirliyinə təqdimat verir.
Bundan ay yarım sonra qeyd edilən pozuntuya yol verdiyinə görə həmin gimnaziyanın direktoruna, tədris hissə müdirinə və psixoloquna Təhsil Nazirinin əmri ilə töhmət verilir.
- Gimnaziyanın psixoloqunun həftədə 12 saat dərs aparması qanuni idimi?
- Təhsil Nazirinin direktor və digərləri barədə intizam tənbehi əsaslı və qanuni olubmu?
62. Ümumtəhsil məktəbinin uşaq birliyinin rəhbəri hansı halda həftədə 18 saata qədər dərs verə bilər?
a) 0,5 ştat üzrə vəzifə maaşı alan uşaq birliyinin rəhbəri
b) uşaq birliyinin rəhbəri heç bir halda həftədə 18 saata qədər dərs verə bilməz
v) uşaq birliyinin rəhbəri bütün hallarda həftədə 12 saata qədər dərs verə bilər
63. Ümumtəhsil məktəblərinin, litsey və gimnaziyaların, peşə məktəbi və peşə litseylərinin hərbi rəhbərinə hərbi hazırlıq üzrə həftədə 8 saata qədər tədris etdikləri dərs saatlarına görə əlavə əmək haqqı ödənilirmi?
a) həftədə 8 saatlıq tədris hərbi rəhbərin vəzifə maaşına daxil edilir, lakin həmin saatlar üçün ona 0,5 stavka əlavə haqq ödənilir
b) həftədə 8 saatlıq tədris hərbi rəhbərin vəzifə maaşına daxil edilmir və həmin saatlar üçün ona əlavə haqq ödənilir
v) həftədə 8 saatlıq tədris hərbi rəhbərin vəzifə maaşına daxil edilir və həmin saatlar üçün ona əlavə haqq ödənilmir
64. Ümumtəhsil internat məktəbləri məqsədindən asılı olaraq neçə tipdə yaradılır?
a) 2 tipdə - aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqları üçün ümumi tipli ümumtəhsil internat məktəbləri və sanator tipli ümumtəhsil internat məktəbləri
b) 2 tipdə - yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəbləri və sanator tipli ümumtəhsil internat məktəbləri
v) 3 tipdə - aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrin uşaqları üçün ümumi tipli ümumtəhsil internat məktəbləri, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün xüsusi ümumtəhsil internat məktəbləri və sanator tipli ümumtəhsil internat məktəbləri
65. Ümumi tipli ümumtəhsil internat məktəblərinə hansı uşaqlar qəbul olunmurlar?
a) hər iki valideynini itirmiş yetim uşaqlar
b) tək anaların (ataların) övladları
v) səhhəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş valideynlərin (yaxud onları əvəz edənlərin) uşaqları
66. Xüsusi tipli ümumtəhsil internat məktəblərinə hansı uşaqlar qəbul olunurlar?
a) çoxuşaqlı, lazımi maddi-məişət və tərbiyə şəraiti olmayan ailələrdən gələnlər
b) qəyyumluğa (himayəyə), övladlığa götürülən uşaqlar
v) müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan uşaq və yeniyetmələr
67. İnternat məktəbinin direktoru seçildikdən sonra özünü dogrultmadıqda məktəbin hansı qurumu tərəfindən geri çağırıla bilər?
a) özünü doğrultmayan direktor vaxtından əvvəl məktəb şurası tərəfindən geri çağırıla bilər
b) özünü doğrultmayan direktor vaxtından əvvəl internat məktəbinin ümumi yığıncağı (konfransı) tərəfindən geri çağırıla bilər
v) ) özünü doğrultmayan direktor vaxtından əvvəl məktəbin ped

0 коммент.:

Отправить комментарий

Arxiv

Həmkara Dəstək. Технологии Blogger.